Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-331/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-345/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh 26.778 manat məbləğində pul vəsaitinin və ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra hazırki iş üzrə iki dəfə, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5002/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” Məlumatı məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, məhkəməyə xx.xx.2025-ci il tarixli barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Barışıq sazişi xx.xx.2025-ci il tarixdə Bakı şəhərində aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Cavabdeh 5.000 (beş min) manat məbləğində pul vəsaitini 12 ay ərzində, hər ay 416 manatdan az olmayaraq, İddiaçı nağd və ya köçürmə qaydasında ödəyir.
2. İddiaçı razılaşdırılmış 5.000 (beş min) manat məbləğinin 12 ay müddətində ödənilməsinə möhlət verir və həmin məbləğin tam ödənişindən sonra Cavabdeh qarşı evin təmiri ilə bağlı hər hansı adda və formada iddia tələbi irəli sürməyəcək.
3. Ödənişlər hər ayın 1-5-i tarixlərində təmin edilir.
4. İddiaçı bu şərtlər daxilində hazırki iş üzrə iddiasından imtina edir və mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş iddiadan imtinanın nəticələrindən xəbərdar olduğunu bildirir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə iclasında tərəflərə barışıq sazişi təsdiq edilənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş və bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263-264cü, 370-ci, 384-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhərində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri:
1. Cavabdeh 5.000 (beş min) manat məbləğində pul vəsaitini 12 ay ərzində, hər ay 416 manatdan az olmayaraq, İddiaçı nağd və ya köçürmə qaydasında ödəyir.
2. İddiaçı razılaşdırılmış 5.000 (beş min) manat məbləğinin 12 ay müddətində ödənilməsinə möhlət verir və həmin məbləğin tam ödənişindən sonra Cavabdeh qarşı evin təmiri ilə bağlı hər hansı adda və formada iddia tələbi irəli sürməyəcək.
3. Ödənişlər hər ayın 1-5-i tarixlərində təmin edilir.
4. İddiaçı bu şərtlər daxilində hazırki iş üzrə iddiasından imtina edir və mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş iddiadan imtinanın nəticələrindən xəbərdar olduğunu bildirir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-345/2024 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.