Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3342/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxxx katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-5952/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-5952/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 14761 (on dörd min yeddi yüz altmış bir) ABŞ dolları əsas borc, 2520.64 (iki min beş yüz iyirmi ABŞ dolları altmış dörd sent) ABŞ dolları faiz borcu, cəmi 17281.64 (on yeddi min iki yüz səksən bir ABŞ dolları altmış dörd sent) ABŞ dolları borcun ödənildiyi gün Azərbaycan Respublikası məzənnəsinə uyğun olaraq və dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz manat) manatın alınaraq İddiaçı QSC-yə ödənilməsi, tutulacaq məbləğin Cavabdeh məxsus ** EN *** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe minik” markalı (buraxılış ili 2013, ban-KMHLC81C6EU153937, rəngi-ağ) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC-yə ödənilməli olan əsas kredit borcu, kredit faizi və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın 112,5 manat hissəsi Cavabdeh, qalan 7,5 manat hissəsi isə İddiaçı QSC-dən alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********,Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsini əsas götürərək iddianı təmin etmişdir, lakin o, bir daha bildirir ki, tələb olunan məbləğ həddindən artıq şişirdilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 bildirdi ki, bank əlavə uçot dərəcəsi ilə olan faiz də tələb etmir. Mümkün qədər humanist mövqeləri olmasına çalışırlar. Hazırki şikayət isə formal xarakterlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən illik 17 faizlə 36 ay müddətinə 24552 ABŞ dolları kredit almış və həmin tarixli ipoteka müqaviləsinə əsasən özünə məxsus ** EN *** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe minik” markalı avtomobili (ipoteka predmetini) banka girov qoymuşdur. İddiaçının maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2013-cü ildə bağlanmış kredit müqaviləsi üzrə banka 14761 ABŞ dolları əsas, 3676,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18437,84 AB, dolları borcu vardır. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyiinə əsasən isə “...Cavabdeh xx.xx.2016-cı il tarixə banka 14761 ABŞ dolları əsas, 2520,64 ABŞ dolları isə faiz borcu müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, cavabdeh şikayətində məbləğin şişirdildiyini qeyd etsə də bu dəlillər əsaslı ola bilməz. Çünki, o, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hallara dair heç bir sübut təqdim etməmişdir. Göstərdiyi bu halları sübut etmək yükü isə onun üzərinə düşür. Çünki, təmin edilən əsas və faiz borcu işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmır. İkincisi mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və faiz borcunun məbləği tələbdə göstəriləndən daha az olduğu müəyyən edilmişdir. Məhkəmə də ekspert rəyi ilə müəyyən edilən faiz borcunun məbləğini əsas götürərək iddianı qismən təmin etmişdir. İddiaçı tərəf bunu mübahisələndirməsədə cavabdeh tərəf yenə də borcunun şişirdildiyini bəyan edir. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə üçün məcburi deyil, məhkəmə ekspert rəyi ilə razılaşmaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin hazırki iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi məhkəmədə hər hansı bir şübhə doğurmur. Ona görə də, məhkəmənin həmin rəyi mötəbər sübut növü kimi qəbul etməməsi üçün də əsas yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 5952/2020 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3342/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3342/2020
06.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver