Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3355/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdeh Salam-X4 iştirakı ilə, İddiaçı cavabdeh Salam-X5 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-287/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Salam-X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Salam-X3 1.500 manat məbləğində ziyanın, 30 manat ödənilmiş dövlət rüsumunun, məhkəməyə gediş-gəliş xərcləri olaraq 120 manat məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 287/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Salam-X3 1.500 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X6 oğlu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobili ona geri qaytarmamışdır. O, həmin avtomobili ona satmışdır. O, həmin avtomobili ondan aralarında olan razılığa əsasən 2500 manata almışdır. Ona görə də iddiaçının ondan pul istəməsi əsassızdır. xx.xx.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə iclasında cavabdeh X6 oğlu apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, satıcı X6 oğlu ilə alıcı İddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən E.Salam-Zadə mülkiyyətində olan “VAZ 21214 minik” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı mülkiyyətinə vermiş, İddiaçı isə avtomobili qəbul edərək, 5.000 manat məbləği qabaqcadan ödəməklə, hər ay 430 manat ödəmək şərti ilə, cəmi 13.600 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. 2 ay sonra İddiaçı tərəfindən avtomobil geri qaytarılmış, E.Salam-Zadə tərəfindən ilkin ödənişdən 2.500 manat geri qaytarılsa da, qalan məbləğ geri qaytarılmamışdır. Cavabdeh həmin avtomobili iddiaçı ilə aralarında olan razılığa əsasən ondan 2.500 manata aldığını, bu səbəbdən iddiaçıya pul qaytarmalı olmadığını bildirsə də, bununla bağlı hər hansı sübutu (müqavilə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Hazırda iddiaçı cavabdehdən 1.500 manatın qaytarılmasını tələb edir. Göründüyü kimi, avtomobilə görə cavabdeh Salam-X5 İddiaçı tərəfindən pul ödənilsə də, həmin avtomobil sonuncu tərəfindən geri qaytarılmış, lakin ödənilən vəsait X6 oğlu tərəfindən ona tam olaraq qaytarılmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən əsaslı olaraq iddia tələbinin hüquqi əsası kimi, Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə 5000 manat ödəniş edilmiş, iki ay keçdikdən sonra iddiaçı avtomobili cavabdehə geri qaytarmış və cavabdeh tərəfindən ona 2500 manat ödəniş edilmişdir. Bu hal cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatında da öz əksini tapmışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh maşını aralarında razılığa gələrək 2500 manata iddiaçıdan aldığını bildirsə də bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda avtomobil iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılmamışdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdehə məhkəmə iclasları barədə bildiriş, həmçinin telefon nömrəsinə sms bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X6 oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 287/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-3355/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3355/2020
17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver