Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3330/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Pənahlıyev Elvin Fikret oğlunun iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh Pənahlıyev Elvin Fikret oğluna qarşı “borcun tutulması” barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2631/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi cavabdeh Pənahlıyev Elvin Fikret oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 1025.82 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Pənahlıyev Elvin Fikret oğlundan tutularaq «Azəriqaz» İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Pənahlıyev Elvin Fikret oğlu “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla, xx xxxx 2017-ci il tarixli, 2468-07-17 müqavilə əsasında faziləsiz təbii qazdan istifadə edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş, cavabdeh Pənahlıyev Elvin Fikret oğlu istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş, lakin tam ödəniş aparılmamışdır. Belə ki, cavabdeh Pənahlıyev Elvin Fikret oğlu tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixə 1025.82 manat borcu qalmışdır. Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”lərinin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. C Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2631/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edən cavabdeh, şikayətini onunla əsaslandırmışdır ki, sözügedən müqavilə öhdəliyi üzrə “Azəriqaz” İB bundan əvvəl də ona qarçı eyni tələb ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2020-ci il tarixdə həmin qətnamə ilə tutulmuş borc məbləğləri tam olaraq və 7 faiz icra ödənişini ödəmiş, icra sənədi üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini şikayətin məzmununa uyğun izahat verməklə müdafiə etmiş, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, «Azəriqaz» İB Bakı Regional Qazın Satışı Departamenti ilə Elvin Pənahlıyev arasında «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx xxxx 2017-ci il tarixdə 2468-07-17 müqavilə bağlanmışdır. Bununla belə apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-2467/2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Elvin Pənahlıyevdən «Azəriqaz» İB-nin xeyrinə 1025.82 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bununla belə iddiaçı təşkilat yenidən eyni tələblə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi yenidən iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərildiyi kimi, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Pənahlıyev Elvin Fikret oğlunun apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2631/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddiaçı «Azəriqaz» İstehsalat Birliyinin cavabdeh Pənahlıyev Elvin Fikret oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3330/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3330/2021
10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver