Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-338/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: pul, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Dövlət Sosial Müdafiə X5 Şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)- 245/2018 №-li qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2018-ci il tarixli 2(103)-265/2018 №- li qətnaməsi ilə isə iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq Səbail rayon məhkəməsinin qətnaməsi qismən - iddiaçının ikinci dərəcəli əlillik qrupu olmasına baxmayaraq ona münasibətdə qısaldılmış iş vaxtının tətbiq edilməməsi, iş vaxtından artıq iş görməsi və buna uyğun olaraq əlavə əmək haqqı və məzuniyyət pulunun verilməməsi ilə bağlı tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək İddiaçı iş vaxtından artıq işlədiyi saatlara görə ödənilməmiş 49.938,42 manat, məzuniyyət günlərinə görə ödənilməmiş 4.386,26 manat pulun bankdan tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və ekspertiza xərcinin dəyəri 145 manat banka aid edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın qətnaməsi dəyişdirilmədən və Bankın kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır.
2. Qətnamə qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra icra icraatı mərhələsində tərəflər arasında bağlanmış 07 may 2019-cu il tarixli “Barışıq sazişi”nə əsasən ona ödənilməsi tələb olunan 54 324.68 AZN məbləğində olan pul vəsaitindən 45 000 AZN ödənişin həyata keçirilməsi və cavabdehə münasibətdə isə ümumi məbləğdən qalan 9 324.68 AZN-dən imtina edilməsi barədə razılıq əldə edilmişdir. Sözügedən vəsait elə həmin gün iddiaçının adına açılmış bank hesabına köçürülmüşdür.
3. İddiaçı barışıq sazişi bağlandıqdan və 45000 AZN məbləği əldə edəndən sonra vergi orqanına şikayət ərizəsi ilə müraciət edərək bank tərəfindən ona ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyini və nəticədə gözlədiyindən az pensiya aldığını bildirmişdir.
4. Belə ki, iddiaçı 22 yanvar 2008-ci il tarixindən İİ qrup əlilliyə görə əmək pensiyaçısı olmuşdur. 27 mart 2018-ci il tarixdən etibarən isə əlillik qrupu dəyişdirilmiş və müddətsiz İ qrup əlillik müəyyən edilmişdir. Tərəfindən 21 avqust 2017-ci ildə verilmiş ərizə əsasında əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. 01 sentyabr 2017-ci il tarixindən əmək pensiyasının məbləği 654.28 AZN-ə, 01 yanvar 2020-ci il tarixindən isə 852.56 AZN-ə çatdırılmışdır.
5. İddiaçı müraciətinə əsasən araşdırma aparan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 98-ci, 101-ci, 102-ci və "Sosial sığorta haqqında” Qanunun 14-cü maddələrinə istinad edərək 45000 manata görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini, həmçinin dəqiqləşdirilmiş bəyannamənin təqdim olunmasını bankdan tələb etmişdir. Vergi orqanın yazılı tələbinə əsasən İddiaçı ödənilən gəlirdən tutulmalı olan 6997.5 manat gəlir vergisi, 5794,21 manat məcburi dövlət sosial sığorta haqqı, 290.41 manat işsizlikdən sığorta haqqı, cəmi 13082.12 manat bank tərəfindən xx.xx.2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qeyd edilən ödənişləri həyata keçirəndən sonra iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997.5 manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290.41 manat, əldən çıxmış faydaya görə 3538,91 manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 16651,03 manat pulun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Bankın məhkəmə qətnaməsinə əsasən ödədiyi 45000 manat İddiaçı muzdlu işlə əlaqədar əldə etdiyi gəlirdir və o, həmin gəlir üzrə gəlir vergisinin ödəyicisidir. Bank isə onun gəlirindən gəlir vergisini ödəmə mənbəyindən tutmağa və büdcəyə köçürməyə borclu olan vergi agentidir. Həmin iddia üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktına əsasən (Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi) cavabdeh İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə muzdlu işlə əlaqədar gəlirindən gəlir vergisi kimi ödənilmiş 6997,5 (altı min doqquz yüz doxsan yeddi manat 50 qəpik) manat, məcburi dövlət sosial sığorta haqqı kimi ödənilmiş 5794,21 (beş min yeddi yüz doxsan dörd manat 21 qəpik) manat, işsizlikdən sığorta haqqı kimi ödənilmiş 290,41 (iki yüz doxsan manat 41 qəpik) manat, əldən çıxmış faydaya görə 3538,91 (üç min beş yüz otuz səkkiz manat 91 qəpik) manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 16651,03 (on altı min altı yüz əlli bir manat 3 qəpik) manat tutulması qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18380.69 manat məbləğində əldən çıxmış fayda və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 18410.69 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, 22 yanvar 2008-ci il tarixindən İİ qrup əlilliyə görə əmək pensiyaçısı olmuşdur. 27 mart 2018-ci il tarixdən etibarən isə əlillik qrupu dəyişdirilmiş və müddətsiz İ qrup əlillik müəyyən edilmişdir. Tərəfindən 21 avqust 2017-ci ildə verilmiş ərizə əsasında əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. 01 sentyabr 2017-ci il tarixindən əmək pensiyasının məbləği 654.28 AZN-ə 01 yanvar 2020-ci il tarixindən isə 852.56 AZN-ə çatdırılmışdır. Cavabdehin yol verdiyi hüquq pozuntuları bu gün pensiya hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə nəticələnmişdir. Belə ki, 14,520.53 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqının vaxtında dövlət büdcəsinə ödənildiyi halda, yaranacaq pensiya məbləği barədə məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına (bundan sonra “DSMF”) müraciət etmişdir. Həmin müraciətə cavab olaraq təqdim edilmiş 05 yanvar 2021-ci il tarixli məktubla məlum olmuşdur ki, fərdi hesabına ötən dövrlər üzrə ödənilən vəsait, əmək haqqının ödənildiyi dövrlərdə ödənilsəydi, əmək pensiyasının məbləği 01 sentyabr 2017-ci ildən 654.28 AZN deyil, 876.56 AZN müəyyən ediləcəkdi. Sözügedən məbləğlər 2018-2020-ci illər üzrə indeksləşdirilərək 01 yanvar 2020-ci il tarixinə 1,134.74 AZN təşkil edəcəkdi. Yuxarıda qeyd olunan cədvəldə A və B sütunları ona 2017-ci ilin iyul ayından başlayaraq 2020-ci ilin dekabr ayınadək olan dövrlər üzrə əmək pensiyasının məbləğinə təsir göstərmiş faktorlardan asılı olaraq müxtəlif məbləğdə pensiya ödənişinin həyata keçirildiyi ayların sayını ifadə edir. Qeyd edir ki, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 01 iyul 2017-ci il tarixindən etibarən yenidən hesablanmağa başlanılmışdır. C sütunu ona təyin edilmiş pensiya məbləğini, D sütunu 14,520.53 AZN məbləğində məcburi dövlət sosial sığorta haqqı 2017-ci ilədək ödənildiyi təqdirdə əldə ediləcək pensiya məbləğini müəyyən edir. D-yə diqqət yetirdikdə, əmək pensiyası məbləğində müvafiq dəyişikliklər (artım) müşahidə olunur ki, bu da bilavasitə 2018-2020-ci illərdə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmənin aparılması ilə əlaqədardır. E isə ona əldən çıxmış fayda şəklində dəymiş zərəri bildirir. Yuxarıda göstərilənlərə əlavə olaraq bəhs olunan məsələ üzrə əldən çıxmış faydanın hesablandığı dövrlə bağlı bəzi məqamları qeyd edir. Məlumdur ki, 01 iyul 2017-ci il tarixdən başlayaraq əmək pensiyanın şərti çevrilməsi həyata keçirilmiş və yenidən hesablanma ilə bağlı qanunvericiliyə bir sıra əlavə və düzəlişlər edilmişdir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, 13,408.26 AZN, 1 iyul 2017-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmalı idi. Cavabdeh əmək haqqını vaxtında ödəmiş olsaydı, bəhs olunan dövrlər üzrə həmin məbləğlərdən tutulası məcburi dövlət sosial sığorta haqları hesabına indiki ilə müqayisədə daha yüksək məbləğdə pensiya 1,134.74 AZN əldə edə bilərdi. Bununla da cavabdeh ona faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Bu zərərin mövcudluğu isə 05 yanvar 2021ci il tarixli cavab məktubu ilə bir daha təsdiq olunur. Əmək haqqının vaxtında ödənilməməsi ilə bağlı cavabdeh tərəfindən ona maddi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(009)-7/23) iddia təmin edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsasən sonuncuya ödəməli olduğu 54324,68 manat pulun 45000 manatını onun cari hesabına köçürməsi ilə bağlı razılaşmaya gəlməsinə baxmayaraq faktiki olaraq fərdi hesabına ötən dövrlər üzrə ödənilməli olan vəsait, əmək haqqının ödənildiyi dövrlərdə ödənildiyi təqdirdə, onun əmək pensiyasının məbləği 01 sentyabr 2017-ci ildən hər ilə müvafiq olaraq pensiya məbləğinin indeksləşməsi də nəzərə alınmaqla arta bilərdi.
10. Məhkəmə həmçinin iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı ilə cavabdeh arasında daha əvvəl əmək münasibətləri mövcud olsa da, yaranmış mübahisə vaxtında ödənilməyən vəsaitə görə hesablanmayaraq ona ödənilməmiş pensiya məbləğləri ilə bağlıdır ki, həmin pensiya məbləğləri artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 384.0.4-cü, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi orqanının yazılı tələbinə əsasən AR VM-in 101.1-ci maddəsinə uyğun olaraq İddiaçı ödənilən gəlirdən tutulmalı olan məcburi dövlət sosial sığorta haqqı Bank tərəfindən xx.xx.2020-ci ildə dövlət büdcəsinə ödənilmişdir. İddiaçı ödənilən 45000 manata görə məcburi dövlət sosial sığorta haqqı həmin məbləğin İddiaçı ödənilməsi ilə eyni vaxtda (xx.xx.2019), lakin sonrakı ayın 15-dən, yəni xx.xx.2019-cu ildən gec olmayaraq ödənilməli idi. Belə ki,“Sosial sığorta haqqında” Qanunun 14.6-cımaddəsinə görə bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Odur ki, 2019-cu ilin iyun ayınadək olan və 2020-ci ilin aprelindən sonrakı dövr üçün əldən çıxmış fayda kimi zərərin ödənilməsi tələbi tamamilə əsassızdır. Məhkəmənin iddianı təmin edərkən istinad etdiyi DSMF-ninxx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, İddiaçı kapitalı əsasında əlilliyə görə əmək pensiyası Qanuna dəyişikliyin edildiyi 1 iyul 2017-ci il tarixindən nəzərə alınmaqla hesablanacağı təqdirdə hazırkı dövrə, yəni 2023-cü ilin may ayına pensiya məbləği 1592,66 manat, alınmamış ümumi pensiya məbləği isə 18380,69 manat təşkil edə bilərdi. Göründüyü kimi, xx.xx.2020-ci ildən sonrakı dövr üçün alınmamış pensiya məbləğinin əldən çıxmış fayda kimi bankdan tutulması qanunsuz olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınması üçün əsas müəyyən etmədiyindən Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
16. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında iştirak edərək izahat vermiş və apellyasiya şikayətini müdafiə etmişdir.
17. İddiaçı və nümayəndəsi, eləcə də üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
23. Dövlət Sosial Müdafiə X5 Şəxs 1 saylı regional ərazi filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının fərdi hesabına ötən dövrlər üçün ödənilən 13408.26 manat sığorta kapitalı əmək haqqının ona ödənildiyi dövrlərdə ödənildiyi halda onun pensiyasının məbləği xx.xx.2017-ci il tarixdən 654.28 manat deyil, 876.56 manat müəyyən edilməklə, bu məbləğdə illər üzrə indeksləşdiriləşdirilən zaman xx.xx.2020-ci il tarixdən pensiyasının məbləği 852.56 manat deyil, 1134.74 manat müəyyən edilə bilərdi. Həmin Fondun 16 may 2023-cü il tarixli məktubundan isə aydın olur ki, İddiaçı kapitalı əsasında əlilliyə görə əmək pensiyası Qanuna dəyişikliyin edildiyi 1 iyul 2017-ci il tarixindən nəzərə alınmaqla hesablanacağı təqdirdə hazırkı dövrə pensiya məbləği 1592,66 manat, alınmamış ümumi pensiya məbləği isə 18380,69 manat təşkil edə bilərdi.
24. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı ekspertiza təyin olunmuşdur.
25. Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2024-cü il tarixli 9/886 rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1 maddəsini nəzərə alaraq və ’’Sosial sığorata haqqında” Qanunun 14.6-cı və 14.5.1-1-ci maddərinə əsasən əmək haqqıdan MDSS haqqları üzrə ayırmalar yani tutulmuş məbləğ növbəti ayın 15-dən gec olmayaraq Dövlət büccəsinə ödənilməlidir. X3 əmək pensiyasının hesablanması və indeksləşdirilməsi aşağıdakı kimi müəyyən edilmişdir: 01.01,2017-ci il tarixinə SH - 534,72/1,147/1,034/1,114/1,166/1,03/1,057=318,82 Qanunun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017- ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. SH - 318,82+80%=573,88 Vətəndaşın əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: P S K - 170x(10/12+3)=651,7
Pensiya sığorta kapitalının 2017-ci il üzrə indeksləşdirilmiş məbləği: 2006 651.7 2007 8,3 705.8 2008 16,7 823.7 2009 20,8 '994.9 2010 1,5 1009.9 2011 5,7 1067.5 2012 7,9 1151.8 2013 1,1 1164.5 2014 2,4 1192.4 2015 1,4 1209.1 2016 4,0 1257.5 2017 12,4 1413.4
SH-1413,4/144=9,81 2017- ci il üzrə əmək pensiyasının məbləği - 110(BH)+9,81(SH hesablama 3)+7,25(SH hesablama 1)+573,88(SH hesablama 2)=700,94 manat 2018- ci il üzrə - 700,94+700,94x5,7%=740,89 manat 2019-cu il üzrə - 740,89+740,89x3%=763,12 manat Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 793/19 nömrəli qərarına əsasən vətəndaşın xx.xx.2019-cu il tarixində əmək pensiyası fərdi hesabının sığorta hissəsinə əlavə edilmiş 20132 manat sığorta kapitalı əsasında yenidən hesablanmışdır. Rəşidovun xx.xx.2019-cu il tarixində 35 yaşı olduğu nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 80 ay sığorta stajı tələb olunur (35-15)x4=80. Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir. K-80/192=0,41 KT-0,41x144=60 2019-cu il üzrə PSK - 20132,27/1,147/1,034/1,114/1,166=13068,48 SH- 13068,48/60=217,81 (2019) Əmək pensiyasının məbləği | 763,12(əmək pensiyasının məbləği hesablama 3)+217,81 =980,93+22(əmək pensiyasına əlavə)=1002,93 manat 2020 - 980,93+980,93x16.6%+22=1143,76+22=1165,76 manat 2021 - 1143,76+1143,76x11,4%=1274,15 manat 2022 - 1274,15+1274,15x3,4%=1317,47 manat 2023 - 1317,47+1317,47x14,7%= 1530,25 manat vəsait təşkil etdiyi müəyyən edilir.
26. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyində göstərilənlər Dövlət Sosial Müdafiə X5 Şəxs 1 saylı regional ərazi filialının xx.xx.2020-ci il tarixli məktubunda göstərilən məlumatlarla hər hansı ziddiyyət təşkil etmir və ona görə də mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası təkara, yaxud əlavə ekspertiza təyin olunmasına zərurət olmadığı qənaətinə gələrək bir daha qeyd edir ki, iddiaçının fərdi hesabına ötən dövrlər üçün ödənilən 13408.26 manat sığorta kapitalı dövlət büdcəsinə vaxtında deyil, xx.xx.2020-ci ildə ödənildiyindən iddiaçı zərərə məruz qalmışdır və bu zərər əldən çıxmış fayda şəklində ona ödənilməlidir.
27. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinin qeyri-mümkün olması barədəki mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmə ödənilməmiş məbləğə (əldən çıxmış faydaya) mülkiyyət kimi yanaşmaqda haqlı olmuşdur.
28. Göründüyü kimi, iddianın “Sosial sığorta haqqında” Qanunun 14.6-cı və 14.5.1-1-ci maddələrinin tələbləri baxımından əsassız olmasına dair cavabdehin dəlilləri əsassız olmuşdur.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, cavabdehin iddiaçının fərdi hesabına ötən dövrlər üzrə ödəməli olduğu vəsaiti əmək haqqının ödənildiyi dövrlərdə ödəməməsi ilə yol verdiyi hüquq pozuntuları nəticəsində hazırda iddiaçının pensiya hüququnun əhəmiyyətli dərəcədə məhdudlaşdırılması işin araşdırılmış halları ilə tam təsdiq edilmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 29.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.