Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3354/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxx»ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-222/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxx» ASCnin xeyrinə 26,222.77 manat əsas, 6,872.23 manat faiz, 23,827.38 manat dəbbə pulu olmaqla, cəmi 56,922.38 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, **-RU-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “xxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 27 ay müddətinə illik 19 % ödəmək şərtilə 48.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, “CADİLLAC ESCALADE” minik markalı, buraxılış ili 2011-ci il olan, 10-RU006 dövlət nömrə nişanlı avtomobil “xxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 26,222.27 manat əsas, 6,872.23 manat faiz, 23,827.38 manat dəbbə pulu olmaqla, cəmi 56,922.38 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-222/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan «xxxxxxxxxxx» ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2- (006)-222/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekpertizası keçirilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(006)-2697/2018 saylı qərardadı ilə iş üzrə ilkin məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 15490 saylı ekspert rəyində qeyd olunmuşdur ki, maliyyə arayışı məlumatları və xx xxxxxx 2014-cü il tarixli 003 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) “xxxxxxxxxxx” ASC-yə 6.821,44 manat artıq ödənişinin olması müəyyən edilmişdir. Bundan sonra iddiaçının vəsatəti əsasında Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 222/2019 saylı qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. AR ƏN-nin 7860 saylı, xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən iş üzrə Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) “xxxxxxxxxxx” ASC-yə 6821,44 manat məbləğində artıq ödənişin olması müəyyən edilmişdir. Halbuki ekspertiza mərkəzinin rəyləri ilə müəyyən edilmiş qiymət cavabdehin banka hal-hazırda olan borcu barəsində reallığı əks etdirmir və düzgün hesablanmamışdır. Hər iki ekspert rəyində (xx xxxxxxx 2018-ci il tarixli, 15490 saylı və xx xxxx 2019-cu il tarixli, 7860 saylı) cavabdehin xx.xx.2014-cü il tarixində 21000 manat məbləğində ödənişi qeyd olunmuşdur. Lakin, mülki iş materiallında olan və məhkəməyə baxışında tədqiq edilmiş, bank tərəfindən təqdim olunan hesabdan çıxarış və maliyyə arayışında, müqavilə üzrə bütün ödənişlər nəzərə alınmaqla, həmin ödəniş real olmadığından göstərilməmişdir. Həmçinin ekspert rəyində cavabdehin banka ümumilikdə 59.074 manat məbləğ ödənilməsi göstərilmişdir, amma məhkəməyə təqdim olunan hesabdan çıxarışa nəzər saldıqda kredit müqaviləsi üzrə ümumi ödəniş 36.489.11 manat təşkil etmişdir. Məhkəmə zamanı cavabdeh 21.000 manat ödənişin olmasını təsdiqləməsinə baxmayaraq heç bir ödəniş qəbzi təqdim etməmişdir. Cavabdeh tərəfin ödəniş qəbzinin məhkəməyə təqdim edə bilməməsinin məhz həmin ödənişin həyata keçməməsi ilə bağlı olduğunu müəyyən etmək üçün xüsusi biliyə və təcübəyə malik olmaq lazım deyil. Digər tərəfdən iddiaçı məhkəmədən mülki iş üzrə təyin olunmuş ekspertin məhkəməyə dəvət olunmasını, qarşı tərəfin qeyd etdiyi kimi ödənişi təsdiq edən sənədi məhkəməyə təqdim etməsini tələb etsə də məhkəmə hərəkətsizlik etmiş və nəticədə iddiaçının tələb etmə hüququnu məhdudlaşdırmışdır. Birinci səhifəsində xx xxxx 2019-cu il tarixli 7860 saylı qeyd olunan ekspert rəyi digər səhifələri ilə uyğun deyil. Belə ki, ekspert rəyinin növbəti səhifələri xx xxxxxxx 2018-ci il tarixli 15490 saylı qeyd olunmaqla bundan əvvəlki (yəni birinci) ekspert rəyi ilə eynidir. Sadəcə sonuncu səhifədə (möhür olan) ekspert Sevil Həşimova qeyd olunmuşdur. Cavabdeh xx xxxxxx 2014-cü il tarixində bank tərəfindən ayrılmış 48.000 manat məbləğində kredit götüməsinə baxmayaraq, məhkəmənin də əsaslandığı ekspert rəyinə əsasən, cəmi 7 gün sonra yəni xx.xx.2014-cü il tarixində 21.000 manat ödəniş etmişdir. İddiaçının şifahi və yazılı vəsatətinə (təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair) və yuxarıda qeyd edilənlərə baxmayaraq məhkəmə vəsatətləri rədd etmiş, eksperti məhkəməyə dəvət etməmiş və mübahisələndirilən ödənişi araşdırmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(81)-1541/20160 qərarı ilə "xxxxxxxxxxx" ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Qərar dərhal icraya yönəldilib. Qərara əsasən bugünə kimi “xxxxxxxxxxx” ASC-nin ləğv prosesi' davam edir. Belə ki, əmanətçilərin əmanətlərinin qaytarılması, kreditorlarının tələblərinin yerinə yetirilməsi və digər tədbirlərlə əlaqəli xərclər ödənilməlidir. “xxxxxxxxxxx” ASC-nin bu öhdəlikləri yerinə yetirilməsi birinci növbədə dövlətin maraqlarının təminatıdır. Buna baxmayaraq, məhkəmələr Bankın mənafeyini diqqətə almamış, faktiki vəziyyəti gözardı edərək, tamamilə yalnış, qeyri-obyektiv qərar qəbul etmişdir. Yerinə yetirilməli olan öhdəliyin məhkəmələr tərəfindən bu şəkildə gözardı edilməsi isə, bankın real vəziyyətini çətinləşdirir. Nəzərə alsaq ki, “xxxxxxxxxxx” ASC ləğv prosesində olan bankdır və onun kreditorları qarşısında öhdəliyini yerinə yetirmək vəzifəsi var, bu halda bankı borcalanlara verdiyi kredit məbləğinin borcundan məhrum eləmək qeyri obyektiv və qərəzlidir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 15490 saylı ekspert rəyindən görünür ki, maliyyə arayışı məlumatları və xx xxxxxx 2014-cü il tarixli 003 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) “xxxxxxxxxxx” ASC–yə 6821,44 manat məbləğində artıq ödənişin olması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 7860 saylı ekspert rəyindən görünür ki, maliyyə arayışı məlumatları və xx xxxxxx 2014-cü il tarixli 003 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh (bütün ödənişlər nəzərə alınmaqla) “xxxxxxxxxxx” ASCyə 6821,44 manat məbləğində artıq ödənişin olması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. «xxxxxxxxxxxxx» ASC («xxxxxxxxxxx» ASC) ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 003 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana avtomobil alınması məqsədi ilə illik 19 faiz hesablanmaqla 27 ay müddətinə 48.000 manat məbləğində kredit verilmiş, məxaric orderinə əsasən Cavabdeh xx.xx.2014-cü ildə «xxxxxxxxxxxxx» ASC-dən 47760 manat məbləğində vəsait götürmüşdür. İpotekasaxlayan «xxxxxxxxxxxxx» ASC («xxxxxxxxxxx» ASC) ilə ipotekaqoyan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 002 nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 003 nömrəli kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus “CADİLLAC ESCALADE” minik markalı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin təyin edilmiş ekspertizaların rəylərinə müvafiq olaraq cavabdehin mübahisələndirilən kredit müqaviləsi üzrə iddiaçıya borcu qalmamasına dair mövqeyi qanuni və əsaslıdır. İddiaçının cavabdeh tərəfindən 21000 manat ödənişin olmasını təqsdiq edən qəbzin olmamasına və ekspert rəyinin əsassız olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materialının 104-cü vərəqində olan xx.xx.2014-cü il tarixli, FJB**********407 saylı qəbzə və ekspert rəyinə əsasən 21000 manat və eləcə də bütün digər ödənişlər edilmişdir. Odur ki, Kollegiya qeyd edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində tədqiq olunmuş sübutlar və ekspert rəyləri əsasında cavabdehin mübahisələndirilən kredit müqaviləsi üzrə iddiaçıya borcunun qalmaması, bütün ödənişlər nəzərə alınmaqla cavabdehin “xxxxxxxxxxx” ASC-yə 6821,44 manat məbləğində artıq ödənişinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan «xxxxxxxxxxx» ASC-nin ləğvedicisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-222/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3354/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3354/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver