Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3380/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı pul barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(009)-292/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 600000 ABŞ dolları məbləğdə pulu notarial qaydada tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc vermişdir. Borc alan Cavabdeh krediti 13 may 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsində Cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış qeyddən görünür ki, o, İddiaçı aldığı 600000 ABŞ dollarını 13 may 2016-cı il tarixdə qaytarmamışdır və yaxın zamanlarda qaytarmağa söz verir.
3. Pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
4. Cavabdehin nümayəndəsi işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600000 ABŞ dolları məbləğdə pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla və ödənilmiş 1300 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 13 yanvar 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh 600000 ABŞ dolları məbləğində pul vəsaiti 13 may 2016-cı il tarixədək qaytarılması şərti ilə borc kimi verilmişdir. Borc məbləği qaytarılmadığından 12 fevral 2020-ci il tarixdə kredit müqaviləsinin arxa səhifəsində Cavabdeh tərəfindən qeyd yazılaraq borc məbləğinin yaxın zamanda qaytarılacağı bildirilmişdir. Lakin hal – hazıra kimi heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin ünvanına pretenziya göndərilsə də, məktub geri qayıtmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi cavabdeh iddiaçının pul vəsaitinin vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçı əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən iddiaçı həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(009)- 292/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə 600000 ABŞ dolları məbləğdə pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,442, 739.1, 740-cı maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, rədd edilməsini xahiş etmişdir.
11. Şikayətinin dəlillərinə görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsi işə baxarkən cavabdehin iştirakını təmin etməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 4(001)-450/2019 nömrəli qərarına əsasən, onun barəsində barəsində 31 may 2019-cu il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmış, hazırda isə Bakı şəhəri Qaradağ rayonunda 13 nömrəli cəzaçəkmə müəssisəsində saxlanılır. Bakı şəhəri Səbail Rayon Məhkəməsində cavabdehin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılması barədə məlumat olsa da, işin hərtərəfli və obyektiv araşdırılması üçün cavabdehi iddia ilə, iş materialları ilə tanış etməmiş, ona hüquq və vəzifələrini izah etməmiş, iddiaya qarşı etirazlarını verməyə, sübutlar, ərizələr, vəsatətlər təqdim etməyə şərait yaratmamış, bununla etirazlarını verməyə, sübutlar, ərizələr, vəsatətlər təqdim etməyə şərait yaratmamış, bununla da cavabdehin müdafiə hüquqlarını pozmuş, nəticədə tamamilə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsini İddiaçı Müseib oğlunun təqdim etdiyi 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə əsaslandırmışdır. Həmin müqaviləyə görə “borc verən” İddiaçı guya “borc alan” Cavabdeh 600000 ABŞ dolları məbləğdə pulu borc vermişdir, “Borc alan” Cavabdeh krediti isə 13 may 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə etibarsız hesab edilməlidir. Belə ki, həmin müqavilə digər əqdi pərdələmək, digər öhdəlik üzrə təminat qismində imzalanmışdır. Əslində isə 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi imzalanan zaman iddiaçı tərəfindən heç bir pul vəsaiti cavabdehə verilməmişdir. Həmin müqavilə onunla iddiaçının bacısı İbrahimova Leylan Müseyib qızı ilə cavabdehin direktoru olduğu “MARS-M” firması arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə, həmin müqavilənin təminatı kimi bağlanmışdır. Müqaviləni o, Leylan İbrahimovanın həyat yoldaşı İbrahimov Mübarizin təkidi ilə bağlamışdır. Belə ki, Mübariz İbrahimov “MARS-M” firmasına 2012-ci ildə 650000 ABŞ dollarlıq, yəni, həmin dövrün məzənnəsi ilə 500000 manatlıq mal-material vermiş, nağd pul verməmiş, həmin məbləğdə ona tikinti üçün material vermişdir. 2015-ci il tarixdə isə 350000 dolları qaytarmışdır. Həmin mallar da məhz iddiaçının bacısı və eyni zamanda Mübariz İbrahimovun həyat yoldaşı Leylan İbrahimova ilə cavabdehin direktoru olduğu “MARS-M” firması arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsi əsasında verilmişdir. Bu hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(101)-206/2021 nömrəli hökmü ilə müəyyən edilmişdir. Hazırda isə Leylan İbrahimova ilə bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsi üzrə iddiaçı cavabdehə qarşı tələblər irəli sürmüşdür. Halbuki, bu tələbi irəli sürməyə onun subyektiv hüququ yoxdur. Bundan başqa, kredit müqaviləsi real müqavilədir. Bu zaman borc verən borcalana pul vəsaitini verməlidir. Lakin İddiaçı Müseyib oğlu 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman cavabdehə 600000 ABŞ dollarını təsdiq edən sənəd, qəbz, bank sənədi məhkəməyə təqdim etməmişdir. Bu da 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin yalan, etibarsız əqd olduğunu göstərir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməni kredit müqaviləsində Cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış qeyd və həmin qeyddə İddiaçı aldığı 600000 ABŞ dollarını yaxın zamanlarda qaytarmağa söz verməsi ilə əsaslandırmışdır. Həmin qeydi Cavabdeh Bakı İstintaq Təcridxanasında olarkən İddiaçı və İbrahimov Mübarizin qanunsuz olaraq onunla görüşməsi və onların təhdidi ilə yazmışdır. Buna görə də, belə qeydin özü etibarsızdır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi 13 yanvar 2016-cı il tarixdə imzalanmışdır. Lakin həmin tarixdən sonra İddiaçı Müseib oğlu guya borc verdyi pulu geri istəməmiş, yalnız 2023-cü ildə məhkəmədə iddia qaldırmışdır. Bu da, bir tərəfdən əslində iddiaçının cavabdehə pul vermədiyini sübut edir, digər tərəfdən isə həmin müqavilə üzrə, hətta etibarlı sayılsa belə, iddia müddətinin ötdüyünü göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsində Cavabdeh məhkəmə iclas zalında iştirak etməsə belə məhkəmədə qaldırılmış iddiadan məlumatlı olmuşdur. Belə ki, məhkəmə tərəfindən cəzaçəkmə müəssisəsinə iddia ərizəsi göndərilmiş, eyni zamanda cavabdehin qardaşı məhkəmə iclası zamanı iştirak edərək sənədlərin sürətlərini götürərək cavabdehə təqdim etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işin nömrəsinə istinad etmişdir. Yəni cavabdehin iştirakının təmin edilməməsi və ya iştirak etməməsi onu ərizə vermək hüququndan məhrum etməmişdir. Cavabdeh bu hüquqdan istifadə etməmişdir. Bu halda apellyasiya şikayətində həmin iddia müddətinə istinad edilməsi əsassızdır. Cavabdehin qardaşı ilk iclasda nümayəndə olmuş, sonradan onun nümayəndə səlahiyyətlərinə xitam verilmiş, apellyasiya məhkəməsində yenidən həmin etibarnamə ilə nümayəndəliyi davam etdirmişdir. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi birinci instansiya məhkəməsində mümkün olduğu halda verməmişdir. Digər tərəfdən etibarsız əqdlərlə bağlı qanunvericilikdə kəsici müddət mövcuddur. Həmin müddətin keçməsi məhkəmə tərəfindən müddətin tətbiqi üçün əsasdır. Hazırkı kredit müqaviləsi üzrə cavabdeh 12 fevral 2020-ci il tarixdə öz xətti və imzası ilə qeyd apararaq möhlət istəmişdir. Bundan sonra 3 illik iddia müddəti yenidən başlanmış və müddət bitməmiş məhkəmədə iddia qaldırılmışdır. Məhz məhkəmədə 2023ci ildə iddia qaldırılmasının səbəbi cavabdehin möhlət istəməsi olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər.
14. İddiaçının vəkili Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etirazla eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “...tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; Maddə 168.1. Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
19. Cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
21. İş materiallarından görünür ki, iddia ərizəsi 15 dekabr 2022-ci il tarixdə Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuş, icraata götürüldükdən sonra Cavabdeh - ünvan 1 ünvanına göndərilmiş, poçt - rabitə orqanı tərəfindən “ünvan düzgün deyil” qeydi aparılaraq məhkəməyə qaytarılmışdır. 16 yanvar 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilərək məhkəmə baxışı iclası 13 fevral 2023-cü il tarixə təyin edilmişdir.
22. Bundan sonra məhkəməyə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə arayışı və həmin müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunmuş, Cavabdeh tərəfindən Nümayəndə verilmiş etibarnamə təqdim olunmuşdur. (iş materiallarının 43-44-cü vərəqəsi).
23. İddia ərizəsinin surəti də Nümayəndə məhkəmə baxışı iclasının keçirildiyi gün – 13 fevral 2023-cü il tarixdə təqdim olunmuşdur. (iş materiallarının 22-25-ci vərəqəsi).
24. Sonradan yalnız iddia ərizəsinin surəti və məhkəmə bildirişinin 13 fevral 2023cü il tarixdə Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir.
25. Bundan sonra Cavabdeh 24 fevral 2023-cü il tarixli ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək İddiaçı Müseyib oğlunun ərizəsi barədə qardaşı Nümayəndə vasitəsilə telefonla məlumatlandırıldığını, sonuncunun bu münasibətlərdən xəbərsiz olduğunu, bu mübahisə ilə bağlı hər hansı səlahiyyət vermədiyini, iddia ərizəsinin onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilməsini tələb etdiyini, iddia ərizəsini rəsmi qaydada aldıqdan sonra etirazlarını məhkəməyə təqdim edəcəyini bildirmişdir. (iş materiallarının 51, 56-cı vərəqələri).
26. Eyni zamanda Nümayəndə 03 mart 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cəzaçəkmə müəssisəsində saxlanılan Cavabdeh ilə telefon əlaqəsi saxlayan zaman sonuncunun ona hər hansı bir səlahiyyət vermədiyini bildirmiş və iddia ərizəsinin surətini, əlavə olunmuş sənədləri və məhkəmə iclasında iştirak etmək üçün bildirişi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş etmişdir. (iş materiallarının 53-cü vərəqəsi).
27. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi ilə 06 mart 2023-cü il tarixdə nə cavabdehin, nə də onun nümayəndəsinin ərizələrinə hər hansı münasibət bildirilmədən işə mahiyyəti üzrə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmışdır.
28. Halbuki, birinci instansiya məhkəməsinin hakimi cavabdehin və onun nümayəndəsinin ərizələrini nəzərə alaraq MPM-nin 9.2-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasında iştirak etmək hüququnu təmin etməli, həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə birlikdə əlavə olunmuş sənədlərin surətinin də cavabdehə çatdırılmasını təmin etməli idi. Lakin qeyd olunan prosessual hüquqların təmin olunmaması nəticəsində cavabdeh özünün müdafiəsini təşkil etmək hüququndan məhrum olmuşdur.
29. İddia müddəti ilə bağlı məsələyə münasibət bildirərkən ilkin olaraq onu qeyd etmək lazımdır ki, apellyasiya instansiyasında iş araşdırılarkən tərəflər arasında olan fikir ayrılığı ondan ibarət olmuşdur ki, iddia müddətini tətbiqi barədə ərizə birinci instansiya məhkəməsində verilməli olduğu halda apellyasiya mərhələsində verilmişdir və buna görə də iddia müddəti tətbiq oluna bilməz.
30. Qeyd olunan məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi cavabdehin və nümayəndəsinin məhkəmə bildirişinin və əlavə olunmuş sənədlərin göndərilməsi barədə xahişi olsa da, bu prosessual hərəkətlərin edilməməsi mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipinin pozulması ilə nəticələnmiş və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində verə bilməmişdir. Qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin ərizəyə bu mərhələdə araşdırılaraq hüquqi qiymət verilməlidir.
31. Lakin məhkəmə kollegiyası hesab edir ki, müddət məsələsinə qiymət verilmədən öncə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında formaladırılmış hüquqi mövqeyə uyğun olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmasılıdır.
32. İşdə olan mötəbər sübutların məcmusu ilə müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud olmuşdur. Belə ki, kredit müqaviləsi iddiaçı ilə cavabdeh arasında bağlanmışdır.
33. Cavabdeh apellyasiya şikayətində hazırkı iddianın faktiki əsasını təşkil edən 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin etibarsızlığına, iddiaçının bacısı ilə cavabdehin direktoru olduğu “Mars-M” firması arasında bağlanmış 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığına istinad etmişdir.
34. Cavabdeh müqavilənin etibarsızlığını irəli sürsə də bu dəlilini təsdiq edən, hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə ki, cavabdeh 13 yanvar 2016-cı il tarixli kredit müqaviləsinin 12 yanvar 2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığını irəli sürür. Mülki Məcəlləyə əsasən, başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd yalan əqddir. Yalan əqd isə əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında göstərmişdir ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.
35. Göründüyü kimi, bu iş üzrə sadalanan hallarla bağlı hər hansı dəlil mövcud deyil. Əksinə, cavabdehin pərdələndiyini iddia etdiyi əqd, hazırkı əqddən 5 il qabaq – 12 yanvar 2012-ci il tarixdə bağlanmışdır ki, bu da həmin əqdin 5 il sonra pərdələnməsinin ağlabatan olmamasını deməyə əsas verir.
36. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsində Cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış qeyddə o, İddiaçı aldığı 600000 ABŞ dollarını 13 may 2016-cı il tarixdə qaytarmadığını və yaxın zamanlarda qaytarmağa söz verdiyini bildirir. Cavabdeh bu qeydin də məcburiyyət altında yazıldığını qeyd etsə də, işin bu halı da sübut olunmur.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh əqd bağlandıqdan sonra uzun müddət keçsə də həmin əqdi mübahisələndirməmiş, müqavilənin üzərində borcu qaytaracağı barədə qeyd aparmaqla mübahisə etmək hüququnu itirmişdir. Buna görə də məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir.
38. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən, iddia müddəti cavabdehin məhkəmə qərarı çıxarılana kimi verdiyi ərizə əsasında tətbiq oluna bilsə də, hazırkı iş üzrə cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən, hazırkı ərizənin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi MPM-in 372.2-ci maddəsinin tələbi baxımından yolveriləndir.
39. Müqavilədən görünür ki, icra müddəti 13 may 2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçıya münasibətdə bu tarix öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün olmaqla, iddia müddətinin axımı da həmin tarixdə başlamış, müqavilədən irəli gələn tələblərə münasibətdə 3 illik iddia müddəti isə 13 may 2019-cu il tarixdə bitmiş, iddiaçı hazırkı tələblə 15 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırkı tələb üzrə 3 illik iddia müddəti ötürülmüşdür.
40. Məhkəmə kollegiyası iddiaçı tərəfin kredit müqaviləsinə cavabdeh tərəfindən 12 fevral 2020-ci il tarixdə yazılmış etirafedici qeyd ilə iddia müddətinin kəsildiyi barədə dəlili ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin iddia müddətini tənzimləyən normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur.
41. Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir” müddəası onu göstərir ki, şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi yalnız iddia müddəti daxilində baş verdikdə həmin müddətin axımının kəsilməsinə səbəb olur. Çünki müddət bitdikdən sonra həmin müddətin axımının kəsilməsi mümkün deyildir və məntiqə ziddir.
42. Mülki Məcəllənin 383-cü maddəsinin adı (İddia müddəti bitdikdən sonra vəzifənin icrası) isə bu mübahisənin həllini bir daha konkretləşdirir, yəni, həmin maddədə iddia müddətinin keçdikdən sonra vəzifənin icrasının hüquqi nəticəsi əks olunur, həmin hüquqi nəticə isə yalnız borclunun iddia müddəti keçdikdən sonra borcu ödəmişsə icra etdiyini geri tələb edə bilməməsindən ibarətdir.
43. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur və qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(009)- 292/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, e-2(009)- 292/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov Fuad Abdıyev
Pərviz Hüseynov