Məhkəmə qərarları › İş №2(103)-3412/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3412/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3412/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun, ona hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-80/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “kredit borcunun, ona hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 1) 23.06.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 188,39 manat faiz borcu, 2) 04.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 7578,61 manat əsas borcu, 1608,26 manat faiz borcu olmaqla, cəmi 9186,87 manat borcu, 3) 11.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 693,42 manat faiz borcu, 4) 26.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 16572,18 manat əsas borcu, 3812,81 manat faiz borcu olmaqla, cəmi 20384,99 manat, 5) 28.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 42436,19 manat əsas borcu, 14970,13 manat faiz borcu olmaqla, 57408,32 manat borcu, 6) 29.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 41037,83 manat əsas borcu, 14467,29 manat faiz borcu olmaqla, cəmi 55505,12 manat borcu, 7) 29.07.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 54,72 manat faiz borcu, 8) 01.08.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 22518 manat əsas borcu, 5433,87 manat faiz borcu olmaqla, cəmi 27951,87 manat borcu, 9) 03.08.2016-cı il tarixli kredit müqavilləsinə əsasən 30163,11 manat əsas borcu, 6949,48 manat faiz borcu olmaqla, cəmi 37112,59 manat borcu, 10) 29.12.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 26616,33 manat əsas borcu, 11730,50 manat faiz borcu olmaqla, cəmi 38346,83 manat borcu olmaqla ümumilikdə hesablanmış 186924,25 manat məbləğində əsas kredit borcunun, 59539,54 manat məbləğində faiz borcunun, toplamda 246463,65 manat məbləğində borcun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh aid edilərək ondan tutulması və ümumilikdə 246493,65 manat pul borcunun cavabdehə aid edilərək ondan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 1) 23 iyun 2016-cı il tarixli, 84/Şm-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh 36 ay müddətinə 23 iyun 2019-cu il tarixə qədər 4.300 manat məbləğində 2) 04 iyul 2016-cı il tarixli 10/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 13.000 manat məbləğində, 3) 11 iyul 2016-cı il tarixli 11/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 9.100 manat məbləğində, 4) 26 iyul 2016-cı il tarixli 12/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 26.000 manat məbləğində, 5) 28 iyul 2016-cı il tarixdə 13/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müdətinə 52.700 manat məbləğində, 6) 29 iyul 2016-cı il tarixdə 15/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 51.000 manat məbləğində 7) 29 iyul 2016-cı il tarixli 16/Bz-16 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə 2.700 manat məbləğində, 8) 01 avqust 2016-cı il tarixli 17/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 31.600 manat məbləğində, 9) 03 avqust 2016-cı il tarixli 19/Bz-16 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 42.200 manat məbləğində və 10) 29 dekabr 2016-cı il tarixində 423/Şm-16 saylı kredit müqaviləsinə əsasən 30 ay müddətində 32.250 manat məbləğində kreditlər verilmişdir. Cavabdeh göstərilən kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməmiş, kredit borcunu vaxtında və tam şəkildə ödəməmiş bununla da “xxxx” MMC-yə 205.910 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı Cavabdeh 23 noyabr 2017ci il tarixdə BC-BOKT-547/2017 saylı pretenziya göndərilmiş və həmin pretenziya ilə cavabdehə pul vəsaitinin 10 gün ərzində ‘‘xxxx” MMC-yə ödənilməsi təklif edilmişdir. Cavabdeh pretenziyanı aldıqdan sonra yaranmış borcla bağlı 20.12.2017-ci il tarixdə ərizə ilə xxxx MMC-yə müraciət etmiş, borcun 196.610 manatlıq hissəsini etiraf etmiş, biznesinin zəifləməsi və maddi vəziyyətinin pisləşməsi səbəbi ilə kredit borcunu ödəyə bilmədiyini bildirərək “xxxx” MMC-yə olan kredit borcunun restrukturizasiya edilməsini, illik faiz dərəcəsinin 20% müəyyən edilməsi, ilk 2 il faiz hesablanmamaqla kredit müddətinin 5 il artırılmaqla, aylıq ödənişinin 2000 manat müəyyən edilməsini xahiş etmişdir. Həmin ərizəyə cavab olaraq Cavabdeh kredit borcunun 196.610 manat deyil, 205.910 manat olduğu bildirilmiş, həmin məbləği yeni girovla təmin edəcəyi halda istəklərinin yerinə yetirilə biləcəyinin mumkün olduğu bildirilmişdir. Lakin Cavabdeh “xxxx” MMC-yə olan 205.910 manat kredit borcunu yeni girovla təmin etməmiş, kredit müqavilələri üzrə öhdəliklərini icra etməmişdir. Belə ki “Forma-1” qrafik ilə müəyyən edilmiş kreditlərin və kreditlərdən istifadəyə görə faizlərin ödənilməsi ilə bağlı Cavabdeh tərəfindən 20.02.2019cu il tarixədək ən son 30.07.2018-ci il tarixdə girov predmeti olan qızıl ziynət əşyalarının satışı ilə bağlı keçirilmiş hərrac zamanı satışdan əldə edilmiş 7737 manat pul vəsaiti olmaqla cəmi 2.885 manat məbləğində pul vəsaiti ödəniş etmiş və həmin məbləğlərdən 2.131 manat 04 qəpik əsas kredit məbləğindən və 753 manat 96 qəpik hesablanmış faizdən silinmişdir. Lakin sonuncu ödəniş edilmiş tarixdən (hərrac tarixindən) hal hazırki vaxtadək qrafik üzrə təyin edilmiş vaxtlarda Cavabdeh tərəfindən heç bir ödənişlər edilməmiş və o, öz üzərinə düşən müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bununla bağlı Cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh, həmin xəbərdarlıqlara heç məhəl qoymayaraq qrafik üzrə hesablanmış kredit və faiz borclarını vaxtında ödəməmişdir. “xxxx” MMC-nin Baş ofisinin 31 iyul 2018-ci il tarixli, hərrac şurasının protokolu Cavabdeh göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh hərrac şurasının protokolunu aldıqdan sonra 20.07.2018-ci il tarixdə öhdəliyə xitam verilməsinə dair pretenziya ilə “xxxx” MMC-yə müraciət edərək götürmüş olduğu 10 kredit müqaviləsi üzrə təşkilata borcu olmadığını iddia etmişdir. BOKT olaraq 24 iyul 2018-ci il tarixdə, BC-BOKT-490/2018 saylı pretenziyaya cavab məktubu ilə Cavabdeh təşkilatla bağlamış olduğu 10 kredit müqaviləsi üzrə əsas kredit borcu, faiz borcu və ümumi qalıq borcu cədvəl şəklində izah edilmişdir. Bundan əlavə, keçirilmiş ekspert rəylərindən də göründüyü kimi iddia ərizəsində cavabdehdən tələb etdikləri borc məbləğləri rəydə qeyd olunanlara üst-üstə düşmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-80/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 98.581,02 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 18 manat hissəsinin iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 290 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən cavabdehə 10 müqavilə üzrə cəmi 264.850 manat kredit verilmişdir. Lakin müqavilələr bağlansa da faktiki olaraq cavabdehə təqdim edilən pulun miqdarı o qədər deyil. Cavabdehə faktiki olaraq qızıl-zinət əşyalarının dəyəri həcmində, yəni 158.315 manat pul verilmişdir. Bundan əlavə, götürülmüş kreditlər tam qaytarılmışdır. Belə ki, bankın nümayəndəsinin izahatına görə 158.315 manat dəyərində olan bütün qızıllar satılmışdır. İş materiallarında qızılların satışı ilə əlaqədar olmayan (qızılların satışı ilə bağlı 30.07.2018-ci il tarixli, 7731 manatlıq cəmi bir ödəniş qəbzi var) ödəniş qəbzlərinə əsasən cavabdeh tərəfindən cəmi 115888 manat ödəniş də həyata keçirilmişdir. Deməli, cavabdeh cəmi 158315+115888=274203 manat ödəniş etmişdir. Baxmayaraq ki, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışlarına əsasən cavabdeh cəmi 159240 manat ödəniş etmişdir. Bundan əlavə, girovların satılması barədə sənədlər yoxdur. Belə ki, iş materiallarında yalnız bir girovun, 03.08.2016 tarixli girov müqaviləsi üzrə girovun 7731 manata satılması barədə qəbz var. Qalan girovların satılmasını təsdiq edən sübutlar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. İddia tərəfinin də etiraf etdiyi kimi bütün girovlar satılmışdır və buna görə də qeyd olunan maddəyə əsasən lombardın girov qoyana (borcluya) qarşı tələbləri ləğv edilməlidir. Məlum məsələdir ki, girov müqavilələrinin bağlandığı 2016-cı ildən bəri qızılın qiyməti qalxmışdır. Ona görə də qızılların onların girov qoyularkən müəyyən edilmiş qiymətindən baha satılması şübhəsizdir. Eləcə də 03.08.2016- cı il tarixli müqavilə üzrə qızılın satışı istisna olmaqla girovların satılması barədə girovqoyana bildiriş və məlumat verilməmişdir. Halbuki, həm Mülki Məcəlləyə, həm də iddiaçının istinad etdiyi "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanununa əsasən girovun satışı barədə girovqoyana məlumat verilməli idi ki, o özü də lazım gələrsə satışda iştirak edə, bununla da öz qızılını almaqda üstünlük hüququndan istifadə edə və ya ən azı qızılın ədalətli və qanuni satışına şahid ola bilsin. Həmçinin, girovlar yalnız məhkəmənin qərarı ilə satıla bilərdi. Belə ki, Mülki Məcəllənin 296.1-ci maddəsinə əasasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Bu maddəyə 28.12.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin iddiaçı girov qızılların həmin tarixdən əvvəl satıldığını bildirdiyi üçün hazırkı girovlara tutma yönəldilməsi Mülki Məcəllənin 296-cı maddəsi ilə tənzimlənir ki, həmin maddə də tutma yönəldilməsini yalnız tərəflər notarial razılığı və ya məhkəmə qaydası ilə əlaqələndirir. İddiaçı təşkilat isə bu qaydaların heç birinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış: 23 iyun 2016-cı il tarixli, 84/Şm-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 36 faiz hesablanması şərti ilə 36 ay müddətinə 4.300 manat məbləğində kredit verilmişdir. 23 iyun 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 4300 manat məbləğində vəsait verilmişdir. 23 iyun 2016-cı il tarixli, 84/Şm-16 №-li girov müqaviləsindən görünür ki, 23 iyun 2016-cı il tarixli, 84/Şm-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 160,2 qram olan cəmi 3360,50 manat dəyərində qızıl-zinət əşyalarını “xxxx” MMCyə girov qoymuşdur. 23.06.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh 23 iyun 2016-cı il tarixli, 84/Şm-16 №-li kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh 23 iyun 2016-cı il tarixli, 84/Şm-16 №-likredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 188,39 manat faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 iyul 2016-cı il tarixli, 10/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. 04 iyul 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 13000 manat məbləğində vəsait verilmişdir. 04 iyul 2016-cı il tarixli, 10/Bz-16 №-li girov müqaviləsindən görünür ki, 04 iyul 2016-cı il tarixli, 10/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 468,70 qram olan cəmi 10174 manat dəyərində qızılzinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. 04.07.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh 04 iyul 2016-cı il tarixli, 10/Bz-16 №-li kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh 04 iyul 2016-cı il tarixli, 10/Bz-16 №-likredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 7578,61 manat əsas borcu və 1608,26 manat faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 11 iyul 2016-cı il tarixli, 11/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 9100 manat məbləğində kredit verilmişdir. 11 iyul 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 9100 manat məbləğində vəsait verilmişdir. 11 iyul 2016cı il tarixli, 11/Bz-16 №-li girov müqaviləsindən görünür ki, 11 iyul 2016-cı il tarixli, 11/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 335,80 qram olan cəmi 7299,50 manat dəyərində qızıl-zinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. 11.07.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh 11 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh 11 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 693,42 manat faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 26 iyul 2016-cı il tarixli, 12/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 26000 manat məbləğində kredit verilmişdir. 26 iyul 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 26000 manat məbləğində vəsait verilmişdir. 26 iyul 2016-cı il tarixli, 12/Bz-16 №-li girov müqaviləsindən görünür ki, 26 iyul 2016-cı il tarixli, 12/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 627,40 qram olan cəmi 14098 manat dəyərində qızılzinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. 26.07.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh 26 iyul 2016-cı il tarixli, 12/Bz-16 №-likredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh 26 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 16572,18 manat əsas borcu və 3812,81 manat faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 iyul 2016-cı il tarixli, 13/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 52700 manat məbləğində kredit verilmişdir. 28 iyul 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 52700 manat məbləğində vəsait verilmişdir. 28 iyul 2016-cı il tarixli, 13/Bz-16 №-li girov müqaviləsindən görünür ki, 28 iyul 2016-cı il tarixli, 13/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 1383,9 qram olan cəmi 30358,50 manat dəyərində qızıl-zinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh 28 iyul 2016-cı il tarixli kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 42438,19 manat əsas borcu və 14970,13 manat faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyul 2016-cı il tarixli, 16/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 24 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. 29 iyul 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 2700 manat məbləğində vəsait verilmişdir. 29 iyul 2016cı il tarixli, 16/Bz-16 №-li girov müqaviləsindən görünür ki, 29 iyul 2016-cı il tarixli, 16/Bz- 16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 51,6 qram olan cəmi 1220,5 manat dəyərində qızıl-zinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. 29.07.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh 29 iyul 2016-cı il tarixli müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh 29 iyul 2016-cı il tarixli müqavilə üzrə 21.02.2019-cu il tarixə 54,72 faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyul 2016-cı il tarixli, 15/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 51000 manat məbləğində kredit verilmişdir. 29 iyul 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 51000 manat məbləğində vəsait verilmişdir. 29 iyul 2016-cı il tarixli, 15/Bz-16 №-li girov müqaviləsindən görünür ki, 29 iyul 2016-cı il tarixli, 15/Bz-16 №-likredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 1415,3 qram olan cəmi 29826manat dəyərində qızılzinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh 29 iyul 2016-cı il tarixli, 15/Bz-16 №-li kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 41037,83 manat əsas borcu və 14467,29 faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 avqust 2016-cı il tarixli, 17/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 31600 manat məbləğində kredit verilmişdir. 01 avqust 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 31600 manat məbləğində vəsait verilmişdir. 01 avqust 2016-cı il tarixli, 17/Bz-16 №-li girov müqaviləsindən görünür ki, 01 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 678,7 qram olan cəmi 14691,5 manat dəyərində qızılzinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. 01.08.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh 01 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızılzinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh 01 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 22518 manat əsas borcu və 5064,40 faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 avqust 2016-cı il tarixli, 19/Bz-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 30 faiz hesablanması şərti ilə 36 ay müddətinə 42200 manat məbləğində kredit verilmişdir. 03 avqust 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 42200 manat məbləğində vəsait verilmişdir. 03 avqust 2016-cı il tarixli girov müqaviləsindən görünür ki, 03 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 810,4 qram olan cəmi 18166 manat dəyərində qızıl-zinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. 03.08.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh 03 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh 03 avqust 2016-cı il tarixli, 19/Bz-16 №-likredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 30163,11 manat əsas borcu və 6949,48 faiz borcu vardır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 29 dekabr 2016-cı il tarixli, 423/Şm-16 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 55 faiz hesablanması şərti ilə 30 aymüddətinə 32250 manat məbləğində kredit verilmişdir. 29 dekabr 2016-cı il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, Cavabdeh 32250 manat məbləğində vəsait verilmişdir. 29 dekabr 2016-cı il tarixli girov müqaviləsindən görünür ki, 29 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh ümumi çəkisi 897,8 qram olan cəmi 29123 manat dəyərində qızıl-zinət əşyalarını “xxxx” MMC-yə girov qoymuşdur. 29.12.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh 29 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi təqdirdə tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilməsinə və həmin əşyaların məhkəməyə müraciət edilmədən bankda qızıl-zinət əşyaları qiymətləndirilən zaman qoyulan və girov müqaviləsində də göstərilən qiymətə satılaraq iddiaçı qarşısında yaranmış kredit və faiz borcunun ödənilməsinə etiraz etmir. Maliyyə arayışından görünür ki, Cavabdeh 29 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə 26616,33 manat əsas borcu və 11730,50 manat faiz borcu vardır. 23.11.2017-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 10 gün müddətində banka olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 24.07.2018-ci il tarixli bildirişdən görünür ki, girovun satılacağı və hərracın yeri barədə Cavabdeh xəbərdarlıq olunmuşdur. “xxxx” MMC-nin 30 iyul 2018-ci il tarixli hərrac şurasının protokolundan və xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh “xxxx” MMC-yə girov qoyduğu qızıl-zinət əşyaları cəmi 7731 manata X1. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair: 23.06.2016-cı il tarixli ******* G-1 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 2037,50 manat olan 97,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X3 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 23.06.2016-cı il tarixli ******* G-2 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 1323 manat olan 62,50 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X3 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 04.07.2016-cı il tarixli ******* G-3 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 5119,50 manat olan 233,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 04.07.2016-cı il tarixli ******* G-4 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 5054,50 manat olan 234,90 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 11.07.2016-cı il tarixli ******* G-5 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 7299,50 manat olan 335,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.07.2016-cı il tarixli ******* G-6 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 11365,50 manat olan 499,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.07.2016-cı il tarixli ******* G-7 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 2732,50 manat olan 127,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 28.07.2016-cı il tarixli ******* G-8 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 12827 manat olan 566,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 28.07.2016-cı il tarixli ******* G-11 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 6120,50 manat olan 290,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 28.07.2016-cı il tarixli ******* G-12 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 1470,50 manat olan 64,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.07.2016-cı il tarixli ******* G-13 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 3223 manat olan 149,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.07.2016-cı il tarixli ******* G-8 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 4659,50 manat olan 227,20 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.07.2016-cı il tarixli ******* G-18 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 6839,50 manat olan 328,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.07.2016-cı il tarixli ******* G-17 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 4378,50 manat olan 204,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir Səidə Nurməhəmmədova tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.07.2016-cı il tarixli ******* G- 19 №-li Aktdan görünür ki, Cavabdeh ümumi dəyəri 1220,50 manat olan 51,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 01.08.2016-cı il tarixli ******* G-21 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 8418 manat olan 382,30 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 03.08.2016-cı il tarixli ******* G-22 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 18166 manat olan 810,40 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 05.09.2016-cı il tarixli ******* G-25 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 19536,80 manat olan 603,50 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 19.10.2016-cı il tarixli ******* G-24 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 5106,40 manat olan 173,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və əməliyyatçı kassir X2 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.12.2016-cı il tarixli ******* G-30 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 4067,30 manat olan 125,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.12.2016-cı il tarixli ******* G-31 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 3757,50 manat olan 117,90 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.12.2016-cı il tarixli ******* G-32 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 5267 manat olan 168,10 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.12.2016-cı il tarixli ******* G-33 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 5207,10 manat olan 156,70 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.12.2016-cı il tarixli ******* G-34 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 7088,60 manat olan 220 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.12.2016-cı il tarixli ******* G-35 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 4735,60 manat olan 150,20 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 29.12.2016-cı il tarixli ******* G-36 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 6824,60 manat olan 202,80 qramlıq qızılzinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.05.2017-ci il tarixli ******* G-42 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 2901,10 manat olan 93,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.05.2017-ci il tarixli ******* G-44 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 1985,50 manat olan 64,20 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.05.2017-ci il tarixli 662263 G-43 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 2183,70 manat olan 70,20 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.05.2017-ci il tarixli ******* G-41 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 2033,20 manat olan 61,80 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır; 26.05.2017-ci il tarixli ******* G-42 №-li Aktdan görünür ki, Cavabdeh qızı ümumi dəyəri 2901,10 manat olan 93,60 qramlıq qızıl-zinət əşyalarını təhvil vermiş və kredit mütəxəssisi X5 tərəfindən isə həmin qızıl-zinət əşyaları təhvil alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.11.2018-ci il tarixli 24023 №-li ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarından və 23.06.2016-cı il tarixli, 84/Şm-16 nömrəli, 29.07.2016-cı il tarixli 15/Bz16 nömrəli, 11.07.2016-cı il tarixli 11/Bz-16 nömrəli, 04.07.2016-cı il tarixli 10/Bz-16 nömrəli, 29.07.2016-cı il tarixli 16/Bz-16 nömrəli, 28.07.2016-cı il tarixli 13/Bz-16 nömrəli, 01.08.2016-cı il tarixli 17/Bz-16 nömrəli, 26.07.2016-cı il tarixli 12/Bz-16 nömrəli, 03.08.2016-cı il tarixli 19/Bz-16 nömrəli, 29 dekabr 2016-cı il tarixli 423/Şm-16 nömrəli kredit müqavilələri üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla 15.08.2018-ci il tarixədək Cavabdeh ümumilikdə banka olan borcu 246.463,65 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2020-ci il tarixli, 15926 №-li ekspert rəyində qeyd olunmuşdur ki, birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh tərəfindən “xxxx” MMC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: 23.06.2016-cı il tarixli, 84/SM-16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 188,39 manat, 04.07.2016-cı il tarixli 10/BZ-16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 7.578,61 manat, faiz borcu üzrə 1.608,26 manat, 11.07.2016-cı il tarixli 11/BZ- 16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 693,42 manat, 26.07.2016-cı il tarixli 12/BZ-16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 16.572,18 manat, faiz borcu üzrə 3.812,81 manat, 28.07.2016-cı il tarixli 13/BZ-16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 42.438,16 manat, faiz borcu üzrə 14,970 maanat, 29.07.2016-cı il tarixli 16/BZ- 16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 54,72 manat, 29.07.2016-cı il tarixli 15/BZ-16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 41.037,83 manat, faiz borcu üzrə 14.467,29 manat, 01.08.2016-cı il tarixli 17/BZ-16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 22.518 manat, faiz borcu üzrə 5.064,40 manat, 03.08.2016-cı il tarixli 19/BZ-16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 30.163,11 manat, faiz borcu üzrə 6.949,48 manat, 29.12.2016-cı il tarixli, 423/SM-16 saylı kredit müqaviləsi üzrə 21.02.2019-cu il tarixə əsas borc üzrə 26.616,33 maanat, faiz borcu üzrə 11.730,50 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 sentyabr 2020-ci il tarixli, 9/1446 №-li ekspert rəyində qeyd olunmuşdur ki, birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Borcalan” Cavabdeh tərəfindən “xxxx” MMC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: 23.06.2016-cı il tarixli, 84/SM-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 188,39 manat, 04.07.2016-cı il tarixli 10/BZ- 16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 7.578,61 manat, faiz borcu üzrə 1.608,26 manat, 11.07.2016-cı il tarixli 11/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 693,42 manat, 26.07.2016-cı il tarixli 12/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 16.572,18 manat, faiz borcu üzrə 3.812,81 manat, 28.07.2016-cı il tarixli 13/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 42.438,19 manat, faiz borcu üzrə 14,970 maanat, 29.07.2016-cı il tarixli 16/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 54,72 manat, 29.07.2016-cı il tarixli 15/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 41.037,83 manat, faiz borcu üzrə 14.467,29 manat, 01.08.2016-cı il tarixli 17/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 22.518 manat, faiz borcu üzrə 5.064,40 manat, 03.08.2016-cı il tarixli 19/BZ-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 30.163,11 manat, faiz borcu üzrə 6.949,48 manat, 29.12.2016-cı il tarixli, 423/SM-16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 26.616,33 maanat, faiz borcu üzrə 11.730,50 manat. Beləliklə ’’Borcalan” Cavabdeh tərəfindən «xxxx» MMC-dən alınmış kredit vəsaitinə görə bütün müqavilələr üzrə banka ödənilməli olan ümumi borcu 246.463,52 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında girovların satılması ilə bağlı hər hansı bir sənədlərin eləcə də girovların satışından əldə edilmiş pul vəsaitlərinin kredit müqavilələrinə yönəldilməsi barədə heç bir məlumat mövcud deyildir. Lakin, girov qoyulmuş qızıl-zinət əşyalarının ümumi qiyməti 158,317,50 manat olsada da, 3 avqust 2016-cı il tarixli girov müqaviləsi ilə 18166 manat məbləğində qiymətləndirilmiş qızıllar sonradan hərrac vasitəsilə 7731 manata satılmış, cavabdeh tərəfindən isə həmin hərracın nəticələri mübahisələndirilməmişdir. Belə olan halda, girov qoyulmuş və satılmış qızılların ümumi dəyəri 158,317,50 manat deyil, 147,882,50 manat (158,317,50- 18166+7731) təşkil edir. Belə olduqda isə, ekspert rəyləri ilə müəyyən olunmuş 246,463,52 manat borcdan həmin qızılların yekun qalığı kimi 147882,50 manat çıxıldıqda qalıq borcun 98.581,02 manat olması qənaətinə gəlinir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini iddiaçıya ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Girov qoyulmuş qızıl-zinyət əşyalarının dəyərindən aşağı qiymətləndirilmiş olması və onların satışından əldə edilmiş vəsaitin nəzərə alınmadığı barədə apelyatorun dəlilini isə kollegiya əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatına əsasən verilmiş ekspert rəyində girov qoyulmuş qızıl-zinəyət əşyaların ümumi dəyəri 158,317,50 manat müəyyən edilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, 03 avqust 2016-cı il tarixli girov müqaviləsi ilə 18166 manat məbləğində qiymətləndirilmiş qızıllar sonradan hərrac vasitəsilə 7731 manata satılmışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ekpsert rəyləri ilə müəyyən olunmuş 246,463,52 manat borcdan həmin qızılların yekun qalığı kimi 147882,50 manat çıxıldıqda qalıq borcun 98.581,02 manat olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi qızıl-zinyət əşyalarının qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Mülki Məcəllənin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci maddəsinə görə isə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Kollegiya cavabdehin nümayəndəsi və vəkilinin məhkəməyə ünvanladığı “Dövlət Statistika Komitəsinin arayışına əsasən 2017-ci ilə nisbətən qızılın qiyməti 110,2 faiz artmışdır” məzmunlu ərizəsinə münasibətə bildirir ki, cavabdehin nümayəndəsi sözügedən sübutu birinci instansiya məhkəməsinə təqdim edə bilərdi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırda kollegiya cavabdehin həmin dəlilini gecikmiş sübut kimi dəyərləndirir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-80/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar