Məhkəmə qərarları › İş №2(103)-338/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-338/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-338/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı X3, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkili Vəkil, tərcüməçi X2 iştirakları ilə, İddiaçı X3 cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi, Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Polis İdarəsinə qarşı “hüquq pozuntularının tanınması, dəymiş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-653/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X6 cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi, Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının mənzil yerləşən evin elektrik enerjisi, qaz, su və başqa təchizatının dayandırılması, mənzilinə zorla daxil olunması, əşyalarının daşınması və mənzilinin məhv edilməsi iddiaçının pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 250000 manat, mənəvi zərərə görə 50000 manat kompensasiyanın ərizəçinin xeyrinə tutulması, 2016-cı ilin avqust ayından etibarən hazırki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarının tam icra edilməsi müddətinədək cavabdehlərdən müştərək qaydada hər aya görə 500 manat icarə haqqı tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 27 nömrəli ikimərtəbəli binanın ikinci mərtəbəsində 25 nömrəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18.06.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarış ilə təsdiq edilir. Mənzil 1995-ci ildə onun mərhum həyat yoldaşı tərəfindən alınıb, 21 sentyabr 1995-ci il tarixində mülkyyət hüququ əldə edib. Ərizəçi həmin vaxtdan göstərilən mənzildə daimi qeydiyyatdadır. 2006-cı ildə isə mənzil mərhum həyat yoldaşı tərəfindən ona bağışlanmışdır. Cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının 42 saylı 28 mart 2016-cı il tarixli Sərəncamına istinadən cavabdeh "xxxx" MTK ərizəçinin mənzili də daxil olmaqla yuxarıda adıçəkilən ikimərtəbəli yaşayış binasının söküntüsünü həyata keçirmişdir. Ərizəçiyə məlum olmuşdur ki, həmin sərəncam əsasında Səbail Rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında hətta 28.03.2016-cıil tarixli müqavilə bağlanılmış, həmin müqaviləyə görə cavabdeh "xxxx" MTK-ya ərizəçi və onun mənzili olan binanın yerləşdiyi torpaq sahəsində, yəni ərizəçi və digər mənzil mülkiyyətçilərinin qanuni istifadəsində olan torpaq sahəsində söküntü və tikinti işləri aparılması tapşırılmışdır. Cavabdehlər "xxxx" MTK və Səbail rayon İcra Hakimiyyətinin onlara aidiyyəti olmayan torpaqla bağlı belə əqdi əhəmiyyətsiz və puçdur. Cavabdehlər Bakı şəhərində dəfələrlə sınaqdan keçirilmiş “metoddan” istifadə etmiş, müxtəlif üsullarla köçürməyə nail olduqları sakinlərin mənzillərinə daxil olaraq, onları sökmüş, bu zaman qonşu mənzillərin divarlarını, damını, hətta yükdaşıyan divar və konstruksiyaları zədələyərək, elektrik enerjisi, qaz və su təchizatını pozaraq ərizəçi və başqalarının mənzillərində yaşayışı dözülməz səviyyəyə çatdırmışlar. Ərizəçinin qonşusunun mənzili dağıdılan zaman dam örtüyü ərizəçinin mənzili olan hissədə də zədələnmiş və yağıntılar zamanı mənzili su basmışdır. Qonşunun mənzilinin sökülməsi nəticəsində ərizəçinin mənzilini küçədən ayıran daş və kərpiç divar da qalmamışdır. Beləliklə, ərizəçinin mənzili cavabdehlərin qanunsuz əməllərinin nəticəsi olaraq süni səkildə qəza vəziyyətinə salınmışdır. Cavabdehlər Səbail rayon İcra Hakimiyyətinin və Səbail Polis İdarəsinin dəstəyi ilə "xxxx" MTK ərizəçi və binanın digər mülkiyyətçi və sakinlərinə müxtəlif cür təzyiqlər göstərmiş, onları əlverişsiz şərtlərlə müqavilələr bağlamağa vadar etmişlər ki, həmin müqavilələrə əsasən ərizəçi və digər mənzil mülkiyyətçiləri öz daşınmaz əmlakından imtina etməli, sonra isə hər ay "xxxx" MTK-nın hər ay ödəməli olacağı son dərəcə aşağı kirayə haqqı məbləğləri ilə kifayətlənməli idilər. Bu zaman nəzərə alınmamışdır ki, 1) binanın sökülməsi üçün heç bir dövlət ehtiyacı mövcud olmamış və bu hərəkətlər aşkar qanunsuz olmuşlar; 2) əmlakından məhrum edilən mənzil mülkiyyətçiləri üçün heç bir seçim yeri qoyulmamışonlara mənzillərin dəyərinə görə ödəniş təklif olunmamış, alternativsiz olaraq yalnız vəyalnız gələcəkdə onların binasının yerində tikiləcək yeni binada uyğun sahəli mənzillər, yeni bina inşa ediləcəyi müddətdə isə cüzi kirayə haqqı təklif edilmişdir. Bir məsələ də xüsusi əhəmiyyət kəsb edir ki, mənzil mülkiyyətçilərinə təklif olunan müqavilədə yeni bina inşa etdirilməsi üçün öz vəsaiti olmayan cavabdeh "xxxx" MTK-nın öhdəliklərinin icrasının dövlət təminatları yoxdur, bu müqavilədə heç bir dövlət orqanı iştirak etmir. Bu, maliyyə mənbələri şəffaf olmayan cavabdeh "xxxx" MTK-nın bu sahədə problemləri yaranacağı halda ona gətirib çıxara bilər ki, o, mənzilini itirmiş mülkiyyətçilərin nə kirayə haqqını ödəyər, nə də ki, yeni binanı inşa edə bilər. Nəticədə isə mənzilsiz mülkiyyətçilər qaldıqları mənzilin kirayə haqqını ödəmək imkanından belə məhrum olar. Cavabdeh Səbail rayon İcra Hakimiyyəti bu kimi hallarda mülkiyyətçilər qarşısında heç bir öhdəlik daşımayacaq. Cavabdehlərin fəaliyyəti nəticəsində ərizəçinin səhhətində problemlər yaranmış, hətta onun üçün təcili yardım çağırmışlar. Bakı şəhəri Təcili və X5 3 saylı yardımçı stansiyasının 3/419 №-li 02 avqust 2016-cı il tarixli vərəqəsindən görünür ki, həmin gün onun vəziyyəti son dərəcə pisləşmiş, qan təzyiqi 200/110-a qalxmış, nəbzi 120 olmuşdur. Hazırki iş üzrə ərizəçi 2016-cı il avqustun əvvəli iddia ərizəsi vermiş, eyni zamanda iddianın təmini üçün işə mahiyyəti üzrə baxılıb qurtarana qədər mənzilinin sökülməsi, onun elektrik enerjisi, qazı və su təchizatının dayandırılmasının qadağan edilməsinə dair ərizə vermişdir. Səbail rayon məhkəməsinin 12 avqust 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Buna baxmayaraq, cavabdehlər 13 avqust 2016-cı il tarixində hədə-qorxu və zor hesabına ərizəçi və ailə üzvlərini (övladlarını) mənzildən çıxarmış, bu zaman onlara mənzili boşaltmağa da imkanverməmiş, saat 21 radələrindən başlayaraq binaya faktiki hücum etmişlər. Ərizəçinin ailəsinin və binada qalmış digər sakinlərin mənzillərdən çıxarılması cavabdehlərin birgə fəaliyyəti nəticəsində baş vermiş, kobud və qeyri-insani rəftar şəraitində həyata keçirilmişdir. Bu, ərizəçinin qonşusu Ülviyə Şərifzadənin həyat yoldaşının çəkdiyi videoyazılarda öz təsdiqini tapıb. Videoyazida aydin gorunur ki, MTK ilə polis əməkdaşları ərizəçiyə danışıqların aparılması üçün qapini açmağı təklif edirlər. Ərizəçi və həyat yoldaşı onlardan köçürülməyə dair müvafiq məhkəmə qətnaməsini tələb etdikdə isə onlar əvəzində mənzilin bahalı taxta qapısını balta ilə sındırmağa başlamışlar. Yazıdan hətta o görünür ki, polis əməkdaşı video kameranı görərək zorla onu götürür. Sonradan video kamera qaytarıldıqda, ərizəçi görmüşdür ki, həmin kadrlar polis əməkdaşları tərəfindən silinmişdir, lakin ərizəçi tərəf polis özbaşınalığı kadrlarının bərpasına nail olmuşdur. Avqustun 13-nə qədər digər mənzil mülkiyyətçilərinin əksəriyyəti cavabdehlərin şərtləri ilə razılaşmamışdısa, sabahı gün onların böyük hissəsi çıxılmaz vəziyyətdə qaldıqlarından cavabdeh "xxxx" MTK ilə müqavilə bağlamalı olmuşdur. Hakim isə 12 avqust 2016-cı il tarixli qərardadını 17 avqustda ləğv etmişdir. Sonradan ərizəçinin iddiası olan mülki iş Səbail rayon məhkəməsində itmiş, daha sonra icraat bərpa edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9685/2017 №-li, 24 oktyabr 2017-ci il tarixli qərardadı ilə icraatın bərpası haqqında qərardad ləğv edilmişdir. "xxxx" MMC-nin ƏEM/İ 55-256/16 №-li 28 iyul 2016-cı il tarixli qiymətləndirmə rəyinə əsasən ərizəçinin mənzilinin həmin vaxta bazar dəyəri 146000 manat olmuşdur. MMC-nin 17 fevral 2017-ci il tarixli arayışına əsasən ərizəçinin mənzilinin orta aylıq kirayəsinin bazar dəyəri 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin l-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İV-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkün sökülməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırki iş üzrə dövlət ehtiyacının mövcudluğu birmənalı istisna olunur - belə ki, nə bu barədə Nazirlər Kabinetinin qərarı yoxdur, nə də ki, formal baxımdan ehtiyac özü mövcud deyil. Göründüyü kimi, cavabdeh Səbail rayon icra hakimiyyəti səlahiyyətlərindən suiistifadə edərək Konstitusiyanı və digər qanunları kobudcasına pozmuş və cavabdeh "xxxx" MTK-ya da belə pozuntuları davam etdirməyə rəvac vermişdir. Lakin cavabdehlər, hətta əmlakın dövlət ehtiyacları üçün alındığı zaman mülkiyyətçiyə ödənilməli olan kompensasiya qaydaları ilə nəzərdə tutulan minimum tələblərə belə əməl etmək istəmir, nəticədə ərizəçi indiyə kimi 1 il 4 aydır (16 ay) ki, evsiz-eşiksiz və pulsuzparasız qalmışdır. Ərizəçi hesab edir ki, hazırki iş çərçivəsində ona dəymiş maddi zərərə görə ödəniləcək məbləğ əmlakı dövlət ehtiyacları üçün alınacağı halda tətbiq edilən qaydalar ilə müəyyən edilən məbləğdən az ola bilməz. Cavabdehlərin ərizəçinin evinin guya hələ 2016-cı ilin mart ayında qəza vəziyyətində olması barədə bildirdikləri tam uydurmadır, belə olmasa idi, onlar Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idilər - onlar isə nə məhkəmədən evin qəza vəziyyətində olmasına dair qərar əldə etmişlər, nə də ki, bu barədə ümumiyyətlə iddia vermişlər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunun 7.1.-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan mülkiyyət hüququnu itirən, torpağının və digər əmlakınınmiqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin qanunun 54.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 66.4.-cü mədəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış və 10 ildən artıq müddətdə yaşayan şəxsin alınan yaşayış sahəsi üçün iddiaçıya ödəniləcək ümumi məbləğinin 10 faiz miqdarında kompensasiya müəyyən edilmişdir. 22 ildən çoxdur ki, iddiaçı ailəsi ilə həmin mənzildə yaşayır. İddiaçı hesab edir ki, adı çəkilən qanunla nəzərdə tutulmuş 10% miqdarında kompensasiya ona verilməlidir. Bundan başqa, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli № 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər yəni birgə iddiaçılar istənilən məbləğə ona məxsus olan mənzili sata bilərlər. İddiaçı hüquqi baxımdan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (146000 manat) 20%-ni (29200) manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-ni 14600 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə ərizəçiyə (146000+29000+14600) 189600 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Buraya ərizəçinin payına düşən torpağın dəyərini və s. halları nəzərə alınsa, ona cəmi 250000 manat ödənilməlidir. Dövlət ehtiyacının olmadığı halda, iddiaçı öz əmlakına istədiyi qiyməti müəyyən edə bilər, çünki MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam yermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, ərizəçi, digər yaşayış sahəsindən müvəqqəti istifadə edilməsi ilə bağlı ona məxsus mənzil dağıdıldıqdan sonra o, hazırda kirayədə qalmaq məcburiyyətində olub. Hal-hazırda məlum olduğu kimi iddiaçının məhrum olduğu yaşayış sahəsinin şərtlərinə bərabər olan kirayə mənzillər 400 AZN civarındadır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması anlaşılır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının “İnsan hüquqlarınınvə X15 haqqında” Konvensiyanın 3, 6, 8, 13, 17, 18-ci maddələri və ona dair 1 saylı Protokolun 1-ci maddəsi və 4 saylı Protokolun 2-ci maddəsi ilə nəzərdə tutulan hüquqları da kobudcasına pozulub. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(009)-653/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən dəymiş maddi ziyana görə 146.000 manat, 2016-cı ilin avqust ayından 2018-ci ilin may ayına qədər aylıq icarə haqqı 400 manat olmaqla cəmi 8.400 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat, ümumilikdə 155.400 manatın iddiaçı X3 xeyrinə tutulması, iddiaçı X4 2018-ci ilin may ayından hazırki qətnamə icra olunanadək aylıq 400 manat məbləğində icarə haqqı ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-ın üzərinə qoyulması, ekspertiza tədqiqatlarının dəyəri olan 364 manat məbləğində pulun cavabdeh "xxxx" MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılımasını xahiş etmiş, şikayətinin iddiaərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Qətnamədən, həmçinin, narazı qalan cavabdeh "xxxx" MTK-nın nümayəndəsi apellyasiya şikayəti verərərk, onun ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səba il, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən, Bakı şəhərinin rayonlarının, o cümlədən Səbail rayonunun ərazisində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsinə və yenidən qurulmasına və s. dair 25 fevral 2016-cı il tarixli, № 86 Qərar qəbul olunmuşdur. Sözügedən Qərarda “qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması” nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş “ünvan 1 ünvanında yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında” Rəyə əsasən, sözügedən ünvanda yerləşən binanın fiziki aşınmaya məruz qalması, binanın ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərsalma tələblərinə cavab vermədiyi və şəhərin ümumi görünüşünə xələl gətirdiyi müəyyən olunmuşdur. Həmçinin, binanın mövcud vəziyyətinin texniki cəhətdən qəzalı olması və istismar üçün təhlükəli olması aşkarlanmışdır. Binada təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq aşağıdakı tədbirlərin yerinə yetirilməsi zəruri hesab edilmişdir: 1) Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2) Sakinlərin təcili olaraq binadan çıxarılması; 3) Binadakı bütün kommunikasiya xəttlərinin kəsilməsi; 4) Binaya girişin qadağan edilməsi; 5) Binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması. Göstərilənləri nəzərə alaraq, Səbail rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi” haqqında 28 mart 2016-cı il tarixli 42 nömrəli Sərəncam imzalanmışdır. Sözügedən Sərəncama əsasən, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, qəzalı vəziyyətdə olan Qurban Abbasov küçəsi 27 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının söküntüsü "xxxx" MTK-ya həvalə edilmiş və həmin Kooperativə sahəsi 0.25 ha olan çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Həmçinin, həmin Sərəncama əsasən, sözügedən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması "xxxx" MTK-nın hesabına onun tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Səbail rayonu, Qurban Abbasov küçəsi 27 ünvanında yerləşən binanın sökülməsi qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir və bunun nəticəsində iddiaçıya heç bir zərər vurulmamışdır. Belə ki, "xxxx" MTK tərəfindən AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, № 86 Qərarı və Səbail rayonu İcra Hakimiyyətinin 28 mart 2016-cı il tarixli 42 nömrəli Sərəncamı icra edilmişdir və binanın sökülməsi sözügedən normativ-hüquqi aktlar əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından və Səbail rayon İcra Hakimiyyəti başçısının Sərəncamından isə görünür ki, "xxxx" MTK tərəfindən sakinlərə hər hansı bir kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Bunun əvəzində "xxxx" MTK tərəfindən binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması nəzərdə tutulmuşdur. "xxxx" MTK tərəfindən cavabdehə müqavilə imzalanmasının dəfələrlə təklif edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin müraciətlərə heç bir məhəl qoyulmamışdır. Birinci instansiya məhkəməsində sözügedən halların tərəflərindən məhkəməyə dəfələrlə bildirilməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin məsələlərə heç bir hüquqi qiymət verilməmişdir. "xxxx" MTK tərəfindən Səbail rayonu, Qurban Abbasov küçəsi 27 ünvanında yerləşən mənzillərdən köçürülmüş sakinlərin böyük bir hissəsi ilə (müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi (300 AZN) və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasına dair) müqavilələr bağlamışdır. Cavabdeh tərəfindən iddiaçıya yuxarıda qeyd olunan şərtlərlə Müqavilənin bağlanması dəfələrlə təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin təkliflərə heç bir məhəl qoyulmamış və müqavilənin bağlanması istiqamətində heç bir addım atılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2018-ci tarixli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh "xxxx" MTKnın apellyasiya şikayətinin qismən təmin edilməsi, Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, X3 iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanda yerləşən mənzilin sökülməsi müqabilində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən X4 2016-cı ilin avqust ayından sökülmüş tikililərin yerində "xxxx" MTK tərəfindən yeni tikiləcək yaşayış binasında ona yeni mənzil təhvil verilənədək 300 manat məbləğində mənzil kirayəsi ödənilməsi, ünvan 2 ünvanda yerləşən mənzilin sökülməsi müqabilində "xxxx" MTK-nın üzərinə yeni tikiləçək yaşayış binasında müvafiq qaydada iddiaçının mülkiyyətində olmuş mənzilin ümumi sahəsindən 20 faiz artıq olmaqla yeni mənzil verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 364 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qərarı ilə iddiaçı Violetta Mir-Bağırovanın kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, cavabdeh "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6431/2019 saylı, 15 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Violetta Mir-Bağırova və cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Səbail Rayon Məhkəməsinin 21 may 2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı Violetta Mir-Bağırovanın kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi müvqələrə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, V.Mir-Bağırova Konstitusiya Məhkəməsinə ünvanladığı etiraz ərizəsində "xxxx" MTK tərəfindən məhkəmə qətnaməsinin könüllü icra olunduğunu, pulun ödənildiyini göstərmiş və konstitusiya işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin, həmin Qərardan gorünür ki, "xxxx" MTK isə əlavə ərizə ilə Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisələndirilən qərarı dərhal qanuni qüvvəyə mindiyindən və məcburi icraya yönəldiyindən, eyni zamanda iddiaçı V.Mir-Bağırovanın maddi durumunun ağır olmasını, evsiz qalmasını, habelə COVİD-19 pandemiyasına görə tətbiq edilmiş karantin rejimini nəzərə alaraq 19 mart 2020-ci il tarixində könüllü olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilən vəsaiti tam şəkildə iddiaçının şəxsi bank hesabına köçürdüyünü göstərmiş, lakin Konstitusiya Məhkəməsi Plenumunun qərarının bu kateqoriyadan olan işlərə təsiri baxımından konstitusiya işi üzrə icraatın dayandırılmamasını və yekun qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-1(k)/2021 saylı, 30 aprel 2021-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 11 oktyabr 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Həmçinin, iddiaçı qeyd etmişdir ki, sonuncu qiymətləndirmənin keçirilməsi ilə bağlı ona qiymətləndirici tərəfindən hər-hansı bir məlumat verilməmiş və mənzillə bağlı hər-hansı bir sənəd istənilməmişdir. Eyni zamanda iddiaçı təsdiqləmişdir ki, hazırki iş Konstitusiya Məhkəməsinin icraatında olarkən "xxxx" MTK tərəfindən ona ümumilikdə 164.600 manat pul ödənilmişdir. O, cavabdeh MTK-dan mənzil istəmir və pul şəklində ona dəymiş ziyanin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi-vəkili onlar tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təqdim edərək şikayətlərinin təmin olunması, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Həmçinin, nümayəndə bildirmişdir ki, hazırki iş Konstitusiya Məhkəməsinin icraatında olarkən "xxxx" MTK tərəfindən ümumilikdə 164.600 manat pul 18.03.2020-ci il tarixdə iddiaçının hesabına köçürülmüş və iddiaçı da pulun ödənilməsini təsdiq etmişdir. Hazırda, "xxxx" MTK-dan dəymiş maddi ziyana görə 80.355 manat məbləğində müəyyən edilməsi, iddiaçıya artıq ödənilmiş 65.645 manat pul vəsaiti üzrə icrada dönüş edilərək, həmin vəsait iddiaçıdan tutularaq "xxxx" MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda nümayəndə qeyd etmişdir ki, MTK-da artıq bütün mənzillər satılmış iddiaçıya cavabdeh tərəfindən veriləsi mənzil yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh olunanları nəzərə almaqla, həmçinin, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 31 avqust 1995-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X8 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail küçəsi, 27 saylı evin ümumi sahəsi 44,0 kv.m., yaşayış sahəsi 28,0 kv.m. olan bir otaqlı 25 saylı mənzilini X1; 30/15866 saylı, 21.09.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail küçəsi, 27 saylı evin, 25 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X10 məxsusdur; 25 fevral 2006-cı il tarixli mənzilin bağışlama müqaviləsinin surətindən görünür ki, X14 xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Səbail (Q.Abbasov) küçəsi, 27 saylı evin 25 saylı mənzilini arvadı X4 bağışladı; daşınmaz əmlakın dövlət reyestrindən 18.06.2016-cı il tarixli, ********** saylıçıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 27 saylı evin ümumi sahəsi 48,7 kv.m. olan 25 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 28 iyul 2016-cı il tarixli, ƏEM/İ 55-256/16 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 27 saylı evin 25 saylı mənzilinin 28 iyul 2016-cı il tarixinə bazar dəyəri 146000 manat təşkil edir; "xxxx" MMC-nin 17 fevral 2017-ci il tarixli, ƏEM/F 78-240 saylı arayışından görünür ki, ünvan 3 ünvanı və yaxın ətraf ərazidə yerləşən köhnə tikili binalarda üç otaqlı, yaşayış üçün tam şəraitli mənzillərin orta aylıq kirayə haqqı 400 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli “ünvan 1 ünvanda yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında” Rəydən görünür ki, sözügedən ünvanda yerləşən bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir, bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq aşağıdakı tədbirlər yerinə yetirilməlidir: 1) Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2) Sakinlərin təcili olaraq binadan çıxarılması; 3) Binadakı bütün kommunikasiya xəttlərinin kəsilməsi; 4) Binaya girişin qadağan edilməsi; 5) Binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 28 mart 2016-cı il tarixli, 42 №-li Sərəncamından görünür ki, “Bakı şəhərinin rayonlarında,o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarı rəhbər tutularaq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş 07 mart 2016-cı il tarixli rəyi və "xxxx" MTK-nın 21.03.2016-cı il tarixli, 1 saylı müraciəti nəzərə alınaraq qərara alınır: 1. Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Q.Abbasov küçəsi 27 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının söküntüsü "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilsin və həmin kooperativə sahəsi 0.25 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilsin. 2. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada manzillərin ayrılması "xxxx" MTK-nin vəsaiti hesabına həyata keçirilsin. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş əmlakın qiymətləndirilməsi üzrə "xxxx" MMC-nin 16.03.2018-ci il tarixli, 135 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 2 ünvanda yerləşən mənzilin 16.03.2-18-ci il tarixə bazar dəyəri 72.150 manat müəyyən edilmişdir. Eləcə də, qeyd olunan ünvan üzrə mənzillərin aylıq kirayə haqqı 300 manat müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hazırki mübahisə iddiaçı Violetta Mir-Bağırovaya məxsus mənzilə münasibətdə onun mülkiyyət hüququnun müdafiəsindən yaranmışdır ki, iddiaçının fikrincə ona məxsus mənzil cavabdehlər tərəfindən qanunsuz olaraq sökülmüş, bu da, ona əhəmiyyətli dərəcədə ziyan vurulmasına gətirib çıxarmışdır. Beləliklə, məhkəmə tədqiqatının predmeti nəinki mübahisəli mənzilin sökülməsi halları, eləcə də, dəqiq həcmdə mülkiyyət hüququnun yaranması, həmin əmlakın itirilməsi nəticəsində yaranmış ziyanla bağlı hallardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kollegiya hesab edir ki, mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) mübahisənin əsas dəlilini təşkil etdiyindən mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı Avropa İnsan Hüquqları Konvensiyasının (AHİK) 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında da mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və X15 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlmək olur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “ünvan 5 ünvanında yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında” 7 mart 2016-cı il tarixli Rəyə (bundan sonra – “Azərdövlətlayihə” DBLİ-nin Rəyi) əsasən, sözügedən ünvanda yerləşən bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir, bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanlara əsasən Rəydə aşağıdakı tədbirlərin yerinə yetirilməsi göstərilmişdir: 1) binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2) sakinlərin təcili olaraq binadan çıxarılması; 3) binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi; 4) binaya girişin qadağan edilməsi; 5) binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması. Həmçinin, Nazirlər Kabinetinin Qərarı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin istismarına icazənin verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Nazirlər Kabinetinin bu Qərarına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ-nin Rəyi və "xxxx" MTK-nın 21 mart 2016-cı il tarixli müraciətini nəzərə alaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 28 mart tarixli 42 nömrəli Sərəncamı ilə ünvan 5 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının söküntüsünün həmin MTK tərəfindən yerinə yetirilməsinə və çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının "xxxx" MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Hazırki iş üzrə Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Hazırki iş üzrə Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Hazırki iş üzrə sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçı Violetta Mir-Bağırovaya məxsus olan ünvan 3in, 25 saylı mənzili onun razılığı və ya digər qanuni əsas olmadan 13 avqust 2016-cı il tarixdə gecə saatlarında sökülmüş və həmin mənzilin, eləcə də həmin binada yerləşən digər mənzillərin söküntüsü cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfındən həyata keçirilmişdir. Bu xüsusat iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli “ünvan 1 ünvanda yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında” Rəylə, Səbail rayon İcra Hakimiyyəti Başçısının 28 mart 2016cı il tarixli, 42 №-li Sərəncamı ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq olunur. Həmçinin, müəyyən olunur ki, cavabdeh "xxxx" MTK tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində iddiaçı V.A.Mir-Bağırovanın mülkiyyət hüququ pozulmuş, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də, mütənasib olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfındən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MTK-nın təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etmiş və iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MTK iddiaçı Violetta Mir-Bağırova qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Ümumi norma olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Təkrar apelyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirmə rəyindən, yəni "xxxx" MMC-nin verdiyi 20.12.2021-ci il tarixli h/01/PLS nömrəli rəyindən görünür ki, Bakı şəhəri Səbail Rayonu, Qurban Abbasov küçəsində yerləşən 27 saylı evin 25 saylı 48.7 kv.m mənzilin bazar qiyməti 80355 manat, aylıq kirayə haqqı 400 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə verilmiş qiymətləndirmə rəylərini tədqiq edərək müşavirə nəticəsində belə qənaətə gəlir ki, iş üzrə "xxxx" MMC-nin ekspert rəyindəki qiymət iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından ağlabatan mühakimə əsasında işin hallarına daha uyğundur və daha qəbulediləndir. Digər tərəfdən, müəyyən olunur ki, "xxxx" MMC tərəfindən mənzilin qiymətləndirilməsi aparılarkən həmin bina sökülmədiyindən mənzilə baxış keçirmiş mütəxəssis binanın həm xaricdən, həm də otaqların daxilindəki təmir vəziyyətini görmüş və buna uyğun olaraq mənzilə qiymət müəyyən etmişdir. Lakin "xxxx" MMC-nin və "xxxx" MMC-nin mütəxəssisi tərəfindən qiymətləndirmə keçirilərkən mübahisəli mənzil artıq sökülmüş olduğundan, mütəxəssis həmin mənzilə baxış keçirmədən qiymət müəyyən etmişlər. Həmçinin, iddiaçı izahatında bildirmişdir ki, evə baxış keçirilərəkən ondan hər hansı bir sənəd tələb olunmamış və ona bu barədə qiymətləndirici tərəfindən məlumat verilməmişdir. Həmçinin, kollegiya hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınaraq mübahisəli ünvan üzrə mənzillərin kirayə haqqı kimi "xxxx" MMC-nin müəyyən etdiyi qiymət (400 manat) əsas götürülməlidir. Məhkəmə kollegiyası mənəvi ziyan tələbi ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh "xxxx" MTK tərəfındən aparılmış söküntü işləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzilindən məhrum olması və iddiaçının bu məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara müraciət etməyə məcbur qalması, eləcə də, vurulmuş zərərin uzun müddət ərzində cavabdeh tərəfındən aradan qaldırılmaması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, evin dəyərinə görə kifayət qədər ədalətli kompensasiya cavabdehdən tutulduğu üçün əlavə olaraq mənəvi ziyan məbləğinin artırılmasına lüzum yoxdur. Kollegiya bildirir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Eyni zamanda məhkəmə kollegiyası hər iki apelyasiya şikayətlərinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə ilə bağlı hüquqdan sui-istifadə hallarına da yol verilməməlidir. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X17 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Daha sonra, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Polis İdarəsi tərəfindən iddiaçı Violetta Mir- Bağırovaya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi faktı aşkar edilmədiyindən, iddia tələbi vurulmuş zərərin həmin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən mənzilin bazar qiymətinin 20% miqdarında və 10% miqdarında çətinliklə bağlı kompensasiyaların iddiaçının xeyrinə alınması barədə iddia tələbləri əsassızdır və aşağıdakılara görə təmin edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 07 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26.12.2007ci il tarixli 689 saylı Fərmanının 2.3.-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə qeyd olunan normativ hüquqi akta əsasən 20% satınalma dəyəri o şəxslərə tətbiq olunur ki, onların evlərinin yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınır. Hazırki iş üzrə belə hal müəyyən olunmadığından, qeyd olunan Prezident Fərmanının qüvvəsi hazırki mübahisəyə tətbiq oluna bilməz. Eləcə də, məhkəmə hesab etmişdir ki, qeyd olunan əsasla iddiaçıya 10 faiz miqdarında çətinliklə bağlı kompensasiya ödənilməsi barədə tələb də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətləri də əsaslı hesab edərək qeyd edir ki, qeyd olunan hissədə də birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Yuxarıda qeyd olunduğu kimi hazırki iş üzrə Konstitusiya Məhkəməsinin Plenumu da qərarında xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. Beləliklə, göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətlərinin dəlilləri ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı X3 və cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-653/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar