Məhkəmə qərarları › İş №2(103)-3364/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3364/2025

28.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3364/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Cavabdeh1 qarşı iş üzrə Açar sözlər: (“girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi və özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 və onun nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Cavabdeh1 qarşı “girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi və özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-1194/2006 saylı işi üzrə xx.xx.2006-cı il tarixli qətnaməsindən cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Cavabdeh1 qarşı “girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi və özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, 2942-ci keçidddə yerləşən 8 saylı emalatxana 10 dekabr 1996-cı il tarixdə keçirilmiş hərrac vasitəsilə kiçik müəssisə kimi güzəştli şərtlərlə vəkil edilmiş şəxs Cavabdeh1 satılmışdır. Hərracın nəticələrinə görə Cavabdeh1 19 dekabr 1996-cı il tarixli 1342 nömrəli alqı-satqı və 20 dekabr 1996-cı il tarixli girov müqavilələrini bağlamışdır. Həmin müqavilələrin şərtlərinə görə əmək kollektivi əmlakın dəyəri ödənilmiş hissəsini girov qoymaqla, əmlakın dəyərinin 40 faizi-ni üç il müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən güzəştlə satılan əmlakın 40 faizinin dəyəri müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə əmlakın satıcısı öz tələblərini girov qoyulmuş əmlakın dəyəri hesabına ödəyir. Girov müqaviləsi ilə təmin olunmuş öhdəliyinin icra müddətinin 20 dekabr 1999-cu il tarixdə başa çatmasına baxmayaraq əmlakın tam dəyəri əmək kollektivi tərəfindən indiyə qədər ödənilməmişidir. Cavabdehə xəbərdarlıq məktubu ilə müraciət edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Girov müqaviləsi bağlandığı anda qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 188-ci maddəsinə uyğun olaraq girovla təmin edilən öhdəlik borclu tərəfindən icra edilmədikdə kreditorun tələbi məhkəmə qərarı əsasında girov qoyulan əmlakın dəyərindən ödənilir. Girov müqaviləsi bağlandığı anda qüvvədə olmuş Girov haqqında “ Azərbaycan Respublikasının 15 iyul 1994-cü il tarixli qanunun 28-ci maddəsinə uyğun olaraq öhdəliyin ödənişi girov qoyulmuş əmlaka məhkəmənin qərar ilə yönəldilir.

2. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-1194/2006 saylı işi üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin(girov müqaviləsi bağlandığı anda qüvvədə olan) 188; 2000-ci il sentyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1; Girov müqaviləsi bağlandığı anda qüvvədə olmuş «Girov haqqında» Azərbaycan Respublikasının 15 iyul 1994-cü il tarixli Qanununun 28-ci maddəsinə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakına (müəssisə və obyektlərinə) mülkiyyət hüququnun rəsmiləşdirilməsi Qaydaları» nın 6-cı bəndinə istinadən) iddia müddəti bərpa edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlınski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxananın Cavabdeh1 adına özəlləşdirilməsinin nəticələri ləğv edilməsi,19 dekabr 1996-ci tarixli 1342 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 20 dekabr 1996-cı il tarixli girov müqaviləsi üzrə girov qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlınski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxana AR Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilməsi və hərrac vasitəsilə satılması qət edilmişdir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - 03 saylı 10 dekabr 1996-cı il tarixli auksion protokolunun surətinə əsasən, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi 2942-ci keçiddəki Qaya ƏMX ”İKF” nın 8 saylı Emalatxanasını 12000047(on iki milyon qırx yeddi min) manata almışdır; - 19 dekabr 1996-cı il tarixli 1342 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi 2942-ci keçiddəki Qaya ƏMX ”İKF” nın 8 saylı Emalatxanasını 12000047 (on iki milyon qırx yeddi min) manata almışdır. Əmlakın dəyərinin 40 faizini 3 il ərzində ödəməyi öhdəsinə götürmüşdür; - 20 dekabr 1996-cı il tarixli girov müqaviləsinə əsasən, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi 2942-ci keçiddəki Qaya ƏMX ”İKF”-nın 8 saylı Emalatxanasını 19 dekabr 1996-cı il tarixli 1342 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı üçün girov qoymuşdur; - Dövlət özəlləşdirmə çeklərinin deponentləşdirilməsi və silinməsi haqqında arayışına əsasən, Cavabdeh1 tərəfindən 24 dekabr 1999-cu il tarixdə 2.125.800 manat məbləğində təqqdim edilmiş 130 ədəd dövlət özəlləşdirmə çekləri həqiqətən deponentləşidirilərək silinmişdir; - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 3 saylı ərazi şöbəsinin 31 mart 2006-cı il tarixli siyahısına görə, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsindəki 2942-ci keçiddəki 8 saylı emalatxananın vaxtı ötmüş borclarının ödənilməsi üçün Cavabdeh1 xəbərdarlıq məktubu göndərilmişdir; - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin maliyyə və özəlləşdirmədən daxilolmalara nəzarət şöbəsinin verdiyi 27 mart 2006cı il tarixli hesab vərəqi üzrə, Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsindəki 2942-ci keçiddəki 8 saylı emalatxanaya görə Cavabdeh1 382.58 manat borcu qalmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, 19 dekabr 1996-cı il tarixli 1342№-li alqı-satqı müqaviləsinə əsasən əmlakın satış qiymətinin 30%-ni alıcı ödədikdən sonra əmlak üzərində mülkiyyət hüququ yaranır. İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Cavabdeh1 Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, “Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 8 nömrəli emalatxana alıcının toxunulmaz mülkiyyətidir. Alıcı Cavabdeh1 mülkiyyət hüququ 2 nömrəli reyestr kitabının 42-ci fəslində, 663 nömrə ilə 20 dekabr 1996-cı il tarixdə qeydiyyata alınmışdır. Dövlət əmlakının hüquqi fiziki şəxslərə satılması haqqında şəhadətnamədə dövlət əmlakının alınması nəticəsində hesablanmış Beynəlxalq Bank SB-nin bank hesabına dövlət büdcəsinə 3614.100 manat (722,82 manat) məbləğində pulun ödənilməsi göstərilmişdir. Mülki işə məhkəmədə baxılmasına dair bildirişlər cavabdeh Ə. Cabbarlıya çatdırılmamışdır.Cavabdeh məhhkəmə iclaslarında iştirak etməməsi səbəbindən edilmiş ödənişlərə dair sübutlarını təqdim edə bilməmişdir. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxananın satış qiymətinin 30%-dən artıq hissəsini ödəyərək əmlak üzərində mülkiyyət hüququ əldə etməsi, əmlak üzərində mülkiyyət hüququnun cavabdeh tərəfindən qeydiyyata alınması, mülkiyyət hüququnun qeydiyyata alınması tarixindən sonrakı müddətdə əmlakın dəyərini ödəməsi əsaslarına görə mülki iş üzrə Xətai rayon Məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab edir. Digər tərəfdən mülki iş materialları ilə sübut olunur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxana “Azərbaycan Respublikasında 1995-1998-ci də dövlət mülkiyyətini özəlləşdirilməsinin Dövlət Proqramına” uyğun olaraq özəlləşdirilmişdir. Xətai rayon Məhkəməsi tərəfindən mülki mübahisəyə 2000-ci ilin 01 sentyabr tarixində qüvvəyə minmiş Mülki Məcəllənin 296.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakına (müəssisə və obyektlərinə) mülkiyyət hüququnun rəsmiləşdirilməsi Qaydalarının 6-cı bəndinə istinad edilmişdir. Tərəflər arasında mülki hüquq münasibətləri yarandığı tarixdə həmin qanunlar qəbul olunmamış və qüvvədə olmamışlar. Mülki hüquq münasibətlərinin yaranmasından sonrakı tarixdə qüvvəyə minmiş qanunlar fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırdığı, məsuliyyəti yüngülləşdirdiyi hallarda tətbiq oluna bilərdi. Həmçinin, Cavabdeh1la iddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi arasında dövlətə məxsus əmlakın özəlləşdirilməsi “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına” uyğun olaraq özəlləşdirilmişdir. Xətai rayon məhkəməsi tərəfindən İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydalara istinad olunmuşdur. Xətai rayon Məhkəməsinin mülki mübahisəyə dair qətnaməsi ilə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. (Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələri, MM-nin 425.1,425.2). Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair istər 2000-ci ilədək qüvvədə olmuş, istərsə də 2000-ci ilin 01 sentyabr tarixindən qüvvəyə minmiş Mülki Məcəlləsinin tələblərinə əsasən daşınmaz əmlakın alqı-satqısına dair iddia tələbləri üzrə iddia müddəti müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi xx.xx.2006-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən göründüyü kimi girov müqaviləsi ilə təmin olunmuş öhdəliyin icra müddəti 20 dekabr 1999-cu il tarixində başa çatmışdır (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan MM-in 78-ci maddəsinə əsasən). Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafəsi üçün ümumi müddətin (iddia müddətinin) üç il müəyyən edilmişdir. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Xətai rayon Məhkəməsi tərəfindən 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsində buraxılmış iddia müddətinin bərpa olunmasının əsasları, üzrlü səbəbləri izah olunmamış və ya əsaslandırılmamışdır(01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan MM-in 73cü maddəsi). Məhkəmə tərəfindən Cavabdeh1 iştirakı təmin olunmadan, məhkəmə bildirişinin cavabdehə çatdırılmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmadan mülki mübahisəyə dair qətnaməni çəkişmə prinsipinin pozulması ilə çıxarmışdır. Mülki iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sənədlərlə sübut olunur ki, 10 dekabr 1996-cı il tarixli, 03 saylı auksion protokoluna əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 2942-ci keçiddəki Qaya ƏMX “İKF”nın 8 saylı emalatxanası Cavabdeh1 12047.000 manata satılmışdır. 19 dekabr 1996cı il tarixdə tərəflər arasında 1342 №-li alqı-satqı müqaviləsi bağlanmış və müqavilə şərtləri tərəflər arsında razılaşdırılmışdır. Əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə 663 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır (Mülki Prosessual Məcəllənin 9-cu maddəsi, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Plenum qərarı). Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmış əmlakın dəyərinin əsas hissəsi ödənilmiş, 382,58 manat borc qalmışdır. Məhkəmə tərəfindən mülki mübahisəyə məhkəmədə baxılarkən borcun qalıq məbləğinin ödənilməməsinin səbəbləri araşdırılmamış və yaxud həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi araşdırılmamışdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad etmişdir. Cavabdeh tərəfindən məhkəmə iclaslarında iştirak etməməsi, cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri araşdırılmamışdır. Həmçinin, məhkəmə tərəfindən mülki mübahisəyə dair qətnamə qəbul edilərkən cavabdeh tərəfindən əmlakın alınması üçün ödənilmiş vəsaitin qaytarılması həll olunmamışdır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi). Birinci instansiya məhkəməsi tərəfindən tərtib olunan qətnamənin nəticəvi hissəsi onun savadlı və hüquqi cəhətdən düzgün tərtib olunmasına şübhə etmək üçün kifayət qədər əsaslar verir. Eyni zamanda qətnamədə qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən mövqeyin işin hallarına münasibətdə düzgün tətbiq olunmaması, həmçinin işin halları ilə Plenum qərarındakı mövqe arasında mövcud olan analogiyanın düzgün aparılmaması da qətnamənin tərtibi zamanı yolverilən ciddi nöqsanlardan biridir. Bunlardan əlavə, qətnamə tərtib olunan zaman iş üzrə təqdim olunan sübutlar həm ayrılıqda həm də qarşılıqlı əlaqəli şəkildə düzgün və əhatəli təhlil olunmamış, onlara düzgün hüquqi qiymət verilməmişdir (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il). Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 2942- ci keçiddəki Qaya ƏMX “İKF”-nın 8 saylı emalatxanasının alınması üçün hansı məbləğdə vəsait ödədiyi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda cavabdehə ödədiyi pul vəsaitinin hesabına hansı məbləğdə pulun qaytarılmalı olması araşdırılmamış və iddiaçı ilə işin mübahisə doğuran halları araşıdırmamışdır. Cavabdeh1 mülki mübahisəyə məhkəmə baxışında iştirak etməməsi səbəbindən məhkəməyə sübutlarını və etirazlarını təqdim edə bilməmişdir: Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 2942-ci keçiddəki Qaya ƏMX ‘İKF’nın 8 saylı emalatxanasına Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmış və bu barədə şəhadətnamə verilmişdir. Cavabdeh1 27. 02. 2024-cü il tarixdə vəfat etmişdir. Onun vəfat etməsi ilə əlaqədar olaraq hüquqi varisi tərəfindən ancaq əldə olunmuş sənədlər məhkəməyə sübut kimi təqdim oluna bilər. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, 2942-ci keçiddəki Qaya ƏMX “İKF”nın 8 saylı emalatxananın dəyərinin ödənilməsi üçün 22 dekabr 1997-ci il tarixli 10 saylı qəbzlə 1.610.000 manat, 22 dekabr 1998-ci il tarixli 06 saylı qəbzlə 1.610.000 manat, 22 dekabr 1999-cu il 29 saylı qəbzlə 1.610.000 manat pul ödəmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1996-cı il tarixli şəhadətnamə ilə Cavabdeh1 mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir.

6. İş materiallarında olan icarə müqaviləsinə əsasən müəyyən edilir ki, icarəçi Cavabdeh1 tərəfindən Bakı şəhəri, Neapol küç., 26 müvəqqəti istifadə üçün Azərbaycan Respublikası Şuşa Şəhid, Əlil və Veteranlar Birliyinə icarəyə verilmişdir.

7. Təqdim edilmiş qəbzlərə əsasən müəyyən edilir ki, Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Dövlət Əmlak Komitəsi hesabına hər birində ******* manat olmaqla 1997, 1998, 1999-cu illər üçün ödənişlər etmişdir.

8. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, borclu Cavabdeh1 barəsində Xətai rayon məhkəməsinin 2- 1194/2006 saylı xx.xx.2006-cı il tarixli icra sənədi Xətai rayon İcra şöbəsinin icraatında deyil.

9. Cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 nümayəndəsi Vəkil məhkəməyə apellyasiya şikayəti ilə eynilik təşkil edən izahat təqdim etmiş və əlavə olaraq qeyd etmişdir ki, işin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxana “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramıma uyğun olaraq 10 dekabr 1996-cı il tarixdə keçirilmiş hərrac vasitəsi ilə kiçik müəssisə kimi güzəştli şərtlərlə vəkil edilmiş Cavabdeh1 satılmışdır. Hərracın nəticələrinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh1 arasında 19 dekabr 1996-cı il tarixli 1342 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə razılığa gəlinmişdir ki, əmlakın satış qiymətinin 30%-ni alıcı ödədikdən sonra mülkiyyət hüququ yaranır. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxananın satış qiyməti, ödənilmə qaydası və müddəti qanunvericiliyin tələblərinə əsasən satıcı tərəfindən müəyyən olunmuşdur. Alıcı tərəfindən isə müqavilə şərtlərinə əməl edilməklə satılmış əmlakın dəyəri ödənilmişdir. Belə ki, 10 dekabr 1996-cı il tarixli 03 nömrəli “Auksion protokoluna əsasən Qaya ƏMX “İKF”-nın Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxana ( hazırkı manatla 2834,40 manat) manat dəyərində qiymətləndirilmişdir. Əmlakın qiymətinin manat (2.409,40 manat) məbləğində hissəsinin alıcı Cavabdeh1 Qorxamz oğlundan ödənilməsi tələb olunmuşdur. Auksion protokoluna əsasən protokol imzalandığı andan 10 gün müddətində əmlakın alıcısı ilə satıcı arasında alqı-satqı müqaviləsi imzalanmalıdır. xx.xx.2006-cı il tarixli “Auksiyon yolu ilə özəlləşdirilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) hesab vərəqinə əsasən 8 nömrəli emalatxana binasının satış qiyməti 2409,40 manat və 15% çek ödənişi ilə 425,19 manat məbləğində qiymətləndirilmişdir. Cəmi ödənilməli məbləğ 1686,58 manat müəyyən olunmuşdur. 10 dekabr 1996-cı il tarixli, 03 saylı auksion protokoluna əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddəki Qaya ƏMX “İKF”nın 8 saylı emalatxanasını Cavabdeh1 12.0000.47 manata almışdır. 19 dekabr 1996-cı il tarixli 1342 №-li alqı-satqı müqaviləsi ilə Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddəki Qaya ƏMX “İKF”nın 8 saylı emalatxanasını 12.0000.47 manata almışdır. Əmlakın dəyərinin 40%-ni 3 il ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. 20 dekabr 1996-cı il tarixli girov müqaviləsi ilə Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddəki Qaya ƏMX “İKF”nın 8 saylı emalatxanasını 19 dekabr 1996-cı il tarixli 1342 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı üçün girov qoymuşdur. Cavabdeh1 tərəfindən 24 dekabr 1999-cu il tarixdə 2.125.800 manat məbləğində təqdim edilmiş 130 ədəd dövlət özəlləşdirmə çekləri deponentləşdirilərək silinmişdir.19 dekabr 1996-cı il tarixli 1342№-li alqısatqı müqaviləsinə əsasən əmlakın satış qiymətinin 30%-ni alıcı ödədikdən sonra əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh1 Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, “Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 8 nömrəli emalatxana alıcının toxunulmaz mülkiyyətidir. Alıcı Cavabdeh1 mülkiyyət hüququ 2 nömrəli reyestr kitabının 42-ci səhifəsində, 663 nömrə ilə 20 dekabr 1996-cı il tarixdə qeydiyyata alınmışdır. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədə dövlət əmlakının alınması nəticəsində hesablanmış hesaba Beynəlxalq Bank SB-nin bank hesabına dövlət büdcəsinə 3.614.100 manat (722,82 manat) məbləğində pulun ödənilməsi göstərilmişdir. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxananın satış qiymətinin 30%dən artıq hissəsini ödəyərək əmlak üzərində mülkiyyət hüququ əldə etmiş, əmlak üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Digər tərəfdən mülki iş materialları ilə sübut olunur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxana “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına” uyğun olaraq özəlləşdirilmişdir. Xətai rayon Məhkəməsi tərəfindən mülki mübahisəyə 2000-ci ilin 01 sentyabr tarixində qüvvəyə minmiş Mülki Məcəllənin 296.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakına (müəssisə və obyektlərinə) mülkiyyət hüququnun rəsmiləşdirilməsi Qaydalarımın 6-cı bəndinə istinad edilmişdir. Tərəflər arasında mülki hüquq münasibətləri yarandığı tarixdə həmin qanunlar qəbul olunmamış və qüvvədə olmamışlar. Mülki hüquq münasibətlərinin yaranmasından sonrakı tarixdə qüvvəyə minmiş qanunlar fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırdığı, məsuliyyəti yüngülləşdirdiyi hallarda tətbiq oluna bilərdi. Həmçinin, Cavabdeh1la iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında dövlətə məxsus əmlakın özəlləşdirilməsi “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına” uyğun olaraq özəlləşdirilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsi tərəfindən iddia tələbi ona görə təmin olunmuşdur ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddəki 8 saylı emalatxanaya görə Cavabdeh1 27 mart 2006-cı il tarixinə 382.58 manat borcu qalmışdır. Mülki mübahisəyə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1194/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsində qeyd olunan cavabdehin borclu olduğu məbləğin ödənilməsi üçün tərəflərindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş və borc məbləğinin ödənilməsinə şərait yaradılması, borc məbləğinin ödənilməsi üçün bank hesabının verilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən müraciətləri müsbət həll olunmamış, borc məbləğinin ödənilməsi üçün bank hesab nömrəsi təqdim olunmamışdır. İddiaçı tərəfindən cavabdehin borcun ödənilməsinə manelərin yaradılması əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.1-ci maddəsinə görə tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predınetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.2-ci maddəsinə görə girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlı çəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehin borclu olduğu məbləği ödəməsinə şərait yaratmaması əsassız və qanunsuzdur. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının sahibkarın qanunla qorunan hüququ və mənafelərinin pozulmasına yönəlmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət (Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) tərəfindən Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxananaya mülkiyyət hüququ 2 nömrəli reyestr kitabının, 42-ci səhifəsində 663 qeydiyyat nömrəsi ilə xx.xx.1963-cü il tarixdə qeydiyyata alınmış və mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 11 hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsinin qanuni qüvvəyə minməsi müddəti gözlənilmədən qətnamənin qəbul olunduğu gün 04 iyul 2006-ci il tarixə qətanınənin icra vərəqəsi verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi tərəfindən 14 noyabr 2006-cı il tarixdə icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ilə icra işi icra edilmədən Xətai rayon məhkəməsinə qaytarılmışdır. İcra sənədinə əsasən Cabbarov (Cabbarlı) Əfqan Qorxmaz oğlunun Bakı şəhəri, Neapol küçəsindəki 28 saylı evin 75-ci mənzilində yaşamadığının müəyyən olmuşdur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.İcra haqqında Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.İcra haqqında Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra haqqında Qanunun 23.1.2-ci maddəsinə görə borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsinin icrata yönləndirməsinə dair mülki iş üzrə icra vərəqəsi əsasında başlanmış icra işi icra məmurunun 14 oktyabr 2006-cı il tarixli qərarı ilə qətnaməni çıxarmış məhkəməyə qaytarılmışdır. Xətai rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsinin 14 noyabr 2006-cı il tarixli icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilməklə icra işi icra edilmədən Xətai rayon məhkəməsinə qaytarıldığından mülki iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətnin (Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) 09 oktyabr 2006-cı il tarixli, 251 nömrəli sərəncamla Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxananın özəlləşdirilməsini ləğv etməsi qanunsuzdur. Həmçinin, cavabdehin qeyd olunan sərəncamda istinad etdiyi Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsi qanunla müəyyən olunmuş qaydada qüvvəyə minmədiyindən həmin qətnaməyə əsaslanmaqla verilmiş sərəncamın hüququ əsası olmamalıdır. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxana özəlləşdirildiyi vaxtdan, 19 dekabr 1996-cı il tarixli 1342 saylı alqı-satqı müqaviləsi bağlandığı vaxtdan Cavabdeh1 istifadəsində, sahibliyində, mülkiyyətində olmuşdur. Cavabdeh1 27 fevral 2024-cii il tarixində öldükdən sonra həmin əmlak onun hüquqi varisi Cavabdeh2 istifadəsində, sahibliyindədir. Bakı şəhəri. Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2-1194/2006 nömrəli qətnaməsindənverilmiş apellyasiya şikayətinin təmin olunması, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, yazılı izahat ərizəsi ilə eyni məzmunda izahat vermiş, şikayətlərinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, qətnamə ilə nəzərdə tutulan məbləği ödəməyə hazırdırlar.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 mərhum qardaşının mübahisəli əmlakı özəlləşdirdiyini, hər hansı borcunun qalmadığını, borcu olması barədə iddiaçı orqan tərəfindən ona hər hansı məlumat verilmədiyini, mərhum qardaşı tərəfindən mübahisəli əmlakın icarəyə verildiyini bildirmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etməklə izahatında bildirmişdir ki, mübahisəli əmlak hal-hazırda dövlət mülkiyyətindədir. Belə ki, müvafiq sərəncama əsasən, alqı-satqı müqaviləsi ləğv edilib, həmin əmlak üzərində dövlətin mülkiyyət hüququ bərpa olunub. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehin prosessual hüquqi varisi Sara xanım bildirir ki, əmlak ona verilməlidir, lakin mübahisəli əmlak Cavabdeh1 münasibətdə o, əmək kollektivinin üzvü olduğu üçün güzəştli şərtlərlə özəlləşdirilmişdir, həmin borcu ödəməli olan şəxs Cavabdeh1 özü olmuşdur və alqısatqı müqaviləsi müəyyən müddətə bağlanmışdır, Cavabdeh1 həmin müddətə qədər öhdəliyini icra etməmiş və bu səbəbdən ona qarşı iddia ilə məhkəməyə müraciət edilmişdir. Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

15. Məhkəmə kollegiyası qeyd etməyi vacib bilir ki, mübahisəyə baxılan zaman maddi hüquq normalarının tətbiqi münasibətlərin yarandığı dövrdə mövcud olmuş mülki qanunvericiliyə uyğun tətbiq edilməlidir. Qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi üzrə ödənişlər xx.xx.1996-cı il tarixədək bitməli, xx.xx.1996-cı il tarixli girov müqaviləsinin icra müddəti isə xx.xx.1999-cı il kimi təsbit edilmişdir. İddia tələbində müddətin bərpası iddianın tərkib hissəsi olduğundan ilk növbədə münasibətlər yaranan zaman qüvvədə olmuş və hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (müddətlərlə, alqı-satqı və girovla bağlı münasibətləri tənzimləyən) tələbləri nəzərədən keçirilməlidir: 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. 82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. 126. Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir. 181. Borclu tərəfindən girovla təmin edilmiş öhdəçilik icra edilmədikdə, kreditor (girov saxlayan) başqa kreditorlar qarşısında SSR İttifaqı və Azərbaycan SSR Mülki Prosessual Məcəlləsində göstərilən hallar istisna edilməklə, girov qoyulmuş əmlakın dəyərindən təminat almaqda üstünlük hüququna malikdir. Girov qoyulmuş və sığorta edilmiş əmlak tələf olduqda, girov saxlayan sığorta mükafatından təminat almaqda üstünlük hüququna malikdir. Qanunda və ya müqavilədə sair hal müəyyən edilməyibsə, girov faktik təminat vaxtı mövcud olan həcmdə tələbi ödəyir. Girovla yalnız həqiqi tələb ödənilə bilər. 182. Girov qoyan həm borclunun özü, həm də üçüncü şəxs ola bilər. Girov qoyan girov qoyulan əmlakın mülkiyyətçisi olmalıdır və ya həmin predmet üzərində əməli idarəetmə hüququna malik olmalıdır. 184. Girov haqqında müqavilədə tərəflərin adı, atasının adı və familiyası, yaşayış yeri, hüquqi şəxs olan tərəfin adı, olduğu yer, girov qoyulmuş əmlakların siyahısı, qiyməti və olduğu yer, girovla təmin edilən öhdəçiliyin məzmunu, həcmi və icra müddəti göstərilməlidir.Girov haqqında müqavilə yazılı formada bağlanılmalıdır. Yaşayış evinin girov qoyulmasına dair müqavilə bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmuş formada bağlanmalıdır.Əmlakın lombarda girov qoyulması lombard tərəfindən girov biletinin verilməsi ilə rəsmiyyətə salınır. Bu maddənin qaydalarına riayət edilməməsi girov haqqında müqavilənin etibarsızlığına səbəb olur. 185. Tikintilərdən başqa, girov qoyulan əmlak, qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmayıbsa, girov saxlayan şəxsə verilir. Əmlak girov qoyan şəxsdə qaldıqda, girov hüququ müqavilə bağlandığı vaxtdan əmələ gəlir. Yaşayış evləri barəsində girov hüququ, girovun notariat tərəfindən təsdiq edildiyi vaxtdan (tikinti üzərinə qadağan qoyulması), girov saxlayana verilmiş əmlak barəsində isə, bu əmlakın verildiyi vaxtdan əmələ gəlir. 186. Girov saxlayanın və ya borclunun sahibliyindən çıxarılıb girov qoyulan əmlak, bu Məcəllənin 148-ci maddəsinə müvafiq olaraq, girov saxlayan şəxs tərəfindən tələb edilə bilər. 187. Girov saxlayan girov qoyulan əmlakı lazımi qaydada saxlamalıdır. O, həmin əmlakın tələf edilməsi, itməsi və ya xarab olmasında özünün təqsiri olmadığını sübut etməzsə, ona verilmiş əmlakın saxlanması üçün məsuliyyət daşıyır. Lombard girov qəbul etdiyi əmlakı onun tam qiyməti ilə, əmlak qəbul edilən zaman tərəflərin razılığına əsasən qoyulmuş qiymət üzrə girov qoyanın hesabına sığorta etməlidir, qiymətli metallardan olan məmulat isə lombardlarda dövlət qiyməti ilə sığorta olunur.Qanunda və ya müqavilədə sair hal nəzərdə tutulmayıbsa, girov saxlayanın, girov qoyulan əmlakdan istifadə etməyə hüququ yoxdur. 188. Girovla təmin edilən öhdəçilik borclu tərəfindən icra edilmədikdə, qanunda sair hal müəyyən edilməyibsə, kreditorun tələbi məhkəmə, arbitraj və ya münsiflər məhkəməsinin qərarına əsasən, girov qoyulan əmlakın dəyərindən ödənilir.Girov qoyulan əmlakın satılmasından əldə edilən məbləğ girov saxlayanın tələbini ödəmək üçün kifayət olmadıqda, o, qanunda və ya müqavilədə sair hal müəyyən edilməyibsə, çatmayan məbləği ümumi əsaslar üzrə borclunun sair əmlakından almaq hüququna malikdir.Lombarda əmlak girovu ilə tə`min edilən ssuda müəyyən olunmuş vaxtda ödənilmədikdə, bir aylıq güzəştli müddət ötdükdən sonra lombard həmin əmlakı həqiqi qiymətinə, lakin mövcud olan qiymətdən az olmamaq şərti ilə, dövlət və ya kooperativ təşkilatlarına satır (bu Məcəllənin 184-cü maddəsi). 242. Uzun müddət istifadə oluna bilən mallar pərakəndə ticarət müəssisələri vasitəsilə SSR İttifaqının qanunvericiliyi ilə və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda və qaydada vətəndaşlara nisyə (pulu möhlətlə ödənilməklə) satıla bilər.Nisyə satılan mallar üzərində alıcının mülkiyyət hüququ bu Məcəllənin 126-cı maddəsinin qaydalarına müvafiq olaraq əmələ gəlir. 243. Nisyə satılan mallar satış günü qüvvədə olan qiymətlə satılır. Nisyə satılmış malların qiymətlərindəki sonrakı dəyişikliklər yenidən hesablaşmaya səbəb olmur. Alıcı nisyə satılmış malın ona verilməsi ilə eyni vaxtda, malın qiymətinin xüsusi qaydalarla müəyyən olunan hissəsini satıcıya ödəməlidir. Qiymətin qalan hissəsi alıcının verdiyi öhdəçilikdə göstərilən vaxtaşırı ödəmə müddətlərində verilməlidir.

16. Girov haqqında 15 iyul 1994-cu il tarixli (hazırda qüvvədən düşmüş) Azərbaycan Respublikası Qanununun tələblərinə görə: 29. Girov qoyulmuş əmlak ona ödəniş yönəldildikdən sonra, girov haqqında qanunvericilikdə və ya müqavilədə başqa qayda müəyyən edilməyibsə, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq satılır.Vətəndaşların ödəniş yönəldilə bilməyən əmlakının siyahısı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilir. 30. Girov obyektinin satışından hasil edilmiş məbləğdən girovsaxlayanın bu girovla təmin edilmiş tələbləri ödənilir, artıq qalan məbləğ girovqoyana verilir. Girov obyektinin satışından hasil edilmiş məbləğ,girovsaxlayanın tələblərinin tam ödənilməsi üçün kifayət etmədikdə, girovsaxlayanın ixtiyarı var ki, qanunvericilikdə və ya girov haqqında müqavilədə başqa qayda müəyyən edilməyibsə, çatışmayan məbləği borclunun qanuna əsasən ödəniş yönəldilə bilən başqa əmlakından alsın. Bu zaman girov hüququndan irəli gələn üstünlüklərdən istifadə edilmir. 31. Girovqoyan, öz öhdəliyini girov qoyulmuş əmlak tam satılanadək yerinə yetirməklə öhdəliyin girov qoyulmuş əmlakın dəyəri hesabına ödənişinə xitam verə bilər.Girovla təmin edilmiş öhdəliyin hissələrlə İcrası nəzərdə tutulmuşsa, girovqoyan öhdəliyin vaxtı keçmiş hissəsini ödəməklə öhdəliyin girov qoyulmuş əmlakın dəyəri hesabına ödənişinə xitam verə bilər. Girovqoyanın bu maddədə nəzərdə tutulmuş hüquqlarını məhdudlaşdıran hər cür sazişlər etibarsızdır. 34. Girov hüququna aşağıdakı hallarda xitam verilir: 1) girovla təmin olunmuş öhdəliyə xitam verildikdə; 2) girov qoyulmuş əmlak məhv olduqda; 3) girovun obyektini təşkil edən hüququn qüvvədə olması müddəti qurtardıqda; 4) girov obyekti üzərindəki hüquqlar girovsaxlayana keçdikdə; 5) qanunla nəzərdə tutulmuş digər hallarda.

17. Sahibliyin cavabdeh tərəfindən həyata keçirilməsinin davam etməsini nəzərə alaraq yalnız onun mülki hüquqlarına münasibətdə qanunvericiliyin tətbiqinin qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən nəzərə alınmalıdır ki: 179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. 179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 299.1. tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklül üyü haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predınetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 299.2. girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlı çəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur.

18. İcra haqqında Qanunun tələblərinə əsasən: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1. məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

19. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə, Mülki Prosessual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi, 2942-ci keçidddə yerləşən 8 saylı emalatxana 10 dekabr 1996-cı il tarixdə keçirilmiş hərrac vasitəsiilə kiçik müəssisə kimi güzəştli şərtlərlə vəkil edilmiş şəxs Cavabdeh1 satılmışdır. Hərracın nəticələrinə görə Cavabdeh1 19 dekabr 1996-cı il tarixli 1342 nömrəli alqı-satqı və 20 dekabr 1996-cı il tarixli girov müqavilələrini bağlamışdır. Həmin müqavilələrin şərtlərinə görə əmək kollektivi əmlakın dəyəri ödənilmiş hissəsini girov qoymaqla, əmlakın dəyərinin 40 faizi-ni üç il müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən güzəştlə satılan əmlakın 40 faizinin dəyəri müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə əmlakın satıcısı öz tələblərini girov qoyulmuş əmlakın dəyəri hesabına ödəyir. Girov müqaviləsi ilə təmin olunmuş öhdəliyinin icra müddətinin 20 dekabr 1999-cu il tarixdə başa çatmasına baxmayaraq əmlakın tam dəyəri əmək kollektivi tərəfindən indiyə qədər ödənilməmişidir. Cavabdehə xəbərdarlıq məktubu ilə müraciət edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Lakin cavabdehin borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubunu alıb-almamasına dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda apellyasiyanın dəlillərinə əsasən diqqətə çatdırılmalıdır ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxananın satış qiymətinin 30%-dən artıq hissəsini ödəyərək əmlak üzərində mülkiyyət hüququ əldə etmiş, əmlak üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır, iş materialları ilə sübut olunur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddə yerləşən 8 saylı emalatxana “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına” uyğun olaraq özəlləşdirilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci keçiddəki 8 saylı emalatxanaya görə Cavabdeh1 27 mart 2006-cı il tarixinə 382.58 manat borcu qalması əsası ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli 2- 1194/2006 nömrəli qətnaməsinə 07 avqust 2006-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsi tərəfindən 14 noyabr 2006-cı il tarixdə icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ilə icra işi icra edilmədən Xətai rayon məhkəməsinə qaytarılmışdır. Mülki mübahisəyə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1194/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsində qeyd olunan cavabdehin borclu olduğu məbləğin ödənilməsi üçün cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunsa da borc məbləğinin ödənilməsinə şərait yaradılmamışdır.

22. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının iddia müddətinin ötməsinə və üzrlü hesab edilməsinə birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilməmiş və ümumiyyətlə iddiaçı tərəfindən müddətin ötürülmə səbəblərinə dair sübutedici dəlillər və onların üzrlü hesab edilməsi üçün əsaslar məhkəməyə təqdim edilməmişdir. Girov müqaviləsi ilə təmin olunmuş öhdəliyinin icra müddətinin 20 dekabr 1999-cu il tarixdə başa çatması ilə iddia müddətinin axımı başlanmış və iddia təqdim edilən zaman (münasibətlər yaranan zamanda) qüvvədə olan mülki qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Bundan əlavə, cavabdeh (hüquq varisi) tərəfindən apellyasiya şikayətinin dəlillərinə aid təqdim edilmiş sübutlarla müəyyən edilir ki, mübahisə edilən əmlak uzun müddət 1996-cı ildən onların (qardaşının) sahibliyində olmuş (icarə vermiş) və onlarda mülkiyyət hüququnu təsdiq edən sənəd olmaqla iddia edilən məsələlərdən xəbərsiz olmuşlar. İddiaçı tərəf isə apellyasiyanın dəlillərini təkzib edə bilən mötəbər sübutlar təqdim etməmişdir, işdə olan sübutlarla isə cavabdehin mübahisə barədə məlumatlı olması təsdiqini tapmamışdır. Bundan əlavə, ümumiyyətlə diqqətə çatdırılmalıdır ki, müddətin üzrlü səbəblərdən ötürülməsi və alqısatqının etibarsızlığı ilə bağlı iddianın əsasları nə iddiada, nə də qətnamədə faktoloji münasibətlərə müvafiq hüquqi cəhətdən əsaslandırılmamışdır.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, istər müddətlərin ötməsi və üzrlü hesab edilməsi üçün əsasların olmaması, istərsə şəxsin ilkin olaraq borcundan, sonra isə məhkəmə proseslərindən xəbərdar olmaması, habelə iddianın (müqavilənin etibarsızlığının) sübut edilməməsi səbəblərindən iddianın təmin edilməsi üçün əsaslar mövcud olmadığı halda birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməklə, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış və bunun nəticəsi olaraq işin hallarına uyğun gəlməyən qənaət təsbit etmişdir. Belə ki, mübahisə yaranmış borc (girov) və müqavilə münasibətlərindən irəli gələrək əslində onlara xitam verilməsi ilə əlaqəli olmuş olsa da, formal olaraq müqavilənin etibarsızlığı tələbi irəli sürülmüş və bu barədə cavabdeh məlumatlandırmamışdır. Halbuki, münasibətlər yaranan mülki qanunvericiliyin tələblərinə görə girov saxlayan özüdə girova (salamatlılığına) görə mülki məsuliyyət daşımasına baxmayaraq onun vəziyyəti ilə illər boyu maraqlanmamış, hətta əmlakın hərracda satılaraq borcun girova yönəldilməsi barədə məhkəmə qərarının icrası yönündə hər hansı hərəkətlər etməmişdir. Bundan əlavə, iddia verilən zaman hazırda qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə görə məhkəmədə mübahisəyə cavabdeh çağırılmamış, habelə iddiaçı öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə cavabdehə (müdafiəsini təşkil edə bilməsi üçün) məlumat verməyə borclu olduğu halda bunu etməmişdir.

24. Kollegiya qeyd edir ki, apellyasiya təmin edildiyindən və xərclərlə bağlı tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdehin prosessual hüquqi varisi Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2-1194/2006 saylı işi üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Cavabdeh1 qarşı “girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi və özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə”) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar