Məhkəmə qərarları › İş №2(103)-3423/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3423/2021

01.03.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3423/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 51 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 6291/2020 saylı qərardadından Cavabdeh3 şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 51 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən 86 nömrəli evin 1-ci girişində yerləşən 23 saylı 108.8 kv.m ümumi sahəsi olan mənzilə dair Bakı şəhəri 51 saylı Dövlət Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən bağlanan xx.xx.2020-ci il tarixli reyestrdə 3M-945 nömrəli “İlkin alğı-satqı” müqaviləsinin ləğv edilməsi, onun adından Cavabdeh1 verilən xx.xx.2020-ci il tarixli reyestrdə 7E-6515 nömrəli etibarnamənin etibarsız hesab edilməsi və Cavabdeh1 xeyrinə xx.xx.2020-ci il tarixli reyestrdə 3M-945 nömrəli “İlkin alğı-satqı” müqaviləsi bağlanarkən çəkdiyi 92 manat notariat xərcinin və 30 manat məhkəmə xərcinin tutulması, mənzilin Cavabdeh1 və qeyrişəxslər tərəfindən tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 86 nömrəli evin 1-ci girişində yerləşən 23 saylı, 108.8 kv.m ümumi sahəsi olan mənzilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 6291/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 86, giriş 1, 23 saylı 108.8 kv.m ümumi sahəsi olan mənzilin özgəninkiləşdirilməsi Cavabdeh1 və başqa şəxslərə qadağan edilmiş, ərizə digər hissədə təmin edilməmişdir. Qərardaddan Cavabdeh3 tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh3 şikayətində qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş edərək, şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır, mənzil xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona məxsusdur, o, həmin mənzili tam qanuni əsaslarla əldə etmiş və mənzilin alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş dəyərini mülkiyyətçinin adına notariusun bankda olan depozit hesabına ödəmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti bilavasitə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 86, giriş 1, 23 saylı 108.8 kv.m ümumi sahəsi olan mənzil ilə bağlı olduğundan, həmin mənzil ilə bağlı hər hansı hərəkətin edilməsi iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini qismən təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 6291/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar