Məhkəmə qərarları › İş №2(103)-3347/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3347/2021

08.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3347/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci tarixli 2(003)-2946/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təbii X2nın pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyri-qanuni (qaz sayğacından kənar) istifadəyə görə itirilmiş təbii qazın dəyəri qismində hesablanmış 3511,40 manat məbləğində dəymiş zərərin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3541,40 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 03/4263 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu: istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı X4 Departamenti tərəfindən **********03530 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbili qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbil X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 167,30 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 3445,10 manat dəymiş ziyan məbləği hesablanmışdır. Bundan öncə istehlakçının Birliyə 66,30 manat borcu var idi. Cəmi Birliyə 3511,40 manat məbləğində İddiaçı İB-yə maddi zərər dəymişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-2946/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1194,44 manat və 10 manat məbləğində dövlət rüsumu, cəmi 1204,44 (bir min iki yüz dörd manat 44 qəpik) manat tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatı İddiaçınə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-2946/2020 nömrəli qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.11,2020-ci il tarixli 2(003)-2946/2020 saylı qətnaməsi iddianın rədd olunmuş hissəsində ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər (iddianın rədd olunmuş hissəsinə münasibətdə) işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Belə ki məhkəmə, cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış aylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdeh tərəfindən itkiyə yol verilmiş təbii qaza görə yaranmış borc məbləği müəyyən edilmiş, lakin iddia tələbi tam təmin edilməmiş və iş üzrə düzgün olan qanunların müddəaları da tədbiq edilməmişdir. Hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh iddianı qəbul etməmiş olsa da etirazlarının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli 03/4263 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********03530 sayla qeydiyyata alınmış abonent koduna xx.xx.2020-ci il tarixə 3504,60 manat borc hesablanmışdır. İş materiallarında olan təbii X2nın pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə halı aşkar olunmaqla xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 853,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 167,30 manat təbii X2nın pozulması ilə bağlı cərimə hesablanmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün müddət üçün hesabat aparılaraq təbii qazın itkisi hesablanmışdır. Lakin qeyd edilən aktlar arasında mövcud olan gün fərqləri üzrə hesabat 30 gün aparılmalı olduğu halda hesabatlar müxtəlif gün fərqləri ilə hesablanmışdır ki, bu da istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün yox, 30 günlük hesabat aparılmaqla (1.2x6x30=216 m3 , 1.5x10x30=150 m3 , 1.4x18x30=756), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 180 gün yox 30 günlük hesabat aparılmaqla (1.2x6x30=216 m3 , 1.5x10x30=150 m3 , 1.4x18x30=756), xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün yox 30 günlük hesabat aparılmaqla (1.2x4x30=144 m3 , 1.5x4x30=180 m3 ) təbii qazın itkisi ilə bağlı cərimə borcu hesablanmalı idi. Həmçinin İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən, xx.xx.2020- ci il tarixli ******* saylı akta əsasən, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən hesabatlar digər eyni mövsümlü hesabatlardan fərqli olaraq PQ4-ün maksimal qaz sərfi 1,2 m3 /saat orta günlük iş rejimi 6 saat yox 24 saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat orta günlük iş rejimi 10 saat yox, 24 saat, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 18 saat yox, 24 saat hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə, həmin aktlar əsasında qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x30=216 m3 , 1.5x10x30=450 m3 , 1.4x18x30=756) hesabat üzrə 142,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x30=216 m3 , 1.5x10x30=450 m3 , 1.4x18x30=756) hesabat üzrə 142,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən (1.2x6x17=122,4 m3 , 1.5x10x17=255 m3, 1.4x18x17=428,4) hesabat üzrə 80,74 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat olmaqla, cəmi 1128,14 manat, həmçinin 66,30 manat cari borc olmaqla ümumilikdə 1194,44 manat İddiaçı İB-nin xerinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 1194,44 manat və 10 manat məbləğində dövlət rüsumu, cəmi 1204,44 (bir min iki yüz dörd manat 44 qəpik) manat tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-2946/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar