Məhkəmə qərarları › İş №2(103)-3304/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3304/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3304/2024 18.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)- 19/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35252 manat borc məbləğinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 196 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Onunla Cavabdeh arasında Bakı şəhəri 8 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə "kredit müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, Cavabdeh 12402 manat borca pul vermişdir. Müqavilənin şərtinə əsasən, Cavabdeh ondan aldığı 12402 manat pulu, ayda 954 manat olmaqla xx.xx.2021-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh müxtəlif vaxtlarda atasının müalicəsi, uşağının müalicəsi, atasının dəfni, anasının dəfni üçün ondan 5000 manat, 6500 manat, 700 manat, 350 manat, 2200 manat, 1000 manat, 500 manat, 1200 manat, 500 manat, 350 manat, 1000 manat, 700 manat, 250 manat, 400 manat, 1200 manat, 1000 manat olmaqla hissə-hissə 22850 manat da borc almışdır. Lakin sözügedən borc məbləğlərini Cavabdeh etibar edib güvəndiyi üçün yazılı surətdə borc müqaviləsi bağlamadan vermişdir. Həmin borc məbləğlərinin bir qismini Cavabdeh bank kartına köçürülmə yolu ilə, digər qismini isə nəğd şəkildə vermişdir. Borc məbləğlərinin bank kartı hesabına köçürülməsi barədə qəbzlər var. Həmçinin Cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda verdiyi izahatında və aralarında aparılan "whatsapp” yazışmalarında, göndərilən səs yazılarında ondan aldığı borc məbləğlərini və ona borclu olmasını etiraf etmişdir. Cavabdeh bu günə kimi onun borcunu qaytarmaqdan yayınır. Ona pulunu qaytarması barədə dəfələrlə müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısanda qalaraq, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh aldığı 35252 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir.

2. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, iddia tamamilə əsasız və qanunsuzdur. Hətta, ədalətdən tamamilə uzaq iddiadır. Bu səbəbdən də, iddianı etiraf etmir. Belə ki, o, iddiaçıdan ümumilikdə 35000 manat pul vəsaiti almışdır. Bununla yanaşı, 2019-cü ilin dekabr ayının 10-dan 05 avqust 2022-ci il tarixə qədər iddiaçıya 46000 manat məbləğində pul vəsaiti qaytarmışdır (Atası vəfat edənə qədər). Atasının kartı İddiaçı olmuşdur. 20 iyul 2021-ci il tarixdə 3000 manat almışdır. Elə həmin vaxt atasının pensiya kartını iddiaçıya verməyə məcbur olmuşdur. Elə həmin ilin dekabr ayına qədər ümumilikdə, 7200 manat iddiaçıya qaytarılmışdır. İkinci dəfə xx.xx.2022-ci il tarixdə 3000 manat borc almışdır. Əlavə 1000 manat da borcu qalmış, kartı yenə iddiaçıya vermişdir. İddiaçı həmin ilin avqust ayının 05-dək hər ay 1200 manat atasının pensiya kartından pul çıxartmışdır. Çünki, əvvəldən qalan 1000 manat borc 6 aydan sonra verildiyinə görə hər ay üstünə 500 manat faiz borcu gəlirdi. 1000 manat müqabilində iddiaçı ondan 4800 manat istəyirdi. Atası ağır xəstə olduğu üçün ona pul lazım olanda iddiaçıdan faizlə pul alırdı. Atası ağır xəstəlikdən əziyyət çəkdiyi üçün pul vəsaiti lazım olurdu. Ona görə də iddiaçıdan faizlə borc almağa məcbur idi. İddiaçı 1200 manat götürəndə, qalan 250 manatı qaytarırdı. Əlavə arada bir 500, 1000 manat lazım olanda iddiaçıdan həmin pul vəsaitlərini alsa da, 500 manat əvəzinə 700 manat, 1000 manat əvəzinə, 1400 manat qaytarırdı. İddiaçı onu hədələyirdi. Ona görə də özünə qəsd etmişdir. Onu özünü öldürmək həddinə çatdırmışdır. Onu izləyirdi. Bundan başqa, ona aid olmayan 4 avtomaşını ona etibar etdirib. O avtomaşınların cərimələri də ona gəlib. Bütün pulları iddiaçıya faizlə qaytarmışdır. İddiaçı ona whatsappla yazıb ki, "kredit bitdi, xeyirli olsun”. Buna baxmayaraq, avtomaşını evinin qarşısından aparmışdır. Onun sənədləri, əşyaları maşında qalmışdır. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin ilin avqustun 05-də axırıncı 1200 manatı çıxartmışdır. Beləliklə, 2022-ci ilin yanvarından avqusta qədər 4000 manat alıb 9600 manat qaytarmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, avtomaşınla bağlı "kredit” bitib. İddiaçı özü bunu təsdiq edib. Avtomaşın xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək onda olmuşdur. O, hərbi hospitalda müalicədə olduğu zaman, avtomaşının açarının biri iddiaçıda olduğu üçün iddiaçı gəlib evinin qabağından ondan xəbərsiz aparmışdır.

3. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-19/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh verilmiş borca görə 20595 manat və ödənilmiş dövlət rüsumuna görə 196 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 425.1, 427.3, 443.1, 445.2, 448.1, 739.1, 739.2, 1091, 1092.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12402 manat borc pul vermişdir. Bundan sonra isə tərəflər arasında olan şifahi razılaşmalar əsasında iddiaçı tərəfindən yenidən müxtəlif məbləğlərdə pul vəsaitləri cavabdehə verilmişdir. İşin mübahisəli halları tərəflər arasında şifahi razılaşma əsasında verilən pul vəsaitinin məbləği və həmin pulların iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə 35252 manat pul verdiyini bildirir. Cavabdeh isə iddiaçıdan ayrı-ayrı vaxtlarda (kredit müqaviləsi və şifahi razılaşmalar da daxil olmaqla) 35000 manat aldığını etiraf etməklə və həmin pulu ona artıqlaması ilə qaytardığını bildirir. Bundan başqa, cavabdeh tərəf iş materiallarında olan xx.xx.2023-cü il tarixli whatsapp yazışmasında 37850 manat pulun iddiaçıdan alınması barədə mesajların ona aid olmasını təsdiq etməklə bu faktın mövcudluğuna etiraz bildirməmişdir. Tərəflərin izahatları və iş materialları ilə iddiaçı tərəfindən 37850 manat pul vəsaitinin cavabdehə verilməsi öz təsdiqini tapır, iddia tələbi 35252 manat pulun qaytarılması ilə bağlı olduğundan, məhkəmə iddiadan kənara çıxmayaraq mülki işi həmin hissədə araşdırır. İddiaçının cavabdehə 35252 manat borc pulun verilməsi barədə iddiası cavabdeh tərəfindən etiraf edildiyindən işin mübahisəsiz halıdır. İşin mübahisəli halları isə cavabdehin iddiaçıya həmin pul vəsaitini artıq şəkildə qaytarmasıdır. Belə olan halda cavabdeh 35252 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbini, yəni cavabdehin ona 35252 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, alınan pul vəsaitinin qaytarılması halının cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruridir, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Cavabdeh tərəfin öz etirazının əsası kimi məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, Turanə Musayevaya cəmi 4553 manat, İddiaçı cəmi 6614 manat, X6 cəmi 3490 manat olmaqla, ümumilikdə 14657 manat pul vəsaitinin göndərildiyi öz əksini tapmışdır. İddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, Turanə Musayeva iddiaçının həyat yoldaşı, Tural Rəsullu isə qaynıdır, həmin şəxslərə məxsus bank kartlarına göndərilən pulların məhz iddiaçıya göndərildiyinə dair cavabdehin dəlili ağlabatandır. İddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərinə münasibətdə cavabdeh tərəfindən 37850 manat pul aldığını etiraf edən whatsapp yazısının xx.xx.2023-cü il tarixdə yazıldığını, təqdim edilən qəbzlərdəki ödənişlərin isə köhnə tarixli olmaqla başqa borcun ödənişi olduğunu bildirmiş, lakin hansı borcdan söhbət getdiyini izah edə bilməmiş, tərəflər arasında iddia üzrə mübahisələndirilən borcdan başqa hər hansı borc münasibətinin olması iş üzrə müəyyən edilməmişdir. Cavabdeh tərəfindən 14657 manat pul vəsaitinin iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh tərəf iddiaçı ilə aralarında avtomobil alqı-satqısına dair münasibətlərin olduğunu, avtomobil satışına görə iddiaçıya 15400 manat ödədiyini, lakin iddiaçının avtomobili ondan qanunsuz olaraq geri götürdüyünü irəli sürsə də, bununla bağlı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, iş materialları əsasından iddiaçı tərəfində etibarnamə ilə cavabdehin istifadəsinə 4 fərqli avtomobilin verildiyi, həmin etibarnamənin yalnız idarəetmə üçün və qısa müddətlik olduğu müəyyən edilir. Belə olan halda, məhkəmə, avtomobillərin alqı-satqı məqsədilə cavabdehə verildiyini ağlabatan hesab etmir. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, iddia edilən pul vəsaitinin cavabdeh tərəfindən ona verilməsinin etiraf edilməsindən savayı həmin məbləğin tamamilə iddiaçıya qaytarmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 35252 manat pul vəsaitini cavabdehə verdiyini sübuta yetirmiş, cavabdeh isə həmin pulu iddiaçıya qaytarmasını bildirsə də, öz etirazını 14657 manat hissədə sübuta yetirmiş, qalan hissədə sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 35252 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitinin 14657 manatını qaytararaq qalan 20595 manat pulu ona qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 12402 manat pula dair kredit müqaviləsi bağlanmış, qalan 22850 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq edir. Cavabdeh iddiaçının tələbi ilə həmin pulun qaytarılmamış 20595 manat məbləğini ona qaytarmalıdır. Ona görə ki, cavabdehin iddiaçı qarşısında aralarındakı razılaşmadan irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borcun cavabdehdən alınması ilə yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12402 manat pul vəsaiti xx.xx.2021-ci il tarixədək verilmişdir. İşdə olan pretenziya məktubundan görünür ki, İddiaçı kredit müqaviləsi üzrə verdiyi 12402 manat və müqavilə bağlamadan verdiyi 22850 manat borcun qaytarılması barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Təranə Musayevaya xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400 manat, xx.xx.2020-ci il tarixdə 200+100 olmaqla cəmi 300 manat, xx.xx.2020-ci il tarixdə 155+200 olmaqla cəmi 355 manat, xx.xx.2020-ci il tarixdə 155 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 178+200 olmaqla cəmi 378 manat, xx.xx.2020-ci il tarixdə 200+155 olmaqla cəmi 355 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400 manat, xx.xx.2020-ci il tarixdə 155+200 olmaqla cəmi 355 manat, xx.xx.2020ci il tarixdə 155+200 olmaqla cəmi 355 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 750 manat olmaqla ümumilikdə 4553 manat; İddiaçı xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.08.2020-ci il tarixdə 200 manat,xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400 manat, xx.xx.2020-ci il tarixdə 200+200 olmaqla cəmi 400 manat, xx.xx.2021-ci il tarixdə 200+200 olmaqla cəmi 400 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 326 manat, xx.xx.2022-ci il tarixdə 870 manat, 23.08.202-ci il tarixdə 920 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200+200+199 olmaqla cəmi 599 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 199 manat olmaqla ümumilikdə 6614 manat, X6 xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 1090 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat olmaqla ümumilikdə 3490 manat, hər üç şəxsə cəmi 14657 manat pul vəsaiti ödənilmişdir; - İşdə olan tərəflərin istinad etdiyi 05 mart 2023-cü il tarixli whatsapp yazışmasında qeyd edilmişdir ki, "salam abi sabahın xeyir olsun. Necəsən? Üzrlü say telefonu evdəkilərə vermişdim məndə deyildi. 2 dəqiqəyə yazıram sənə bütün haqq-hesabı. Abi 20000 var idi, atam dünyasını dəyişəndə + 6500 sədərəkdə verdin mənə oldu 26500. 700 + 350 + 2200+ 1000 + 500 + 1200 + 500 + 350 + 1000 + 700+250+400+1200+1000=11350. Bunları da ki, mən rayonda olanda evdəkilər səndən. 37850 manat edir abi. 40000 azn qaytaracam inşallah abi.” Bundan başqa, iş materiallarına iddiaçı və cavabdeh arasında pul alıb-verməklərinə dair digər whatsapp yazışmaları da əlavə edilmişdir; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən, Musayev X8 Accent markalı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən X1 Astra markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən, X1 Astra markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətinə əsasən, X1 Astra markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixədək Cavabdeh etibar etmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 19/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi və iddiasının tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 739.1; Mülki Prosessual Məcəllənin 77, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Pirallahı Rayon Məhkəməsinin qətnaməsi qismən düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində bəzi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(094)- 19/2024 saylı qətnaməsi iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələblərinin tam olaraq təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İlk öncə, qətnamədə “işin mübahisəli halları tərəflər arasında şifahi razılaşma əsasında verilən pul vəsaitinin məbləği və həmin pulların iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır.” barədə qeyd edilənlər işin hallarına uyğun deyil və qəbul edilməzdir. Belə ki, cavabdehlə iddiaçı arasında pulun borc alınması və qaytarılması halları olsa da, nə borc bir dəfəyə verilmiş, nə də ki, borcun qaytarılması tam olmamışdır. Belə ki, borc iddiaçı tərəfindən hissə-hissə xx.xx.2023cü il tarixədək verilmiş, cavabdeh də borc üzrə hissə-hissə ödəniş etmiş, lakin bu dövrdə eyni zamanda ödəniş bitmədən təkrar borc almışdır. İddia verilərkən qaytarılan borc deyil, borcun xx.xx.2023-cü il tarixə qalan hissəsinin cavabdehdən tutulması tələb edilmişdir. Burada həm yazılı, həm də şifahi borc müqavilələrindən yaranmış borc münasibətlərinə istinad edilmişdir. Cavabdeh özü də xx.xx.2023-cü il tarixə iddiaçıya olan borcunun 37850 manat təşkil etdiyini etiraf etmiş, lakin borcu qaytarması əsası ilə iddiaya etiraz etsə də, xx.xx.2023-cü il tarixdən tərəfindən borcun qaytarılması üzrə ödəniş edilməsi barədə sübut təqdim etməmişdir. Eyni zamanda qətnamədə “cavabdeh tərəfin öz etirazının əsası kimi məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, Turanə Musayevaya cəmi 4553 manat, İddiaçı cəmi 6614 manat, X6 cəmi 3490 manat olmaqla, ümumilikdə 14657 manat pul vəsaitinin göndərildiyi öz əksini tapmışdır. İddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, Turanə Musayeva iddiaçının həyat yoldaşı, Tural Rəsullu isə qaynıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, həmin şəxslərə məxsus bank kartlarına göndərilən pulların məhz iddiaçıya göndərildiyinə dair cavabdehin dəlilini ağlabatan hesab edir.” “Məhkəmə göstərilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 14657 manat pul vəsaitinin iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır.” barədə qeyd edilənlər işin hallarına uyğun deyil və qəbul edilməzdir. Belə ki, iddiaçı cavabdehin istifadəsinə avtomobil vermiş, lakin aralarında hər hansı qohumluq münasibəti olmadığından, istifadə əvəzsiz olmamış, cavabdeh istifadəyə görə hər gün üçün 20 AZN ödəniş etməli olmuşdur. Bu barədə iddiaçının özü məhkəmə hazırlıq iclasında bildirmişdir. Cavabdeh isə avtomobili satın alması əsası ilə iddiaya etiraz etmişdir. Göründüyü kimi, iddiaçı avtomobilin istifadəyə verildiyini bildirir, cavabdeh isə onu satın aldığını qeyd edir. Belə olan halda avtomobillə bağlı aparılmış hər hansı ödəniş borcun qaytarılması olaraq dəyərləndirilə bilməz. Belə ki, iddiaçı qalıq borcu qaytarmasını birbaşa tələb etməmiş, onun miqdarını özünün də bir daha hesablamasını cavabdehə təklif etmiş, cavabdeh də borcu hesablamış və xx.xx.2023-cü il tarixli Whatsapp yazışmasında borcun yaranma əsaslarını sadalayarkən, borcun hər hansı hissəsinin avtomobilin alqı-satqısı ilə əlaqələndirməmiş, əksinə qeyd etmişdir ki, "20000 var idi atam dünyasını dəyişəndə +6500 sədərəkdə verdin mənə, oldu 26500. 700 + 350 + 2200 + 1000 + 500 + 1200 + 500 + 350 + 1000 + 700 + 250 + 400 + 1200 + 1000 = 11350. Bunları da ki mən rayonda olanda evdəkilər alıblar səndən. 37850 manat edir abi. Eyni zamanda qətnamədə “İddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərinə münasibətdə cavabdeh tərəfindən 37850 manat pul aldığını etiraf edən Whatsapp yazısının xx.xx.2023-cü il tarixdə yazıldığını, təqdim edilən qəbzlərdəki ödənişlərin isə köhnə tarixli olmaqla başqa borcun ödənişi olduğunu bildirmiş, lakin hansı borcdan söhbət getdiyini izah edə bilməmiş, tərəflər arasında iddia üzrə mübahisələndirilən borcdan başqa hər hansı borc münasibətinin olması iş üzrə müəyyən edilməmişdir.”barədə qeyd edilənlər işin hallarına uyğun deyil və qəbul edilməzdir. Bеlə ki, həm iddiaçının nümayəndəsinin, həm cavabdеhin izahatları, еləcə də sonuncunun Whatsapp yazışmasından təsdiq olunur ki, cavabdеhin 20000 manat borcu olmuş, atası dünyasını dəyişəndə sədərəkdə 6500 manat almış, 700 + 350 + 2200 + 1000 + 500 + 1200 + 500 + 350 + 1000 + 700 + 250 + 400 + 1200 + 1000 (cəmi 11350) pulu isə o, rayonda olanda evdəkilərin aldığını və borcun iddia еdiləndən artıq 37850 manat təşkil еtdiyini еtiraf еtməsi ilə tərəflər arasında xx.xx.2023-cü il tarixə olan 37850 manat borcdan başqa borcun da olması müəyyən edilmişdir. Belə ki, cavabdehin təqdim etdiyi qəbzlər xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. Əgər qəbzlərdəki ödənişlər əvvəllər vеrilmiş borcun qaytarılması üzrə еdilməmiş olsaydı, o zaman cavabdеh borcun miqdarını hesablayarkən, həmin qəbzlərdə qеyd еdilən məbləği xx.xx.2023-cü il tarixə olan borcun miqdarından çıxmış olardı, borcun 37850 manat dеyil, 23193 (37850 manat -14657,0 manat = 23193 manat) manat olduğunu qеyd еdərdi. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri müəyyən qədər pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdehin borcun ödənilməmiş qalan 37850 manatını qaytarmaq öhdəliyini icra etmədiyi bütün hallar üçün cavabdeh olsa da, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu isə bu iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Cavabdеh borc müqavilələri üzrə borcu qaytarmaq öhdəliyini lazımınca icra etməyərək borcun 37850 manatını ödəməsə də, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək hissə-hissə borc verilməsi, cavabdehin də borc üzrə hissə-hissə ödəniş etməsi, xx.xx.2023-cü il tarixə 37850 manat ödənilməmiş borcunun qalması təsdiq edilsə də, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Cavabdehin borc müqavilələri üzrə borclarını tam qaytarmaq öhdəliyi, iddiaçının isə ondan vəzifəsinin aldıqlarına müvafiq olaraq tam qaytarmasını tələb etmək hüququ yaransa da, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etməməsi nəticəsində cavabdehin iddiaçı qarşısında öhdəliyinin həcmi qanunsuz olaraq azaldılmışdır. Məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara (iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək hissə-hissə borc verilməsi, cavabdehin də borc üzrə hissə-hissə ödəniş etməsi, xx.xx.2023-cü il tarixə borcun 37850 manatlıq hissəsinin ödənilməmiş qalması), tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə, 2021-2023-cü illəri əhatə еdən dövrdə vеrilmiş borclar barədə Kapital bank ASCnin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim еdilmiş məlumatlara, etibarnamənin surətlərinə, cavabdеhin təqdim еtdiyi ödəniş qəbzlərinin surətinə, xx.xx.2023-cü il tarixli whatsapp yazışmasına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi 14657 manat pul vəsaitinin 37850 manat borcun qaytarılması üzrə ödənilməsi halında cavabdеhin xx.xx.2023-cü il tarixə olan borcun miqdarını hesablayarkən bunu nəzərə almamasına əsas olmuş halı aydınlaşdırmamışdır. 14657 manat pul vəsaitinin xx.xx.2023-cü il tarixli whatsapp yazışmasında еtiraf еdilən 37850 manat borcun qaytarılması üzrə ödənilməsi halı sübut edilməmişdir. Cavabdeh tərəfindən 37850 manat pul vəsaitinin iddiaçıya qaytarılması təsdiq olmasa da, birinci instansiya məhkəməsi həmin borcdan 14657 manat pul vəsaitin iddiaçıya qaytarılması barədə səhv nəticəyə gəlmişdir.

6. Cavabdeh apellyasiya şikayəti vermiş və Pirallahı rayon Məhkəməsinin 2(094)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 71, 127; Mülki Məcəllənin 6, 431.1, 453.1, 453.2, 453.3; Mülki Prosessual Məcəllənin 2.1, 9.1, 14.1, 88, 217.1, 387.2.2-ci maddələrinə; “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi Cəlilabad rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının həmin normasına yumşaq desək, riayət edilməmişdir! Belə ki, cavabeh kimi onun məhkəmədə iştirak etmək, ona qarşı irəli sürülmüş iddiadan müdafiə olunmaq hüququ məhkəmə tərəfindən qorunmamış qalmaqdadır! Pirallahı rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının həmin normasının tələbi də pozulmuşdur! Belə ki, cavabdeh olaraq o - Cavabdeh məhkəmə prosesinin vaxtı və yeri barədə məhkəmədə iştarak etməklə iddaçı onun xəbəri olmadan avtomobilini onun evinin qarşısından qanunsuz olaraq aparılmasını iddaçının vəkili də inkar etməmişdir. Bununla məhkəmə video görüntüdə iddiaçının vəkilinin səs yazısı və İddiaçı “Opel Astramarkalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024-cü il tarixdən Cavabdeh Yahir oğluna etibar etməsi xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 Astra markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2024 cü il tarixədək Cavabdeh etibar etmişdir. Məhkəmədə bildirsə də, məhkəmə nədənsə görməzdən gəlmişdir. Bu da, onun maraqlarına toxunan qətnamənin qərəzli, ədalətli olmasını əsaslı şübhələr altına qoyur. Pirallahı rayon Məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə mülki işə heç də, qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh olaraq onun "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun mövcudluğuna “göz yummuşdur”! Belə ki, qanun əsasında yaradılmış müstəqil məhkəmə olan Pirallahı rayon Məhkəməsi işə ağlabatan müddətdə baxsa da, heç də qərəzsiz olmamış, nəticədə, yuxarıda qeyd etdiyi kimi, cavabdeh kimi onun işinin ədalətli araşdırılması hüququ təmin edilməmişdir! Bu qənaətdədir ki, birinci instansiya məhkəməsi cavabdeh olaraq onun da əsas borclu 8 saylı notarial ofisində xx.xx.2019 cu il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 12402 manat borca pul verməsi olunsa da, iddia müddətini Azərbaycan Respublikasının MPM-nin və Konstitusiya məhkəməsinin qərarına əsasən idda müddəti 3-il keçdikdə məhkəməyə iddia ilə müraciət etməsi və həmin məhkəmə işi icraata götürməsi daha da şübhə altına alır. Müqavilədə eyni müştərək qaydada pulun tutulması barədə qətnamə çıxarması onun hüquqlarını kobud şəkildə pozmuşdur. Müvafiq halda borc öhdəliyinin icrasının borcludan asılı olmayan hallara görə icra etməməsini iddia etmək üçün heç bir əsas yoxdur. Belə ki, cavabeh kimi məhkəmədə iştirak etmək, ona qarşı irəli sürülmüş iddiadan müdafiə olunmaq hüququ məhkəmə tərəfindən qorunmamış qalmaqdadır! Göstərilən maddi hüquq normasından da göründüyü kimi, kreditor, müvafiq halda bank ona qarşı iddia irəli sürənədək əsas borcluya qarşı iddia irəli sürməli, əsas borclu kreditorun tələbini ödəməkdən imtina etdiyi və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almadığı halda, tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilərdi. Lakin, kreditor bu maddi hüquq normasının tələblərini pozaraq əsas borcluya qarşı tələb irəli sürmədən, ondan öhdəliyin icra olunmasından imtina almadan və ya ağılabatan müddətdə cavab almadan ona qarşı iddia irəli sürərək borcun müştərək qaydada ödənilməsini tələb etmiş, məhkəmə isə qeyd edilən maddi normaların pozulması irəli sürülmüş iddianı qeydşərtsiz təmin etmişdir. Həmin etibarnamənin surətindən görünur ki, Turanə Akif qızı ona etibarnamə əsasına avtomobili vermişdir. X4 iddiaçının yoldaşı olması və 99-ok-373 Opel Astra markalı dövlət qeydiyyat nişanlı avtomobil idarə etməyi xx.xx.2024-cü il tarixədək ona etibar etsə də, həmin avtomobil onun istifadəsində olmamışdır. Sadəcə bütün sənədləri iddiaçıdan aldığı avtomobildə qaldığından onun adına yoldaşının adından etibarnamə vermişdir. O maşınlar istifadəsində olmamışdır. Bununla da, iddiaçı əvvəlcədən planlı şəkildə qanundan kənar etməklə ondan sui-istifadə edərək ona qarşı həm iddiasının müddətinin bitməsi, həmçinin də ödəmiş olduğu 954 nomrəli qeydiyyat nişanlı avtomobili ondan xəbərsiz qanunsuz olaraq aparmışdır. Bununla da, iddiaçının məhkəməni aldatması göz qabağındadır. İddiaçıdan yalnız Opel Asta markalı **-UX-*** opel astra dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı yalnız sürməyə etibarnamə verərək ona vermişdir. Həmin avtomobili kredit ilə ödədikdən sonra onun adına keçirəcəyini şifahi bildirmişdir. Həmin avtomobilin kreditini bitirdikdə o, hərbi Hospitalda olduğundan iddaçı sui-istifadə edərək zapas açarı ilə Opel Asta markalı **-UX-*** opel astra dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz aparmışdır. Pirallahı Məhkəməsi buna göz yumuşdur. Yuxarıda qeyd edilən digər avtomobilləri, yəni 99-ok-373 və ** FE *** dövlət qeydiyyat nişanlı Opel astra avtomobili iddiaçı apardıqda onun bütün sənədləri maşında qaldığından iddiaçı öz yoldaşının vasitəsi ilə onun adına sürücü hüququ olan etibarnamə vermişdir. İddiaçının tam formal cəhətdən “qanuni” görünən, əslində isə, tam əsassız və ədalətdən uzaq iddia tələbinin təmin edilməsi göstərilən prosessual normaların düzgün tətbiq edilməməsinin əyani təzahürüdür. Belə ki, Pirallahı rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, iş üzrə tətbiq edilməsi zəruri olan prosessual hüquq normaları tətbiq edilməmişdir! Pirallahı rayon məhkəməsi iddiaçıya ödənilmiş olaraq atasının pensiya kartının onda olduğunu bildirsə də, məhkəmə nədənsə göz yumuş və ən əsası isə iddiaçının vəkilinin həmin avtomobili iddiaçıda olduğunu bildirmişdir. Onun istifadəsində olan avtomobil belə, qətnamədə yazılmamışdır. Halbuki, notariat ofisində iddaçı tərəfindən iddaçının mülkiyyətinə olan Opel Asta marlkalı **-UX-*** opel astra dövlət qeydiyyat nişanlı avtomobili ona sürməyə etibarnamə verməsi və hər ay stabil olaraq 954 manat pul vəsaiti ödəməklə 13 aya umumilikdə 15400 manat olmaqla ona veriləcəyi qeyd edilmişdir. Ən əsası isə ona fərqli olaraq 4 avtomobil verilməsi qanunları və hakimləri aldatması göz qabağındadır. Onu da qeyd edir ki, Opel Asta markalı 99- UX-964 dövlət qeydiyyat nişanlı avtomobil qanunsuz olaraq aparılmışdır. Həmin avtomobilin pulu tam olaraq ödənilmişdir. Ən vacib məqamalardan biri də borc müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlandığından 5 il keçdikdən sonra idda qaldırmışdir. İddia müddəti keçdikdə əsassız və ədalətsiz hesab edilməlidir. Mülki iş üzrə sübutlara tətbiq edilməli hüquq normalarına da, tam düzgün və obyektiv qiymət verilməmişdir! Birinci instansiya məhkəməsinin yekun aktı əsassız, qanunsuz və ədalətsizdir! Belə ki, həmin iş üzrə keçirilmiş məhkəmə prosesləri və çıxarılmış qətnamə barədə həmin məhkəmədə iştirak etməyinə baxmayaraq, məhkəmə qanun pozuntusuna yol vermişdir. Məhkəmədə işi tam hərtərəfli araşdırılsa da, bütün sübutlar öz əksini tapmış hesab edilməli və həmin qətnamədə iş üzrə tələbkar olduğu bildirilən İddiaçı oğu ilə aralarında bağlanmış kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi uzun illər sonra iddaçının ona qarşı iddia qaldırması və onunla bağlanmış kredit müqaviləsinin tarixinə baxmadan məhkəmənin qaydasında onun üzərinə məsuliyyət qoyması heç bir halda əsaslı və qanuni hesab edilə bilməz. Həmçinin, iddaçı OpelAstra minik avtomobili pulunu tam şəkildə ödəməyinə baxmayaraq, məhkəmə qətnaməsində göstərilməmişdir. Məhkəmə qərardadı ilə Azərbaycan Respublikasının BDYP-i idarəsinə sorğusunda öz əksini tapmış hesab edilməsi olduğundan sorğu göndərilməmişdir. Onu da qeyd edir ki, qanunla müəyyən qaydada düzgün şəkildə məhkəmə araşdıraraq tam qanuni və əsaslı qətnamə qəbul etməlidir. Ən əsası isə iddiaçı ona faizə pul vəsaiti verməsi və onun maaş kartı və atasının pensiya kartı iddiaçıda qalmağı hər ayda iddiaçı həmin pul vəsaitlərini çıxararaq avtomobilin pulunu tam şəkildə baxıldıqdan sonra whatsapp yazışmasında da öz əksini tapmışdır. Whatsapp yazışmasında iddaçı bildirmişir ki, xeyirli olsun maşının krediti bitdi. Onu da qeyd edir ki, məhkəmə bunu görərək göz yummuşdur. Əgər məhkəmə whatsapp yazışmasından qətnamə çıxarsa da, onun iddiaçıdan aldığı avtomobilin krediti bitməsi yazmasını məhkəmə nəzərə almamışdır, iddiaçının vəkili də qeyd etmişdir ki, **-UX-*** opel astra dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıdadır.

7. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş və qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilə bilməz. İlk öncə, apellyasiya şikayəti tərtib olunarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilməmişdir. Belə ki, 1. Apellyasiya şikayətinin apellyasiya şikayəti verən şəxsin vəkili, qanuni nümayəndəsi və ya nümayəndəsinin olub-olmaması barədə məlumatlann göstərilməsi nəzərdə tutulan 2 və 3-cü hissələri boş saxlanılmışdır. 2. 4.1-ci hissəsində qətnaməni və ya qərardadı qəbul etmiş birinci instansiyası məhkəməsi olaraq Cəlilabad Rayon Məhkəməsi göstərilmişdir.

3. Apellyasiya şikayətinin 5-ci hissəsində cavabdeh işin faktiki halları ilə bağlı mövqeyini ifadə etməmiş, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini göstərməmiş, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını bildirməmişdir. 4. Apellyasiya şikayətinin 6-cı hissəsinin 1-ci bəndi üzrə: “Birinci instansiya məhkəməsi - Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının həmin normasına yumşaq desək, riayət edilməmişdir! Belə ki, cavabeh kimi onun məhkəmədə iştirak etmək, ona qarşı irəli sürülmüş iddiadan müdafiə olunmaq hüququ məhkəmə tərəfindən qorunmamış qalmaqdadır!” barədə göstərilənlər işin hallarına uyğun deyil. İlk öncə mübahisə Cəlilabad Rayon Məhkəməsi tərəfindən deyil, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən həll edilmişdir. Bundan başqa, mübahisə mahiyyəti üzrə həll edilərkən, elektron qaydada iddiaya etiraz vermiş cavabdeh və onun nümayəndəsi məhkəmədə iştirak etmişdir. Məhkəmə hətta prosessual hüquq normasını pozaraq, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin və onun nümayəndəsinin iştirak etməməsini əsas götürərək, işin baxılmasını təxirə salmışdır. Halbuki, yalnız MPM-in 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzrlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Cavabdeh özü xx.xx.2024cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmiş, nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə salınması barədə verilməsi zəruri olan vəsatət verməmişdir. Qanunvericiliyə əsasən nümayəndə, yaxud vəkilin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasının təxirə salınması barədə vəsatət vermək səlahiyyəti yoxdur. Bütün bunlara baxmayaraq, məhkəmə cavabdehin maraqlan naminə prosessual hüquq normasını pozaraq, onun vəkil nümayəndəsinin üzrlü səbəbdən gəlməməsi təsdiq edilməsə də və müvafiq vəsatət vermək səlahiyyəti olmasa da, sonuncunun vəsatəti əsasında işə baxılmasını təxirə salmışdır. 5. Apellyasiya şikayətinin 6-cı hissəsinin 2-3-cü bəndləri üzrə: iddiaçı cavabdehin istifadəsinə avtomobil vermiş, lakin aralannda hər hansı qohumluq münasibəti olmadığından, istifadə əvəzsiz olmamış, cavabdeh istifadəyə görə hər gün üçün 20 AZN ödəniş etməli olmuşdur. Bu barədə iddiaçının özü məhkəmə hazırlıq iclasında bildirmişdir. Cavabdeh isə avtomobili satın alması əsası ilə iddiaya etiraz etmişdir. Göründüyü kimi, iddiaçı avtomobilin istifadəyə verildiyini bildirir, cavabdeh isə onu satın aldığını qeyd edir. Belə olan halda avtomobillə bağlı aparılmış hər hansı ödəniş borcun qaytarılması olaraq dəyərləndirilə bilməz. 6. Apellyasiya şikayətinin 6cı hissəsinin 4-cü bəndi üzrə: Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə mülki işə cavabdehin mənafeyini təmin etmək üçün qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmamışdır. 7. Apellyasiya şikayətinin 6-cı hissəsinin 5-ci bəndi üzrə: məhkəməyə müraciət edilərkən iddia müddəti keçməmişdir. Bundan başqa, Cavabdeh, xx.xx.2023-cü il tarixdə saat 10:21-10:26 aralığında whatsapp proqramı ilə +**********20 mobil nömrəsindən ona göndərdiyi yazısında həmin tarixə olan borcunun 37850 manat təşkil etməsini etiraf etmişdir. 8. Apellyasiya şikayətinin 6-cı hissəsinin 6-cı bəndi üzrə: aralarındakı borc münasibəti üzrə əsas borclu Cavabdeh olduğundan tələb ona qarşı düzgün olaraq irəli sürülmüşdür. İddiaçı qalıq borcu qaytarmasını birbaşa tələb etməmiş, onun miqdarını özünün də bir daha hesablamasını cavabdehə təklif etmiş, cavabdeh də borcu hesablamış və xx.xx.2023-cü il tarixli whatsapp yazışmasında borcun yaranma əsaslarını sadalayarkən, borcun hər hansı hissəsinin avtomobilin alqı-satqısı ilə əlaqələndirməmişdir. Apellyasiya şikayəti verən şəxsin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 453-cü maddəsinə istinad etməsi qanunsuz olmuşdur. 9. Apellyasiya şikayətinin 7ci hissəsi uzrə: Cavabdeh onun 41 Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafeləri məhkəmədə təsdiq olunmaması (???); mülki iş üzrə çəkişmə prinsipinə əməl edilməməsinin, tərəflərin bərabərliyinin təmin edilməməsinin, başqa sözlə, cavabdehə münasibətdə bərabərlik pozulmasının nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. İddiaçının onun xəbəri olmadan ona 99-ok-373 və 99fe-071 eyni markalı yəni opel astra avtomobillər ona yoldaşı X7 tərəfindən verilməsi” barədəki fikirlərinin hazırkı mübahisəyə aidiyyətinin və bu halların məhkəməni aldatma olmasının nədə ifadə olunduğunu, məhkəmənin hansı sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaması, iş üzrə tətbiq edilməsi zəruri olan hansı prosessual hüquq normalarını tətbiq etməməsinin nədə ifadə olunduğunu göstərməmiş, atasının pensiya kartının iddiaçıda olduğu barədə sübut təqdim etməmişdir. Hazırkı mübahisəyə aidiyyəti olmayan münasibət olan və hər gün üçün 20 AZN ödəniş etməli olduğu, lakin bu ödənişi vermədiyi üçün həmin avtomobilin iddiaçıda olması isə cavabdehi borc münasibəti üzrə öhdəliyinin icrasından azad etməmiş, cavabdeh məhkəmə iclasında “iddaçının mülkyyətinə olan Opel Asta marlkalı 99UX-964 opel astra dövlət qeydiyyat nişanlı avtomobilin ona sürməyə etibarnamə verməsi və hər ay stabil olaraq 954 manat pul vəsaiti ödəməklə 13 aya ümumilikdə 15400 manat olmaqla ona veriləcəyi qeyd edilmişdir.” məzmununda izahat verməmişdir. İddiaçının cavabdehə fərqli olaraq 4 avtomobil verməsi (bu barədə sübut yoxdur) qanunları (qanunları necə aldatmaq olar?) və hakimləri aldatması olaraq dəyərləndirilə bilməz. Hazırkı mübahisə Opel Asta marlkalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı deyil. Borc müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlansa da, iddia müddəti keçirilməmişdir. Mülki iş üzrə sübutlara tətbiq edilməli hüquq normalarına da, tam düzgün və obyektiv qiymət verilmədiyinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

10. Apellyasiya şikayətinin 8-ci hissəsi üzrə: məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı göstərilməmişdir. 11. Apellyasiya şikayətinin 9-cu hissəsi üzrə: məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi göstərilməmişdir. 12. Apellyasiya şikayətinin 10-cu hissəsi üzrə: məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar göstərilməmiş və bunun nədən ibarət olduğuna aydın şəkildə izah verilməmişdir. 13. Apellyasiya şikayətinin 11-ci hissəsi üzrə: bu hissədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar göstərilməli, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməli olsa da, həmin hissəyə aidiyyəti və işin hallarına uyğun olmayan fikirlər qeyd edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək hissə-hissə borc verilməsi, cavabdehin də borc üzrə hissə-hissə ödəniş etməsi, xx.xx.2023-cü il tarixə 37850 manat ödənilməmiş borcunun qalması təsdiq edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Yuxarıda qeyd etdiklərinə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367-ci maddəsini rəhbər tutaraq, məhkəmədən Cavabdeh Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-19/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya intansiyası icraatı zamanı müəyyən edilən hallar:

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli audit rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 8 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən formalaşmış borcun ödənişlərini təsdiq edəcək sənədlər mövcuddur. Lakin digər borcların ödənilməsi barədə əldə olunan məlumatlar məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının aparılması üçün kifayət etmədiyindən borcverənin iddiaçı və borcun qaytarılması ilə bağlı 2(103)-3304/ 2024 saylı mülki iş üzrə konkret nəticə çıxarmaq mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 708 (yeddi yüz səkkiz (ƏDV daxil)) manat müəyyən edilmişdir.

9. Cavabdeh tərəfindən verilmiş sübutların təmin edilməsi barədə vəsatət prosessual qanunvericiliyin tələblərinə əsasən əsaslandırılmadığından onun mümkünlüyü müəyyən edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddələsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, şikayətdə qeyd edilən dəlillərin onların izahatı kimi qəbul edilməsini bildirmiş, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətini əsassız hesab etdiklərini, bundan əlavə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyini, bu səbəbdən şikayətin qeyrimümkün hesab edilərək baxışdan çıxarılmasını xahiş etmiş, audit rəyinə münasibətdə isə bildirmişdir ki, rəy əsassız, birtərəfli və qərəzlidir, kredit müqaviləsi üzrə borcun bir qisminin cavabdeh tərəfindən hissə-hissə nağd şəklində ödənilməsi fikri hər hansı sübuta əsaslanmır, qeyd edilən rəy mötəbər sübut sayıla bilməz. Bundan əlavə, borcun nəqliyyat vasitəsinə hər hansı aidiyyətinin olmadığını, nəqliyyat vasitəsinin başqa bir şəxsə məxsus olduğunu və gündəlik istifadəyə verildiyini, cavabdeh tərəfindən ödənişlərin vaxtında edilmədiyini və bu səbəbdən nəqliyyat vasitəsinin geri götürüldüyün qeyd etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh tərəfindən borcun tam ödənildiyini, borcun bir hissəsinin nəqliyyat vasitəsinə aid olduğunu, bir hissəsinin isə borc olduğunu bildirmiş, həm borcun, həm nəqliyyat vasitəsinə aid pulun tam ödənildiyini, maşının pulunun ödənilməsinə baxmayaraq, cavabdeh hospitalda müalicədə olarkən avtomobilin iddiaçı tərəfindən aparıldığını və iddiaçıda olduğunu qeyd etmiş, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırda cavabdeh şikayət vermədiyindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə onun tərəfindən mübahisə edilən hissədə araşdırma aparmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

14. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 357. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. İddiaçı və cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi cavabdehin etirazının dəlillərinə münasibətdə cavabdeh tərəfindən 37850 manat pul aldığını etiraf edən Whatsapp yazısının xx.xx.2023-cü il tarixdə yazıldığını, təqdim edilən qəbzlərdəki ödənişlərin isə köhnə tarixli olmaqla başqa borcun ödənişi olduğunu bildirmiş, lakin hansı borcdan söhbət getdiyini izah edə bilməmiş, tərəflər arasında iddia üzrə mübahisələndirilən borcdan başqa hər hansı borc münasibətinin olması iş üzrə müəyyən edilməmişdir, cavabdeh tərəfindən 14657 manat pul vəsaitinin iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır. Tərəflər məhkəmənin mövqeyini təkzib edən sübutedici dəlillər irəli sürməmiş və ekspertiza vasitəsi ilə fərqli nəticə əldə edilməmişdir. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual və maddi hüquq normalara əsasən hüquqi qiymət verilməklə düzgün qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla verilməsinə dair iddiaçının mövqeyinə dair isə məhkəmə kollegiyası hesab edir ki, şikayətin məzmununda müəyyən texniki yanlışlıqlar olsa da, icraatın yolverilməzliyinə dəlalət edən hallar aşkar edilməmiş, şikayətin tələb hissəsində Pirallahı rayon Məhkəməsinin 2(094)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsinin qeyd edildiyi müəyyən edilmişdir.

16. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə, ekspertiza xərci isə tərəflərə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)-19/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 708 (yeddi yüz səkkiz) manat məbləğində pul vəsaiti iddiaçı və cavabdehdən barəbər qaydada tutulmaqla “X2” MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar