Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3377/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı bərpa olunmayan kredit xətti müaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı bərpa olunmayan kredit xətti müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, e-2(007)-4711/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 19 oktyabr 2015-ci il tarixli 135100CNS- 19290 nömrəli nağd pulu krediti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 11000 manat məbləğində kredit verilmişdir. Cavabdeh 36 ay ərzində kreditinin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
2. 19 oktyabr 2015-ci il tarixli kassa məxaric ordreindən görünür ki, caavbdeh həmin tarixli kredit müqaviləsi üzrə pulu nağd şəkildə iddiaçıdan almışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanmış 19 iyun 2017-ci il tarixli pretenziyadan görünür ki, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur.
4. 10 iyul 2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavadeh kredit müqaviləsi üzrə öhdəliklərini 21 dekabr 2015-ci il tarixdən icra etmir, 10 iyul 2017-ci il tarixə cavabdehin banka 10500,90 manat əsas borcu, 1873,80 manat faiz borcu, 489,80 manat cərimə olmaqla, cəmi 12864,50 manat məbləğində borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10 iyul 2017-ci il tarixə banka borcu olduğu 10500,90 manat əsas borc, 1873,80 manat faiz borcu, 489,80 manat cərimə olmaqla, cəmi 12864,50 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ğdənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 oktyabr 2015-ci il tarixli 135100CNS-19290 nömrəli nağd pulu krediti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə illik 28 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 21 dekabr 2015-ci il tarixdən icra etməmiş, nəticədə cavabdehin banka 10500,90 manat əsas, 1873,80 faiz, 489,80 manat cərimə olmaqla, cəmi 12864,50 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş,öhdəliklər lazımınca icra edilməmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, e-2(007)- 4711/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 19 oktyabr 2015-ci il tarixli 135100- CNS-19290 nömrəli kredit müqaviləsi üzrə 10500,90 manat əsas borc, 1873,80 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 12474,70 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq BANK VTB (Azərbaycan) ASC-yə ödənilməsi, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, onun kredit borcunun əsas hissəsindən kompensasiya məbləği çıxılmamış, krediti sağlamlaşdırılmadan saxlanılmışdır. Kreditin sağlamlaşdırılmasından irəli gələn zəruri xüsusiyyətlər cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlamağa imkan verir və bu zaman bankın problemli kredit portfelində sağlamlaşdırma həyata kecirilir. Lakin, iddiaçı onunla eyni vəziyyətdə olan şəxslərlə belə müqavilə bağlamaqdan imtina etməsə belə, ondan imtina etmişdir. Yəni, qanunun tətbiq olunduğu şəxslər arasında ayrı-seçkilik etmişdir. Nəticədə, onunla eyni hüquqi vəziyyətdə olan şəxslər dövlətin müəyyən etdiyi güzəştlərdən yararlanmış, o isə belə bir imkandan məhrum olmuşdur. Fərmandan göründüyü kimi, dövlət tərəfindən banklara məhz kredit borclarının restruktizasiyası, yəni – yeni güzəştli kredit müqaviləsinin bağlanılması üçün banklara 682000000,0 manat manat məbləğində dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Bu da onu göstərir ki, yeni güzəştli kredit müqavilələrinin bağlanılması əslində bir dövlət təminatıdır və banklar bu işdə vətəndaşlara vasitəçilik edir. Əgər bank dövlətdən müəyyən məbləğdə vəsait alırsa və öz maliyyə vəziyyətini yaxşılaşdırırsa, belə olan halda vətəndaşla güzəştli kredit müqaviləsinin bağlanılması onun üçün dispozitiv bir seçim deyil, imperativ bir öhdəlikdir. Hesab edir ki, dövlətin tənzim etməsinin mövcud olduğu vəziyyətlərdə müqavilə azadlığı məsələsindən söz gedə bilməz. Çünki, ictimai maraqlar naminə dövlətin öz nəzarətinə götürdüyü və hər iki mülki hüquq subyektinin mənafeyinə uyğun qaydalar müəyyən etdiyi bir vəziyyətdə cavabdehin müqavilə azadlığı hüququ məhdudlaşır. Mülki iş materiallarından da göründüyü kimi, o 31 dekabr 2019-cu il tarixinə qədər olan müddət ərzində banka yeni güzəştli kredit müqaviləsinin bağlanılması üçün müraciət etmişdir. Bununla da məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faizvə dəbbəpulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarının 6.16-cı bəndi bağlanılması üçün müraciət etmişdir. Bununla da o icra etməli olduğu bütün hərəkətləri həyata keçirmişdir. Başqa sözlə desək, müqavilənin bağlanılması üçün bütün prosedural qaydalara riayət etdiyindən, restruktizasiyanı istisna edəcək hər hansı hal mövcud olmamışdır. Qeyd olunan maddə də onun göstəricisidir ki, bank əslində vətəndaşlara dövlətin müəyyən etdiyi güzəştlərdən yararlanmaq üçün bir vasitə kimi çıxış edir. Eyni kateqoriyadan olan vətəndaşlar isə dövlətin müəyyən etdiyi güzəştlərə eyni dərəcədə çatımlı olmalıdır. Bu səbəbdən də bank, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara dəqiq riayət etməli, vətəndaşların qanunla müəyyən edilən hüquqlarını pozmaqdan yayınmalıdır. Cavabdeh isə onu belə bir güzəştdən istifadə etmək imkanından məhrum etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin sağlamlaşdırılması həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərman təsdiq edilmişdir. Təsdiq edilmiş fərmana düşən kredit restruktizasiya olunan məbləğlər siyahısına daxil edilmişdir bu isə o deməkdir ki kredit borcun əsas hissəsindən kompensasiya məbləği cıxılmalı faiz borcu, dəbbə pulu silinməlidir və kredit sağlamlaşdırılmalıdır. Kredit borcunun məbləği yeni güzəştli kredit müqaviləsinin bağlanılması üçün uyğun olmuşdur. restruktizasiya olunan məbləğlər siyahısına daxil edilmişdir. Hesab edir ki,məhkəmə ilk növbədə kredit borcunun restruktizasiyasına daxil olduğundan cavabdehə məhkəmə işinin geri cağırılması tələbi etməli, iddianın imtina olunması icraata xitam verilməsi tədbirlərinin görülməsini həyata kecirməli idi. Belə ki, məhkəmə yeni güzəştli kredit müqaviləsinin bağlanılması proseduru barədə məsələlərə toxunmamışdır. Onun kredit borcu restruktizasiya üçün uyğun olan məbləğdə idi və o qanunla müəyyən olunan zaman kəsimində cavabdehə restruktizasiyailə bağlı olaraq müraciət etmişdir. Məhkəmə isə bu iki vacib amili araşdırmağa ümumiyyətlə cəhd etməmişdir. Daha sonra isə yeni güzəştli kredit müqaviləsinin bağlanılması üçün tərəflərin qanunla hansı hərəkətləri etməli olduğunu müəyyən etməli, həmçinin tərəflərin bu şərtlərə düzgün riayiət edib etməməsini aydınlaşdırmalı idi. Göründüyü kimi, məhkəmə kredit borcunun restruktizasiya prosesini və cavabdehin bu prosesi həyata keçirməyə borclu olub-olmaması faktını araşdırmamışdır. Bu isə qanunsuz və əsassız məhkəmə aktının qəbul ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Etiraz onunla əsaslandıırlmışdır ki, iş materiallarına əlavə olunan bank hesabı çıxarışından göründüyü kimi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh 1306,74 manat məbləğində kompensasiya köçürülmüşdür, 22 aprel 2019-cu il tarixdə borcun əsas hissəsindən qeyd edilən məbləğ silinmişdir. Göründüyü kimi şikayətçinin bu dəlili uydurma və yalandır, Bank tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət edilərək hesablamalar aparılmışdır. Kreditin sağlamlaşdırılması ilə əlaqədar Bank tərəfindən heç bir əməliyyat icra olunmamışdır iddia edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlil də heç bir hüquqi əsası yoxdur, uydurma və yalandan ibarətdir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə: fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müəyyən qaydada qiymətləndirilməklə, Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır, eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmışdir ki: Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi qərara alınmışdır. Burada qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Banklara tövsiyə edilmişdir ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bundan əlavə, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 6.16 bəndinə müvafiq fiziki şəxslərin kredit borclarının restrukturizasiya məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu il dekabr ayının 31i başa çatmışdır. Göründüyü kimi şikayətçinin bu dəliləridə uydurmadır, artıq 5 ilə yaxın müddət keçmişdir, və qanunvericilikdə nəzərdə tutulan bütün müddətlər ötürülmüşdür. Bu səbəbdən də hazırkı apellyasiya şikayəti təmin edilə bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayəti ilə eyni məzmunlu şikayət verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
14. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etmişdir
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin qismən –tələbinin təmin olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın təmin olunan hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Apellyasiya şikayətinin dəlilini o təşkil edir ki, 31 dekabr 2019-cu il tarixinə qədər məbləğin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faizvə dəbbəpulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarının 6.16-cı bəndi bağlanılması üçün müraciət etmiş. cavabdeh isə onu belə bir güzəştdən istifadə etmək imkanından məhrum etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin sağlamlaşdırılması həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərman təsdiq edilmişdir. Təsdiq edilmiş fərmana düşən kredit restruktizasiya olunan məbləğlər siyahısına daxil edilmişdir bu isə o deməkdir ki kredit borcun əsas hissəsindən kompensasiya məbləği cıxılmalı faiz borcu, dəbbə pulu silinməlidir və kredit sağlamlaşdırılmalıdır.
21. Şikayətin dəlillərini nəzərdən keçirərkən müəyyən olunur ki, şikayətin əsası kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin sağlamlaşdırılması həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının düzgün tətbiq olunmadığına istinad edilir.
22. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, apellyasiya şikayəti verilmiş qətnamə 11 oktyabr 2017-ci il tarixdə çıxarılmışdır, 2017-ci ildə çıxarılmış qətnamənin əsaslı və qanuni olub – olmaması üçün 2019-cu il tarixli fərman hər hansı bir əhəmiyyət kəsb edə bilməz. İddiaçıya bu baxımdan izah olunmalıdır ki, qətnamənin icrası qaydasında müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.
23. Apellyasiya şikayətinin bir digər dəlili ondan ibarətdir ki, “mülki iş materiallarından da göründüyü kimi, o 31 dekabr 2019-cu il tarixinə qədər olan müddət ərzində banka yeni güzəştli kredit müqaviləsinin bağlanılması üçün müraciət etmişdir. Bununla da məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faizvə dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli Qərarının 6.16-cı bəndi bağlanılması üçün müraciət etmişdir. Bununla da o icra etməli olduğu bütün hərəkətləri həyata keçirmişdir “ .
24. Qətnamənin əsaslılığı və qanuniliyi baxımından əhəmiyyət kəsb etməsə də, apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, bank özü də apellyasiya şikayətinə etirazında Cavabdeh 1306,74 manat məbləğində kompensasiya köçürüldüyünü, 22 aprel 2019-cu il tarixdə borcun əsas hissəsindən qeyd edilən məbləğin silindiyini qeyd etmişdir və yuxarıda qeyd olunduğu kimi bu xüsusatlar yalnız məhkəmə qərarının icrası qaydasında mübahisələndirilə bilər.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, e-2(007)- 4711/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, e-2(007)- 4711/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev