Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3385/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-1533/2018 nömrəli qətnaməsindən Cavabdeh Abdurəhim oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Abdurəhim oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 281.000 ABŞ dolları məbləğində əsas borc, 44.491 ABŞ dolları illik 5 faiz borcu olmaqla, 15.000 manat məbləğində maddi zərərin, mənəvi zərərin əvəzi olaraq isə 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2009-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh Abdurəhim oğluna xx.xx.2014-cü il tarixə qədər 285.000 ABŞ dolları məbləğində borc vermişdir. Ona görə də xx xxxxxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh Abdurəhim oğluna qarşı 281.000 ABŞ dolları məbləğində əsas borc, 44.491 ABŞ dolları illik 5 faiz borcu olmaqla, 15.000 manat məbləğində maddi zərərin, mənəvi zərərin əvəzi olaraq isə 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-1533/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Abdurəhim oğluna qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 281.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə alınması qət edilmiş, iddia qalan hissədə rədd edlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-8147/2019 nömrəli qətnaməsi ilə Cavabdeh Abdurəhim oğlunun apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-8177/2019 saylı Qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 8147/2019 nömrəli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.Həmin Qərarda göstərilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi şahid ifadələrinin iddiaçının istinad etdiyi halı, yəni iddia müddətinin axımının kəsilməsini təsdiq edən sübut kimi qiymətləndirilməməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, şahid Arzu Qədirova cavabdehin ona təxminən 2015-ci ilin payız aylarında (sentyabrdan sonrakı aylarda) bir həftə fərqlə 800 ABŞ dolları və 1200 ABŞ dolları qaytardığı, digər şahid Elşad Abdullayev isə cavabdehlə 2015-ci ilin noyabr ayında həftə içi axşam vaxtlarında “Neftçilər” metosunun yaxınlığında görüşərək, 1.000 ABŞ dollarını ona verdiyi barədə ifadə vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X4 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və cavbdehin nümayəndəsinin izahatını, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-8177/2019 saylı Qərarında qeyd olunanları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd olunmalıdır.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2009-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh Abdurəhim oğluna xx.xx.2014-cü il tarixə kimi 285.000 ABŞ dolları məbləğində borc vermişdir. İddiaçı xx xxxxxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh Abdurəhim oğluna qarşı 281.000 ABŞ dolları məbləğində əsas borc, 44.491 ABŞ dolları illik 5 faiz borcu olmaqla, 15.000 manat məbləğində maddi zərərin, mənəvi zərərin əvəzi olaraq isə 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-8177/2019 saylı Qərarı ilə kassasiya şikayətinin qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddianın rədd olunmasına dair xx xxxxxx 2019-cu il tarixli 2(103)-8147/2019 nömrəli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin Qərarda göstərilmişdir ki, apelyasiya məhkəməsi iddiaçının təqdim etdiyi şahid ifadələrinin iddiaçının istinad etdiyi halı, yəni iddia müddətinin axımının kəsilməsini təsdiq edən sübut kimi qiymətləndirilməməsi barədə səhv nəticəyə gəlmişdir. Belə ki, şahid Arzu Qədirova cavabdehin ona təxminən 2015-ci ilin payız aylarında (sentyabrdan sonrakı aylarda) bir həftə fərqlə 800 ABŞ dolları və 1200 ABŞ dolları qaytardığı, digər şahid Elşad Abdullayev isə cavabdehlə 2015-ci ilin noyabr ayında həftə içi axşam vaxtlarında “Neftçilər” metosunun yaxınlığında görüşərək, 1.000 ABŞ dollarını ona verdiyi barədə ifadə vermişdir. Kollegiya göstərilən hallarla bağlı qeyd edir ki, əvvəlki apellyasiya baxışı zamanı cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin həmin ərizəni apellyasiya icraatı zamanı verməsi gecikmiş kimi qiymətləndirilməmişdi, belə ki, cavabdeh birinci instansiya məhkəməsində aparılan icraatdan məlumatsız olmuş və iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulanəşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1.-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə xx xxxxxxx 2009-cu il tarixdə bağlanmış, həmin müqavilə üzrə yaranmış öhdəliyin icra müddəti xx xxxxxxx 2014-cü il tarixdə çatmış, iddiaçının ərizəsi isə məhkəməyə xx xxxxxx 2017-ci il tarixdə daxil olmuşdur.Şahid ifadələrində qeyd olunan ödənişlər isə xx xxxxxxx 2009-cu il -xx xxxxxxx 2014-cü il aralığında deyil, 2015-ci ilin payız aylarında edildiyindən, bu ödənişlərin edilməsi iddia müddətinin axımının kəsilməsini təsdiq edən sübut kimi qiymətləndirilməməlidir. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı iddia müddəti ötürüldüyündən, Cavabdeh Abdurəhim oğlunun apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)- 1533/2018 nömrəli qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-1533/2018 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3385/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3385/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver