Məhkəmə qərarları › İş №2(103)-33/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-33/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-33/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh “Bank VTB (Azərbaycan)” ASCnin nümayəndəsi X4, Birinci iş üzrə cavabdehlər Cavabdeh1 vəkili X5, Birinci iş üzrə Cavabdeh3 nümayəndəsi, həmçinin Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı“Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə apellyasiya şikayətinə, Birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı iddia ərizəsi ilə, 05.10.2017-ci il tarixdə isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 02.10.2017-cı ıl tarixə olan 115767-1- 8082/2 saylı, 22.10.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 109969,32 ABŞ dolları məbləğində əsas borcun, 8997,74 ABŞ dolları məbləğində faizin və 1706.50 ABŞ dolları məbləğində cərimənin, cəmi 120673,56 ABŞ dolları, 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli “Bərpa olunan kredit xətti Müqaviləsi” üzrə 42806.38 ABŞ dolları məbləğində əsas borcun, 4121,79 ABŞ dolları məbləğində faizin və 1916.00 ABŞ dolları məbləğində cərimənin, cəmi 48.844,17 ABŞ dolları, 115767-8082/8 saylı, 13.01.201.5-ci ıl tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 184674.43 ABŞ məbləğində əsas borcun, 18149,43ABŞ dolları məbləğində faizin və 12.240.00 ABŞ dolları məbləğində cərimənin, cəmi 215063,82 ABŞ dolları pul məbləğlərinin (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmış 30.00 (otuz) manat və ipoteka predmetlərınə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.00 (altmış manat məbləğində dövlət rüsumlarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 150,0 kv.m ümumi, 80.60 kv.m yardımçı və 69.40 kv.m yaşayış sahəsi olan, 4 otaqlı 80 saylı mənzilə - ilkin satış qiyməti 550000 manat məbləğində müəyyənləşdirilməklə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan İ otaqlı 79 mənzilə -ilkin satış qiyməti 150.000 manat məbləğində müəyyənləşdirilməklə yönəldilməsi və əmlakları açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, ipoteka pıedmeti olan göstərilən mənzillərin məcburi qaydada boşaldılması, 115767-1- 8082 saylı, 05.08.2013-cii il tarixli "xxxx"nın, 115767-1-8082/2 22 10.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nin, 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi”nin, 115767-1-8082/8 saylı, 13.01.2015-ci il tarixli “Kommersiya krediti müqaviləsi”nın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nin xeyrinə 115767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli "Kommersiya müqaviləsi” üzrə 109969 (yüz doqquz min doqquz yüz altmış doqquz) ABŞ dolları 32 (otuz iki) sent məbləğində əsas borcun, 8997 (səkkiz min doqquz yüz doxsan yeddi) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində faizin, 50 (əlli) ABŞ dolları cərimə olmaqla cəmi 119.017 (yüz on doqquz mııı on yeddi.) ABŞ dolları 06 (altı) sent borc, 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli “Bərpa olunmayan kredit Müqaviləsi” üzrə 42.806 (qırx iki min səkkiz yüz altı) ABŞ dolları 38 (otuz səkkiz) sent məbləğində əsas borcun, 4121 (dörd min yüz iyirmi bır) ABŞ dolları 79 (yetmiş doqquz) sent məbləğində faizin, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 47.128 (qırx yeddi min yüz iyirmi səkkiz) ABŞ dolları (17 on yeddi) sent və 115767-1-8082/8 saylı, 13.01.2015-cı ıl tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 184.674.( yüz səksən dörd min altı yüz yetmiş dörd) ABŞ dolları 43 (qırx üç) sent məbləğındə əsas borcun, 18149 (on səkkiz min yüz qırx doqquz) ABŞ dolları 39 (otuz doqquz) sent məbləğində faizin və 100 (yüz) ABŞ dolları cərimənin məbləği (ödəniş günü üçün Azərbaycan Respublıkası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rusumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.00 manat məbləğində dövlət rüsumları tutulması;Tutma Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan, ünvan 2 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m.yardımçı və 69 40 yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilə ilkin satış qiyməti -550.000,0 manat məbləğində müəyyənləşdirməklə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 3 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilə -ilkin satış qiyməti 150.000,0 AZN məğındə müəyyənləşdirılməklə yönəldilməsi, əmlaklar açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməsi;İpoteka predmetı sayılan mənzillər açıq hərracda satıldıqdan sonra satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı-nə olan borcu ödənilməsi;Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan məbləğlər ödənildrkdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə apellyasiya şikayəti vermişlər. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsini “ipoteka qoyanın və ailə üzvülərinin yaşayış sahəsindən çıxarılma” hissəsinin təmin edilməməsi hissədə əsassız sayaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci, 269.5-ci, 158.1.1-ci maddəsinə (Girov və teka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamananda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur;Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; Mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüquqları sayılır), həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü, 59.3-cü maddəsinə (Kredit borcunun Bankın xeyrinə tutulması və ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması; Yaşayiş evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər.) istinad etmişdir.Həmçinin, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini Bankın iddia tələblərinin cərimə hissəsini heç-bir əsas olmadan qismən təmin etməsi və ipoteka predmeti olan əmlakların xüsusi mülkiyyət hüququ Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 2. ünvanında yerləşən 150.00 kv.m. ümumi, 80.60 kv.m. yardımçı və 69.40 kv.m. yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilin mülkiyyətçisi olaraq tək Cavabdeh1 texniki yalnışlığa yol verərək Cavabdeh1 ilə birgə Cavabdeh2 Əlyar oğlu və Cavabdeh3 da göstərməsi ilə bağlı mübahisələndirmişdir. Belə ki, iş materiallarında olan AR DƏDRX çıxarışa və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin mülkiyətçisi Cavabdeh1dur. Hesab edirlər ki, bu texniki yanlışlıq düzəldilməli və Qətnamədə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 2, ünvanında yerləşən 150.00 kv.m. ümumi. 80.60 kv.m. yardımçı 40 kv.m. yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilin mülkiyyətçisi olaraq tək Cavabdeh1 göstərilməlidir. Göstərilən səbəbdən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25 aprel 2018-cı il tarixli 2(009)-108/2018 saylı qətnaməsində dəyişiklik edərək İddiaçı-nin iddia tələblərinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Həmçinin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-108/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti vermişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırki iş üzrə zamin Cavabdeh3 - "xxxx"ndan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi onunla "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsinin, eləcə də onunla "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşmanın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş N2(006)- 51/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, "xxxx"ndan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 ilə "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsinin, eləcə də Cavabdeh3 ilə "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış 115808-7- 4729- saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlav razılaşmanın etibarsız hesab edilməsi qət edilmişdir.Belə olan halda, sözügedən kredit müqavilələri üzrə kredit borcunun müştərək qaydada Cavabdeh3 tutulması tam qanunsuz və əsassızdır.Halbuki, bununla əlaqədar olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş N2(006)-51/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi məhkəməyə təqdim edilsə də, məhkəmə həmin məsələ ilə əlaqədar öz qətnaməsində münasibət bildirməmişdir.Bundan başqa, sözügedən zaminlik müqaviləsi Cavabdeh3 tərəfindən mübahisələndirildiyindən, iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qasımova İradə Fərhad qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə olan mülki işin icraatının dayandırılması barədə vəsatətləri (23.04.2018) də təmin edilməmişdir.Hazırda isə qeyd etdikləri kimi həmin zaminlik müqaviləsi etibarsız hesab olunmuşdur.Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.Hazırkı iş üzrə məhkəmə baxışı zamanı tərəflərindən ipoteka predmeti olan əmlakların hazırkı bazar dəyərinin ipoteka müqaviləsində müəyyən edilmiş qiymətindən olduqca artıq olduğunu, odur ki, həmin əmlakların hazırki bazar dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertiza keçirilməsi xahiş olunsa da, məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası qanunununun tələblərini pozaraq, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin ipoteka müqavilələrində müəyyən edilmiş qiymətləri əsas götürməklə müəyyən etmişdir.Odur ki, hazırki işə apellyasiya qaydasında baxılarkən, ipoteka predmeti olan əmlakların hazırkı bazar dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etmişlər.Bundan başqa, kredit müqavilələri üzrə hesablanmış faiz borcları da həddən artıq hesablanmış və eləcə də tərəflərindən ödənilmiş son ödənişlərin heç biri nəzərə alınmamışdir.Odur ki, faiz və cərimənin qanuniliyinin yoxlanılması üçün mühasibatlıq ekspertizası təyin edilməsini irəli sürsələr də, məhkəmə bu vəsatəti də təmin etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(009)-108/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin, iddiaçı Cavabdeh3 cavabdehlər “Bank VTB (Azərbaycan)” ASC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə, məhkəmə baxışı zamanı isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx"ndan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi onunla “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli zaminlik müqaviləsinə əlavə razılaşmanın, yəni “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 115808-7- 4729 saylı, 13.09.2013-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015ci il tarixli 01 saylı əlavə razılaşmanın etibarsız hesab edilməsi, “Bank VTB (Azərbaycan)” ASC-nin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 100.000 manat məbləğində mənəvi zərərin cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-dən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-51/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 adından imzalanmış 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 634 manat cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi; iddia digər hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. İddiaçı Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın "xxxx" (Azərbaycan) ASC-nin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 100.000 (yüz min) manat məbləğində mənəvi zərərin cavabdeh "xxxx" (Azərbaycan) ASC -dən alınıb onun xeyrimə ödənilməsi hissəsi əsassız olaraq təmin edilməmişdir.Belə ki, hazırda "xxxx" (Azərbaycan) ASC tərəfindən iddiaçıya qarşı qaldırmış olduğu iddia ərizəsi ilə tanış olarkən ona məlum olmuşdur ki, guya iddiaçı ilə yuxarıda qeyd olunan "xxxx"ndan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi onunla Bank arasında 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.Halbuki, iddiaçı ilə Bank arasında hər hansı bir zaminlik müqaviləsi imzalanmamış və sözügedən zaminlik müqaviləsində olan imza ona məxsus olmamışdır.Bundan əlavə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, guya onunla "xxxx" (Azərbaycan) ASC arasında bağlanmış 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşma bağlanmışdır.Halbuki, yuxarıda qeyd etdiyi kimi, onunla bank arasında nə 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmamış, nə də 115808-7- 4729 saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşma bağlanmamışdır. Bu hal, məhkəmə baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə xətşünaslı ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Yəni, ekspert rəyi ilə müəyyə olunmuşdur ki, 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli Zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşmanın 1-ci vərəqəsinin aşağı hissəsindəki və 2-ci vərəqəsində “Zamin” qrafasındakı imzalar başqa şəxsk tərəfindən icra olunmuşdur. Göstərilənlər iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur ki, iş materiallarına əlavə olunmuş sənədlərlə bu hal sübuta yetirilmişdir.İddiaçı ona dəymiş mənəvi zərərin məbləğini 100.000 (yüz min) manat miqdarında qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən qətnamənin dəyişdirilərək qanuni və əsaslı qətnamə qəbul edilməsini Məhkəmə Kollegiyasından xahiş etmişdir. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-51/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" (Azərbaycan) ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh "xxxx" (Azərbaycan) ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 02.03.2017-ci il tarixli məhkəmə iclası zamanı təflərindən iddiaçıya sual verilmiş və iddiaçı 12,01.2015-ci il tarixində Baş Pasport, Qevdiyyat və Miqrasiya İdarəsi tərəfindən aldığı şəxsiyyət vəsiqəsi, “13.09.2013-cil il tarixli 115808-7-4729 saylı “Zaminlik müqaviləsi“nə dəyişiklik edilməsi barədə 18 noyabr 15-ci il tarixli 01 saylı Əlavə Razılaşması”nda olan imzalarla 03.10.2016-cı il tarixində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən aldığı şəxsiyyət vəsiqəsi, X6 imzalanmış 21 oktyabr 2013-cü il tarixli 205294 saylı "xxxx" və 06.05.2014-cü il tarixində imzalanmış razılıq ərizəsində olan bu iki müxtəlif imzaların ona məxsus olmasını etiraf etmişdir.İş materiallarından göründüyü kimi, iddiaçıya məxsus iki müxtəlif imza mövcuddur. İddiaçıya məxsus olan sözügedən imzalardan birini yəni, “İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış olan 13.10.2013-ciı il tarixli, 115808-7-4729 nömrəli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə Razılaşma (ekspert rəyi nəzərə alınmaqla) ilə AZE seriyalı 14794298 nömrəli 12.01.2015- il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsində əks olunmuş imzanı şərti olaraq, 'mübahisələndirilən) “lmza1’’adlandıraq. Digər imzaları yəni, 03.10.2076-cı il tarixində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən aldığı şəxsiyyət vəsiqəsi, X6 imzalanmış 21 oktyabr 2013cü il tarixli 205294 saylı "Daşınmaz Əmlak İpoteka Müqaviləsi” və 06.05.2014-cü il tarixində imzalanmış razılıq ərizəsindəki (mübahisə edilməyən) imzaları şərti olaraq, “İmza 2” adlandıraq.Beləliklə, ekspertizanı aparan ekspertlərdən yalnız biri yəni, 25.04.2017-ci il tarixində ekspertizanı aparmış ekpert iddiaçının iki müxtəlif imzası olduğunu nəzərə araq, onun qarşısında qoyulan suala birinci cavabı barədə qənaətinin formalaşdırılması üçün “İmza1”-ə aid bütün sənədləri tam həcmdə tədqiq etmişdir ki, bununla da ilkin ekspertin verdiyi rəy, 17497 saylı 14.08.2017-ci il tarixli, 29131 saylı 06.12.2017-ci il tarixii və 3859 saylı 19.02.2018-ci il tarixli ekpertizanı həyata keçirən ekspertlər tərəfindən verilən rəylərin obyektiv, hərtərəfli və tam həcmdə əsaslandırılmasını istisna edir.Belə ki, ekspertlər tərəfindən aparılan tədqiqat ilə bağlı onu bildirirlər ki, 7132 saylı 15 aprel 2017-ci il tarixli rəyi verən ekspert digər ekspertlərdən fərqli olaraq, şərti olaraq, “İmza 1 ” və "İmza 2” adlandırdıqları hər iki imzanı hərtərəfli tədqiq edərək rəy verib.25.04.2017-ci il tarixli tədqiqatı aparmış ekspert şərti ad verdikləri "İmza 1 ”-in eyni şəxs tərəfindən icra olunması yəni, iddiaçı Cavabdeh3 məxsus olması barədə nəticəyə gəlməsi üçün aşağıdakı bu iki sənəd:1. 13.10.2013-ciı il tarixli 115808-7-4729 nömrəli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşma;2. AZE seriyalı 14794298 nömrəli 12.01.2015-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsi tədqiqat obyekti olmuşdur. Təkrar ekspertiza üzrə yəni, 17497 saylı 14 avqust 2017-ci il, 29131 saylı 06 dekabr 2017-ci il və 3859 saylı 19 fevral 2018-ci il tarixli ekspertizalarını həyata keçirən ekspertlər "İmza 1 ”-ə aid sənədlərdəki identik imzaları tədqiq etmədikləri üçün onların rəyi natamamdır və həmin rəylər ilkin ekspertizanı aparmış ekspertin 25.04.2017-ci il tarixində verdiyi rəyi inkar etmir.O cümlədən 17497 saylı 14.08.2017-ci il tarixli, 29131 saylı 06.12.2017-ci il tarixli və 3859 saylı 19.02.2018-ci il tarixli ekspert rəylərinə fikir versək görərik ki, onların "qənaətini” ifadə edən rəylərin məzmunu və hətta, ekspertlərin buraxdıqları hərf səhvləri belə eynidir. Bununla da ekspertlərin həmin rəyləri bir-birindən köçürülmüş və müstəqil rəyi formalaşdırmamışdır.Bundan başqa iddiaçı (AZE seriyalı 14794298 nömrəli 12.01.2015-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsindəki imza ilə eyni olan) “İmza 1”-i mübahisələndirmişdir. Lakin, Cavabdeh3 ekspertiza aparılması üçün verdiyi eksperimental imza nümunələri isə “İmza 2“-yə aid olmuşdur.Üstəlik ekspertizanı aparan ilkin ekspertdən sonrakı ekspertlər iş üçün xüsusi əhəmiyyət kəsb edən iddiaçının mübahisələndirdiyi imza ("İmza 1”) ilə identik olan 12,01.2015-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsindəki imzanın tədqiqatını aparmamışdırlar.Beləliklə, 17497 saylı 14 avqust 2017-ci il, 29131 saylı 06 dekabr 2017-ci il və 3859 saylı 19 fevral 2018-ci il tarixli ekspertizaları həyata keçirən ekspertlərin rəyləri mötəbərlik baxımından qanunvericiliyin tələbləri ilə bir araya sığmır.Azərbaycan Respublikası "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.Həmin qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.Digər tərəfdən, “115808-7-4729 №-li 13.09.2013-cü il tarixli “Zaminlik Müqaviləsi”nə dəyişiklik edilməsi barədə” 18 noyabr 2015-ci il tarixli 01 saylı əlavə Razılaşmanın 4-cü bəndinə əsasən razılaşma tərəflər arasında imzalandıqdan sonra onun bir nüsxəsi İddiaçıya təqdim olunub.Hazırki mülki iş üzrə mübahisəli imzanın İddiaçıya məxsus olmasını sübut edən əsas məqam odur ki, İddiaçı 18 noyabr 2015-ci il tarixli “ 115808-7-4729 №-li 13.09.2013- cü il tarixli “Zaminlik Müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı əlavə Razılaşma ”nın notarial qaydada təsdiq olunmuş surətini özü iddia ərizəsinə əlavə etmiş və daha sonra isə ekspertiza təyin olunması üçün həmin razılaşmanın əslini məhkəməyə təqdim etmişdir. Eləcə də bəhs olunan razılaşmanın surətinin Bankdan götürülməsi üçün Banka müraciət (bax: 04.04.2018-ci il tarixli etirazın 2ci qoşması) etməmişdir. Həmçinin İddiaçı həmin razılaşmanın əslinin əvvəlcədən onda olmasının əksini sübut edə bilməmişdir.Göründüyü kimi, İddiaçı “115808-7-4729 saylı 13 sentyabr 2013-cü il tarixli “Zaminlik Müqaviləsi” nə dəyişiklik edilməsi barədə 01 saylı Əlavə Razılaşma” nın əslinin əvvəlcədən onda olduğunun əksini sübut edə bilmədiyindən Cavabdeh3 həmin razılaşmanın bağlanılmasında şəxsən iştirak etmiş və onu imzalamaqla, ilkin müqavilədən də məlumatlı olmuşdur.Bununla da İddiaçı sözügedən müqavilə(lər)ni bağladığı tarixdən sonra ağlabatan müddət ərzində məhkəməyə müraciət etməmiş və nəticədə iddia müddətini ötürmüşdür.Hətta, onu da qeyd edək ki, mübahisə edilən zaminlik müqaviləsinə dair əlavə razılaşmanın etibarsız hesab edildiyini zənn etsə belə, “115808-7-4729 saylı 13 sentyabr 2013-cü il tarixli “Zaminlik Müqaviləsi”nin şərtləri sonradan bağlanılmış 18 noyabr 2015- ci il tarixli “115808-7-4729 №-li 13.09.2013-cü il tarixli “Zaminlik Müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı əlavə Razılaşma”nı özündə ehtiva etdiyindən etibarsızlıq üçün heç bir əsas yaranmır və İddiaçı zaminlik müqaviləsi üzrə öhdəlikdən azad hesab olunmur.Ekspertiza xərcləri ilə bağlı isə onu qeyd edir ki, İddiaçı imzasını fərqli imzaladığı üçün onun özünün cavabdeh olduğu hərəkətə görə məsuliyyəti Bankın üzərinə qoymaq ədalət prinsipinə tamamilə ziddir və ekspert xərclərinin Bankdan tutulması qənaətinə gəlinməsinə qəti etiraz edirlər. Belə ki, Bank cavabdeh olmadığı hərəkətə görə ekspert xərclərini ödəməsi nə qədər ədalətlidir?!Ona görə də ekspert xərclərini həmin imzanı imzalayan şəxsin özü ödməli olduğunu hesab edirlər.Beləliklə, həm ekspert rəyinin nəticələrindən, həm də mübahisələndirilən müqavilələrin İddiaçı tərəfindən təqdim olunmasına əsasən iddiaçının iddia etdiyi hallar sübuta yetirilməmişdir.Göründüyü kimi Məhkəmə bütün bu işin hallarına düzgün qiymət verməyərək, tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsinə əsas yaratmışdır.Odur ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-51/2018 saylı 13 aprel 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin olunmuş hissəsində ləğv edilərək, iddianın rədd olunması və həmçinin ekspert xərclərinin Banka aid edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və.sair tələbi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı“Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə apellyasiya şikayətləri ilə, Cavabdeh3 cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı 13 sentyabr 2013-cü il tarixli 115808-7- 4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi tələbi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə bir icraatda baxılması üçün həmin işlər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli 2(103)-7840/2018 saylı qərardadı ilə bir icraatda birləşdirilmişdir.(sədrlik edən hakim Vüqar Həsənov, hakimlər Vüsalə Baxışova və Namiq Cəfərovdan ibarət tərkib.) Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.07.2019-cu il tarixli 2(103)-949/2019 saylı qərardadı ilə hazırkı işin icraatı X2 cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.(sədrlik edən hakim Vüqar Həsənov, hakimlər Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkib.) Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə X2 cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə iddia rədd edilmiş, apellyasiya və kassasiya instansiyaları tərəfindən həmin qətnamə qüvvədə saxlanmışdır.Odur ki, qeyd edilən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2(102)-53/2021 saylı, 28.01.2021-ci il tarixli Qərar qəbul edildikdən sonra hazırkı işin icraatı təzələnmişdir. Apellyasiya baxışı zamanı Birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişir. Apellyasiya baxışı zamanı Birinci iş üzrə cavabdehlər Cavabdeh1 vəkili X9 iş üzrə çıxışa hazır olmadığını bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə Kollegiya hazırkı iş üzrə icraatın uzun müddət (2016-cı ildən) getdiyini və Cavabdeh1 əvvəlki məhkəmə iclası barədə daha əvvəlcədən xəbərdar olunduğunu və iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 ailə üzvləri olduğunu nəzərə alaraq məhkəmə iclasını təxirə salmamışdır. Apellyasiya baxışı zamanı Birinci iş üzrə Cavabdeh3 nümayəndəsi, həmçinin Cavabdeh2 özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, Bankın apellyasiya şikayətinin əsassız olmasını bildirmişdir. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Birinci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(009)- 108/2018 saylı qətnaməsindən iddiaçı“Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə apellyasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh3 apellyasiya şikayəti təmin olunmalı, Qətnamə ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Həmçinin, Birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(006)-51/2018 saylı qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, Qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası ilk olaraq Birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(006)-51/2018 saylı qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apelyasiya şikayətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Cavabdeh3 cavabdehlər “Bank VTB (Azərbaycan)” ASC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə, məhkəmə baxışı zamanı isə iddiaçı Cavabdeh3 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx"ndan irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi onunla “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 115808-7-4729 saylı, 13.09.2013-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, “Bank VTB (Azərbaycan)” ASC-nin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 100.000 manat məbləğində mənəvi zərərin cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-dən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-51/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 adından imzalanmış 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 634 manat cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi; iddia digər hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. Kollegiya hesab edir ki, Birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(006)-51/2018 saylı qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, Qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Bank VTB (Azərbaycan)” ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşmadan görünür ki, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 "Kreditalan” və “Bank” arasında bağlanmış 05 avqust 2013-cü il tarixli 115767-1-8082 nömrəli Baş Kredit Razılaşmasından və ona dəyişikliklər edilməsi barəsində 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşmasından və qeyd olunan Kredit Razılaşmasının ayrılmaz hissəsi olan “Kredit Müqaviləsf’nin, o cümlədən bərpa olunmayan Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2017-ci il tarixli 7132 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(006)-324/2017 nömrəli mülki işin 41-42-ci vərəqələrində “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 arasında olan 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 nömrəli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşmanın 1-ci vərəqəsinin aşağı sağ hissəsindəki və 2-ci vərəqəsində “Zamin” qrafasındakı imzalar ilə mülki işin 7-ci vərəqəsində olan AZE seriyalı 14794298 nömrəli 12.01.2015-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqənin kserosurətində “Vəsiqə sahibinin imzası” qrafasmda əks olunmuş imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 2(006)-324/2017 nömrəli mülki işin 41-42-ci vərəqələrində “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 arasında olan 13 sentyabr 2013-cü il tarixli 115808-7- 4729 nömrəli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı əlavə razılaşmanın 1-ci vərəqəsinin aşağı sağ hissəsindəki və 2-ci vərəqəsində “Zamin” qrafasındakı imzalar ilə 18-ci vərəqəsində olan AZE seriyalı 16629576 nömrəli 03.10.2016-cı il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində "Vəsiqə sahibinin imzası” qrafasmda əks olunmuş imza, 1-3-cü vərəqəsində olan iddia ərizəsində “Cavabdeh3” soyadı önündəki, 11 -ci vərəqəsində olan AR-İ 074553 nömrəli etibarnamənin kserosurətində “Cavabdeh3F” soyadı önündəki, 24-cü vərəqəsində olan 11.10.2016-cı il tarixli və 77-78-ci vərəqələrində olan 15.02.2017-ci il tarixli vəsatəti “İmza” qrafalarındakı, 85-ci vərəqəsində olan 08.06.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində “Cavabdeh3” soyadı önündəki imzalar, 55-60 vərəqələrində olan eksperimental imza nümunələri - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2017-ci il tarixli 17497 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 41-42-ci vərəqələrində olan “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 arasında bağlanmış olan 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 nömrəli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Əlavə razılaşmanın 1-ci vərəqəsində sağdan 1-ci imza, 2-ci vərəqəsində “Zamin” qrafasmda “Cavabdeh3” yazılarından aşağıda yerləşən imza - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2017-ci il tarixli 29131 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 41-42-ci vərəqələrində olan “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 arasında bağlanmış olan 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 nömrəli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Əlavə razılaşmanın 1-ci vərəqəsində sağdan 1-ci imza, 2-ci vərəqəsində “Zamin” qrafasmda “Cavabdeh3” yazılarından aşağıda yerləşən imza - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2018-ci il tarixli 3859 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 41-42-ci vərəqələrində olan “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 arasında bağlanmış olan 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 nömrəli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Əlavə razılaşmanın 1-ci vərəqəsində sağdan 1-ci imza, 2-ci vərəqəsində “Zamin” qrafasmda “Cavabdeh3” yazılarından aşağıda yerləşən imza - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 284 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1- ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1- ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 324.1- ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir; 324.4- cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 331.1- ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1- ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2- ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4- cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1-ci instansiya Məhkəməsinin iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh3 adından “Bank VTB (Azərbaycan)” ASC ilə imzalanmış 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşmadakı imza Cavabdeh3 məxsus deyildir. Cavabdeh qeyd olunan müqavilədəki imzanın Cavabdeh3 məxsus olmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdi. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 adından olan 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı əlavə Razılaşmanın 1-ci vərəqəsində sağdan 1-ci imza, 2-ci vərəqəsində “Zamin” qrafasında Cavabdeh3” yazılarından aşağıdakı yerləşən imza - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ona görə də 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 adından olan 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşmanın etibarsız hesab edilməsi” hissəsində əsaslı hesab edilməli və təmin edilməli, iddia tələbinin “100.000 manat mənəvi zərərin cavabdeh “Bank VTB Azərbaycan)” ASC-dən alınıb iddiaçıya verilməsi” hissəsi isə iddiaçı cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün təmin edilməməlidir. Məhkəmə Kollegiyası Birinci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(009)-108/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətləri ilə bağlı isə qeyd edir ki, iddiaçı“Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə apellyasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh3 apellyasiya şikayəti təmin olunmalı, Qətnamə ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan 08.07.2016-cı il tarixli 13627 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı-yə eyni tarixə olan borcu 1-8082/2 saylı, 22.10.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 109969,32 ABŞ əsas borc, 7978,99 ABŞ dolları faiz, 1706,50 ABŞ dolları cərimə, cəmi 119654.81 ABŞ dolları (müqavilə üzrə öhdəliyini 22.12.2015-ci ıl tarixdən icra etmir), 115767-1-8082/7 saylı, 25.11,2014-cü il tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi” üzrə 42806,38 ABŞ dolları əsas borc, 3725,23 ABŞ faiz, 1916 cərimə, cəmi 48447.61 ABŞ dolları (müqavilə üzrə öhdəliyini 04.01.2016-cı il tarixdən icra etmir), 115767-1-8082/8 saylı, 13.01.2015-ci il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə -.184.674,43 ABŞ dolları əsas, 16438,59 ABŞ dolları faiz, 12240 ABŞ dolları cərimə, cəmi 213353.02 ABŞ dolları (müqavilə üzrə öhdəliyini 28.12.2015-ci il tarixdən icra etmir) məbləğindədir. İş materiallarında olan 05.08.2013-cü il tarixli, 115767-1-8082 saylı "xxxx"ndan görünür ki, bu müqavilə İddiaçı ilə Cavabdeh1 arasında, 05.08.2013-cü il tarixdən 05.08.2023-cü il tarixədək Bank tərəfindən tam və ya hissələrlə verilən kreditlər üçün kredit alana 5.000.000,0 (beş milyon) ABŞ dolları məbləğində kredit xətti açması haqqında bağlanmış, 18 noyabr 201 5-ci il tarixdə həmin müqaviləyə 001 saylı razılaşma ilə dəyişiklik edilərək, bank kredit alana 5.000.000,0 (beş milyon) ABŞ dolları və ya manat/rub/avro olan ekvivalenti məbləğində 120 ay müddətinə kredit xətti açmışdır. İş materiallarında olan 115767-1-8082/2 saylı, 22.10.2013-cü ıl tarixli “Kommersiya krediti müqaviləsindən görünür kı, bu müqavilə İddiaçı ilə Cavabdeh1 arasında, illik 14,50 % olmaqla, 60 ay müddətinə, restoranların təmiri məqsədləri, biznesin inkişafı məqsədilə 150.000.00 (bir yüz əlli min) ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 115767-1-8082/7 saylı, 25.11.2014-cü ıl tarixli “Bərpa olunmayan kredit Müqaviləsi’ndən görünür ki, bu müqavilə (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış, bank kredit alana illik 14.50 faiz olmaqla, 1-ci tranş üzrə 280000 (iki yüz səksən min), 2-ci tranş üzrə 60000 (altmış min olmaqla, cəmi 340000 (üç yüz qırx min) ABŞ dolları məbləğində bərpa olunmayan kredit xətti açır. İş materiallarında olan 115767-1-8082/8 saylı, 13.01.2015-ci ıl tarixli "xxxx"ndən görünür ki, bu müqavilə Bank VTB ASC ilə Cavabdeh1 arasında, illik 14.50 faiz olmaqla, 60 (altmış) ay müddətinə, yenidən kreditləşmə, biznesin inkişafı məqsədilə 200.000,0(iki yüz min) ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 05.08.2013-cü ıl tarixli 115767-NEDVİJ-1576 saylı "xxxx"ndən görünür kı, Cavabdeh1 Bank VTB ASC ilə bağlamış olduğu Kredit Razılaşmasının təminatı kimi özünə xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 2 ünvanında yerləşən 150.00 kv.m ümumi 80.60 kv.m yardımçı və 69.40 kv.m yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilini ipoteka yüklü etmiş, ipoteka yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 550000 (beş yüz əlli min) manat bazar dəyəri, likvid dəyəri isə 341000 (üç yüz qırx bir min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 27.11.2014-cü ıl tarixli 267283 saylı “Daşınmaz Əmlak İpoteka müqaviləsindən görünür ki, Cavabdeh2 Bank VTB ASC ilə bağlamış olduğu Baş Razılaşmasının ayrılmaz hissəsi olan “Kredit müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşması, “Bərpa olun(may)an Kredit xətti müqavilələrinin təminatı kimi özünə xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 2 ünvanında yerləşən 58.5 kv.m 31, 4 kv.m yardımçı və 27.1 kv.m yaşayış sahəsi olan, 1 otaqlı, 79 saylı mənzilini ipoteka yüklü etmiş, ipoteka yüklü edilmiş əmlak tərəflərin razılığı ilə bazar dəyəri 150000 (bir yüz əlli min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 06.08.2013-cü il tarixli 115807-7-4728 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Bank VTB ASC ilə Cavabdeh1 arasında, zaminliklə təmin edilən öhdəliklər kredit alanla bank arasında bağlanmış Baş Kredit Razılaşmasından və onun ayrılmaz hissəsi olan “Kredit müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşması”, o cümlədən Bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan müqavilə və onlara edilmiş və ya ediləcək əlavələrdən irəli gələn bütün pul tələblərini əhatə edir. İş materiallarında olan 13.09.2013-cü il tarixli 115808-7-4729 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə Bank VTB ASC ilə X10 arasında, zaminliklə təmin edilən öhdəlikər kredit alanla bank arasında bağlanmış Baş Kredit Razılaşmasından və onun ayrılmaz hissəsi Kredit müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşması”, o cümlədən Bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan müqavilə və onlara edilmiş və ya ediləcək əlavələrdən irəli gələn bütün pul tələblərini əhatə edir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, 07.08.2013-cü il tarixli çıxarışdan aydın olur kı, Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən İddiaçı-nin xeyrinə hüquq yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reystrində, 1848 nömrəli reyestr kitabının 170295 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, 29.1 1.2014-cü il tarixli çıxarışdan aydın olur kı, Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən mənzil İddiaçı-nin xeyrinə hüquq yüklü edilmiş və bu barədə daşınmaz Əmlakın dövlət reystrində, 498 nömrəli reyestr kitabının 45967 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 24433 saylı, 23 dekabr 2016cı il tarixli Rəyindən görünür kı, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan kassa mədaxil qəbzlələri, carı hesabdan çıxarış məlumatları, 115767- 1-8082/2 saylı, 22.10.2013-cü il tarixli, 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli və 115767-1-8082/8 saylı, 13.01.2015-ci il tarixli kommersiya krediti müqavilələrinin şərtləri nəzərə alınmaqla sual üzrə 08 iyun 2016-cı ıl tarixinə Cavabdeh1 İddiaçı olan borcu aşağıdakı kimi müəyyən olunur. 115767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli, “Kommersiya krediti müqaviləsi" üzrə 105921,10 ABŞ dolları əsas borc, 7605,77 ABŞ dolları faiz, 1706,50 ABŞ dolları cərimə borcu, 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi” üzrə 43372,98 ABŞ dolları əsas borc. 3.773.45 ABŞ dolları faiz, 1916 ABŞ dolları cərimə borcu və 115767-1-8082/8 saylı, 13.01.2015-ci il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 179901,73 ABŞ dolları əsas, 16013,75 ABŞ dolları faiz, 12.240,0 ABŞ dolları cərimə borcu. Mülki işin materiallarında olan 02.10.2017-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 İddiaçı-yə eyni tarixə olan borcu 115767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 109969,32 ABŞ dolları əsas borc, 8997,74 ABŞ dolları faiz, 1706,50 ABŞ dolları cərimə, cəmi 120673,56 ABŞ dolları (müqavilə üzrə öhdəliyini 22.12.2015-ci il tarixdən icra etmir), 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi” üzrə 42806,38 ABŞ dolları əsas borc, 4121,79 ABŞ dolları faiz, 1916 ABŞ dolları cərimə, cəmi 48844,17 ABŞ dolları (müqavilə üzrə öhdəliyini 04.01.2016-cı il tarixdən icra etmir), 115767-1-8082/8 saylı, 13.01.2015-ci ıl tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 184674,43 ABŞ dolları əsas, 18149,39 ABŞ dolları faiz, 12240,0 ABŞ dolları cərimə, cəmi 215.063,82 ABŞ dolları (müqavilə üzrə öhdəliyini 28.12.2015-ci il tarixdən icra etmir) məbləğindədir. İş materiallarında olan 16.03.2016-cı il tarixli və 10.05.2016-cı il tarixli Pretentenziya məktublarından görünür ki, bankla bağlanmış müqavilələr üzrə yaranmış borcun 5 iş günü müddətində ödənilməsi tələb olunmuşdur və göstərilən müddət ərzində bankın pul tələbləri ödənilməzsə bank tərəfindən pul tələblərinin ödənilməsi və müqavilələrin ləğv edilməsi barədə cavabdehlərə məlumat verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərardadı əsasında təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1545 saylı, 15 may 2019-cu il tarixli Rəyindən görünür kı, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan kassa mədaxil qəbzlələri, carı hesabdan çıxarış məlumatları, 115767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli, 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli və 115767-1-8082/8 saylı, 13.01.2015-ci il tarixli kommersiya krediti müqavilələrinin şərtləri nəzərə alınmaqla sual üzrə 02 oktyabr 2017-cı ıl tarixinə Cavabdeh1 İddiaçı olan borcu aşağıdakı kimi müəyyən olunur: 115767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli, “Kommersiya krediti müqaviləsi" üzrə 105921,10 ABŞ dolları əsas borc, 10.643,65 ABŞ dolları faiz, 1706,50 ABŞ dolları cərimə borcu, 115767-1-8082/7 saylı, 25.11.2014-cü il tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi” üzrə 43372,98 ABŞ dolları əsas borc, 6.248.80 ABŞ dolları faiz, 1916,0 ABŞ dolları cərimə borcu və 115767-1-8082/8 saylı, 13.01.2015-ci il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 179.901,73 ABŞ dolları əsas, 16.615,92 ABŞ dolları faiz, 12.240,0 ABŞ dolları cərimə borcu. Odur ki, Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1545 saylı, 15 may 2019-cu il tarixli Rəyi nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti borcun tutulması hissədə Rəyə müvafiq qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qərardadı əsasında təyin olunmuş məhkəmə-qiymətləndirmə ekspertizası əsasında verilmiş Əmlak Ekspert Mərkəzinin ƏEM/S-77-877/18 saylı, 25 sentyabr 2018-ci il tarixli Rəyindən görünür kı, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m.yardımçı və 69 40 kv.m.yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilin 25 sentyabr 2018-ci il tarixə bazar dəyəri 350.000,0 manat, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilin 25 sentyabr 2018-ci il tarixə bazar dəyəri 105.000,0 manat təşkil edir. İş materiallarında olan cavabdehin təqdim etdiyi "xxxx" Firmasının Rəyindən görünür kı, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m.yardımçı və 69 40 kv.m.yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilin oktyabr 2018ci il tarixə bazar dəyəri 750.000,0 manat, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilin oktyabr 2018-ci il tarixə bazar dəyəri 250.000,0 manat təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərardadı əsasında təyin olunmuş məhkəmə-qiymətləndirmə ekspertizası əsasında verilmiş "xxxx" MMC-nin 0260/19 VTB və 0261/19 VTB saylı, 15 may 2019-cu il tarixli Rəyindən görünür kı, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m.yardımçı və 69 40 kv.m.yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilin bazar dəyəri 500.000,0 manat, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilin bazar dəyəri 200.000,0 manat təşkil edir. Kollegiya yuxarıda qeyd edilən ayrı-ayrı qiymətləndirmə rəylərində ipoteka predmetlərinin dəyərinin fərqli olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m.yardımçı və 69 40 kv.m.yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilin ilkin satış qiyməti 550.000,0 manat məbləğində və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilə-ilkin satış qiyməti 150.000,0 AZN məbləğində müəyyənləşdırılməsi ədalətlidir. İş materiallarında olan elektron Xidmətlər Portalından olan çıxarışlardan görünür kı, ipoteka predmetləri olan daşınmaz əmlaklara tutumanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür kı, iddiaçı tərəfindən 30 manat məbləğində sumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-cı maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ı.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.İpoteka predmetınin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bır tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərın icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın məsi hüququnun yaranması anıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3.1-cı maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, (59.3.1-ci maddə) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göründüyü kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit xətti və ipoteka müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cərimə borcunun tutulmasına gəldikdə isə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, “məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərı nəzərə alınır”. Qeyd edilən maddəyə əsaslanaraq və cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə cərimə hesablaması ədalətli deyildir və cərimə məbləğinin 115767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 150 ABŞ dolları, 115767-1-8082/7 saylı, 25.11,2014-cü il tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi” üzrə 200 ABŞ dolları və 115767-1-8082/8 saylı, 13.01,2015-ci il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 1000 ABŞ dolları həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.00 manat məbləğində dövlət rüsumlarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh3 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə cavabdehlik daşımadığı nəticəsinə gələrkən nəzərə alır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-51/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh3 adından imzalanmış 13 sentyabr 2013-cü il tarixli 115808-7-4729 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 18.11.2015-ci il tarixli 01 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 634 manat cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi; iddia digər hissədə təmin edilməməsi qət olunmuşdur.Həmin qətnamədən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinin təmin olunmaması qənaətinə gəlinmişdir. Beləliklə, Məhkəmə Kolleiyası hesab edir ki, Birinci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(009)-108/2018 saylı qətnaməsindən iddiaçı“Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə apellyasiya şikayəti qismən təmin olunmalı; Cavabdeh3 apellyasiya şikayəti təmin olunmalı; Qətnamə ləğv olunmalı; iddia qismən təmin olunmalı; cavabdehlər Cavabdeh1, Cavabdeh2 BankVTB (Azərbaycan) ASC-nin xeyrinə 115767-1-8082/2 saylı, 22.10.2013cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 105.921,1 (yüz beş min doqquz yüz iyirmi bir) ABŞ dolları 1 (bir) sent məbləğində əsas borcun, 8997 (səkkiz min doqquz yüz doxsan yeddi) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində faizin, 150 (bir yüz əlli) ABŞ dolları cərimə olmaqla cəmi 115.068,84 (yüz on beş min altmış səkkiz) ABŞ dolları 84 (səksən dörd) sent borc, 115767-1-8082/7 saylı, 25.1 1 2014-cü ıl tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi” üzrə 42806 (qırx iki min səkkiz yüz altı) ABŞ dolları 38 (otuz səkkiz) sent məbləğində əsas borcun, 4121 (dörd min yüz iyirmi bir) ABŞ dolları 79 (yetmiş doqquz) sent məbləğində faizin, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 47128 (qırx yeddi min yüz iyirmi səkkiz) ABŞ dolları 17 on yeddi) sent və 115767-1-8082/8 saylı, 13.01.2015-ci ıl tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 179.901, 73 ( yüz yetmiş doqquz min doqquz yüz bir) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində əsas borcun, 16.615,92 (on altı min altı yüz on beş) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində faizin və 1000 (bir min) ABŞ dolları cərimənin, cəmi 197.517,65 (bir yüz doxsan yeddi min beş yüz on yeddi) ABŞ dolları 65 (altmış beş) sent məbləği (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə ııyğun olaraq Azərbaycan manatı ilə) və iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.00 (altmış) manat məbləğində dövlət rüsumları tutulmalı;Həmçinin, qiymətləndirmə ekspertizasının dəyəri 400 manatın 200 manatı iddiaçıdan, 200 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq “Əmlak Ekspert Mərkəzi” nin xeyrinə, mühasibatlıq ekspertizasının dəyəri 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməli; Tutma Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m.yardımçı və 69 40 kv.m.yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilə- ilkin satış qiyməti 550.000,0 manat məbləğində müəyyənləşdirməklə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilə-ilkin satış qiyməti 150.000,0 AZN məbləğində müəyyənləşdırılməklə yönəldilməli; əmlaklar açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh1, Cavabdeh2 İddiaçı-yə olan borcu ödənilməli; Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan məbləğlər ödənildikdən sonra ipoteka predmetının hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı;İddia qalan hissədə və Cavabdeh3 münasibətdə rədd edilməlidir.Həmçinin, Birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(006)-51/2018 saylı qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı;Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM-im 14.2, 77.1 və 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Birinci iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(009)-108/2018 saylı qətnaməsindən iddiaçı“Bank VTB (Azərbaycan)” ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 birgə apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdeh3 apellyasiya şikayəti təmin olunsun. Qətnamə ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 BankVTB (Azərbaycan) ASC-nin xeyrinə 115767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 105.921,1 (yüz beş min doqquz yüz iyirmi bir) ABŞ dolları 1 (bir) sent məbləğində əsas borcun, 8997 (səkkiz min doqquz yüz doxsan yeddi) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləğində faizin, 150 (bir yüz əlli) ABŞ dolları cərimə olmaqla cəmi 115.068,84 (yüz on beş min altmış səkkiz) ABŞ dolları 84 (səksən dörd) sent borc, 115767-1-8082/7 saylı, 25.11.2014-cü ıl tarixli “Bərpa olunmayan kredit xətti Müqaviləsi” üzrə 42806 (qırx iki min səkkiz yüz altı) ABŞ dolları 38 (otuz səkkiz) sent məbləğində əsas borcun, 4121 (dörd min yüz iyirmi bir) ABŞ dolları 79 (yetmiş doqquz) sent məbləğində faizin, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə olmaqla cəmi -47.128 (qırx yeddi min yüz iyirmi səkkiz) ABŞ dolları 17 on yeddi sent və 115767-1-8082/8 saylı, 13.01.2015-ci ıl tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 179.901, 73 ( yüz yetmiş doqquz min doqquz yüz bir) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində əsas borcun, 16.615,92 (on altı min altı yüz on beş) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində faizin və 1000 (bir min) ABŞ dolları cərimənin, cəmi 197.517,65 (bir yüz doxsan yeddi min beş yüz on yeddi) ABŞ dolları 65 (altmış beş) sent məbləği (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə ııyğun olaraq Azərbaycan manatı ilə) və iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.00 (altmış) manat məbləğində dövlət rüsumları tutulsun.Həmçinin, qiymətləndirmə ekspertizasının dəyəri 400 dörd yüz) manatın 200 (iki yüz) manatı iddiaçıdan, 200 (iki yüz) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq “Əmlak Ekspert Mərkəzi” nin xeyrinə, mühasibatlıq ekspertizasının dəyəri 200 (iki yüz) manatın 100 (bir yüz) manatı iddiaçıdan, 100 (bir yüz) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Tutma Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1 ünvanında yerləşən 150.00 kv.m ümumi, 80.60 kv.m.yardımçı və 69 40 kv.m.yaşayış sahəsi olan, 4 otaqlı, 80 saylı mənzilə- ilkin satış qiyməti 550.000,0 manat məbləğində müəyyənləşdirməklə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 58.5 kv.m ümumi, 27.1 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahəsindən ibarət olan 1 otaqlı 79 saylı mənzilə-ilkin satış qiyməti 150.000,0 AZN məbləğində müəyyənləşdırılməklə yönəldilsin; Əmlaklar açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh1, Cavabdeh2 İddiaçı-yə olan borcu ödənilsin; Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan məbləğlər ödənildikdən sonra ipoteka predmetının hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın; İddia qalan hissədə və Cavabdeh3 münasibətdə rədd edilsin. Həmçinin, Birləşdirilmiş iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(006)-51/2018 saylı qətnaməsindən iddiaçı Cavabdeh3 və “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmasın. Qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar