Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3402/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil4 Şirinbala oğlunun iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-464/2020 saylı, 22 sentyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh E.Məmmədliyeva tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərhəd qızına (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh2 Sərhəd qızı ilə bağlanılan «X2» markalı, 2003-cü il buraxılışlı, **-LD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısına dair 09.01.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinin ona qaytarılması, cavabdehlərə artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 10840 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 10870 manat pulun tutularaq ona ödənilməsi, cavabdehin öhdəliyinin icrasını təmin etmək məqsədilə girov predmetinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına qarşılıqlı iddia üzrə cavabedehin iddiaçıya olan borcunun və məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-464/2020 saylı, 22 sentyabr 2020ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh2 Sərhəd qızı arasında “X2” markalı, 2003-cü il buraxılışlı, ** LD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısına dair 09.01.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin İddiaçı qaytarılması qət edilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı 840 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat tutularaq Cavabdeh2 Sərhəd qızına ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hisssdə təmin edilməmişdir. Cavabdeh1 həmin qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətləri və onların dəlilləri: İddiaçı İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissəsində qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən, ilkin iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 da apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla ədalətsiz qətnamə qəbul etmiş, işin faktiki hallarını hərtəfərli araşdırmamışdır. Belə ki, məhkəmə qarşılıqlı iddianın İddiaçı ümumilikdə 10870 manat pul vəsaitinin tutulması tələbini qismən təmin edirərək yanlışlığa yol vermişdir. Göstərilənlərə əsasən, qarşılıqlı iddianın İddiaçı ümumilikdə 10870 manat pul vəsaitinin tutulması hissəsində tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayənəsi və vəkili Vəkil2 öz apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti iə razılaşmayaraq isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil4 öz apellyasiya şikayətini müdafiə ediç şikayətin dəlillərinə uyğun izahat verərək təmin, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, Cavabdeh2 apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdilər. Sübutların tədqiqi: Mülki işin materiallarından görünür ki, İddiaçıla Cavabdeh2 arasında 28.11.2018-ci il tarixdə 27200 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanmış, İddiaçı həmin borcu hissə ilə 2 dəfəyə, yəni 28.02.2019-cu il tarixədək 12000 ABŞ dolları və 01.05.2019-cu il tarixədək qalıq borc olan 15200 ABŞ dolları qaytarmağı öhdəsinə götürür. Lakin İddiaçı tərəfindən həmin borc məbləği göstərilən vaxtlarda tam ödənilmədiyi üçün tərəflər arasında İddiaçı məxsus «X2» markalı, 2003-cü il buraxılışlı, **-LD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 09.01.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin tarixdə Cavabdeh2 İddiaçı aşağıdakı məzmunda qəbz vermişdir ki, o, İddiaçı məxsus olan **-LD-*** nömrəli «X2» markalı, 2003-cü ii buraxılışlı maşını ona olan 27.200 ABŞ dollarını (46.321 AZN) borcunun dediyi vaxtda qaytarılmasını tam təmin etdikdən sonra bu nəqliyyat vasitəsinin geri qaytarılmasına zəmanət verir. Daha sonra Cavabdeh2 yazdığı 10.12.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı qalıq borc olan 8980 manat pulu ən geci 30 dekabr 2019-cu il tarixədək qaytarmadığı təqdirdə 31.12.2019-cu il tarixdən avtomaşını satışa çıxaracaqdır. Digər tərəfdən, iddiaçının nümayəndəsinin vəsatəti əsasında Nərimanov RPİ-nin 18-ci polis şöbəsindən Cavabdeh2 şikayəti əsasında toplanmış təhqiqat materialı tələb olunaraq ona baxış keçirilərək, Cavabdeh2 Nərimanov RPİ-nin rəisinə ünvanlanmış izahatından məlum olmuşdur ki, o, borcun təminatı kimi Muraddan hər hansı bir əmlakının onun adına keçirilməsini istəmiş, Murad isə özünə məxsus «X2» markalı, ** LD *** qeydiyyat nişanlı avtomaşını onun adına keçirilməsini təklif etmiş və o, buna razı olmuşdur. Qeyd olunan avtomaşının sənədləri onun adına olsa da, o, Murada avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. O, Murada bildirmişdir ki, borcunu ödəməsə maşını ona qaytarmayacaq. Bununla yanaşı, o, maşını satmaq yox, Muraddan pulunun qaytarılmasını istəyir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən – rayon məhkəməsinin ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan, Cavabdeh2 şikayətinə əsasən isə – rayon məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddianın İddiaçı pul vəsaitinin tutulmasına dair təmin olunmayan hissəsində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayəti ilə bağlı: Kollegiya qeyd edir ki, rayon məhkəməsi apellyasiya şikayətinin ilkin iddia tələbinin təmin olunmayan - cavabdehlərə artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq ona ödənilməsi hisəsinə dair dəlili ilə bağlı qey edir ki, rayon məhkəməsi düzgün olaraq göstərmişdir ki, İddiaçıla Cavabdeh2 arasında 28 noyabr 2018-ci il tarixdə 27200 ABŞ dolları vəsaitinin Cavabdeh2 tərəfindən İddiaçı verilməsi barədə borc müqaviləsi bağlanmış, 11 dekabr 2018-ci il tarixdə isə tərəflər arasında İddiaçı tərəfindən 28.02.2019-cu il tarixinədək borcun 12 000 ABŞ dolları məbləğinin, 01.05.2019-cu il tarixinədək isə qalıq borcun, yəni 15 200 ABŞ dollarının qaytarılması barədə borc müqaviləsi imzalanmışdır ki, həmin müqavilələrdə qaytarmanın obyektinin borc deyil, faiz olması öz əksini tapmamışdır. Belə ki, iddiaçı həmin məbləğlərin faiz olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçının bununla bağlı apellyasiya şikayətinin dəlili əsassızdır Kollegiya iddiaçının apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin olunan hissəsinə münasibətdə olan dəlili ilə bağlı bildirir ki, tərəflər arasında 28 noyabr 2018-ci il tarixdə 27200 ABŞ dolları vəsaitinin Cavabdeh2 tərəfindən İddiaçı verilməsi barədə borc müqaviləsi bağlanmış, 11 dekabr 2018-ci il tarixdə isə tərəflər arasında bağlanmış borc müqaviləsinə görə İddiaçı öz üzərinə 28.02.2019-cu il tarixinədək borcun 12000 ABŞ dolları məbləğinin, 01.05.2019-cu il tarixinədək isə qalıq borcun, yəni 15200 ABŞ dolları məbləğinin qaytarılması öhdəliyini götürmüş, iddiaçı ümumi borcdan 28.02.2019-cu il tarixdə 12.000 ABŞ dolları məbləğini Cavabdeh2 qaytarmış və Cavabdeh2 bu pulu almağına dair yazılı qəbz vermişdir. Nəticədə İddiaçı 15.200 ABŞ dolları (15.200 x 1.70=25840 manat) borcu qalmışdır. Daha sonra, İddiaçı 11.10.2019 və 20.10.2019-cu il tarixlərində hər birində 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat Cavabdeh2 vermişdir ki, Cavabdeh2 həmin pulu aldığını Nərimanov RPİ-nin rəisinin adına yazdığı 17.12.2019-cu il tarixli izahatında etiraf etmişdir. Bundan sonra, İddiaçı 10.12.2019-cu il tarixdə qalıq (25840 manat - 10000 manat = 15840 manat) borcundan 15000 manat Cavabdeh2 qaytarmış və Cavabdeh2 bu pulu almağına dair yazılı qəbz vermişdir. Beləliklə, İddiaçı 840 manat (15840 manat – 15000 manat) borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla da müəyyən olunur ki, iddiaçının cavabdehə 840 manat borcu qaldığından onun apellyasiya şikayətinin ikinci dəlili də əsassızdır. Cavabdeh E.Məmmədliyevanın apellyasiya şikayəti ilə bağlı: Cavabdeh E.Məmmədliyeva apellyasiya şikayəti verərək qarşılıqlı iddia tələbinin İddiaçı pul vəsaitinin tutulması hissəsində tam təmin olunmasını xahiş etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında 28 noyabr 2018-ci il tarixli 27200 ABŞ dolları vəsaitinin Cavabdeh2 tərəfindən İddiaçı verilməsi barədə borc müqaviləsi olmuş, həmin vəsaitin 12000 ABŞ dolları, 10000 manat, 15000 manat olmaqla hissəsini iddiaçı cavabdehə ödəmiş, nəticədə iddiaçının 840 manat ödənilməmiş borcunun qalması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən iddiaçının cavabdehə cəmi 840 (səkkiz yüz qırx) manat icra etmədiyi öhdəliyinin olduğu müəyyən olunduğundan, qarşılıqlı iddianın qalan hissəsinə dair cavabdeh E.Məmmədliyeva məhkəməyə yetərli sübut təqdim edə bilmədiyindən, onun apellyasiya şikayətinin həmin hissəyə dair dəlili əsassızdır. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddia tələblərini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayət vermiş tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-464/2020 saylı, 22 sentyabr 2020ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayət vermiş tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3402/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3402/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver