Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3379/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit tələbi”nə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı idda ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Vəkil Zərgərovdan 250.000 manat pulun (xx xxxxxx 2015-ci ildə bu məbləğ 320.000ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 37 ay x 2.000 manat=74.000 manat, ona çatacaq icarə haqlarının məbləğini), bundan əlavə ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat pulun tutularaq ona ödənilməsi, əks təqdirdə alqı-satqı müqaviləsinin ləğvinə dair xx xxxx 2015-ci il tarixli saziş əsasında ünvan 1 saylı ünvanda yerləşən sahəsi 59,0 kv.metr olan qeyri yaşayış sahəsinin ona geri qaytarılması və bu illər ərzində ailə üzvlərinə dəymiş ziyanın (bu günə kimi 37 ay x 2.000 manat = 74.000 manat icarə haqqı və ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat) məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)- 1245/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilk iddia ərizəsi təmin, Cavabdeh İddiaçı qarşı “250.000 manat, mənəvi ziyana görə 50.000 manat pulun tutulması, əks halda alqı-satqı müqaviləsinin ləğvinə dair xx xxxx 2015-ci il tarixli saziş əsasında Bakı şəhəri, S.Vurğun küçəsi, 73 saylı ünvanda yerləşən sahəsi 59,0 kv.metr olan qeyri-yaşayış sahəsinin qaytarılması və bu illər ərzində dəymiş ziyana görə 74.000 manat icarə haqqının ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh 9.600 manat pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd edilməsi və onun qarşılıqlı iddia tələbinin təmin olunmasını İddiaçı və Vəkil Zərgərovdan 250.000 manat pulun (xx xxxxxx 2015-ci ildə bu məbləğ 320.000 ABŞ dolları edirdi) və bu aylar üzrə (bu günə kimi, 37 ay x 2.000 manat=74.000 manat, ona çatacaq icarə haqlarının məbləğini), bundan əlavə ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat pulun tutularaq ona ödənilməsi, əks təqdirdə alqı-satqı müqaviləsinin ləğvinə dair xx xxxx 2015-ci il tarixli saziş əsasında ünvan 1 saylı ünvanda yerləşən sahəsi 59,0 kv.metr olan qeyri yaşayış sahəsinin ona geri qaytarılması və bu illər ərzində ailə üzvlərinə dəymiş ziyanın (bu günə kimi 37 ay x 2.000 manat = 74.000 manat icarə haqqı və ailəsinin çəkdiyi mənəvi iztirab və əziyyətlərə görə 50.000 manat) məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvələr tanımadığı Nadir adlı şəxs tərəfindən ona pul verilməsinin mahiyyəti araşdırılmamış, onun aldadılaraq dələduzluq yolu ilə öz məqsədlərinə qanunsuz yolla çatmasına nail olmuşlar. Halbuki, mülkiyyətində olan əmlakının qiyməti hesab edilsə ki, aldığı borcdan dəfələrlə artıqdır. Bundan başqa, barışıq sazişini rəhbər tutan cavabdeh, onunla bağlanmış barışıq sazişində konkret olaraq notariusun iştirakı ilə göstərmişdir ki, 9600 manat məbləği ona bağışlamasını öz imzası ilə notariusda ona təqdim etmişdir. Həmin müqavilə birbaşa onun çıxılmaz vəziyyətdə olmasını dəlalət edir. Hər bir halda məhkəmə araşdırma aparmadan, onun mülkiyyətini nəzərə almadan, birtərəfli qətnaməsi qanunsuz və ədalətsiz hesab edilməklə ləğv edilməlidir. Bununla yanaşı istinad etdiyi dəlillər Ədliyyə Nazirliyinə göndərdiyi məktubun cavabında öz əksini tapmışdır. Ədliyyə Nazirliyinə müraciətinə cavab olaraq xx.xx.2018-ci il tarixli 05/Ə-05-13 saylı məktubda bildirilmişdir ki, həqiqətən 12 saylı Notariat Kontorunun dövlət notariusu Hünər Hacıyev öz vəzifə səlahiyyətinə laqeydlik nümayiş etdirərək, alqı-satqı müqaviləsinin ləğvinə qanunsuz yol vermişdir. Guya Abdullayev Rövşən tərəfindən saxtakarlıq edərək dövlət sənədi olan çıxarışın əslini kopyalayaraq ona təqdim etdiyini bilməyərək imzalamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)- 7872/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1245/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2682/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-7872/2018 saylı qətnaməsi qismən – qarşılıqlı iddiaçı Cavabdeh 9.600 manat pulun tutulub İddiaçı verilməsinə dair ilk iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 8689/2019 saylı qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1245/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-141/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-8689/2019 saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnaməni qeyd edilən hissədə ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında mülki işə apellyasiya qaydasında yenidən baxılarkən aşağıdakıların nəzərə alınmasını məqsədəmüvafiq hesab etmişdir: 1)Mülki işin materialları ilə Cavabdeh və ailə üzvlərinin iradə ifadələrinin fərqli olması öz təsdiqini tapmır, əksinə onlar həmişə eyni mövqedən çıxış etmişlər; 2)Cavabdeh həmin iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ailə üzvlərinin ayrıca iddia ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət zamanı istinad etdikləri eyni əsaslarla istinad etmiş, eyni tələbləri irəli sürmüşdür. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh apelyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X3 izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilən işin araşdırılmalı halları ilə bağlı bildirmişdir ki, iddiaçı ilə qarşılıqlı iddiaçının arasında əvvəllər mülki mübahisələr olmuş, lakin xx xxxxxx 2016-cı il tarixdə onların arasında barışıq sazişi bağlanmış, həmin sazişin şərtlərinə görə 9600 manat məbləğində borcun iddiaçı tərəfindən Cavabdeh bağışlanması müqabilində sonuncu İddiaçı qarşı heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüşdür. Qeyd edilən sazişin şərtlərinə Cavabdeh tərəfindən daim əməl olunmuş və o, İddiaçı qarşı məhkəmə qaydasında heç bir tələb irəli sürməmişdir. Cavabdeh ailə üzvlərinin İddiaçı qarşı məhkəmədə iddia qaldırmalarıının isə ona heç bir aidiyyatı yoxdur. Belə ki, iddiaçı ilə bağladığı barışıq sazişindən xəbər tutan Cavabdeh ailə üzvləri bundan narazı qalmış, hətta onun arvadı ilə münasibətləri korlanmış və boşanma həddinə qədər gəlib çatmışdır. Bu səbəbdən də, onun ailə üzvləri xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinin şərtlərinə əhəmiyyət vermədən qeyd edilən iddiaları qaldırmışlar. Hesab edir ki, bu işdə Cavabdeh heç bir təqsiri olmamışdır və o, barışıq sazişinin şərtlərini pozmamışdır. İddia ərizələrinin məzmunun oxşarlığı isə tərəflər arasında olan mülki mübahisələrin eyni əsaslarla, və eyni predmetlər üzrə aparılması ilə izah olunur. Qeyd olunanlara əsasən, ilk iddia tələbinin rədd edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, işdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış xx xxxxxxx 2016-cı il tarixli borc müqaviləsinə əsasən sonuncu İddiaçı 9.600 manat borc pul almış və həmin borcu xx xxxxx 2017-ci il tarixədək tam məbləğdə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Eləcə də, işə əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxx 2016-cı il tarixdə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Hazırda əldə etdikləri razılığa əsasən, İddiaçı verdiyi 9.600 manat borc pulu sonuncuya bağışlayır. Eyni zamanda Cavabdeh qəbul edir ki, Bakı şəhəri, H.Əliyev prospekti, 72 saylı ünvanda yerləşən 08 saylı mənzilin alqı-satqı müqaviləsinə, bundan əvvəl bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 73 saylı ünvanda yerləşən 90 saylı mağazanın xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqavilənin ləğvinə dair xx xxxx 2015-ci il tarixli sazişlə bağlı hazırda heç bir iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Əgər Cavabdeh bununla bağlı mübahisə yaradarsa hazırkı borc müqaviləsində göstərilən borc pulun iki mislini ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddənin mənasına görə, bağışlama müqaviləsi üçün xarakterik cəhət onun əvəzsiz olmasıdır və bu zaman vadaredici səbəblər, bağışlamanın motivləri müqavilənin özü üçün əhəmiyyət kəsb etmir. Bağışlama müqaviləsi o halda şərtlə bağlanmış sayıla bilər ki, belə bir şərt müqavilədə nəzərdə tutulmuş olsun. Belə şərtin nəzərdə tutulmadığı müqavilə hədiyyə alan üçün hədiyyə verən qarşısında hər hansı vəzifə yaratmır, çünki bu halda bağışlama müqaviləsi özünün birtərəfli xarakterini itirər. Əqdin şərtlə bağlanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə göstərilir ki, əqdin şərtlə bağlanmış əqd kimi tanınması üçün onun iştirakçıları arasında bağlanmış müqavilədə həmin şərtlərin qeyd olunması zəruridir. Həmin hal mühüm əhəmiyyət kəsb edir, qanunun mənasına görə tərəflər üçün belə əqd üzrə hüquqi nəticələr yalnız həmin şərtlərin yerinə yetirildiyi hallarda yarana bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdən görünür ki, xx xxxxxxx 2016-cı il tarixli borc müqaviləsinin bağlanmasından sonra, tərəflər arasında xx xxxxxx 2016-cı il tarixli barışıq sazişi olmuş və həmin sazişin şərtlərinə görə İddiaçı Cavabdeh verdiyi 9.600 manat borc pulu ona bağışlamışdır. Qeyd olunan “Barışıq Sazişi”nin şərtlərinə görə, Cavabdeh da Bakı şəhəri, H.Əliyev prospekti, 72 saylı ünvanda yerləşən 08 saylı mənzilin alqı-satqı müqaviləsinə, bundan əvvəl bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 73 saylı ünvanda yerləşən 90 saylı mağazanın xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqavilənin ləğvinə dair xx xxxx 2015-ci il tarixli sazişlə bağlı heç bir iddiası və tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, Cavabdeh qeyd olunan mənzilin və qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı heç bir iddiası və tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə öhdəlik götürməsinə səbəb borcun bağışlanması olmuşdur. Beləliklə də, borcun bağışlanması ilə mənzilin və qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı heç bir iddia və tələbin olmadığı və gələcəkdə də olmayacağı arasında səbəbli əlaqənin olması açıq-aşkar bəlli olur. Cavabdeh qeyd olunan sazişin şərtlərinə əməl etməməsi işdən görünmür. Əksinə, Cavabdehla Rövşən Abdullayev arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli barışıq sazişindən sonra Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin ona qaytarılması barədə iddiadan imtina etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(004)-14118/2016 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş və qeyd olunan qərardad qanuni qüvvəyə minmişdir. Həmçinin, məhkəmə iclasında Cavabdeh ailə üzvlərinin İddiaçı məhkəməyə vermələrinin Cavabdehla əlaqəsinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1245/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1245/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə də təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3379/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3379/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver