Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3305/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyana görə pul” tələbinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1373/2025 saylı işi üzrə 18 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı MMC Cavabdeh 1431 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününün məzənnəsinə uyğun olaraq) cavabdehdən tutulub İddiaçı MMC-yə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə mürciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Koreya Respublikasından avtomobillərin Azərbaycan Respublikasına gətirilməsi və satışı ilə məşğuldur. Satışları ilə bağlı sosial şəbəkələrdə tez-tez reklam çarxları verilir. Cavabdeh də həmin reklamlar üzrə iddiaçı Şirkətlə əlaqə saxlamış, dəfələrlə ofislərinə gəlmiş, əməkdaşları ilə əlaqə saxlayaraq konkret hansı avtomobili almaq istədiyini bildirmiş və hətta almaq istədiyi avtomobilə görə beh vermək, avtomobili bron etmək istədiyini bildirmişdir. Cavabdehin israrla maşın almaq istəməsi, onun beh vermək üçün çalışması, bron etməklərini istəməsi iddiaçının əməkdaşında inam yaratmış və onlar cavabdehin əvəzindən Koreyada avtomobillərin satışı ilə məşğul olan və əməkdaşlıq etdikləri şirkətə cavabdehin əvəzindən avtomobilə görə beh verib, avtomobili bron edib, Şirkətin saytında həmin avtomobili “artıq satılmışdır” kimi qeyd etdirmişlər. Belə ki, cavabdeh israrla avtomobili almaq istədiyini bildirmiş, lakin pulunun depozit hesabında ABŞ dolları şəklində olduğunu, hazırda isə bank kartındakı pulunun az məbləğdə olmasına görə ödənişi həyata keçirə bilmədiyini bildirmiş, onun əvəzindən istədiyi avtomobilə görə beh vermələrini, avtomobili bron etmələrini xahiş etmişdir. Onunla bütün danışıqları iddiaçının əməkdaşı Şirazi Həsənov aparmışdır. Cavabdehin israrla xahişindən sonra iddiaçının əməkdaşı Şirazi Həsənov cavabdehə bildirmişdir ki, maşını artıq bron edilib, onun əvəzindən beh verilmişdir. Bu mesajın cavabında cavabdeh bildirmişdir ki, “ mənə unvan göndərin gəlirəm sizin ofisə” və sonra cavabdeh ofisə gəlmiş və bildirmişdir ki, onun depozit hesabında 28600 ABŞ dollar məbləğində pul vəsaiti var və hesabın məlumatlarını da əməkdaşa təqdim edərək, hesabında pulunun ABŞ dollar ilə olduğunu, 07 noyabrdan 14 noyabradək bayram günlərinin bitməsindən sonra, bankların işləyəcəyini, noyabrın 14-ü ödəniş edə biləcəyini bildirmişdir. Lakin 14 noyabrdan sonra cavabdehlə əlaqə saxlayıb onun əvəzindən ödədikləri ödənişləri tələb etsələr də, cavabdeh 15 noyabrda bildirmişdir: “Atamla danışdım,atam razı deyil, mən də kredit götürə bilmirəm, ona görə də behi və bronu ləğv edin”. İdidaçının əməkdaşı isə cavabdehə bildirmişdir ki, onun sifarişi və xahişi üzrə bank vasitəsilə ödədikləri məbləğin yalnız bir hissəsini ləğv edə bilərlər, digər hissəni ləğv etmək mümkün deyil, ona görə də cavabdehin sifarişinə və xahişinə əsasən onun üçün ödədikləri 1431 ABŞ dollar məbləğində pulun ödənilməsini cavabdehdən tələb etmişlər. Lakin cavabdeh həmin məbləği ödəməkdən boyun qaçırmışdır.
2. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı müxtəlif tarixlərdə etirazlar daxil olmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli etirazlarında bildirilmişdir ki, o iddiaçı ilə hər hansı konkret avtomaşın (avtomaşın markası, texniki göstəriciləri, qiyməti və sair) almaq barədə razılaşmamış, sifariş verməmiş, bu barədə aralarında nə şifahi, nə də yazılı razılıq, ilkin müqavilə və s. tərtib edilməmişdir. Cavabdeh tərəfindən hər hansı avtomaşın sifariş verilməsi barədə iddiaçıya əvəzindən kiməsə beh pul ödəməsinə razılıq verilməmişdir. İddiaçı göstərmişdir ki, hansısa xarici şirkətə avtomaşın sifariş etmiş və bunun üçün həmin şirkətə guya ona görə 1431 ABŞ dolları beh pul ödəmişdir, lakin həmin xarici şirkətlə iddiaçı arasında münasibətləri hüquqi tənzimləyən və rəsmi bağlanılmış olan xidmət, alqı-satqı, beh müqavilələri, behin ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı avtomaşın satmaqla məşğuldur və satdığı avtomaşınları reklam edərək hər gün yüzlərlə alıcı ilə danışır, yazışır, çalışır ki, satış etsin, iddiaçı nə ilə sübut edə bilər ki, iddia etdiyi 1431 ABŞ dollar beh qismində pul ödəmişdir və bunu məhz ona görə ödəmişdir, belə çıxır ki, onlara müraciət etmiş, danışıqlar aparan, avtomaşın almaq arzusunda olan istənilən vətəndaşa qarşı da sübutsuz-sənədsiz belə bir iddia qaldırıla bilər. İddia ərizəsində cavabdeh onun əvəzinə ödədiyi behi tələb edir, lakin ərizəsində eyni zamanda göstərir ki, bank vasitəsi ilə özü pul ödəyərək (avtomaşınının qiyməti bir neçə min ABŞ dolları təşkil edir) avtomaşın sifariş vermişdir. Bundan sonra iddiaçı ərizəsində davam edərək göstərir: “cavabdehə izah etmişik ki, onun sifarişi və xahişi ilə bank vasitəsi ilə ödədiyimiz məbləğdən yalnız bir hissəsini ləğv edə bilərik, qalan hissəni ləğv etmək mümkün deyil, ona görə də onun üçün ödədiyimiz 1431 ABŞ dolları pulu ödəməyi ondan tələb etmişik,lakin cavabdeh ödəməkdən boyun qaçırmışdır, ona görə də onun üçün çəkdiyimiz xərcin və uğradığımız ziyanın ödənilməsini tələb edirik.” Belə çıxır ki, iddiaçı konkret avtomaşının pulunu satan quruma tam ödəmişdir, indi həmin pulun bir hissəsini gah zərər, gah beh adı ilə ondan tələb edir. Hansı əsasla? Həmin pulun bir hissəsinin avtomaşının pulu, bir hissəsinin isə onun üçün beh olması nə ilə, hansı sənədlə təsdiq edilir? Sual olunur: İddiaçı ondan pul almadan, göstərişi, razılığı olmadan nəyə əsasən böyük risk altına girərək əvəzinə bank vasitəsi avtomaşın üçün külli miqdarda pul ödəmişdir və bu pulların məhz onun üçün ödənildiyi nə ilə təsdiq olunur? İddiaçı ərizəsində bildirir ki, pulların bir hissəsinin geri ödənilməsindən guya cavabdehin xeyrinə vaz keçərək bir hissəsini tələb edir, iddiaçı öz məqsədləri üçün bank vasitəsi ilə kiməsə, hansı şirkətəsə pul ödəyə bilər, lakin bunun ona nə aidiyyəti vardır? İddiaçı onsuz da avtomaşın alveri edir, ödədiyi avtomaşını da gətirib satır, belə çıxır ki, o iddiaçı ilə danışıqlar apardığına görə onu cəzalandırmaq, pul qoparmaq istəyir. Bir daha təkrarən bildirir ki, iddiaçının istər təkrarən təqdim etdiyi sənədlər, Şiraz adlı işçisi ilə votsapda səsli danışıqlar və yazılar, istərsə də yeni təqdim etdiyi sənədlər mötəbər olmadığından, təsdiqini tapmadığından sübut qismində nəzərə alına bilməz, ona görə də təmin edilməməlidir. İddiaçının təkrar olaraq istinad etdiyi “KB Kookmin Bank”, “Ətraflı əməliyyat təfərrüatlarına baxın” sözləri ilə başlayan, koreya dilindən tərcümə edilmiş sənəd kimi təqdim edilmiş mücərrəd yazılarla bağlı əvvəlki etirazında ətraflı münasibət bildirmiş və bir daha təkrar olaraq bildirir ki, həmin mücərrəd, məzmunu bilinməyən sənədin ona heç bir aidiyyəti yoxdur, orada onun adı qeyd edilməmişdir, qeyd edilmiş olsa idi belə saxta hesab edilməlidir. İddiaçının hazırda yeni sübut kimi təqdim etdiyi “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”, “şəxsi maliyyə əməliyyatları (depozitlər, çıxarmalar) adlanan sənədlərin də ona heç bir aidiyyəti yoxdur. Bu fakt elə sənədlərin məzmunundan da görünür. Sənədlərin özündə onların guya xarici dövlətlə əlaqəli olduğu göstərildiyi halda həmin xarici dövlətin Azərbaycan Respublikasındakı, yaxud Azərbaycan Respublikasının həmin xarici dövlətdəki konsulluğu, səfirliyi, nümayəndəliyi tərəfindən hüquqi tanınmamış və təsdiq edilməmişdir. Bu sənədlər qeyri-mötəbərdir, ziddiyyətlidir, onların hazırki, işə heç bir aidiyyəti yoxdur. İddiaçı tərəfindən Şirazi adlı işçisi ilə votsapda aparılmış səsli danışıqlar və yazılara gəldikdə bir daha qeyd edir ki, onların məzmunundan da göründüyü kimi o iddiaçıya nə yazılı, nə də şifahi olaraq əvəzindən kiməsə öz hesablarına beh ödəməyi həvalə etməmiş, tapşırmamışdır. Votsap danışıqlarından və yazışmalarından da görünür ki, iddiaçının işçisi ondan şəxsiyyət vəsiqəsini istəsə də, o vəsiqəsini ona göndərməmiş, iddiaçının işçisi ona təklif edib ki, 1000 ABŞ dolları beh ödəsin, o isə beh ödəməmiş, sonda isə o ümumiyyətlə avtomaşın almağa razı olmamışdır. İddiaçının işçisi onunla bir müştəri kimi danışıqlar aparmış, satdıqları avtomaşınlarının texniki xarakteriskasının bildirmiş, çalışmışdır ki, o avtomaşın alsın. O isə sonda onlardan avtomaşın almaq fikrindən daşınmış, avtomaşın almamışdır. O öz danışıqları ilə, yazışmaları ilə iddiaçıya heç bir zərər vurmamışdır, çünki müştərilərlə danışıqlar aparmaq, əlaqə saxlamaq, müxtəlif avtomaşın markalarını müştəriyə nümayiş etdirmək, göstərmək, reklam etmək onların vəzifəsidir, buna görə iddiaçı öz işçilərinə əmək haqqı verir. Faktiki olaraq fotoların və sənədlərin tədqiqindən, öyrənilməsindən belə qənaət hasil olur ki, iddiaçı iddiasını sübut edə bilmədiyini başa düşərək və məhkəməyə mötəbər, əsaslı sübut təqdim etməyi bacarmadığını görüb əlinə keçən istənilən fotonu, istənilən xarici ölkə dilində yazılmış hər cür əhəmiyyətsiz yazıları məhkəməyə təqdim etməklə, bu yolla suni “sənəd,sübut çoxluğu” görüntüsü yaratmaqla məhkəməni yanlış yola salmaq məqsədini güdür. Bir daha bildirir ki, iddiaçının elektron kabinetdə yerləşdirdiyi “KİA SORENTO” markalı, ***-**** tranzit nömrəli, öndən və arxadan çəkilmiş ağ rəngli bir avtomaşın şəkli və xarici dildə (ehtimal ki, Koreya dilində) olan yazının iş üçün heç bir sübuti əhəmiyyəti yoxdur. “KİA SORENTO” markalı avtomaşının fotoşəklinin təqdim edilməsi onun həmin avtomaşını bəyəndiyini göstərmək üçün təqdim edilmişdirsə, bu iddiaçının tamamilə uğursuz cəhdi hesab edilməlidir, çünki o istənilən marka avtomaşınla maraqlana bilər, lakin bu o demək deyildir ki, onun avtomaşınla maraqlanmağı iddiaçının zorla hər hansı avtomaşını ona satmasına əsas verir. Xarici dildə (ehtimal ki, Koreya dilində) olan yazılar da məzmunu, mənbəyi bilinməyən, mücərrəd yazılardan başqa birşey deyildir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinetdə “KİA SORENTO” markalı, ***-**** tranzit nömrəli, öndən və arxadan çəkilmiş ağ rəngli bir avtomaşın şəkli və xarici dildə (ehtimal ki, Koreya dilində) olan yazı, “KB Kokmin bank” sözləri ilə başlayan yazı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Sorento hibrid, xx.xx.2024 sözləri ilə başlayan yazı, “Joy Golleri CO LTD” sözləri ilə başlayan yazı və Şirazi adlı işçi ilə avtomaşın barədə iddiaçı ilə votsap danışıqları yerləşdirilmişdir. İddiaçının internetdən əldə olunduğu açıqaşkar görünən və bilinən həmin avtomaşın şəklini və yazıları kabinetdə hansı məqsədlə yerləşdirməsini məhkəməyə izah etməmişdir. Məhkəməyə bir daha bildirir ki, “KB Kokmin bank” sözləri ilə başlayan yazı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Sorento hibrid, xx.xx.2024 sözləri ilə başlayan yazı, “Joy Golleri CO LTD” sözləri ilə başlayan yazı, şəxsi maliyyə əməliyyatları depozitlər-çıxarmalar sözləri ilə başlayan yazılarda məzmunu, mənbəyi bilinməyən, mücərrəd yazılardan başqa birşey deyildir. Votsap yazışmaları ilə bağlı bir daha qeyd edirəm ki, həmin yazışmalar yanlız şifahi olaraq, danışıq vasitəsi ilə avtomaşının bəyənilməsi, seçilməsi niyyəti ilə aparılmışdır. İddiaçının iddia etdiyinə görə o xarici ölkədən avtomaşın sifariş edərək gətirib satmaqla məşğuldur. İddiaçı öz fəaliyyətini reklam edir, istənilən şəxs iddiaçının ofisinə, salonuna gedə bilər, onun sata biləcəyi avtomaşınlara baxa bilər, avtomaşının texniki xarakteristikası ilə yaxından tanış ola, şəxsən, votsapla, telefon vasitəsi ilə danışıqlar apara bilər, müştəri satıcıya şifahi olaraq istənilən təklifi, vədi verə bilər. Lakin bütün bu danışıqların sonu rəsmi sənədlərdə rəsmiləşdirilməlidir. Əgər söhbət konkret olaraq xarici ölkədən avtomaşın gətirilməsindən gedirsə onda satıcı, yəni indiki halda iddiaçı müştərinin niyyətinin həqiqi olduğuna əminlik üçün qanunvericiliyin tələblərinə əməl etməli, müştəridən razılaşdırılmış məbləğdə yazılı müqavilə bağlamaqla beh ala bilərdi, lakin iddiaçı qanunvericiliyin tələblərinə əməl etməyərək onunla yazılı müqavilə bağlamadığı halda ondan guya harayasa onun üçün ödədiyi beh pulunu tələb edir. Belə çıxır ki, iddiaçı avtomaşın almaq üçün ona müraciət etmiş istənilən şəxsi şərləyib ona qarşı bu cür əsassız iddialar qaldıra bilər. Yuxarıda göstərilənlərə əsasən iddiaçının elektron kabinetdə yerləşdirdiyi “KİA SORENTO” markalı, ***-**** tranzit nömrəli, öndən və arxadan çəkilmiş ağ rəngli bir avtomaşın şəkli və xarici dildə (ehtimal ki, Koreya dilində) olan yazının, “KB Kokmin bank” sözləri ilə başlayan yazı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Sorento hibrid, xx.xx.2024 sözləri ilə başlayan yazı, “Joy Golleri CO LTD” sözləri ilə başlayan yazı, şəxsi maliyyə əməliyyatları depozitlət-çıxarmalar sözləri ilə başlayan yazı və həmçinin Şirazi adlı işçi ilə avtomaşın barədə iddiaçı ilə votsap danışıqları iddianın təmin edilməsinə əsas olmadığına, bunun ümumi mötəbər sübut olmadığından, təsdiqini tapmadığından sübut qismində nəzərə alına bilmədiyindən onların rədd edilməsini tələb edir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2( 006)-1373/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 1431 ABŞ dolları pul vəsaiti (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1, 10.2, 324.1, 324.2, 324.3, 324.4, 324.5, 385.1, 385.2, 386.1, 386.2,386.3, 386.4, 329.2, 425, 443.1, 1096; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı bu məbləğin məzənnəyə əsasən 1431 ABŞ dollar olmasını bildirərək onu cavabdehin sifarişinə və xahişinə əsasən onun əvəzinə beh olaraq ödəmələrini, lakin cavabdehin sonda avtomobil almaqdan imtina etməsini, onun əvəzinə ödənilmiş pulun ödənilməsini ödəməkdən boyun qaçırdığı üçün hazırki iddianı qaldırmışlar. İddiaçı tələbinin əsası kimi məhkəmə baxışı zamanı tədqiq edilmiş Şiraz adlı işçisi ilə whatsap tətbiqi üzərindən aparılmış səsli danışıqlar və yazılara istinad etsə də, cavabdeh iddianı qəbul etmir və etirazının əsası kimi iddiaçı ilə hər hansı konkret avtomaşın almaq barədə razılaşmanın olmamasına, sifarişi verməməsinə, bu barədə aralarında nə şifahi, nə də yazılı razılıq, ilkin müqavilə və s. tərtib edilməməsinə, istər bu, istərsə də iddiaçının təqdim təqdim etdiyi digər sənədlərin mötəbər olmadığından, təsdiqini tapmadığından sübut qismində nəzərə alına bilməməsinə istinad etmiş, əlavə olaraq aparılmış səsli danışıqlar və yazılarda iddiaçıya nə yazılı, nə də şifahi olaraq əvəzindən kiməsə öz hesablarına beh ödəməyi həvalə etməməsini, tapşırmamasını göstərmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən də tərəflər arasında Koreya Respublikasından avtomobilin Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə təqdim edilmiş stenoqramların məzmununda göstərilən danışıqlar, «whatsap» tətbiqi üzərindən səsli danışıqlar və yazılar aparılmışdır. Cavabdeh iddianı qəbul etməsə də, iddiaçının işçisinin onunla bir müştəri kimi danışıqlar aparması, satdıqları avtomaşınlarının texniki xarakteristikasının bildirməsini etiraf etmiş, lakin sonda onlardan avtomaşın almaq fikrindən daşınmasını da qeyd etmiş, xüsusilə vurgulamışdır ki, öz danışıqları ilə, yazışmaları ilə iddiaçıya heç bir zərər vurmamışdır. Məhkəmə cavabdehin iddiaya olan etirazının dəlilləri ilə bağlı qeyd edir ki, onun mövqeyində iddianın əsassız deyil, əksinə əsaslı olmasına dəlalət edən elementlər vardır ki, məhkəmə də həmin mövqelərə istinad edərək bu qənaətə gəlir ki, cavabdehin bu mövqeyi onun tərəfindən mülki məsuliyyət daşıyıcısı olmaqdan yayınmağa cəhd etməsinə, həmçinin iddiaçı tərəfin müştəri kimi olan etimadından onun sui-istifadə etməsi kimi qiymətləndirilməsinə kifayət qədər əsas verir. Belə ki, işin mübahisəsiz halı olan tərəflər arasındakı «whats app» proqrammı üzrə yazışma və danışıqlardan aydın görünür ki, cavabdeh sadəcə ümumi məlumatlar almaq üçün avtomobillərlə maraqlanmamış, sırf istədiyi avtomobilin detalları barədə dəqiqləşdirmələr aparmış və yazışmalarda xüsusilə maşını almağı və ödəniş etmək niyyətinin olmasını vurğulamışdır (3 noyabr 2024-cü il tarixli yazışma). Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş, əməkdaş Şirazi Həsənovla cavabdehin «whatsap» proqramı üzrə yazışmalarının telefon skrinqeydlərindən görünür ki, 8 noyabr 2024-cü il tarixdə saat 13:00 radələrində tərəflərin səsli mesajlaşmalarından sonra Şirazi Həsənov cavabdehə yazışmasında bildirir: “Cari hesabından mənim dollar kartıma yönəldə bilərsən online şəkildə? Qardaş, maşını behləmişəm mən uje. Sən deyəndə behlədim, birşey fikirləşərik”. Göründüyü kimi, cavabdehin istəyi üzərinə iddiaçının əməkdaşı Şirazi Həsənov cavabdehin istədiyi avtomobilə görə beh ödədiyini bildirir, cavabdeh isə pulunun hesabında dollar şəklində olduğunu bildirir, şəxsiyyət vəsiqəsinin hal-hazırda üzərində olmadığını və ofisə gedib üzüzə danışmaq istədiyini bildirir. Lakin cavabdeh etirazında belə bir razılaşmanın olmadığını bildirsə də, tərəflər arasında gedən yazışmalar və səsli mesajlardan cavabdehin israrla avtomobili almaq istəyi görünür, Şirazi Həsənov da onun istəyi üzərinə beh ödəyir və cavabdehə bildirir, cavabdeh isə buna qarşı etirazını bildirmir. İş materiallarına əlavə olunmuş, iddiaçının əməkdaşı Şirazi Həsənovun cavabdehlə «whatsap» proqramı yazışmalarında cavabdehə göndərdiyi 186BO1252 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, SORENTO HİBRİD modelli, ban nömrəsi KNARL81GDPA130543 olan avtomobilin soyadı və adı bölməsində JOY GALLERY CO (kommersiya məqsədli) qeyd olunmuşdur. İnternet informasiya ehtiyyatlarından əldə olunan məlumatlardan müəyyən olunur ki, Kookmin Bank (Kore. 국민은행), KB Kookmin Bank kimi də tanınır, mərkəzi ofisi Seulda, Cənubi Koreyada yerləşən bankdır. İnternet informasiya ehtiyyatlarından əldə edilmiş çıxarışın tərcüməsindən görünür ki, JOY GALLERY CO LTD səlahiyyətli diler olmaqla idxal və yerli orta və iri ölçülü məhsulların alqı-satqısı üzrə ixtisaslaşmışdır (şirkətin direktoru, onun əlaqə vasitələri və ünvanı barədə məlumatlar yerləşdirilmişdir.Təqdim olunmuş sübutların məcmusundan müəyyən olunur ki, cavabdeh iddiaçı tərəfin inamını qazanmış, aralarında etibarlı münasibətlər əsasında danışıqlar baş vermişdir (şifahi müqavilə) ki, iddiaçı tərəf cavabdehin əvəzindən sövdələşmə edərək, onun əvəzindən müqavilə bağlanması üçün müəyyən hərəkətlər etmiş və müəyyən məbləğdə ödəniş etmişdir. Lakin tərəflər arasında aparılmış danışıqlara və gözlənilən etibarlı sövdələşmənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh yerinə yetirməli olduğu öhdəlikdən boyun qaçırmış və nəticə etibarilə iddiaçı cavabdehin hərəkətsizliyinə görə maddi zərərə məruz qalmışdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Hazırki halda tərəflər arasında yazılı müqavilə olmasa da, şifahi şəkildə əqd bağlanmış, elektron ticarət və online qaydada sövdləşmə kimi işgüzar adətlərə uyğun olaraq razılığa gəlmişlər və cavabdehin israrlı istəyi üzərinə iddiaçı tərəf onun əvəzindən öhdəlik götürmüş və zərər çəkmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
4. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən çıxarışa əsasən və MMC-nin Nizamnaməsinə görə İddiaçı MMC qanunla qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxsdir, qanuni təmsilçisi X4r ;- Əmək Müqaviləsi bildirişindən görünür ki, X6 İddiaçı MMC-də çalışır ;- İddiaçının əməkdaşı Şirazi Həsənovla cavabdeh arasındakı whats app yazışmaları tarixləri qeyd olunmaqla stenoqram şəklində təqdim edilmiş və həmin yazışmaların məzmunu məhkəmə baxışında tədqiq edilmişdir;- “KB KOOKMİN BANK”-ın çıxarışına əsasən 8 noyabr 2024-cü il tarixdə Koreya saatı ilə 16:29-da (yerli vaxtla 11:29-da, tərəflərin danışıq apardıqları saata uyğun olaraq) İddiaçı MMC tərəfindən JOY GALLERY CO LTD-yə 186BO1252 nömrəli maşının alınması üçün Koreya pulu ilə ******* von ödənilmişdir ;- iddiaçının əməkdaşı Şirazi Həsənovun cavabdehlə whatsap yazışmalarında cavabdehə göndərdiyi 186BO1252 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, SORENTO HİBRİD modelli, ban nömrəsi KNARL81GDPA130543 olan avtomobilin soyadı və adı bölməsində JOY GALLERY CO (kommersiya məqsədli) qeyd olunmuşdur ;- - İnternet informasiya ehtiyyatlarından əldə olunan məlumatlardan müəyyən olunur ki, Kookmin Bank (Kore. 국민은행), KB Kookmin Bank kimi də tanınır, mərkəzi ofisi Seulda, Cənubi Koreyada yerləşən bankdır. 2017-ci ildə Koreyanın ən böyük bankı və dünyanın 60-cı bankı idi ;- - İnternet informasiya ehtiyyatlarından əldə edilmiş çıxarışın tərcüməsindən görünür ki, JOY GALLERY CO LTD səlahiyyətli diler olmaqla idxal və yerli orta və iri ölçülü məhsulların alqı-satqısı üzrə ixtisaslaşmışdır (şirkətin direktoru, onun əlaqə vasitələri və ünvanı barədə məlumatlar yerləşdirilmişdir ;- iddiaçı tərəfindən 8 noyabr 2024-cü il tarixdə, Koreya saatı ilə 16:29-da (yerli vaxtla 11:29-da, tərəflərin danışıq apardıqları saata uyğun olaraq) İddiaçı MMC tərəfindən JOY GALLERY CO LTD-yə 186BO1252 nömrəli maşının alınması üçün Koreya pulu ilə ******* von ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin e-2(006)- 1373/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125; Mülki Məcəllə 386.4,“Elektron ticarət haqqında” AR Qanunun 3.2,10-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.4, 7, 9, 10.1, 14, 77, 89.1, 89.2, 225.6, 385, 386.2, 386.3 ,491 ”Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 8, 9, 14,389-cü maddələrinə istinadən qeyd edilmişdir ki, o iddiaçı ilə hər hansı konkret avtomaşın (avtomaşının markası, texniki göstəriciləri, qiyməti və sair) almaq barədə yazılı razılaşmamış, rəsmi sifariş verməmiş, bu barədə aralarında yalnız şifahi danışıqlar olmuşdur, o cümlədən yazılı razılıq, ilkin müqavilə və s. tərtib edilməmişdir; O tərəfindən hər hansı avtomaşın sifariş verilməsi barədə iddiaçıya əvəzindən kiməsə beh pul ödəməsinə razılıq verilməmişdir; İddiaçi göstərmişdir ki, hansısa xarici şirkətə həyata keçirirlər. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat avtomaşın sifariş etmişdir və bunun üçün həmin şirkətə guya ona görə 1431 ABŞ dolları beh pul ödəmişdir, lakin həmin xarici şirkətlə iddiaçı arasında münasibətləri hüquqi tənzimləyən və rəsmi bağlanılmış olan xidmət, alqı-satqı, beh müqavilələri, behin ödənilməsi barədə qəbz, bu sənədlərin Azərbaycan Respublikasında tanınması barədə sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı avtomaşın satmaqla məşğuldur və satdığı avtomaşınları reklam edərək hər gün yüzlərlə alıcı ilə danışır, yazışır, çalışır ki, satış etsin. İddiaçı ona beh barədə tapşırıq verməyini, iddia etdiyi 1431 ABŞ dollar pulu məhz onun üçün beh qismində ödəməsini sübut edə bilməmişdir, belə çıxır ki, onlara müraciət etmiş, danışıqlar aparan, avtomaşın almaq arzusunda olan istənilən vətəndaşa qarşı da sübutsuz-sənədsiz belə bir iddia qaldırıla bilər. Belə çıxır ki, iddiaçı konkret avtomaşının pulunu satan quruma tam ödəmişdir, indi həmin pulun bir hissəsini gah zərər, gah beh adı ilə məndən tələb edir.Hansı əsasla?Həmin pulun bir hissəsinin avtomaşının pulu, bir hissəsinin isə məhz onun üçün beh olması heç bir sənədsübutla təsdiq edilmir. İddiaçı ondan pul almadan, göstərişi, razılığı olmadan nəyə əsasən böyük risk altına girərək əvəzinə bank vasitəsi avtomaşın üçün külli miqdarda pul ödəmişdir və bu pulların məhz onun üçün qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Ödənildiyi nə ilə təsdiq olunur? İddiaçı ərizəsində bildirir ki, pulların bir hissəsinin geri ödənilməsindən guya xeyirinə vaz keçərək bir hissəsini tələb edir, halbuki, iddiaçı öz məqsədləri üçün bank vasitəsi ilə kiməsə, hansı şirkətəsə pul ödəyə bilər, lakin bunun ona nə aidiyyəti vardır?İddiaçı onsuz da avtomaşın alveri edir, ödədiyi avtomaşını da gətirib satır, belə çıxır ki, o iddiaçı ilə şifahi danışıqlar apardığına görə onu cəzalandırmaq, pul qoparmaq istəyir. İddiaçı əvəzindən kiməsə beh verməsini, həmin behin onun təqsiri üzündən itirildiyini, təqsiri üzündən ona hansısa başqa bir formada zərər vurulmasını ərizəsində sübut edə bilməmişdir; Hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd, Şirazi adlı işçisi ilə votsapda səsli danışıqlar və yazılar mötəbər olmadığından, təsdiqini tapmadığından sübut qismində nəzərə alına bilməz, ona görə də nəzərə alınmamalıdır.İddiaçının istinad etdiyi “KB Kookmin Bank”, “Ətraflı əməliyyat təffərrüatlarına baxın” sözləri ilə başlayan, koreya dilindən guya tərcümə edilmiş sənəd kimi təqdim edilmiş yazıların hüquqi əsası, onların ona heç bir aidiyyəti yoxdur, orada onun adı qeyd edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin məzmunundan onların nə məqsədlə, xüsusilə şəxsən onun üçün tərtib olunduğu, onun üçün beh ödənildiyi görünmür. Sənədin özündə onun guya xarici dövlətlə əlaqəli olduğu göstərildiyi halda həmin xarici dövlətin Azərbaycan Respublikasındakı, yaxud Azərbaycan Respublikasının həmin xarici dövlətdəki konsulluğu, səfirliyi, nümayəndələyi tərəfindən hüquqi tanınmamış və təsdiq edilməmişdir.Hətta sənədi tərcümə edən şəxs də qeyd etmişdir ki, həmin sənədin məzmununa və orjinallığına cavabdehlik daşımır. İddiaçının təqdim etdiyi sənədlər qeyri-mötəbərdir, ziddiyyətlidir, onun hazırkı işə heç bir aidiyyəti yoxdur.İddiaçı tərəfindən Şirazi adlı işçisi ilə votsapda aparılmış səsli danışıqlar və yazılara gəldikdə isə onların məzmunundan da göründüyü kimi o iddiaçıya nə yazılı, nə də şifahi olaraq əvəzindən kiməsə öz hesablarına beh ödəməyi həvalə etməmişəm, tapşırmamışam.Cavabdehlə heç bir rəsmi müqavilə bağlamadan, cavabdehin rəsmi iradə ifadəsi olmadan iddiaçının özbaşına guya cavabdeh üçün hansısa avtomobil sifariş verməsini məhkəmə işgüzar adət hesab etməklə səhvə yol vermişdir.Çünki işgüzar mühitdə belə bir məntiqsiz adət yoxdur və əgər kimsə belə bir “işgüzar adət”lə hərəkət edərsə elə məhkəmənin qətnaməsində də qeyd etdiyi kimi belə adət qanunvericiliyə ziddir, belə ki, beh müqaviləsi yazılı bağlanmalıdır. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər”. Məhkəmənin bu nəticəyə gəlməsi də əsassızdır.Belə ki, o iddiaçı ilə heç bir müqavilə hazırlanma mərhələsində olmamışdır, iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır, o sadəcə olaraq avtomobil almaq arzusuyla bağlı iddiaçı ilə söhbət etmiş, yazışmalar aparmış və onun bu hərəkətlərindən iddiaçıya heç bir zərər vurulmamışdır. İddiaçının işçisi onunla bir müştəri kimi danışıqlar aparmış, satdıqları avtomaşınların texniki xarakteristikasını bildirmiş, çalışmışdır ki, o avtomaşın alsın.O isə sonda onlardan avtomaşın almaq fikrindən daşınmış, avtomaşın almamışdır. O öz danışıqlarıyla, yazışmalarıyla iddiaçıya heç bir zərər vurmamış, çünki, müştərilərlə danışıqlar aparmaq, əlaqə saxlamaq, müxtəlif avtomaşın markalarını müştəriyə nümayiş etdirmək, göstərmək, reklam etmək onların vəzifəsidir, buna görə iddiaçı öz işçilərinə əmək haqqı verir.İddiaya qarşı etirazında qeyd etdiyi kimi beh müqaviləsi yazılı bağlanılmalıdır və iddiaçı hüquqi şəxs olduğundan bütün əməliyyatların yazılı aparılmalı olduğunu bilməmiş deyil. Məhkəmənin gəldiyi bu nəticə də əsassızdır.Belə ki, onunla iddiaçı arasında heç bir elektron ticarət müqaviləsi bağlanılmamışdır. Belə bir müqavilə bağlanılmadığı halda məhkəmənin qətnamədə elektron ticarət haqqında qanunvericiliyi tətbiq etməsi, onun üzərinə olmayan zərəri ödəmək vəzifəsini qoyması tamamilə əsassızdır.Belə görünür ki, məhkəmə votsap yazışmalarını elektron ticarət hesab etmişdir Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X7 apellyasiya şikayətini müdafiə edərək, iddiaçı ilə cavabdeh arasında nə alqı-satqı, nə tapşırıq, nə də beh müqaviləsinin bağlanmadığını, bir neçə ay öncə cavabdehin maşın almaq üçün internet üzərində bir neçə səhifə ilə maraqlandığını, bunlardan da birinin iddiaçı şirkət olduğunu, lakin son nəticədə cavabdehin maşın almaq niyyətindən daşındığını, cavabdehin hər hansı bir istəyi, tərəflər arasında hər hansı müqavilə olmadığı halda iddiaçının cavabdehin adına beh verdiyini iddia etdiyini, ümumiyyətlə iddiaçıya hansı formada ziyan dəydiyinin onun tərəfindən sübut edilə bilmədiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək,iddiaçını sosial şəbəkə vasitəsi ilə tapdığını, onda güvən hissi yaratdığından iddiaçı ilə həqiqətən də avtomobil almaq niyyəti ilə danışıqlar apardığını, lakin sonda başqa bir şirkətdən maşın aldığını, iddiaçının nümayəndəsinin onun adından beh verməsi ilə bağlı hər hansı xahişinin olmadığını, iddiaçının sonradan onun çalışdığı şirkətə gəlib iş yoldaşları arasında onunla bağlı yanlış fikirlər formalaşdırdığını, bunun da onun günlük həyatına neqativ təsir etdiyini, onda stress yaratdığını,ödəniş barədə məlumatlı olduğdan 7-8 gün keçdikdən sonra maşından imtina etdiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 cavabdehlə özünün şəxsən maşın almaq üçün ünsiyyətdə olduğunu, israrla avtomobili almaq istədiyini, lakin pulunun depozit hesabında ABŞ dolları şəklində olduğunu, o cümlədən hazırda bank kartındakı pulunun manatla az məbləğdə olmasına görə ödənişi həyata keçirə bilmədiyini, onun əvəzindən istədiyi avtomobilə görə beh vermələrini, maşını bron etmələrini xahiş etdiyini, onun isə cavabdehin yaxşı yerdə işləməsi, ali təhsilli olmasına güvənərək, onun əvəzindən beh verdiklərini, bundan sonra cavabdehin ofisə gəldiyini, onun deposit hesabında 28600 ABŞ dollar məbləğdə pul vəsaiti olduğunu və hesabın məlumatlarını da əməkdaşlarına təqdim etdiyini, hesabında pulunun ABŞ dollar ilə olduğunu, 07 noyabrdan 14 noyabradək COP 29 tədbiri ilə əlaqədar olaraq qeyri iş günləri olduğundan bitməsindən sonra, bankaların işləyəcəyini, noyabrın 14-ü ödəniş edə biləcəyini, sonradan dəfələrlə cavabdehlə əlaqə saxlayıb onun əvəzindən ödədiyi ödənişləri tələb etsə də, cavabdehin onlara atasının razı olmadığını, bu səbəbdən də behi və bronu ləğv etməsini xahiş etdiyini,qaydalara əsasən isə iddiaçı tərəfindən cavabdehin əvəzinə ödənilmiş behin və bronun yalnız bir hissəsinin ləğv edilməsinin mümkün olduğunu, bu səbəbdən də 1431 ABS dollar məbləğində pulu ödəməsini ondan tələb etdiklərini, lakin cavabdehin ödənişi etməkdən imtina etdiyini, onun tərəfindən cavabdehə “sənin əvəzindən pul ödəyib, beh verib bron etmişik, ödəniş et” , onun da cavab olaraq “ telefonda köhnə vəsiqəmin şəkli var, gələcəyəm ofisə yeni vəsiqəmi verəcəyəm və gəlim görüşək” yəni həmin zaman cavabdehin onun əvəzindən beh ödənilərək maşının bron edilməsinə hər hansı narazıçılığının olmadığını bildirmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 9.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə iddiaçı arasında olan yazışmalar sübut edir ki, cavabdehin həqiqətən maşın almaq niyyəti olmuş, iddiaçının əməkdaşları ilə bu barədə müvafiq danışıqlar aparmışdır. İddiaçı tərəfindən cavabdehin üçün avtomobil bron edilmişdir və bu barədə cavabdehə də məlumat verilmişdir. Cavabdeh isə buna qarşı hər hansı əks reaksiya verməmiş, bunun əksinə şirkətə gəlib, ödənilmiş pulun geri qaytaracağını bildirmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi tərəfindən ödəniş aparılması barədə iddiaçı məlumatlı olduqdan sonra buna etiraz etməmiş və bununla (yəni susmaqla) öz razılığını bildirmiş, ödəniş ona məlum olduqdan sonra 7-8 gün keçdikdən sonra maşın almaqdan imtina etmişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər... 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.409.8. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun.409.9. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır.409.10. Bu Məcəllənin 409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul və ya rədd edilməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 12.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 13.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1373/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.