Məhkəmə qərarları › İş №2(103)-3316/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3316/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3316/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-839/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK2092288B125 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 16.407,12 manat kredit verib, kredit 83 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 20 faiz (faktiki illik faiz dərəcəsi 20,38 faiz) müəyyən olunub. 2.Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi pozub, aylıq ödənişləri vaxtında və tam həcmdə ödəməyib. Ona görə də iddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, xx.xx.2023-cü il tarixə olan əsas borc kimi 16.407,12 manat, faiz borcu kimi 1.396,93 manat, cəmi 17.804,05 manat, dövlət rüsumunun əvəzi kimi 143,41 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin kredit müqaviləsi üzrə əsas borc kimi 16.407,12 manat, faiz borcu kimi 1.396,93 manat, cərmi 17.804,05 manat, dövlət rüsumunun əvəzi kimi 143,41 manat cavabdehdən iddiaçınıln xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, iddia qismən təmin olunsun, yəni əsas borcun gecikdirilmiş hissəsinin və faiz borcunun tutulması barədə qətnamə qəbul olunsun. 6.Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, qətnamə iddiaçının özünün tərtib etdiyi sənədlərə - hesabdan çıxarış, maliyyə arayışı və kassa sənədinə əsaslanır, həmin sənədlər mötəbər sübut hesab edilə bilməz və bu sənədlərə əsasən borcun qalığı müəyyən edilə bilməz. Ona görə də iş üzrə mühasibat ekspertizası təyin edilərək qalıq borcun məbləği düzgün müəyyən edilməlidir. 7.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4802 nömrəli ekspert rəyinə görə, həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan əsas borcun məbləği 16.407,12 manat, faiz borcunun məbləği 1.358,14 manat, cəmi borcun məbləği 17.765,26 manat təşkil edir. Göründüyü kimi, borcun məbləği cüzi (38,79 manat) fərqlə düzgün hesablanıb. Fərq cüzi olduğuna, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddiaya etirazını ifadə etmədiyinə və ekspertiza təyin edilməsi barədə vəsatət vermədiyinə görə, bu hal qətnamənin dəyişdirilməsinə əsas ola bilməz. 9.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc kimi 16.407,12 manat, faiz borcu kimi 1.396,93 manat, cəmi 17.804,05 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-839/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibat ekspertizasının xərci olan 100 (yüz) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar