Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3343/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadından maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(011)- 5988/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddiası təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 103 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və s. qət olunmuş, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-198/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. X5 həmin iş üzrə maraqlarına toxunan şəxs qismində cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, eyni zamanda xx.xx.2019-cu il tarixli qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Ələddin Əliyev iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, onun tərəfindən verilmiş apelllyasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır. Ə.Əliyev xx.xx.2023-cü il tarixdə şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelyanta mübahisələndirilən qətnamə ümumiyyətlə təqdim edilmədiyinə baxmayaraq məhkəmə X3 “prosessual müddətin bərpa edilməsi barədə vəsatət” verməyə məcbur etmişdir. Hazırkı iş üzrə X2 Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5988/2019 saylı iş üzrə məhkəmə proseslərinə cəlb edilməmiş, dolayısı ilə ona qətnamə də təqdim edilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən şəxsin qətnamədən “xəbərdar olması” halına istinad edilərək onun məlumatlı olduğu tarixdən başlayaraq prosessual müddətin hesablanılması qənaətinə gəlinmişdir. Lakin məhkəmə tərəfindən nəzərə alınmamış və araşdırılmamışdır ki, şəxs məhkəmə qətnaməsindən xəbərdar olsa belə, əgər həmin qətnamənin çıxarıldığı iş üzrə tərəf qismində iştirak etməmişdirsə (iddiaçı, cavabdeh, maraqlı və ya üçüncü şəxs) bu zaman heç bir halda ona məhkəmə qətnaməsi təqdim edilmir. Qeyd edilənlərdən göründüyü kimi, apellyasiya şikayətini geri qaytarmaqla məhkəmə onu birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmək hüququndan məhrum etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, maraqlı şəxs digər məhkəmə işlərində, eləcə də 16 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı 02 sentyabr 2019-cu il tarixxli qətnaməsinə istinad etmiş, sözügedən qətnamədən məlumatlı olduğu halda apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3343/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3343/2023
03.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver