Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3344/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədova Şərafət Adif qızı (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əməliyyatlarının etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(006)-313/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əməliyyatlarının etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(006)- 313/2022 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.Əlavə olaraq iddiaçının vəkili və nümayəndəsi bildirmişdir ki, hazırda etibarsızlığını tələb etdiyi 13.11.2015-ci il tarixli, 23- 4617 saylı əlavə kredit müqaviləsinin həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən imzalanmaması dəlili cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 ynvar 2019-cu il tarixli, 2(102)-475/19 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir və kassasiya şikayətinin qeyd edilən dəlili nəzərə alınmamışdr. Məhkəmə kollegiyasının iclasında iştirak LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Kollegiya, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir (261.0.2). Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; İş materiallarından göründüyü kimi eyni tərəflər arasında daha əvvəl baxılmış "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin ləğvinə, borcun tutulmasına, mıənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsinə və mənzildən çıxarılmasına, ipteka qoyulmuş əmlaka tələb yönəldilməsinə dair” mülki iş üzrə Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(102)-1031/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 ynvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Hazırda baxılan iş üzrə iddianın əsası kimi 22.11.2013-cü il tarixli, 23-3073 saylı əsas kredit müqaviləsi əsasında imzalanmış 13.11.2015-ci il tarixli, 23-4617 saylı əlavə kredit müqaviləsinın cavabdeh İddiaçı tərəfindən imzalanmadığından etibarsız hesab olunması göstərilmişdir. İddiaçı iş məhkəmədə olan zaman Azərbaycan Respublikasında olmamağı və iş materialları ilə tanış olmamağı səbəbindən əvvəlki baxılan həmin işdə "xxxx" ASC-nin məhkəməyə saxta sübutların təqdim etdiyini görməmişdir. Lakin, Kollegiya qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında baxılarkən Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 bildirmişdir ki, hazırda etibarsızlığını tələb etdiyi 13.11.2015-ci il tarixli, 23-4617 saylı əlavə kredit müqaviləsinin həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən imzalanmaması dəlili cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 ynvar 2019-cu il tarixli, 2(102)-475/19 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir və kassasiya şikayətinin qeyd edilən dəlili nəzərə alınmamışdr. (Həmçinin hazırkı iş materiaalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1653 №-li, 27 dekabr 2021-ci il tarixli məhkəməxətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(010)- 1031/2017 saylı mülki işin 2-ci cildinin 13-cü vərəqində yerləşən "xxxx" ASC ilə İddiaçı adlarından olan 13.11.2015-ci il tarixli, 23-4716 nömrəli əlavə kredit müqaviləsində “borcalan: İddiaçı” qrafasından aşağı hissədə “(imza)” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur.) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırda baxılan iş üzrə iddianın əsası kimi 22.11.2013-cü il tarixli, 23-3073 saylı əsas kredit müqaviləsi əsasında imzalanmış 13.11.2015-ci il tarixli, 23-4617 saylı əlavə kredit müqaviləsinın cavabdeh İddiaçı tərəfindən imzalanmadığından etibarsız hesab olunması mübahisəsinə Suraxanı rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(102)-1031/2017 saylı qətnaməsi, həmin qətnamənin qüvvədə saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 ynvar 2019-cu il tarixli qərarı ilə ilə qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əməliyyatlarının etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(006)-313/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(006)- 313/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3344/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3344/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver