Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3364/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-339/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 01K000000053 saylıkredit razılaşması üzrə 936.344,03 (doqquz yüz otuz altı min üç yüz qırx dörd ABŞ dolları, üç sent) ABŞ dolları əsas borc, 106.880,59 (bir yüz altı min səkkiz yüz səksən ABŞ dolları, əlli doqquz sent) ABŞ dolları faiz borcu, 70.000 (yetmiş min) ABŞ dolları cərimə borcu, cəmi 1.043.294,62 (bir milyon qırx üç min iki yüz doxsan dörd ABŞ dolları, altmış iki sent) ABŞ dolları məbləğində pul, xx.xx.2014-cü il tarixli, 001R********** saylıkredit razılaşması üzrə 1.269.243 (bir milyon iki yüz altmış doqquz min iki yüz qırx üç) ABŞ dolları əsas borc, 175.195,77 (yüz yetmiş beş min yüz doxsan beş ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları faiz borcu, 60.000 (altmış min) ABŞ dolları cərimə borcu, cəmi 1 504 438,77 (bir milyon beş yüz dörd min dörd yüz otuz səkkiz ABŞ dolları, yetmiş yeddi sent) ABŞ dolları məbləğində pul, xx.xx.2015-ci il tarixli, 001R********** saylıkredit razılaşması üzrə 57.821,65 (əlli yeddi min səkkiz yüz iyirmi bir ABŞ dolları, altmış beş sent) ABŞ dolları əsas borc, 14.462,02 (on dörd min dörd yüz altmış iki ABŞ dolları, iki sent) ABŞ dolları faiz borcu, 5.000 (beş min) ABŞ dolları cərimə borcu, cəmi 77 283,67 (yetmiş yeddi min iki yüz səksən üç ABŞ dolları, altmış yeddi sent) ABŞ dolları məbləğində pul, xx.xx.2015-ci il tarixli, 001R********** saylıkredit razılaşması üzrə 54.612,02 (əlli dörd min altı yüz on iki ABŞ dolları, iki sent) ABŞ dolları əsas borc, 14.699,44 (on dörd min altı yüz doxsan doqquz ABŞ dolları, qırx dörd sent) ABŞ dolları faiz borcu, 5.000 (beş min) ABŞ dolları cərimə borcu, cəmi 74.311,46 (yetmiş dörd min üç yüz on bir ABŞ dolları, qırx altı sent) ABŞ dolları məbləğində pul, xx.xx.2015-ci il tarixli, 001R********** saylıkredit razılaşması üzrə 515.414,36 (beş yüz on beş min dörd yüz on dörd ABŞ dolları, otuz altı sent) ABŞ dolları əsas borc, 73.130,71 (yetmiş üç min yüz otuz ABŞ dolları, yetmiş bir sent) ABŞ dolları faiz borcu, 20.000 (iyirmi min) ABŞ dolları cərimə borcu, cəmi 608.545,07 (altı yüz səkkiz min beş yüz qırx beş ABŞ dolları, yeddi sent) ABŞ dolları məbləğində pul, 5 kredit razılaşması üzrə cəmi 3.307.873,59 (üç milyon üç yüz yeddi min səkkiz yüz yetmiş üç ABŞ dolları əlli,doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı1 QSC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinə baxılarkən məhkəməyə dəftərxana vasitəsi ilə İddiaçı1 QSC-nin İdarə Heyətinin sədrinin müavini tərəfindən ərizə daxil olmuşdur. Ərizədə hazırkı iş üzrə cavabdehlər tərəfindən banka olan borc tam olaraq ödənildiyini bildirərək, hazırkı iş üzrə iddialarından imtina etdiklərini, imtinanın nəticələrinin onlara aydın olduğunu və imtinalarının qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda məhkəməyə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ərizə daxil olmuşdur. Ərizədə onların banka hazırkı iş üzrə olan borcun tam ödənildiyi, bununla əlaqədar iddiaçı tərəfindən hazırkı iddiadan imtina ərizəsinin qəbul edilməsi və mülki iş üzrə icraata verilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi və cavabdehlər kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, İddiaçı1 QSC-nin iddia tələblərindən imtina ərizəsi qəbul edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-339/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddiaanı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.2, 263, 264, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə İddiaçı1 QSC-nin iddia tələblərindən imtina edilməsinə dair ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-339/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3364/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3364/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver