Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3334/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2286/2025 saylı işi üzrə 06 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3273,34 manat ödənilməmiş hissə və 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumu, 982 manat cərimə borcu olmaqla, cəmi 4278,94 manat borc və 62,79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4209,84 manat olan Şəffaf vinil, Apple 20W USB-C adapter, iPhone 15 Pro (İME Kodu **********84687) markalı telefonu ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 233,88 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 4278,94 manat olmaqla, ondan 3273,34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23,6 manat innovativ Layihələr Mərkəzi rüsumu, 982 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 936,5 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2286/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3273,34 manat məbləğində əsas borc, 327 manat məbləğində cərimə borcu, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun və 56,23 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3680,17 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 448.1, 450.1, 462.1, 467, 598.3, 600.1, 600.2, 600.4, 601.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, işdə olan sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi Cavabdeh 3273,34 manat əsas borc və 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum alınaraq, İddiaçınə verilməsi hissəsində təmin edilməlidir Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla belə qənaətə gəlmək olar ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 3273,34 manat əsas borca görə 982 manat hesablanmış cərimə azaldılaraq 327 manat müəyyən edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 03457128 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X4 görünür ki, İddiaçı Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə, hər ay 233,88 manat ödəmək şərti ilə, dəyəri 4209,84 manat olan Şəffaf vinil, Apple 20W USB-C adapter, iPhone 15 Pro (İME Kodu **********84687) markalı telefon satmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyiini lazımi qaydada icra etmədiyi halda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikası rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə, adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. 3.5-ci bəndinə əsasən, 3.4-cü və 3.14- cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. X7 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir ; - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən Şəffaf vinil, Apple 20W USB-C adapter, iPhone 15 Pro (İME Kodu **********84687) markalı telefon Cavabdeh təhvil verilmişdir; - xx.xx.2025-ci il tarixli arayışdan və təhvil təslim aktından görünür ki, İPhone 15 Pro (İME Kodu **********84687) markalı telefonunun açılıb bağlanması xidmətinə görə X2 23,60 manat pul ödənilmişdir ; - xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə İddiaçınə 3273,34 manat əsas borc, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 982 manat cərimə olmaqla, cəmi 4278,94 manat borcu yaranmışdır ; - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-2286/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, 16 may 2024-cü il tarixdə o- Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, 4 iyun 2024-cü il tarixdə Qaradağ Rayon Məhkkəməsinin iclasında cavabdeh X5 bildirdi ki, ( 22 mart 2024-cü il tarixdə ABC-Telekom MMS götürülən, ilkin qiyməti 3273 manatlıq İME kodu **********84687 markalı telefonu onun xahişi ilə Cavabdeh öz adına mağazadan götürərək ona verib. Hazırda həmin telefonu oğlu Nicat işlədir. Bildirir ki, məhkəmə prosesindən əvvəl “Kontakt Home” firmasının problemli şöbəsindən ona zəng vuraraq krediti vaxtı vaxtında ödənilməsi barədə narahat edirdilər. O bu barədə Ağayeva Gülmiradan telefonun kredit pulunu nə üçün ödəməməsini soruşarkən ona bildirdi ki, onun pulu yoxdur, Qaradağ Rayon Məhkəmə icra və probasiya şöbəsinin rəhbərliyi onun tanışlarıdır. Get əlindən nə gəlir et. Bundan sonra “Kontak Home” firmasına gedərək, həmin telefonun bağlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Ağayeva ondan xahiş etdi ki, telefonu açdırsın, yığılan kredit borclarını bağlayacaq. Məhkəməyə sədrlik edən xanım Gülnar Aslanova razılığını soruşdu. O öz razılığını ifadə edərək bildirdi ki, onu bu yaşında narahat etməsinlər. Növbəti gün o, Ağayeva Gülmira və oğlu Nicat getdilər “Kontakt Home”-nin problemli şöbəsinə. Onlar kassada telefonun borclarını ödədilər. O da öz növbəsində ərizə ilə telefonun açılmasını xahiş etdi. Təxmini 2 aydan sonra “Kontak Home” firmasının problemli şöbəsindən nə üçün telefonun pulunu ödəmədiyini soruşdular. Beləliklə, o məcburiyyət qarşısında qalaraq, Qaradağ Rayon Məhkəməsində yenidən baxılmamış işi qalxızdı, Dövlət rüsumunu ödəyərək yenidən iddia ərizəsini təzələdi. Artıq bu fakt üzrə 6 dəfə məhkəmə iclası olub, lakin hörmətli Gülnar Aslanova iş üzrə qətnamə çıxartmır. Növbəti məhkəmə iclasını 22 aprel 2025-ci il saat 14:50-yə təyin etmişdir. Qaradağ Rayon Məhkəməsində bu fakt üzrə məhkəmə gedə-gedə 6 mart 2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi, götürülən telefonla əlaqədar qətnamə qəbul edərək, bildirir ki, 4 fevral 2025-ci il tarixdə ona məhkəmə iclası barədə bildiriş göndərib. Bu tamamilə həqiqətə uyğun deyil. Çünki ona heç bir formada məhkəmə prosesi haqda məlumat verilməmişdir. Qətnamədə göstərilir ki, 10 yanvar 2025-ci il tarixdən poçt vasitəsilə ona xəbərdarlıq olub. Bu fakt da həqiqətə uyğun deyil. Ona yalnız “Kontakt Home” mağazadan zəng vuraraq, bildiriblər ki, kredit borcunu ödəmək lazımdır. O isə bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsində bu fakt üzrə qətnamə qəbul olunmayıb. Hətta məhkəmə prosesi günü də o “Kontak Home” rəhbərliyindən xahiş etmişdir ki, onların hüquqşunası onunla maşını ilə məhkəmə prosesinə iştirak etməyə getsinlər. Lakin onlar imtina ediblər. Onu da qeyd edir ki, “Kontak Home” firması götürülən əşyaların süni formada vaxtını uzadaraq şərait yaradırlar ki, faiz yaransın. Beləliklə, bu telefonun üstünə 982 manat cərimə borcu yaradıblar.
5. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuş, etirazda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2, 385.1, 386.1, 442, 443.5, 445.1, 567.1, 568.1, 597.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, iPhone 15 Pro (İME Kodu **********84687) markalı telefonu, Şəffaf vinil və Apple 20W USB-C adapter cavabdeh, yəni Cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir.Eyni zamanda ,tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 2.5. bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” “ABC”-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”-a mülkiyyət hüququ “Müştəri”-yə keçir.Qeyd edilənlər nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8- 1 və 394-1-ci maddələrinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.
7. Hazırki iş üzrə digər əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmasını kollegiya mümkün hesab edir. Apellyasiya baxışının hədləri:
8. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385- 390-cı maddələrinə istinadən, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş, götürdüyü əşyanın dəyəri tam şəkildə iddiaçıya ödənilməmişdir. Cavabdeh apellyasiya şikayətində həmin telefonun əslində başqa bir şəxs üçün tanışının xahişi ilə öz adına götürdüyünü qeyd etsə də, diqqətə çatdırılmalıdır ki, müqavilə məhz Cavabdehlə iddiaçı arasında bağlanmışdır. Cavabdeh müqaviləyə könüllü qol çəkmiş, hər hansı təzyiqə məruz qalmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin hazırkı işə aidiyyatı müəyyən edilməmişdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 450.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.462.1.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 598.3.Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.600.1.Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
12. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2286/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.