Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3375/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 03.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 73.231 manat əsas borc, 39.881 manat faiz borcu olmaqla, ümumilikdə 113,112 manat, habelə 03.02.2015-ci il tarixli kredit borcu üzrə 13.159 manat əsas borc, 4576 manat faiz borcu olmaqla, ümumilikdə 17.735 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və sənədlərin notarial təsdiqi üçün ödənilmiş 42 manat rüsumun əvəzinin tutularaq LPO İddiaçı ASC-yə verilməsi, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına LPO İddiaçı ASC-yə olan borcun ödənilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.09.2014- cü il tarixli 763YHFK №-li Kredit Müqaviləsi üzrə 11.06.2018-ci il tarixə yaranmış 73230,23 manat əsas, 27168,61 manat faiz, 03.02.2015-ci il tarixli 839YHFK №-li Kredit Müqaviləsi üzrə 11.06.2018-ci il tarixə yaranmış 13158,89 manat əsas, 3284,20 manat faiz borcu olmaqla, cəmi 116,841,93 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulub iddiaçı LPO İddiaçı ASC-nin hesabına köçürülməsi, ödəmənin LPO İddiaçı ASC ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 280.000 manat müəyyən edilməsi, həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evi açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, LPO İddiaçı ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzinin15 manat hissəsi, habelə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və sənədlərin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 42 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçı LPO İddiaçı ASC-nin hesabına köçürülməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 120 manat vəsaitin 60 manat hissəsinin LPO İddiaçı ASC-dən, 60 manat hissəsi isə Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı iddiaçı LPO İddiaçı ASC və Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiklərindən apellyasiya icraatına xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyatorların apellyasiya şikayətindən imtina barədə ərizələri qəbul edilməli və apellyasiya şikayətləri üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd olunan məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina ərizələri qəbul edilməli və apellyasiya şikayətləri üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-62/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina ərizələri qəbul edilsin. İddiaçı LPO İddiaçı ASC və Cavabdeh1 apellyasiya şikayətləri üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3375/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3375/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver