Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-333/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2350/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 150000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla X5 və Cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqavilə X2 bankla bağladığı 140408-8xx-xx/1089 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə bank qarşısında olan, həmin kredit müqaviləsindən irəli gələn 294944 manat faiz öhdəliyindən qismən, yəni 150000 manat məbləğini Cavabdeh verilməsi münasibətlərini tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilənin 1.1ci bəndinə uyğun olaraq, Cavabdeh tərəfindən müvafiq öhdəliyin icrası bankın tələbinə əsasən hissə-hissə və ya tam şəkildə icra edilir. Bank Cavabdeh ödənişin olunması məqsədilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytarılmaması öhdəliyin gecikdirilməsi hesab edilir. Bank tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə yazılı bildirişlə müraciət olunmasına və 5 təqvim günü müddətində 150000 manat məbləğində borcun ödənilməsi tələb edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2350/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 150000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2350/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 iş adamı kimi tanımış və uzun müddətdir ki, normal dostluq münasibətləri olmuşdur. Tapdıq Məmmədov 2018-ci ildə ona müraciət edərək demişdir ki, Sabunçu rayonu ərazisində “Nilufər” adında şadlıq sarayı onun və tanışının şərikli mülkiyyətində olmuşdur. Hal-hazırda tanışı şadlıq sarayında olan payını satmaq istədiyindən, o, şərikinin payını alıb şadlıq sarayının tam sahibi olmaq istəyir. Lakin həmin hissəni almağa imkanı çatmadığından kredit götürmək üçün İddiaçı ASC-уə müraciət etmiş, bankdan ona əvvəlcə kredit verəcəyini bildirsələr də, sonradan adının qara siyahıda olması səbəbindən ona kredit verə bilməyəcəklərini, amma başqa bir tanışı olarsa, onun adına kredit verə biləcəklərini dediklərini bildirdi. Eyni zamanda Tapdıq Məmmədov onun adına İddiaçı ASC-dən kredit götürməyinə razılıq verməyini xahiş etdi və heç bir narahatçılıq keçirməməyini, Bankla danışıb razılıq əldə etdiyini və krediti qrafik üzrə vaxtlı-vaxtında ödəyəcəyini bildirdi. O, T.Məmmədovla uzun müddət dostluq etdiyini nəzərə alıb, onun xahişi ilə razılaşdı və onunla birlikdə İddiaçıya getdi. İddiaçı ASC-də onun anket məlumatlarını götürdülər və qısa müddət ərzində cavab verəcəklərini bildirdilər. Bir müddət sonra Tapdıq ona bildirdi ki, Bankın rəhbərliyi onun adına kredit verilməsinə razılıq vermiş, lakin bunun üçün girov əmlak qoyulmasını bildirirlər. O, onun dediklərinə etiraz etməyərək girov əmlak qoya biləcəyini bildirdi və Tapdıqla birlikdə yenidən banka getdi. Orada ona bir neçə sənədə imza etdirdilər. Eyni zamanda ona kredit verilməsi üçün formal olaraq Tapdıq Məmmədovun kredit borcunun bir hissəsinin onun tərəfindən ödənilməsinə öhdəlik götürməyi barədə müqavilə bağlamalı olduğunu bildirdilər. Eyni zamanda, bankın əməkdaşları və Tapdıq Məmmədov ona bildirdilər ki, bu müqavilə formal olaraq bağlanır, heç narahat olma, çünki Tapdıqla Bankın arasında artıq razılıq əldə olunub, Tapdığın faiz borcu və cərimələri silinəcəkdir. Bir müddət sonra Tapdıq Məmmədov ona müraciət edərək kredit verilməsindən imtina olunduğunu, kredit verilmədiyinə görə onun borcunun bir hissəsinin ödənilməsi ilə bağlı bağlanmış müqaviləyə də xitam verdiklərini bildirdi. Lakin 2019-cu ilin mart ayında ona məlum oldu ki, İddiaçı ASC ona qarşı iddia ərizəsi ilə Binqədi rayon Məhkəməsinə müraciət edərək ondan 150000 (yüz əlli min) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, İddiaçının əməkdaşları və X6 onu aldadaraq, xx xxxx 2018-ci il tarixli müqaviləni imzalatdırıblar. Eyni zamanda, Binəqədi rayon Məhkəməsində iddia qaldırıldıqdan sonra ona məlum oldu ki, İddiaçı ASC ilə T.Məmmədov arasında bağlanmış xx.xx.2008-ci il tarixdə 140408- 8xx-xx/1089 saylı kredit müqaviləsinə sonuncuya illik 22 faizlə 4 il müddətinə 550 000 manat məbləğində kredit verilmiş, lakin X5 həmin krediti vaxtında ödəmədiyindən tərəflər arasında məhkəmədə uzun müddət məhkəmə mübahisəsi baş vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-81/2018 saylı qətnaməsinə əsasən, apellyasiya şikayətləri qismən təmin edilməklə əsas və cərimə borcunun tutulması hissəsində tələb qismən təmin edilmiş, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə əsas kredit borcu üzrə 378 317,26 manat, cərimə borcu üzrə 40 000 manatın tutulması, əsas və cərimə borcunun tutulması tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” müqaviləyə əsasən, X2 bank ilə bağladığı xx.xx.2008-ci il tarixli 140408-8xx-xx/1089 saylı kredit müqaviləsi üzrə 294.944 manat faiz öhdəliyindən qismən, yəni 150.000 manat məbləğinin ödənilməsini Cavabdeh öğlu öz öhdəsinə götürmüşdür. Cavabdeh qeyd edir ki, məhkəmə qətnaməsinə əsasən, İddiaçı ASC-yə olan borcunun qarşılığında ipoteka ilə yüklü edilmiş X4 məxsus ünvan 1 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binasının ilkin satış qiyməti 450.000 manat müəyyən edilmiş, yaşayış binası hərraca çıxarılmış, lakin yaşayış binası hərracdan satılmadığından, İddiaçı ASC-yə təklif edilmiş, sonuncu isə həmin yaşayış binasını borcun qarşılığında öz mülkiyyətinə keçirmişdir. Beləliklə, iş materiallarından da göründüyü kimi T.Məmmədova məxsus yuxarıda qeyd olunan ipoteka predmeti iddiaçı tərəfindən öz mülkiyyətinə keçirilmiş, nəticədə yaşayış binasına qoyulan həcmdə T.Məmmədovun borcu silinmiş, qanunvericiliyin tələbinə görə, növbəlilik qaydalarına əsasən, T.Məmmədovun ümumi borcundan faiz borcu silinmişdir. T.Məmmədovun banka olan ümumi borcundan növbəliliyə əsasən, faiz borcu silindiyindən, həmin borcun Cavabdeh tələb edilməsi tamamilə qanunsuzdur. Bundan başqa, qeyd edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli müqavilənin 4.0.1-ci bəndində müqavilənin 14 ay müddətinə, xx.xx.2019-cu il tarixədək bağlandığı qeyd olunduğu halda, həmin müddət bitmədən iddiaçının hal-hazırki iddia ilə məhkəməyə müraciət etməsi və məhkəmənin isə iddianı təmin etməsi tamamilə qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən,cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından xx xxxxx 2008-ci il tarixli, 140408-8xx-xx/1089 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən X4 xx xxxxx 2012-ci il tarixədək illik 22 faiz hesablanmaq şərti ilə 550.000 manat məbləğində kredit vermiş, T.Məmmədov isə həmin məbləği faizləri ilə birlikdə xx xxxxx 2012-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından xx xxxx 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilə”dən görünür ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 140408-8xx-xx/1089 saylı kredit müqaviləsi üzrə yaranmış 294944 manat faiz öhdəliyinin qismən, yəni 150000 manat məbləği hissəsini Cavabdeh öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsində göstərilmişdir ki, kreditor, yəni İddiaçı ASC üçüncü şəxsə, yəni Cavabdeh ödənişin olunması məqsədi ilə 5 təqvim günü əvvəl yazılı xəbərdarlıq göndərir. Bu xəbərdarlıqdan sonra borcun qaytarılmaması öhdəliyin gecikdirilməsi hesab edilir. İş materiallarından İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 5 təqvim günü müddətində banka olan 150000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarından Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-81/2018 saylı qətnaməsindən görünür ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(82)-21/2011 saylı qətnaməsinə əsasən, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 140408-8xx-xx/1089 saylı kredit müqaviləsinin ləğv edilməsi, X1 İddiaçı ASC-nin xeyrinə 465317,26 manat məbləğində əsas, 294944 manat məbləğində faiz, 155073,85 manat məbləğində dəbbə borcu olmaqla ümumilikdə 915335,11 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması qərara alınmış, apellyasiya məhkəməsinin qətnaməsinə əsasən, həmin qətnamə qismən, əsas və cərimə borclarının tutulması hissəsində ləğv edilmiş, X1 əsas kredit borcu üzrə 387317,26 manat, cərimə borcu üzrə 40000 manat və 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İş materiallarından “Hərracın yekunları barədə” xx xxxx 2019-cu il tarixli, 33 saylı protokol və “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə xx xxxx 2019-cu il tarixli müqavilədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-81/2018 saylı icra sənədinə əsasən X4 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427,91 kv.m ümumi sahəsi olan yaşayış binası 286875 manata İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İş materiallarından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 01/486 saylı arayışından görünür ki, X5 xx xxxxx 2008-ci il tarixli, 140408-8xx-xx/1089 saylı kredit müqaviləsinə İddiaçı ASC-nin Bakıxanov filialından 550000 AZN məbləğində kredit götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2- 2(103)-81/2018 saylı qətnaməsinə əsasən X2 həmin kredit üzrə 378317,26 AZN əsas borc, 294944 AZN faiz borcu, 40000 AZN cərimə və 20 AZN dövlət rüsumu olmaqla, cəmi 713281,26 AZN müəyyən edilmişdir. Qətnaməyə əsasən hərracda satılmayan və Banka təklif olunan ipoteka predmetinin Bankın balansına qəbul olunmasına görə ödənilən 286875 manat əsas borcdan, həmçinin kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqaviləyə əsasən Cavabdeh keçən 150000 manat faiz məbləği ümumi faiz borcun çıxıldıqdan sonra X2 həmin kredit müqaviləsi üzrə Banka 91442,26 AZN əsas, 144944 AZN faiz, 40000 AZN cərimə, dövlət rüsumu 20 AZN, cəmi 276406,26 AZN borcu vardır. İş materiallarından Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)- 1381/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı ASC və X4 qarşı xx xxxx 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-749/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh və cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1381/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Elektron-məhkəmə sistem məlumatına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5001/2020 saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-749/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Kollegiya hesab edir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx xxxx 2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən, bu icranı gecikdirmə sayılmaqla, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinin tələblərinin pozulmasıdır. Buna görə də, iddiaçı müqavilə şərtlərindən irəli gələn 150.000 manat borcun cavabdehdən tələb edilməsində haqlı olmuşdur. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2350/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-333/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-333/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver