Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3379/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ilə məhkəməyə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə badbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə hər ay 250 manat 2020-ci ilin avqust ayından qətnamə qanuni qüvvəyə minən günədək hesablanaraq tutulması qərara alınmış, qalan hissədə iddia təmin olunmamışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Nizami Rayon Məhkəməsindən sorğu daxil omuş, həmin sorğuda qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə ayrılıqda hazırkı məsələnin həlinə etiraz etmədiklərini bildirdilər. Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 saylı, 04.05.2022-ci il tarixli sorğu daxil olmuş, sorğuda Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3379/2022-001 saylı, 12.04.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-367/2022 saylı, 27.01.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Babayev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3379/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3379/2022
19.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver