Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3375/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1416/2022 saylı 28 mart 2022-ci il tarixli qərardadına əsasən mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin birdəfəlik 50000 manat, həmçinin mərhumun sığorta pulu və 12 iyul 2018-ci il təvəllüdlü övladı X1 18 yaşı tamam olanadək, yəni 12.07.2036-cı ilədək hər ay 400 manat miqdarında pulun cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, qeyd olunan cavabdehin əsl Cavabdeh MMC ilə əvəz olunmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-903/2022 saylı 31.01.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1416/2022 saylı 28 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş aidiyyətinin düzgün müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi qeyd olunan normaya istinad edərək, belə nəticəyə gəlmişdir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ 1029 ünvan 2 baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Lakin hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh MMC-nin hüquqi ünvanının ünvan 3şdur. Xətai Rayon Məhkəməsinin istinad etdiyi AZ 1029 Bakı şəhəri, ünvan 4 ünvanıdır. Beləliklə, müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsi mülki işə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalı olması barədə düzgün nəticəyə gəlməmişdir. MPM-in 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və MPM-in 45, 397-398, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3375/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3375/2022
01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver