Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3373/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-262/2025 nömrəli qətnaməsindən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı ASC ilə “X8” ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdiyi mənzillərin satışının “Bank” tərəfindən kreditləşdiirlməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər. Birgə fəaliyyət haqqında müqavilənin 2.1-ci bəndinə əsasən, şirkət mənzil almaq istəyən və ya almış alıcını banka göndərir və bank ən geci 5 iş günü müddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır, həmin sənədlər tam və düzgün olduğu halda bank öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi bağlaya bilər. Birgə fəaliyyət haqqında müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur. Birgə fəaliyyət haqqında müqavilənin 2.5-ci bəndinə əsasən, kredit müqaviləsində mənzilin kreditləşməsinin şərtləri müəyyən olunarkən bank krediti ən çoxu 20 il müddətinə qədər və kredit faizi illik 12%-dən çox olmamaqla verilməsini nəzərə almalıdır. Birgə fəaliyyət haqqında müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. Birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini şirkət öz üzərinə götürür. Bu halda şirkət borcalanın bank qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyəhesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları təbiq olunur. Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər banka ödənilənə qədər qüvvədədir. Birgə fəaliyyət haqqında müqavilənin 2.14-cü bəndinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. Birgə fəaliyyət haqqında müqavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdə qüvvəyə minir və 20 il müddətində qüvvədədir. Birgə fəaliyyət haqqında müqavilənin 5.3-cü bəndinə əsasən, tərəflərdən heç biri bu müqaviləni bir tərəfli qaydada ləğv edə və müqavilə üzrə öhdəliklərin icrasından birtərəfli qaydada imtina edə bilməz. Kreditor “Texnikabank" ASC ilə borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK-180 nömrəli kredit müqaviləsi, tərtib edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh2 239 ay müddətinə, xx.xx.2030-cu il tarixədək qaytarmaq, illik 12% ödəmək şərti ilə, 23.803,3 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Satıcı “X4” MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqait şosesi 7 km inşa etdiyi 1 saylı binanın, 61ci blok, 34a saylı 1 otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.metr olan mənzili alıcıya 64.965,76 manata satmışdır. "xxxx" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə 1 saylı əlavənin surətindən görünür ki, tərəflər müqavilənin 2.6-cı bəndində “alıcının” sözünün “alıcısına” sözü ilə əvəz edilməsi, “adına order verilməsi üçün” sözlərinin çıxarılması, müqavilənin 2.7-ci bəndində “order əsasında” sözlərinin çıxarılması, müqavilənin 2.9-cu bəndində “dərhal mənzilin alıcısının adına order verilməsi” sözləri “mənzilin alıcısına verdiyi” sənədlər sözləri ilə əvəz edilməsi, müqavilənin 2.12-ci bəndinin birinci cümləsinin dəyişdirilməsi və aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişdirlər: “Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, “Bank” qeyd edilən pozuntu barədə dərhal “Şirkəti” məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank” ödənilməmiş krediti və ona hesablanmış faizləri “Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə silir”. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 17.152,90 manat icra edilməmiş borcunun olması, 3 gün müddətində borcun ödənilmədiyi təqdirdə kredit müqaviləsinin ləğv ediləcəyi və bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixinə bank qarşısında yaranmış 17.158,21 manat gecikmiş borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. LPO İddiaçı ASC-in xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu il tarixli AK-180 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 19.969,06 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcuna görə 12.586,05 manat, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesabalnmış və tələb olunana cərimə borcuna görə 4.333,13 manat olmaqla, ümumi borc 36.615,24 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6737 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli AK180 saylı kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur:xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 21.141,84 manat, faiz borcu üzrə 12.904,94 manat, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 21.141,84 manat, faiz borcu üzrə 13.525,1 manat. Ekspertiza xərci 50 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC cavabdehlər “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 36.615,24 manat - bundan 19.696,06 manat əsas, 12.586,05 manat faiz borcu, 4.333,13 manat cərimə borcu və 199,84 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “X8” ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK-180 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 mənzil alınması məqsədi ilə 239 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 23.803,30 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci maddəsində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borc alanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmuş və **********207 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********218 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə göndərilmiş, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 36.615,24 manat təşkil edir. Bundan 19.696,06 manat əsas, 12.586,05 manat faiz borcu, 4.333,13 cərimə borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-262/2025 nömrəli qətnaməsinə əsasən, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 19.696,06 manat əsas borc, 12.586,05 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 32.782,11 (otuz iki min yeddi yüz səksən iki manat, on bir qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 199,84 manat pulun 180 (yüz səksən) manatının tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ 34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh2 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən Cavabdeh2 239 ay müddətinə, illik 12 faiz olmaqla, 23.803,3 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. Digər cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC isə xx.xx.2010-cu il tarixində bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh – Cavabdeh2 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh - “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Belə ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini Şirkət öz üzərinə götürür. Bu halda Şirkət borcalanın Bank qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləi kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. Şirkətin zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər Banka ödənilənə qədər qüvvədədir. Göründüyü kimi, Cavabdeh2 müqavilənin 2.12-ci bəndinin tələblərinə görə müəyyən olunmuş müddətlərdə borcunu ödəməmiş, öhdəliyini pozmuş, iddiaçının tələb etməsinə baxmayaraq öz öhdəliyini icra etməmişdir. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə əsas və faiz borcunun məbləğinə gəlincə qeyd etmişdir ki, iddiaçı əsas borca görə 19.696,06 manat, faiz borcuna 12.586,05 manat pul tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 21.141,84 manat, faiz borcu üzrə 12.904,94 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 21.141,84 manat, faiz borcu üzrə 13.525,1 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixində olmuş, iddiaçı tərəfindən Cavabdeh2 borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində yazılı xəbərdarlıq ünvanlanmışdır. Həmin tarixə isə faiz borcu ekspert rəyi ilə 12.904,94 manat hesablanmışdır. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab etmişdir ki, əsas və faiz borcuna görə cavabdehlərdən iddia ərizəsində göstərilən məbləğlər, yəni əsas borca görə 19.696,06 manat, faiz borcuna görə 12.586,05 manat pul tutulmalıdır. Cərimənin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 19696,06 manat əsas borc, 12586,05 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 32782,11 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 199,84 manat pulun 180 manatı tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 462.3, 467, 470.1, 472, 739, 741-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 119ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-262/2025 nömrəli qətnaməsindən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid hissədə ləğv olunması və iddianın cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı LPOİddiaçı ASC cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə (Akkord” adlanacaq) qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cəmi 36615,24 manat – bundan 19.696,06 manat əsas, 12.586, 05 manat faiz borcu, 4.333,13 manat cərimə borcu və 199,84 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(005)-262/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən müştərək qaydada 19.696,06 manat əsas borc, 12.586,05 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 32.782,11 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 199,84 manat pulun 180 manatı tutulararaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-262/2025 saylı qətnaməsini Akkorda aid hissədə aşağıdakı səbəblərdən tamamilə əsassız və qanunsuz hesab edirik. Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağladıqları xx.xx.2010-cu il tarixli, AK-180 saylı kredit müqaviləsinə əsasən 239 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 23.803,30 manat məbləğində kredit almışdır. Məhkəmə İddiaçı ASC ilə Akkord arasında 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin olmasını əsas götürərək, bu müqavilənin şərtlərinə (xüsusilə 2.1 bəndinə) qiymət vermədən, həmin müqaviləni zaminlik müqaviləsi kimi qiymətləndirərək iddianı əsassız olaraq Akkorda aid hissədə də təmin etmişdir. Hesab edilir ki, məhkəmənin bu mövqeyi yanlış və əsassızdır. İddiaçı ASC ilə Akkord arasında həqiqətən 5 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndindən qeyd olunur ki, “Şirkət” ( Akkord) mənzil almaq istəyən və ya almış alıcını «Bank»a göndərir va «Bank» ən geci 5 (beş) iş günü muddətində kreditin verilməsi üçün tələb olunan sənədləri yoxlayır. Həmin sənədlər tam va düzgün oldugu halda «Bank» öz mülahizəsinə əsasən alıcı ilə kredit müqaviləsi baglaya bilər. Lakin iddiaçı məhkəməyə belə bir müraciətin olmasını təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə isə birgə fəaliyyət haqqında müqavilənin 2.1-ci bəndinin şərtinə əhəmiyyət vermədən, bu müqaviləni zaminlik müqaviləsi kimi qiymətləndirərək iddianı Akkorda aid hissədə də təmin etmişdir. Hesab edirlər ki, İddiaçı ASC ilə Akkord arasında 05 mart 2010cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin olması o demək deyil ki, Akkord İddiaçı ASC-dən kredit götürən bütün şəxslərə görə bank qarşısında məsuliyyət daşıyır və tərəflər arasında zaminlik müqaviləsinin bağlanılmasına ehtiyac yoxdur. Nəzərə çatdırır ki, Akkord İddiaçı ASC-dən kredit götürərək mənzil alan bir çox vətəndaşa görə İddiaçı ASC-nin qarşısında zamin olmuş, İddiaçı ASC ilə zaminlik müqaviləsi bağlamışdır. (Əlavə olunur) Hesab edirlər ki, məhkəmə bu əsas amilə qiymət verməmiş, nəticədə Akkord barəsində əsassız qətnamə çıxarmışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən hesab edilir ki, LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia tələbi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Cavabdehə məhkəmə bildirişi gəlməmiş, cavabdeh məhkəmə prosesində iştirak edə bilmədiyi üçün o, məhkəmə müdafiəsindən məhrum olmuşdur. İşin baxışı və onun qiymətləndirilməsi zamanı məhkəmə Azərbaycan Respublikası qanunvericiliyinin və MPMnin bir çox maddəsinin tələblərinə zidd mövqe tutmuş və onu düzgün tövsif, təfsir və tətbiq etməmişdir. Məhkəmənin qətnamə üzrə verdiyi hüquqi qiymətləndirmə və onun tətbiqi işin obyektiv hallarına cavab vermir və qanun tələblərinə əsaslanmır və subyektiv yanaşmanın nəticəsi kimi özünü təsdiqləyir və göstərir. Akkord birinci instansiya məhkəməsində iştirak etmədiyi üçün zaminlik müqavilələrini məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(103)-3373/2025 saylı mülki iş vardır. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətə etiraz olaraq bildirilir ki, İddiaçı ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. “Birgə fəaliyyət haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən, onun predmetini müqaviləyə görə tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdikləri mənzillərin satışının “Bank” tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. “Birgə fəaliyyət haqqında” Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə mənzil satışının həyata keçirilməsi üzrə tərəflərin birgə fəaliyyətinin əsaslarını, onların hüquq və vəzifələrini, habelə mülki-hüquqi məsuliyyətini müəyyən edir. Hesab edirlər ki, İddiaçı ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında bağlanmış “Birgə fəaliyyət haqqında” Müqavilə qarışıq müqavilədir. Tərəflər qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqaviləsinin ünsürləri əhatə olunmuşdur. Sözügedən müqavilədən göründüyü kimi, müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Belə ki, “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbardar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Həmçinin, Şirkət “Birgə fəaliyyət haqqında” müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. Bankla tikinti şirkəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlamış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur. Müqavilənin 2.5-ci bəndinə əsasən kredit müqaviləsində mənzilin kreditləşməsinin şərtləri müəyyən olunarkən bank krediti ən çoxu 20 il müddətinə qədər və kredit faizi illik 12 faizdən çox olmamaqla verilməsi nəzərə alınmalıdır. Müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan carı hesabına köçürülür. Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Müqavilənin 2.14-cü bəndinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. Belə ki, yuxarıda istinad edilmiş bəndlərdən göründüyü kimi “Birgə fəaliyyət haqqında” müqavilədə kreditin verilmə müddəti və faizi öz əksini tapmış, “Şirkət” öz satdığı mənzilə görə onun hesabına bank tərəfindən köçürülmüş kreditin məbləği, valyutası, kreditin müddəti və faiz dərəcəsi barədə tam xəbərdar olmuşdur. Tərəflər xx.xx.2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə xx.xx.2015-ci il tarixli Əlavə 1 imzalamışlar. Əlavədə xx.xx.2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin bir neçə bəndində dəyişikliklər edilmişdir. Bu da tərəflərin arasında sözügedən müqavilənin qüvvədə olmasını, borclu(alıcı) Bank qarşısında öhdəliklərini yerinə yetirmədikdə “Şirkət” in Bank qarşısında məsuliyyət daşıdığını bir daha təsdiqləyir. Azərbaycan Respublikası MM 390-cı maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci tarixli 2(102)- 5884/2021 saylı, xx.xx.2022-ci tarixli 2(102)-2672/2022 saylı və xx.xx.2022-ci il tarixli 2(102)-4123/2022 saylı qərarları mühüm əhəmiyyət kəsb edir. Bank digər tikinti şirkətləri ilə də eyni növlü müqavilələr bağlamış və heç birində ayrıca zaminlik müqaviləsi bağlanmamışdır. Həmin şirkətlərə qarşı da bankın iddiaları məhkəmələrdə təmin edilir. 2(102)-8350/2018, 2(102)-7697/2019, 2(102)- 4069/2020, 2(102)-2811/2021, 2(102)- 5721/2021 işlər hazırki işlə eynilik təşkil edir. Bütün işlər üzrə MTK ilə borcludan borcun müştərək qaydada tutulması barədə qərar qəbul olunmuşdur. Mübahisəli müqavilə bu qərarlarda Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun tövsif edilmişdir. Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onu imzalaması, lakın məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq "xxxx" ASC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir. Göründüyü kimi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin şikayəti əsassızdır və təmin olunmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə rəsmi qaydada məlumat verilmiş, cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi K.X5 apellyasiya şikayəti ilə razılaşmayıb, apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən ona aid olan hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh tikinti şirkəti arasında bağlanmış 05 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilənin şərtləri ona dəlalət edir ki, həmin müqavilədə tərəflər arasında digər müqavilə şərtləri ilə yanaşı, həmçinin zaminliklə bağlı razılaşma mövcud olmuşdur. Bankla tikinti şirkəti arasında bağlanmış 05 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilədə zaminlik müqaviləsindən irəli gələn öhdəliklər öz əksini tapdığından tərəflər arasında ayrıca zaminlik müqaviləsinin bağlanmasına zərurət olmamışdır. Belə ki, tərəflər Mülki Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Tədqiq olunan müqavilənin şərtlərindən aydın müəyyən olunur ki, bu müqavilə onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilədir (qarışıq müqavilədir). Müqavilənin məzmunundan göründüyü kimi o, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Belə olan halda, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Tərəflər arasında bağlanmış 05 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilədə kreditin verilmə müddəti və faizi öz əksini tapmış, apelyator isə müqavilə çərçivəsində hərəkət edərkən konkret satdığı mənzilə görə onun hesabına bank tərəfindən köçürülmüş kreditin məbləği, valyutası, kreditin müddəti və faiz dərəcəsi barədə tam xəbərdar olunmuşur. Belə ki, birgə fəaliyyət haqqında müqavilənin 2.10-cu bəndinə görə kredit müqaviləsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. İstinad olunlara əsasən, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin zamin olaraq kreditor LPO İddiaçı ASC qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyəti yaranmışdır. Bu səbəbdən, Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, birinci inctansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-262/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3373/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3373/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver