Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3426/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-506/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfındən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-506/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilkin iddia və iddiaçı Cavabdeh İddiaçı qarşı «aliment tələbi» nə dair qarşılıq iddia təmin olunmuşdur. Həmin qətnamədən narazı qalan qarşılıqlı cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki iş materiallarından göründüyü kimi Təranə Məmmmədova ilkin iddia üzrə iddiaçı olmaqla yanaşı, həm də qarşılıqlı iddia üzrə cavabdehdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində dövlət rüsumundan azad olunan şəxslərin konkret dairəsi göstərilmişdir, həmçinin həmin Qanununun 9.1.2-ci bəndinə görə alimentin alınması barədə iddialar üzrə yalnız iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır və hazırki işdə isə Təranə Məmmmədova həm də qarşılıqlı iddia üzrə cavabdehdir. Bununla da müəyyən olunur ki, qanunverciliyin qeyd edilən normalarına görə hazırki iş aliment tələbi ilə bağlıdır və məhkəmənin qətnaməsi ilə qarşılıqlı iddia təmin olunduğundan, cavabdeh İddiaçı da həmin hissəni mübahisələndirdiyindən dövlət rüsumundan azad edilən şəxs hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, kollegiya hesab edir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-506/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfındən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3426/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3426/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver