Məhkəmə qərarları › İş №2(103)-3309/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3309/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3309/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X1, Cavabdeh3 ASC-nin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-4155/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Maliyyə X2 səlahiyyətləri, vəzifə və hüquqları, Azərbaycan Respublikasının Mərkəzi Bankına verildiyindən, Fərmana əsasən restruksizasiya olunmalı kredit borclarının restruksizasiya olunmasına nəzarət edən təşkilat olaraq kredit borclarının restruksizasiya olunmasının həmin təşkilat tərəfindən təmin olunması barədə, “xxxx” KB ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş, ümumilikdə 735,80 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, 2425,78 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, Cavabdeh3 ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş ümumilikdə 499,11 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, 418,76 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, cavabdehin qanunsuz əməllərinə görə əmək haqqından məcburi icra ödənişi olaraq tutulmuş 51,99 manat pul məbləğində dəymiş maddi ziyanın ödənilməsi və 30 manat pul məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “xxxx” KB ASC-yə olan 2259,35 ABŞ dolları əsas, 126,09 ABŞ dolları faiz, 26,89 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2412,33 ABŞ dolları məbləğində kredit borcunun və Cavabdeh3 ASC-nə olan 390,03 ABŞ dolları əsas borc, 41,92 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə 3840,89 manat pul məbləğinə 1415,12 manat pul məbləğində və Cavabdeh3 ASC üzrə 01 mart 2019-cu il tarixinə qalıq qalan əsas kredit məbləği olan (manat ekvivalentində) 663,05 manat pul məbləğinə 244,29 manat pul məbləğində kompensasiya ödənilmişdir. Dövlət büdcəsi hesabına kompensasiya ödənildikdən sonra müvafiq olaraq “xxxx KB” ASC üzrə 2425,78 manat pul məbləğində və Cavabdeh3 ASC üzrə 418,76 manat pul məbləğində qalıq kredit borcu qalmışdır. Kredit borclarının 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşməsinə və kredit borclarımın devalvasiya nəticəsində artmış hissəsinə Dövlət büdcəsi hesabına kompensasiyanın ödənilməsinə baxmayaraq, hər iki bank tərəfindən kredit borclarının restruksizasiya olunması barədə ona heç bir rəsmi təklif olunmamışdır. Bununla bağlı olaraq 02 dekabr 2019-cu il tarixində “xxxx” KB ASC-nin Əcəmi filialına, 05 dekabr 2019-cu il tarixində Cavabdeh3 ASC-nin Şamaxı filialına kredit borclarımın restruksizasiya olunması barədə rəsmi müraciət etsə də, müraciətləri nəzərə alınmayaraq kredit borcları restruksizasiya olunmamışdır. Bundan əlavə hər iki bank tərəfindən məhkəmə və icra orqanlarında olan mülki işdə geri borcu olmaqla, ümumilikdə 436,95 ABŞ dolları məbləğində kredit borcunun tutulması barədə müvafiq məhkəmə qərarları çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borcları barədə müəyyən tədbirlərin görülməsi, o cümlədən vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunmasının təmin olunmasına qərar verilmişdir. Hər iki banka olan vaxtı keçmiş kredit borcları 28 fevral 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşmüşdür. Həmin Fərmanın tələblərindən biri də banklar tərəfindən vaxtı keçmiş kredit borclarına hesablanmış faiz və cərimə məbləğlərinin silinməsinin təmin olunması və qalıq qalan əsas məbləğin bir ili güzəştli olmaqla beş il müddətinə restrukturizasiya olunmasının müştərilərə təklif olunmasıdır. Bundan əlavə vaxtı keçmiş kredit borcu xarici valyutada olduğu üçün 21 fevral 2015-ci il tarixində və 21 dekabr 2015-ci il tarixində baş vermiş devalvasiya nəticəsində pul məbləğinin artmış hissəsinə Dövlət büdcəsi hesabına “xxxx” KB ASC üzrə 01 mart 2019-cu il tarixinə qalıq qalan əsas kredit məbləği olan (manat ekvivalentində) götürməmişdilər. 28 fevral 2019-cu il tarixli Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredir borcu olan fiziki şəxslərə veni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. 6.2-ci bəndinə əsasən fiziki şəxlərin vaxtı keçmiş kredit borclarının restruksizasiya olunmağını nəzərə alaraq banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görsünlər. Fərmanda nəzərdə tutulmuş tələbləri icra etmək əvəzinə, məhkəmə qərarlarına əsasən müəyyənləşən kredit borclarının tutulması üçün hər iki bankda Şamaxı rayonu İcra və Probasiya şöbəsinə müraciət etmişlər. Şamaxı rayon İcra və Probasiya şöbəsi tərəfindən müvafiq qərar qəbul olunaraq başladılmış məcburi icra tədbiri olaraq əmək haqqından Cavabdeh3 ASC-nin xeyrinə 2020-ci ilin mart ayı üzrə 257,38 manat, aprel ayı üzrə 205,39 manat məbləğində, may ayı üzrə 36.34 manat məbləğində pul tutulmuşdur. “xxxx” KB ASC üzrə isə 2020-ci ilin may ayı üzrə 221,04 manat, iyun ayı üzrə 257.38 manat məbləğlərində pul tutulmuşdur. 28 fevral 2019-cu il tarixli Fərmanın 7.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X6 bu Fərmanın 1 -ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikdə bu Fərmanın 5.1-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin. 7.3-cü bəndinə əsasən bu Fərmandan irəli gələn digər məsələləri icra etsin. Azərbaycan Respublikasının Maliyyə X6 faktiki olaraq ona həvalə olunmuş Fərmanda nəzərdə tutmuş işləri görməmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Maliyyə X6 ləğv edilərək səlahiyyətləri, vəzifə və hüquqları, Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Bundan sonrakı dövrdə Mərkəzi Bank ona həvalə olunan vəzifələri yerinə yetirməyərək kredit borclarının restruksizasiyasının təmin olunmasına nəzarət etməmişdir. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, hər iki bank tərəfindən 28 fevral 2019-cu il tarixli Fərmanın tələbinə əsasən Fərmanın əhatə dairəsinə düşən kredit borcunun restruksizasiya olunması təmin olunmamış, təmin olunması üçün ona heç bir rəsmi təklif olunmamış, tərəfindən kredit borclarının restruksizasiya olunması barədə banklara rəsmi müraciətinə də heç bir əhəmiyyət verilməmişdir. Fərmanın tələblərinə əsasən öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə Şamaxı rayon İcra və Probasiya şöbəsinin vastəsilə əmək haqqından müəyyən məbləğdə pulun tutulmasına nail olunmuşdur. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(006)-4155/2020 saylı qərardadı ilə iddia tələbinin İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı, “xxxx” KB ASC və Cavabdeh3 ASC-yə qarşı “kredit borcunun geri qaytarılması və s” tələbinə dair mülki iş üzrə icraata iddia tələbinin Azərbaycan Respublikasının Mərkəzi Bankına aid hissəsində xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)-4155/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)- 4155/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Maliyyə X6, xarici valyutada olan kredit borcunun manatla artmış hissəsinə görə ayrılmış kompensasiya məbləğini müvafiq qaydada cavabdeh bankların hesabına ödənişini təmin etmiş və bundan əlavə vaxtı keçmiş kredit borclarımı restrukturizasiya olunmalı kreditlərin siyahısına daxil edərək, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının həmin təşkilata həvalə olunmuş hissəsini icra etmişdir. Məhkəmənin gəldiyi nəticə olan iddiaçının cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 ASC-yə qarşı iddia sürməkdə haqlı deyil, belə ki, həmin banklar iddiaya cavab verməli şəxslər deyil izahının işin faktiki hallarına uyğun olmadığından, məhkəmə burada düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndinə əsasən Banklar bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanılmasını təklif etsinlər. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” barədə arayışın surətindən də görünür ki, iddiaçının borcları vaxtı keçmiş kreditin restrukturizasiya olunması təklif olunan kreditlərin siyahısında olsada, cavabdeh banklar tərəfindən ona yeni güzəştli kredit müqaviləsinin bağlanılması təklif olunmamış, (“xxxx” ASC tərəfindən 2019-cu ilin noyabr ayında yeni güzəştli kredit müqaviləsinin bağlanılması ona təklif olunmuş və həmin təklif əsasında da 08 noyabr 2019-cu il tarixində yeni güzəştli kredit müqaviləsi bağlanılmışdır) əksinə olaraq iş materiallarında olan Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən verilən 30 iyul 2020-ci il tarixli arayışdan da görünür ki, kredit borcunun tutulması üçün tələbkar Cavabdeh3 ASC tərəfindən İcra və Probasiya Şöbəsinə 19 iyul 2019-cu il tarixində müraciət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X10 izahatında qeyd etdi ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 7.1ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X4 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi qeyd olunmuşdur. Fərmandan görünür ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir, Bankların üzərinə vəzifə qoyulmamışdır. Azərbaycan Respublikası Maliyyə X7 27 mart 2019-cu il tarixli, ********** saylı Qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmin müddətdən sonra restrukturizasiya olunmasına yol verilmir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı 2473,42 manat kompensasiya məbləği hesablanmışdır. Həmin məbləğdən 1415,12 manat 19.01.2015-ci il tarixli, 505nKADJ/15 saylı, 10,35 manatı isə 14.01.2015-ci il tarixli 263tKADJ/15 saylı “xxxx” KB ASC-də olan kredit borclarına yönəldilmişdir. Fərmanın çıxarıldığı tarixə İddiaçı 19.01.2015-ci il tarixli, 505pKADJ/15 saylı kredit müqaviləsi üzrə gecikmə günləri 360 gündən çox olduğuna görə restrukturizasiya olunmalı kreditlərin siyahısında aşkar edilmişdir. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən yeni güzəştli kredit müqaviləsinin bağlanması (restrukturizasiya olunması) üçün rəsmi təklif (bildiriş) göndərilməsinə baxmayaraq, qeyd edilən güzəştlərdən yararlanmaq üçün Banka müraciət etməmişdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X8 apelyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, İddiaçı Cavabdeh3 ASC-dən aldığı kredit üzrə imzaladığı 23.05.2015-ci il tarixli, SMNRU-0381_DEV saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən Şamaxı rayon Məhkəməsinin 10.01.2017-ci il tarixli, 2(074)- 75/2017 saylı qətnaməsi ilə iddiaları qismən təmin edilərək, İddiaçı əsas borca görə 390,03 ABŞ dolları, faiz borcuna görə 41,92 ABŞ dolları, cərimə borcuna görə 5 ABŞ dolları, cəmi 436,95 ABŞ dolları qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh3 ASC-nin xeyrinə tutulmuşdur. Həmin qətnamə vaxtında icra edilməmişdir. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmədiyindən İcra Məmurunun məktubuna əsasən İddiaçı əmək haqqından tutulma olmuş və 19.09.2019-cu il tarixdə qətnamə üzrə əsas borcundan 143,70 ABŞ dolları, faiz borcundan isə 37,48 ABŞ dolları silinmə olmuşdur. Bundan sonra İddiaçı Fərmanın təsiri altına düşməməsini əsassız hesab edərək apellyasiya şurasına şikayət etmiş və onun kreditləri Fərmanın təsiri altına salınmışdır. 2019-cu ilin oktyabr-no yabr aylarında Cavabdeh3 ASC-nin Şamaxı filialı tərəfindən İddiaçı Banka dəvət edilmiş, Bankın Şamaxı filialında olmuş və işçilərin Fərmanın icrası ilə bağlı borcluya etdikləri restrukturizasiya təklifini qəbul etməyərək, “onlara hələ baxım vaxtım var” demişdir. İddiaçı restrukturizasiyadan imtina etdiyindən onun barəsində Fərmanın icrası mümkün olmamışdır. Həmçinin Fərmanın icra müddəti 31.12.2019-cu il tarixinə qədər müəyyən edildiyindən və icrası müddəti uzadılmadığından, sonradan icrası mümkün olmamışdır. İddiaçı qətnamə üzrə qalan borcunu ödəməkdən imtina etdiyindən, qalan borcu məcburi qaydada əmək haqqından tutularaq 2020-ci ilin iyun ayında Cavabdeh3 ASC-yə köçürülmüşdür. Kreditin restrukturizasiya olunmamasının başlıca səbəbkarı iddiaçının öz səhlənkarlığı olmuşdur. Kredit öhdəliyi icra edildiyindən, yenidən kredit öhdəliyinin yaradılması mümkünsüzdür. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini- iddianın “ “xxxx” KB ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş, ümumilikdə 735,80 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, 2425,78 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, Cavabdeh3 ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş ümumilikdə 499,11 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, 418,76 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, cavabdehin qanunsuz əməllərinə görə əmək haqqından məcburi icra ödənişi olaraq tutulmuş 51,99 manat pul məbləğində dəymiş maddi ziyanın ödənilməsi və 30 manat pul məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması”nın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, məhkəmə mübahisələndirilən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, yuxarıda göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 ASC-yə qarşı iddianı irəli sürməkdə haqlı deyil, belə ki, həmin banklar iddiaya cavab verməli şəxs deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “xxxx KB” ASC və Cavabdeh3 ASC-yə qarşı “kredit borcunun geri qaytarılması və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, iş materiallarından “Problemli kreditlərin kompensasiyası” ilə bağlı 03.09.2019-cu il tarixli məlumatdan görünür ki, İddiaçı Cavabdeh3 ASC, “xxxx” KB ASC və “xxxx” ASC-də olan kredit müqavilələri üzrə cəmi 2473,42 manat kompensasiya məbləği hesablanmış, borcun ödənilməsinə yönəldilmiş hissə 2473, 42 manat təşkil edir. Cavabdeh3 ASC-də olan kredit müqaviləsi üzrə 663,05 manata 244,29 manat kompensasiya məbləği borcun ödənilməsinə yönəldilmiş, restrukturizasiya olunmalı məbləğ 418,76 manat təşkil edir. “xxxx” KB ASC-də olan kredit müqaviləsi üzrə 3840,89 manata 1415,12 manat kompensasiya məbləği borcun ödənilməsinə yönəldilmiş, restrukturizasiya olunmalı məbləğ 2425,78 manat təşkil edir. İş materiallarından iddiaçı tərəfindən əlavə edilmiş Cavabdeh3 ASC və “xxxx” KB ASC-yə ünvanlanmış 05.12.2019-cu il tarixli və 02.12.2019-cu il tarixli məktublarda iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşdüyü üçün, restrukturizasiya ilə bağlı Bank tərəfindən ona hər hansı təklifin olunmadığını, onunla güzəştli şərtlərlə restrukturizasiya olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarından “xxxx” ASC-nin 2 saylı Regional Sukanal İdarəsinin 23.07.2020-ci il tarixli, 01/01/1-14 saylı məktubundan görünür ki, İddiaçı aylıq əmək haqqından Cavabdeh3 ASC üzrə əsas məbləğə 499,11 manat, icra məbləği 7%-ə görə 51,99 manat, “xxxx” KB ASC üzrə əsəs məbləğə 478,42 manat tutulmuşdur. İş materiallarından “xxxx” KB ASC tərəfindən İddiaçı ünvanlanmış 08.11.2019-cu il tarixli, UB/PİKMD saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə bağlı 19.01.2015-ci il tarixli, 505nKADJ/15 saylı və 14.01.2015-ci il tarixli, 263tKADJ/15 saylı kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya olunması ilə bağlı Bankın baş ofisinə və ya regionlardakı istənilən filiallarına müraciət etməsi təklif olunmuşdur. İş materiallarından “SKY MAİL SERVİCE” sürətli poçt qəbzindən görünür ki, “xxxx” KB ASC tərəfindən İddiaçı ünvanlanmış 08.11.2019-cu il tarixli, UB/PİKMD saylı məktub 21.11.2019-cu ildə İddiaçı çatdırılmışdır. İş materiallarından iddiaçı tərəfindən təqdim olunmuş “xxxx” MMC-nin X15 Filialının 28.04.2021-ci il tarixli, ŞRPFNo13/114 saylı məktubundan görünür ki, İddiaçı tərəfindən 02.12.2019cu il tarixində “xxxx” KB ASC-yə və 05.12.2019-cu il tarixində Cavabdeh3 ASC-yə poçt vasitəsi ilə məktub göndərilmişdir. Bundan əlavə 2019-cu ilin noyabr və dekabr aylarında “xxxx” KB ASC və Cavabdeh3 ASC-dən poçt vasitəsi ilə hər hansı bir məktub İddiaçı ünvanına daxil olmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X4 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Maliyyə X7 27 mart 2019-cu il tarixli, ********** saylı Qərarı ilə təsdiq olunmuş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Beləliklə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, İddiaçı Cavabdeh3 ASC, “xxxx” KB ASC və “xxxx” ASC-də olan kredit müqavilələri üzrə cəmi 2473,42 manat kompensasiya məbləği hesablanmış, borcun ödənilməsinə yönəldilmiş hissə 2473,42 manat təşkil etmişdir. Cavabdeh3 ASC-də olan kredit müqaviləsi üzrə 663,05 manata 244,29 manat kompensasiya məbləği borcun ödənilməsinə yönəldilmiş, restrukturizasiya olunmalı məbləğ 418,76 manat təşkil edir. “xxxx” KB ASC-də olan kredit müqaviləsi üzrə 3840,89 manata 1415,12 manat kompensasiya məbləği borcun ödənilməsinə yönəldilmiş, restrukturizasiya olunmalı məbləğ 2425,78 manat təşkil edir. “xxxx” KB ASC üzrə kredit müqaviləsinə görə borc bağlanmasa da, Cavabdeh3 ASC üzrə kredit müqaviləsinə görə borc bağlanmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən Banklara tövsiyə edilmişdir ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanla Bankların üzərinə vəzifə qoyulmamış, müqavilə bağlanması üçün hüquq verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Kollegiya hesab edir ki, müqavilə bağlanması ilə bağlı hüquqdan hər iki tərəf vicdanlı olaraq istifadə etməlidirlər. “xxxx” KB ASC tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən yeni güzəştli kredit müqaviləsinin bağlanması (restrukturizasiya olunması) üçün iddiaçıya rəsmi təklif (bildiriş) göndərilməsinə baxmayaraq, qeyd edilən güzəştlərdən yararlanmaq üçün Banka müraciət etməmişdir. İddiaçı restrukturizasiya olunması təklifi ilə Banka müraciət etməsi ilə bağlı “xxxx” MMC-nin X15 Filialının 28.04.2021-ci il tarixli, ŞRPFNo13/114 saylı məktubunu təqdim etsə də, həmin məktubda göndərilən məktubların kodları, məktubların Bank tərəfindən qəbul edilməsi ilə bağlı heç bir məlumat verilmədiyindən, kollegiya həmin məktubu mötəbər sübut kimi qəbul etmir. Kollegiya hesab edir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatdığından, müqavilə azadlığı şəraitində Bankların üzərinə restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması öhdəliyinin qoyulması üçün qanuni əsas yaranmır. Buna görə də, iddia tələbi “xxxx” KB ASC üzrə 2425,78 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, Cavabdeh3 ASC üzrə 418,76 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunması hissəsində əsassız olduğundan, təmin oluna bilməz. Kollegiya iddia tələbini “xxxx” KB ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş, ümumilikdə 735,80 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, Cavabdeh3 ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş ümumilikdə 499,11 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, cavabdehin qanunsuz əməllərinə görə əmək haqqından məcburi icra ödənişi olaraq tutulmuş 51,99 manat pul məbləğində dəymiş maddi ziyanın cavabdehlərdən tutulması hissəsində, iddiaçı tutulmaların qanunsuzluğu ilə bağlı sübutlar təqdim etmədiyindən, əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Kollegiya hesab edir ki, iddiaçının tələbi rədd olunduğundan, 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(006)- 4155/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər “xxxx” KB ASC və Cavabdeh3 ASC-yə qarşı “xxxx” KB ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş, ümumilikdə 735,80 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, 2425,78 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, Cavabdeh3 ASC üzrə məcburi qaydada əmək haqqından tutulmuş ümumilikdə 499,11 manat pul məbləğində olan kredit borcunun geri qaytarılması, 418,76 manat pul məbləğində olan əsas kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən restruksizasiya olunmasının təmin olunması, cavabdehin qanunsuz əməllərinə görə əmək haqqından məcburi icra ödənişi olaraq tutulmuş 51,99 manat pul məbləğində dəymiş maddi ziyanın ödənilməsi və 30 manat pul məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar