Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3371/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-546/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Tələbkar İddiaçı tərəfindən borclu Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, kanalizasiya xəttinə qoşulmaq üçün şifahi razılığa əsasən ödənilməli olan 600 manat pul ödənilməmiş, ödənişin həyata keçirilməsi üçün 3 gün vaxt verilmişdir.
2. Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində Azərbaycan Dövlət X3 tərəfindən kanalizasiya xətləri inşa edilməmişdir. Qeyd olunan küçədə mövcud olan kanalizasiya xətləri vətəndaşlar tərəfindən tikinti norma qaydalarına uyğun olmayaraq inşa edilmişdir.
3. Aktdan görünür ki, qonşular Vidadi Quliyev küçəsində kanalizasiya xətti olmadığı üçün qonşu İddiaçı tərəfindən evinin qarşısında 100 metrdən artıq olmaqla 300 mm diametrli borularla xətt çəkdirmişdir. Bu kanalizasiya xəttinə qonşular çəkilən xərclər ilə razılaşaraq qoşulmuşlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında 2009-cu ildə torpaq sahəsi alaraq, fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evi inşa etdiyi ərazi yeni yaşayış massivi olduğuna görə çirkab suların axıdılması üçün kanalizasiya sistemi olmadığından şəxsi vəsaiti hesabına 100 metrdən artıq məsafədən 300 diametrlik boru vasitəsilə, 5 ədəd kanalizasiya beton quyusu olmaqla kanalizasiya xətti çəkmişdir. Qonşuluqda inşa edilmiş fərdi yaşayış evinin sahibələri yeni xəttin çəkilişinin baha gəldiyindən şəxsi hesabına çəkdiyi kanalizasiya xəttinə pul ödəməklə razılaşdırılıb qoşulmuşlar. Qonşuluqda fərdi yaşayış evi inşa edən cavabdeh kanalizasiya xəttinə qoşulmaq istəmiş və kanalizasiya xəttinə qoşulmaq üçün 600 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Cavabdeh məbləğlə razılaşmış və kanalizasiya xəttinə qoşulduqdan sonra tez bir zamanda pulu ödəyəcəyinə söz vermişdir. O, cavabdehin qonşu olduğunu nəzərə alıb xəttə qoşulmağına icazə vermişdir. Kanalizasiya xəttinə qoşulduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq pul verilməmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-546/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 106.1, 107, 119.1, 217.4, 218.1, 227, 233, 234, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, 2009-cu ildə Abşeron rayonu,V.Quliyev küç.1-də torpaq sahəsi almış ev tikdirmişdir. Həmin yer yeni yaşayış massivi olduğundan, kanalizasiya sistemi olmadığından, çirkab suları birbaşa küçəyə axıdılır, yağış yağanda küçəni su basırdı. Belə olduqda, bütün qonşularla məsləhətləşərək belə qərara gəliblər ki, iddiaçı öz şəxsi vəsaiti ilə kanalizasiya sistemi qursun və qonşular çəkdiyi vəsaitə uyğun, hərə öz payına düşən hissəni iddiaçıya ödəməklə kanalizasiya xəttinə qoşulsunlar. İddiaçı şəxsi vəsaiti və əməyi sayəsində 100 metrdən artıq məsafədən 300 diametrlik boru vasitəsi ilə 5 ədəd kanalizasiya beton quyusu olmaqla, bütün standartlara uyğun kanalizasiya xətti çəkmişdir.Qonşuluqda yaşayan fərdi evin sahibi Cavabdeh da kanalizasiya xəttinə qoşulmaq istəmiş xəttə qoşulması üçün 600 manat məbləğində iddiaçıya ödəniş etməli olduğunu ona bildirmişdir. Cavabdeh həmin məbləğlə razılaşmışdır. O, kanalizasiya xəttinə qoşulduqdan sonra tez bir zamanda pulu ödəyəcəyinə məni əmin etmişdir.Cavabdeh qonşu olduğunu nəzərə alıb onun kanalizasiya xəttinə qoşulmağına icazə vermişdir. Lakin uzun müddət vaxt keçməsinə və xəbərdarlıqlara baxmayaraq o, hələ də öhdəsinə düşən pulu ödəməmişdir. Qonşu olduğunu nəzərə alaraq haqqı olaraq özünün onun evinin kanalizasiya xəttinə qoşulmasını əngəlləməmiş, məhkəmə yolu ilə mübahisənin həll edilməsinə cəhd etmişdir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Мəhkəmə qətnamədə bütün maddi və prosessual hüquq normalarını sadalamış, lakin gəldiyi nəticə ilə hesab edir ki, qanunu səhv təfsir etmişdir. Məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil, formal mülahizələrə əsaslanmışdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qətnamə çıxarmışdır. Bu səbəbdən də səhv nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh kanalizasiya xəttinə qoşulmaq üçün 600 manat məbləğində iddiaçıya ödəniş etməli olduğunu bildirmiş, həmin məbləğlə razılaşmışdır. O, kanalizasiya xəttinə qoşulduqdan sonra tez bir zamanda pulu ödəyəcəyinə iddiaçını əmin etmişdir. Hazırda cavabdeh iddiaçıya 200 manat pul təklif edir. Həmin məbləğ iddiaçının çəkdiyi xərci əhatə etmədiyindən onunla razılaşmır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
11. Etiraz onunla əsaslandırılmışdır ki, müvafiq iş üzrə iddiaçı özünün iddia ərizəsində ünvan 2 ünvanında yerləşən torpaq sahəsini alaraq orada fərdi yaşayış evi inşa etdirdiyini, qeyd olunan ərazinin yeni yaşayış massivi olduğuna görə çirkab suların axıdılması üçün kanalizasiya sistemi olmadığından öz şəxsi vəsaiti hesabına kanalizasiya xətti çəkdirdiyini qeyd etmişdir. Bu zaman kanalizasiya xəttinin çəkilməsi baha başa gəldiyindən qonşuluqda yerləşən evlərin sahibləri də həmin xərclərin qarşılanmasında iştirak etmişlər. İddiaçı həmçinin cavabdehin, onun tərəfindən çəkilən kanalizasiya xəttinə qoşulmaq istədiyi vaxt guya 600 manat pul ödənişi müqabilində bunun mümkünlüyü barədə razılığa gəldiyimizi, aralarında şifahi əqdin mövcud olduğunu, həmin əqd üzrə öhdəliyinin icra olunmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, İddiaçı mənə qarşı pul tələbinə dair iddiasını təmin etməmişdir. Bundan sonra İddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmiş və əsassız olaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində bir sıra maddi və prosessual pozuntuların olduğunu göstərmişdir. Belə ki, iddiaçının fikrincə AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd etməliyəm ki, AR Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddədə nəzərdə tutulan müddəalardan da göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsasında əsassız varlanma və zərər vurulması ilə bağlı faktlar deyil, məhz müqavilənin mövcudluğunun dayanır. Lakin iddaçı İddiaçıla aralarında sözügedən öhdəliklə bağlı hər hansısa bir müqavilə olmamışdır. İddiaçının qeyd etdiyinə görə bu mənada aralarında şifahi əqd mövcud olmuşdur. Halbuki iddiaçı müvafiq iddia tələbini təsdiq edən heç bir sübut təqdim etməmiş, guya aralarında belə bir razılıq olması ilə bağlı yalanlarına bu da iddiaçının şikayətinin tamamilə əsassız olmasını təsdiq edir. Bununla yanaşı iddiaçı məhkəmə tərəfindən AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinin pozulduğunu qeyd etmişdir. Həmin maddəyə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR Mülki Məcəlləsinin 425.2-ci maddəsində göstərilir ki, Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yəni, maddənin izahından da görünür ki, 425.1-ci maddədə qeyd olunanların əsasında yenə də tərəflər arasında bağlanmış müqavilə durur, hansı ki, aralarında belə bir müqavilə olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azəbaycan Respublikasının Mülki Məcəlləsinin
14. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
16. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-546/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
36. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
38. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq, İddiaçı kanalizasiya xəttinə qoşulmaq üçün çəkilmiş xərclərin əvəzi olaraq 600 manat məbləğində vəsaitin ödənilməsini Cavabdeh o vaxt tələb edilə bilərdi ki, bu münasibətlərlə bağlı cavabdeh üzərinə öhdəlik götürmüş olsun. Lakin tərəflər arasında bu cür öhdəliyin əmələ gəlməsi və yerinə yetirilməsinə əsas verən əqd bağlanmamışdır. Öhdəliyin əmələ gəlməsi əsası kimi əqdin olmaması ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar da onlar arasındakı münasibətlərdə mövcud deyildir.
39. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, kanalizasiya xətləri ilə bağlı həyata keçirilən fəaliyyətə görə xidmət haqqının tələb edilməsi hüququ qanunvericiliklə səlahiyyətləri sırasına daxil edilmiş Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti publik hüquqi şəxsinə məxsusdur. Yəni səlahiyyətli subyektlər tərəfindən nəticələri maddi ifadə kəsb edən fəaliyyətə görə haqqın ödənilməsi yolveriləndir. Lakin Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində kanalizasiya xətlərinin həmin qurum tərəfindən deyil, vətəndaşlar tərəfindən tikinti norma qaydalarına uyğun olmayaraq inşa edildiyi göstərilmişdir ki, bu səbəbdən də İddiaçı həmin xəttə görə haqq ödənilməsini istəyə bilməz.
40. Göründüyü kimi, iddiaçının iddia tələbi üzrə qanuni əsas mövcud deyildir.
41. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
42. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında cavabdehin öhdəliyinin yaranmasına əsas verən əqd mövcud olmadığından öhdəliyin yaranma əsası kimi şikayətdə qeyd olunan xüsusatlar əsaslı hesab edilə bilməz.
43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
44. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-546/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.