Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3303/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-899/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Cavabdeh ilə X5 arasında Bakı 1 saylı Mediasiya Təşkilatının MŞB/1/2024- 00015 saylı, 02 fevral 2024-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, mediasiya (mübahisəli) tərəfləri (Cavabdeh ilə X5) Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, 1181 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirməməsi, X8 adlı övladın yetkinlik yaşına çatanadək ananın-yəni, X2 himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. İkinci tərəf (ata)- yəni, Cavabdeh birinci tərəf (anaya)- yəni, X3 X8 adlı övladın yetkinlik yaşına çatanadək maddi ehtiyaclarını və yaşayış xərclərini qarşılamaq üçün hər təqvim ayı üzrə 300 (üç yüz) manat ödəməyi öz öhdəsinə götürür. Mübahisəli tərəflərinin qarşılıqlı razılığına əsasən yuxarıda göstərilən aliment məbləği ata tərəfindən anaya müvafiq bank hesabına bağlı bank kartına elektron köçürmə üsulu ilə ödənəcəkdir. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği, yəni 300 manat məbləğ hər təqvim ayının 15-ci gününə qədər ödənəcəkdir.
2. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02595 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, tərəflər arasında razılıq əldə olunmamışdır. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərcləri ödənilmişdir.
3. AZ-İ seriyalı, 485661 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah pozulmuş və və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 27 iyun 2024-cü il tarixdə 238 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Tağıyeva soyadı verilmişdir.
4. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Məsləhətçi vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 1567 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 13 may 2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1181 nömrə ilə qeyd edilmiş nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1419/2024 saylı qətnaməsi ilə pozulub. Nikah məhkəmə qaydasında pozulmamışdan əvvəl onlar arasında xx.xx.2024-cü il tarixdə 1 saylı Mediasiya təşkilatında Barışıq sazişi bağlanıb. Barışıq sazişinin 2-ci bəndində mediasiya onlar birgə nikahdan doğulmuş X6 yetkinlik yaşına çatanadək ananın, yəni onu himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəliblər. Həmin sazişin 3-cü bəndinə əsasən ata, yəni Cavabdeh anaya Məmmədli Humay adlı qızının yetkinlik yaşına çatanadək maddi ehtiyaclarını və yaşayış xərclərini qarşılamaq üçün hər ay 300 manat ödəməyi öhdəsinə götürüb. Azyaşlı övladı böyüdükcə onun maddi ehtiyacları daimi artır. Cavabdeh tərəfindən ödənilən 300 manat aliment yetərli deyil. Bildirir ki, cavabdeh dövlət qulluqçusu kimi çalışır və yüksək əmək haqqı alır. Alimentin dəyişdirilməsi (artırılması) ilə əlaqədar Bakı 8 saylı Mediasuya təşkilatına müraciət edilsə də, cavabdeh alimentin onun əmək haqqından və başqa gəlirlərinin dörddə bir hissəsindən tutulmasına razılıq verməyib. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixdə arayış verilib.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-899/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, xx.xx.2024-cü il tarixli Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2023-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü ildən başlayaraq (xx.xx.2024-cü il tarixli Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə ödənilmiş aliment məbləği çıxılmaqla), Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.2, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq Hüquqları haqqında” Qanunun 4, 5, 13, 19cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına 8.2, 8.3, 8.4, 8.13, 8.14-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 119.2, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sırf Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmiş hüquqi mövqeni əsas göstərməkdə haqlı olmamış və nəticə etibari ilə istinad etdiyi digər maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunvericiliyin Sazişlərlə (müqavilərlə) bağlı tələblərinə riayət edilməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı ilə aralarında saziş bağlanmış və həmin saziş hal-hazırda qüvvədədir. Ona görə də hesab edir ki, 02 fevral 2024-cü il tarixində 1 saylı Mediasiya təşkilatında iddiaçı ilə aralarında Barışıq Sazişi imzalandığından və həmin Saziş qüvvədə olmaqla ləğv olunmadığı müddət ərzində bu məsələyə məhkəmə icraatında baxılmağı qanuna zidd olmuşdur. Çünki məhkəmə qətnaməsi qanuni olmalıdır və bu hal qanunvericiliyini imperativ normasıdır. Elə buna görə də 26 iyun 2024-cü ildə qarşı tərəf aliment iddiası qaldırdığı zaman da məhkəmədə eyni işə baxan hakim tərəfindən ilk növbədə Barışıq Sazişinin mübahisələndirilməsi daha sonra aliment üzrə iddia qaldırılması bildirilərək məhkəmə prosesi dayandırılmışdır. Bundan əlavə, mediasiya prosesi zamanı iddia predmetinin alimentin artırılması göstərilmişdir amma məhkəməyə müraciət zamanı alimentin maaşdan tutulmağı iddia edilmişdir. Bu da mediasiyada mübahisə predmeti ilə məhkəmədə qaldırılan iddianın üst-üstə düşmədiyini və qanunvericiliyin tələblərinin pozulmasını sübut edir. Həmçinin bildirir ki, aliment ödəməyə dair öhdəlik götürmüşdür və valideynlik borcu olaraq o sazişin heç bir müddəasını pozmamışdır və buna da heç bir şərait belə yaratmamışdır. Həmçinin, sazişdə yazılan məbləğdən (300 manat) daha çox ödəniş etmiş və əlavə olaraq da şəxsən müəyyən ehtiyaclarını almışdır. Müvafiq olaraq 700-600-430-400 (mart-may ayları) manat məbləğlərində aylıq ödəniş etmişdir. Qarşı tərəf də bunu təsdiq edər, çünki qeyd etdiklərimə dair sübutlar da təqdim edə bilərəm. Daha sonra isə iddiaçının övladını ona göstərməməsinə baxmayaraq vicdanlı ata kimi iyun ayından hal-hazıra qədər hər ay 400 manat məbləğində vəsaiti Məmmədli (Tağıyeva) Nübubət Mehman qızının kart hesabına köçürtmüşdür. Qarşı tərəf uşağın hüquqlarının qorunması, onun həyat şəraiti, psixoloji vəziyyəti və digər amilləri nəzərə almadan ancaq şəxsi maraqlarına naminə hərəkət edərək analıq hüquqlarında sui-istifadə etdiyi bariz olaraq ortadadır. Məlum olduğu kimi əməkhaqqı 1567 manatdır. My.gov.az portalından bugünə olan çıxarışı təqdim edir. Ordan da vergi və digər sosial ödənişlər tutulandan sonra (1225 azn) böyük miqdar qalmır, buna baxmayaraq övladının saxlanması üçün artıqlamasıyla aliment ödəyir. Göründüyü kimi aldığı məvacibin dörddə birindən daha çox miqdarda aliment ödəyir. Həmçinin ölkə üzrə yaşayış minimumuna da uyğun olaraq 1 yaş yarımlıq uşağın saxlanılması üçün 400 manat kifayət qədər böyük məbləğdir. Sadəcə qarşı tərəf iş mühitindəki nüfuzuma ziyan vurmaq məqsədilə alimentin maaşdan tutulmağını iddia edir. Dəfələrlə mediasiya sessiyası danışıqlar zamanı bunu da vurğulamışdır. O ki qaldı məhkəmənin mövqeyinə qarşı bildirir ki, məhkəmə tərəfindən əqdlərə və müqavilələrə dair Mülki Məcəllənin imperativ normalarının tələblərinə əhəmiyyət vermədən qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Mediasiya haqqında Qanunda qeyd olunmuşdur ki, mediasiya prosesində bağlanmış barışıq saziş Mülki Məcəlləyə uyğun hüquqi nəticələrə səbəb olur. Mülki Məcəlləyə əsasən: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə tərəfindən X7 normaları Mülki Məcəllənin müvafiq maddələri ilə əlaqəli şəkildə hazirki mübahisəyə tətbiq edilməmiş və nəticədə kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, alimentin tutulmasına dair qarşı tərəflə bağlanmış Saziş qüvvədə ola-ola və məhkəmə tərəfindən həmin saziş ləğv edilmədən üzərinə əlavə öhdəliyin qoyulması hüquqlarının kobud pozulmasıdır. Çünki Mediasiya haqqında qanunda qeyd olunmuşdur ki, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Deməli Saziş qüvvədədir və qarşı tərəf MPM-ə əsasən xüsusi icraat qaydasında məhkəməyə müraciət edib Sazişin məcburi icra olunmasını tələb edə bilər və belə olan halda məhkəmə tərəfindən sazişin icrası üçün qətnamə qəbul ediləcəkdir. Beləliklə məhkəmə tərəfindən işə baxılarkən Sazişin şərtlərinə əməl etməyi, aldığı əmək haqqının ¼ hissəsindən də artıq aliment ödəməyi, iddiaçının tələb etdiyi aliment məbləğinin yaşayış minimumundan artıq olması həmçinin alimentin məbləğinin artırılmasına əsas olan hallar kimi hallar və ən əsas da Sazişin qüvvədə olmasına əhəmiyyət verilməmişdir. Məhkəmə tərəfindən düzgün araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, hüquq normaları düzgün tətbiq edilməmiş, iddia tələbinin əsasını təsdiq edən hallar sübuta yetirilməmiş və nəticədə qanunsuz, əsassız, ədalətdiz və qeyri-obyektiv qətnamə qəbul olunmuşdur. Belə ki, məhkəmə Sazişin qüvvədə olmasına və tərəfindən öhdəliyiin artıqlaması ilə və vaxtlı-vaxtında icra edilməsinə münasibət belə bildirməmiş, yalnız maddi və prosessual hüquq normalarını sadalamış, qanunvericiliyin imperativ tələblərini nəzərə almamışdır. Halbuki məhkəmə qətnaməsi qanuni olmalı və əsaslandırılmalıdır. Hakim isə tərəfindən gətirilmiş arqumentlərə münasibət bildirməmiş və bildirdikləri əsassız idisə, buna dair öz fikrini əsaslandıran dəlillər gətirməmişdir. Ona görə də hesab edir ki, MPM-nin 385.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və proessual hüquq normalarının tələbləri kobud pozulduğundan qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddia rədd edilməlidir. İddia tələbinin əsaslı olub-olmaması, Saziş üzrə öhdəliyin yerinə yetirilməməsi, uşağın saxlanması üçün ödədiyi vəsaitin onun saxlanmasına hansı həcmdə yetməməsi ətraflı araşdırılmamışdır. İddiaçı ilə aralarında sazişin olması və aliment ödəməyi müəyyən edilmiş, lakin ödənilən vəsaitin nəyə görə uşağın saxlanmasına çatmadığı və məbləğin artması kimi hallar sübut ediləmmişdir. Yuxarıda qeyd etdiyi hallar bir daha təsdiq edir ki, məhkəmənin ədalətsiz və qanunsuz formada alimentin tutulmasına dair gəldiyi nəticə işin hallarına uyğun deyil.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin heç bir əsası yoxdur. Birinci instansiya məhkəməsi işə baxarkən işi hərtərəfli araşdırmış və nəticədə qanuni və əsaslı qətnamə çıxarmışdır. Cavabdeh apellyasiya şikayəti əvvəlki işlərdə də göründüyü kimi yalnız işi uzatmaq və məhkəmənin vaxtını almağa yönəlmiş niyyətdir. Ona görə hesab edir ki, apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün dəlilləri əsassızdır. Eyni zamanda bildirir ki, məhkəmənin iclası xx.xx.2025 tarixinə təyin olunmuşdur. Həmin tarixdə iştirak etmək istədikdə, lakin məlum olduki Cavabdeh ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin növbəti iclası xx.xx.2025 tarixə təyin olunmuşdur, lakin bildirir ki, mən həmin tarixdə yaxınımın Gəncə şəhərində rəhmətə getməsi ilə bağlı hüzr mərasimində olmağı səbəbindən həmin iclasda iştirak edə bilməyəcək. İclasda iştirak etməməyini üzrlu hesab edərək, iştirakı olmadan apellyasiya şikayətinə baxıb, apellyasiya şikayətini rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmağını xahiş edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
14. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur;
17. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq Hüquqları haqqında” Qanunun
21. 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
22. 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
23. 19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
24. 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı
25. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı
26. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
27. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
28. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
29. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
30. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
33. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
34. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
36. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-899/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
41. İşin halları ilə müəyyən edilmişdir ki, Məmmədli X4 Nübubət Mehman qızı ilə xx.xx.2022-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurub, bu nikahdan onların xx.xx.2023-cü il təvəllüdlü X8 adlı övladları anadan olub. Həmçinin, tərəflər aralarında mediasiya prosesində barışıq sazişi bağlayıb və saziş ilə nikahın pozulmasına və tərəflərin birgə nikahından doğulmuş uşaqların ananın yanında saxlanılmasına, birgə nikahdan doğulmuş uşaq üçün 300 manat alimentin ödənilməsi barədə razılıq əldə ediblər.
42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
43. İş materiallarında olan Cavabdeh ilə X5 arasında Bakı 1 saylı Mediasiya Təşkilatının MŞB/1/2024-00015 saylı, 02 fevral 2024-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, mediasiya (mübahisəli) tərəfləri (Cavabdeh ilə X5) Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, 1181 nömrəli qeyd ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirməməsi, X8 adlı övladın yetkinlik yaşına çatanadək ananın-yəni, X2 himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. İkinci tərəf (ata)- yəni, Cavabdeh birinci tərəf (anaya)- yəni, X3 X8 adlı övladın yetkinlik yaşına çatanadək maddi ehtiyaclarını və yaşayış xərclərini qarşılamaq üçün hər təqvim ayı üzrə 300 (üç yüz) manat ödəməyi öz öhdəsinə götürür. Mübahisəli tərəflərinin qarşılıqlı razılığına əsasən yuxarıda göstərilən aliment məbləği ata tərəfindən anaya müvafiq bank hesabına bağlı bank kartına elektron köçürmə üsulu ilə ödənəcəkdir. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği, yəni 300 manat məbləğ hər təqvim ayının 15-ci gününə qədər ödənəcəkdir.
44. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
46. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
47. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
48. Bununla belə kollegiya hesab edir ki, yuxarıda qeyd olunan normalardan görünüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyü ən əsas şərt olan - məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsindən asılıdır.
49. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericliyin yuxarıda qeyd olunan normalarına istinad etsə də, iş üzrə düzgün nəticəyə gəlməmişdir.
50. İş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbini irəli sürərkən tələbini uşağın tələbatının artması və cavabdehin əmək haqqı məbləği ilə əsaslandırmışdır. Lakin uşağın tələbatının artması səbəbilə alimentin artırılmasını tələb edərkən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı iddiaçı öz tələbinin əsasını yalnız cavabdehin əməkhaqqı məbləği ilə əsaslandırmışdır. Halbuki, məhkəmə iclasında tərəflərin mübahisələndirmədiyi hal ondan ibarətdir ki, barışıq sazişi bağlandığı zaman da cavabdeh hazırki iş yerində çalışmış və eyni məbləğdə əməkhaqqı almış, əməkhaqqı məbləğində artırılma olmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi hazırki iddianı təmin edərkən həmçinin Respublikada yaranmış iqtisadi böhrana istinad etməsi isə əsaslandırılmamaqla, ümumiyyətlə anlaşılmazdır.
51. Beləliklə, kollegiya hesab edir ki, hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz.
52. Bununla yanaşı kollegiya iddiaçıya izah etməyi zəruri hesab edir ki, hazırki münasibət davamlı xarakter daşıdığından gələcəkdə cavabdehin maddi vəziyyətində yaxşıya doğru dəyişiklik baş verdiyi halda iddiaçı yenidən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına tam diqqət yetirmədən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
57. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
58. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-899/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393 -cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-899/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilain. Qətnamədən kassasiya şikayəti verilə bilməz.