Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3426/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddia tələbi üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7041/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh 5700 manat dəyərində LUKS YUMSAQ 1 YERLİ markalı mebel əşyası 2 ədəd, LUKS YUMSAQ 3 YERLİ markalı mebel əşyası 2 ədəd 24 ay müddətinə nisyə satılmışdır.
2. xx.xx.2023-cü il tarixli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu hər ay 228.75 manat ödəməlidir.
3. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X2 1391.04 manat dəyərində SAMSUNG 25W CHARGER, İmei kodu **********03977 SAMSUNG GALAXY A53 markalı telefon 18 ay müddətinə nisyə satılmışdır.
4. xx.xx.2022-ci il tarixli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu hər ay 77.28 manat ödəməlidir.
5. Eyni tarixli nisyə alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə (təhvil-təslim aktı) ilə iddiaçı tərəfindən Cavabdeh olan İmei kod **********03977 SAMSUNG GALAXY A53 markalı telefon qüsursuz halda təhvil verilmişdir.
6. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh 398.98 manat dəyərində QUATTRO markalı xalça 6 ay müddətinə nisyə satılmışdır.
7. xx.xx.2023-cü il tarixli müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu hər ay 34.83 manat ödəməlidir.
8. 26.10.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 2705.69 manat ödənilməmiş hissə, 271.31 manat cərimə, ümumilikdə 2977 manat borc yaranmışdır.
9. 25.07.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh mövcud müqavilə ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, LUKS YUMSAQ 1 YERLİ markalı mebel əşyası 2 ədəd, LUKS YUMSAQ 3 YERLİ markalı mebel əşyası 2 ədəd üçün 2412.25 (iki min dörd yüz on iki manat iyitmi beş qəpik) manat ödənilməmiş hissə, 241.75 (iki yüz qırx bir manat yetmiş beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG 25W CHARGER, İmei kodu **********03977 SAMSUNG GALAXY A53 markalı telefon üçün 154.29 (yüz əlli dörd manat iyimi doqquz qəpik) manat ödənilməmiş hissə, 15.71 (on beş manat yetmiş bir qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən QUATTRO markalı xalça üçün 139.15 (yüz otuz doqquz manat on beş qəpik) manat ödənilməmiş hissə, 13.85 (on üç manat səksən beş qəpik) manat cərimə, ümumilikdə 2977 manat borcun 49.77 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddaçı "xxxx" MMC arasında xx.xx.2023-cü, xx.xx.2022-ci, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, Luks yumşaq 1 yerli markalı mebel əşyası 2 ədəd, LUKS – YUMŞAQ – 3 YERLİ markalı mebel əşyası 2 ədəd, Samsung 25W CHARGER, İMEİ kodu **********03977 Samsung GALAXY A53 markalı telefon, QUATTRO markalı xalça, almış və nəticədə 2977 (iki min doqquz yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən ümumilikdə, 2654 (iki min altı yüz əlli dörd) manat olmaqla, ondan, 2412.25 (iki min dörd yüz on iki manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 241.75 (iki yüz qırx bir manat yetmiş beş qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən ümumilikdə, 170 (yüz yetmiş) manat olmaqla ondan, 154.29 (yüz əlli dörd manat iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.71 (on beş manat yetmiş bir qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli digər müqaviləsinə əsasən ümumilikdə, 153 (yüz əlli üç) manat olmaqla ondan, 139.15 (yüz otuz doqquz manat on beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.85 (on üç manat manat səksən beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən LUKS – YUMŞAQ – 1 YERLİ markalı mebel əşyası 2 ədəd, LUKS – YUMŞAQ – 3 YERLİ markalı 2 ədəd mebel əşyasından xx.xx.2024-cü il tarixdə imtina etmiş və məhsul 2620 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4287.95 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil–təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7041/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2412.25 manat əsas borcun, 120 manat cərimənin, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 154.29 manat əsas borcun, 7 manat cərimənin, xx.xx.2023-cü il tarixli, 08922451 nömrəli müqaviləyə əsasən 139.15 manat əsas borcun, 6 manat cərimənin, ümumilikdə hər üç müqavilə ümumilikdə 2838,69 (iki min səkkiz yüz otuz səkkiz altmış doqquz) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 48,38 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 467, 448.1, 601.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 220, 284-6.1-284-6.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının məhkəmə iclasında iştirakı a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İş materiallarından göründüyü kimi, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2022 və xx.xx.2023 tarixlərində nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələrə əsasən cavabdehə aşağıdakı məhsullar hissəvi ödəniş şərtilə təqdim olunmuşdur: Samsung Galaxy A53 markalı mobil telefon və Samsung 25W şarj cihazı, LUKS YUMŞAQ markalı 1 və 3 yerli mebel dəstləri (cəmi 4 ədəd), QUATTRO markalı xalça. Cavabdeh bu müqavilələr üzrə ümumilikdə 4287.95 manat məbləğində ödəniş həyata keçirmişdir. İş materiallarından və təqdim edilmiş ödəniş cədvəllərindən aydın görünür ki, cavabdeh Samsung markalı mobil telefon, 25W şarj cihazı və QUATTRO xalça üzrə öhdəliklərini tam yerinə yetirmiş və bu məhsullar üzrə borclarını tam şəkildə bağlamışdır. Beləliklə, hal-hazırda mübahisə predmeti yalnız mebel məhsullarının dəyəri və həmin məhsullar üzrə qalan hissəvi borcla bağlıdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən alınmış mebel əşyaları ailə həyatı qurmağa hazırlaşan qızı üçün cehiz kimi alınıb. Lakin sonradan nikah münasibəti baş tutmamış, mebellərin istifadəsi baş verməmişdir. Bundan əlavə, cavabdehin həyat yoldaşı həmin dövrdə vəfat etmiş, bu isə ailənin mənəvi və maliyyə vəziyyətinə ciddi təsir göstərmişdir. Cavabdeh eyni zamanda sağlamlıq vəziyyətində yaranmış problemlər səbəbilə (əmək qabiliyyətini itirmişdir) daimi gəlir imkanlarını və ödəniş qabiliyyətini itirmişdir. Cavabdeh bu şəraitdə öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixində müqavilə əsasında təhvil aldığı dörd ədəd mebel məhsulunu könüllü şəkildə geri qaytarmışdır. İddiaçı təhvil-təslim aktı malları qüsursuz şəkildə qəbul etmişdir. Lakin iddiaçı bu malların ümumi dəyərini 2620 manat kimi qiymətləndirərək, həmin məbləği cavabdehin ümumi borcundan çıxmışdır. Bu qiymətləndirmə birtərəfli qaydada və cavabdehin iştirakı, razılığı, yaxud müstəqil ekspertiza olmadan aparılmışdır. İddiaçının geri qaytarılmış malların texniki və funksional vəziyyətinə dair, İstifadə edilib-edilmədiyinə, təkrar satışa çıxarılıbçıxarılmadığına dair heç bir obyektiv sübut təqdim etmədiyi halda, malların ilkin müqavilə qiymətinə nisbətən təxminən 50%-dən çox aşağı dəyərlə qiymətləndirilməsi cavabdehə qarşı ədalətsiz mövqe formalaşdırmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə borcun ödənilməsini tələb etmiş və daha sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə işə sadələşdirilmiş icraat qaydasında, cavabdehin iştirakı və izahatı olmadan baxmış, nəticədə cavabdehdən ümumilikdə 2838.69 manat vəsaitin tutulmasına qərar verilmişdir. Qətnamədə cavabdehin geri qaytardığı malların obyektiv qiymətləndirilməməsi, əsas borcun faktiki ödənilmiş hissəsinin nəzərə alınmaması, yeganə gəlir mənbələrinin kəsilməsi, ailə vəziyyəti və tibbi problemlərinin qiymətləndirilməməsi, cərimə sisteminin qeyri-proporsional və vicdansız xarakteri nəzərə alınmamışdır. Beləliklə, cavabdeh hal-hazırda yalnız mebel məhsulları üzrə qalan borcun yenidən, ədalətli və obyektiv şəkildə qiymətləndirilməsini, geri qaytarılmış əşyaların real dəyərinin nəzərə alınmasını və bu iş üzrə apellyasiya instansiyasında tam araşdırma aparılmasını tələb edir. Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti verir və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyini hesab edir. Cavabdeh qarşı mülki iddia qaldırılmış və işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsi üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Sadələşdirilmiş prosedur texniki rahatlıq məqsədi daşısa da, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə uyğun olan ədalətli mühakimə hüququnu məhdudlaşdırmamalıdır. Eyni zamanda geri qaytarılan mebellərin təhvil-təslim aktında onların qüsursuz və işlək vəziyyətdə olduğu açıq göstərilsə də, qiymətləndirilmə zamanı bu nəzərə alınmamış, cavabdehin əmlak maraqları ciddi şəkildə pozulmuşdur. Bundan başqa, mebel məhsulları geri qaytarıldıqdan sonra iddiaçı həmin malların ikinci əl məhsul kimi satışa çıxarılması və ya istifadə olunmaması barədə heç bir sübut təqdim etməmişdir. Bu isə cavabdehə qarşı əlavə məsuliyyət yükləyərkən əsassız iqtisadi üstünlük yaratmaqla vicdanlılıq prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4 maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Lakin bu iş üzrə həmin maddənin tətbiqində ciddi pozuntu baş vermişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində geri qaytarılmış dörd ədəd LUKS YUMŞAQ markalı mebel müqavilə üzrə ümumilikdə 5700 manat dəyərində nəzərdə tutulmuş, lakin iddiaçı bu malları öz təşəbbüsü ilə və heç bir rəsmi qiymətləndirmə sənədi təqdim etmədən cəmi 2620 manat dəyərində qiymətləndirmişdir. Qiymətləndirmə zamanı cavabdehin iştirakı təmin edilməmiş, müstəqil ekspertiza keçirilməmiş və malların texniki vəziyyəti, istifadə olunub-olunmaması, yaxud satış üçün yararlılığı barədə heç bir sübut təqdim edilməmişdir. Halbuki həmin mebellər cavabdeh tərəfindən istifadə olunmadan, yalnız cehiz kimi qızına alınmış, lakin nikah baş tutmadığı üçün geri qaytarılmışdır. Bu şərtlərdə malların dəyərinin 60%-dən çox aşağı salınması açıq şəkildə əsassız, qeyriobyektiv və ədalətsiz yanaşmadır. Satıcı bu qiymətləndirmə ilə həm əmlakı geri alır, həm də əmlakın faktiki bazar dəyərindən az olan məbləği borcdan çıxaraq cavabdehi əlavə maliyyə yükünə salır. Maddənin tətbiqi zamanı əsas olan, geri qaytarılmış əşyanın real bazar qiymətinin obyektiv və şəffaf şəkildə müəyyən edilməsidir. Bu baş vermədikdə, satıcının alternativ hüquqdan (malın geri alınması və ya ödənişin tələb edilməsi) istifadə etməsi hüququ öz əsl mahiyyətini itirir və hüquqdan sui-istifadə xarakteri daşımağa başlayır. Belə ki, iş üzrə cavabdehə təhvil verilmiş mebel məhsulları təhvil-təslim aktı ilə rəsmi şəkildə və qüsursuz vəziyyətdə təqdim edilmiş, iddiaçı tərəfindən bu barədə heç bir irad və ya qeyd olunmamışdır. Cavabdeh də bu rəftara əsaslanaraq malların texniki və funksional cəhətdən qəbul olunduğunu hesab etmiş, onlara zərər vermədən qoruyaraq saxlamış və sonradan könüllü şəkildə geri qaytarmışdır. Əlavə olaraq, cavabdehə geri qaytarma baş verdikdən sonra iddiaçının nümayəndəsi ilə baş tutmuş telefon danışığında ona borcun tam bağlandığı və əlavə borcun qalmadığı bildirilmişdir. Cavabdeh bu şifahi təsdiqə də əsaslanaraq, məsələni hüquqi baxımdan bitmiş hesab etmişdir. Lakin iddiaçı təhvil zamanı hər hansı qüsur barədə sənəd və ya irad təqdim etmədiyi halda, aylar sonra bu malların dəyərini kəskin şəkildə azaldaraq, onların guya istifadə olunmuş və ya dəyərdən düşmüş olduğunu əsas gətirməklə əlavə borc tələbində bulunmuşdur. Bu davranış əvvəlki qüsursuz təhvil və razılaşdırılmış vəziyyətə tamamilə ziddir və cavabdehin hüquqi etimadına əsaslanaraq etdiyi hərəkətləri pozur. İddiaçı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində geri qaytarılmış 4 ədəd mebelin cəmi 2620 manat dəyərində olduğunu bildirmişdir. Halbuki bu mebellər müqaviləyə görə 5700 manatlıq mal kimi təhvil verilmişdir. Burada iddiaçının aşağıdakı sübutları təqdim etməsi mütləq idi: Geri qaytarılan malların real və obyektiv qiymətləndirilməsi ilə bağlı ekspertiza rəyini; mebellərin geri qaytarılması zamanı onların hansı dərəcədə istifadə olunduğu, əmtəə görünüşünün pozulub-pozulmadığı barədə heç bir akt tərtib edilməmişdir. Malların istifadə olunubolunmaması barədə sənədləri; malların təkrar, hansı vəziyyətdə satışa çıxarılıbçıxarılmadığını sübut edən sənədləri. İddiaçı bu sübutlardan heç birini təqdim etməmişdir, qiymət sadəcə şifahi və birtərəfli bəyanata əsasən müəyyən edilmişdir. Təhvil-təslim aktında əşyaların tam və qüsursuz təhvil verildiyi göstərilmişdir, lakin sonradan həmin malların istifadə edilmiş kimi qiymətləndirilməsi qanunazidd və əsassızdır. Hesab edir ki, yuxarıdakı hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir. Cavabdehin həmin malları cehiz məqsədilə alaraq istifadə etmədən geri qaytarması, təhvil zamanı qüsur barədə heç bir qeyd olunmaması və geri qaytarmadan sonra iddiaçı nümayəndəsinin telefon danışığında borcun tam bağlandığını bildirməsi cavabdehdə hüquqi etimad yaratmış, lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla yanaşı, cavabdehin həyat yoldaşının vəfatı, özünün xəstəlik səbəbilə əmək qabiliyyətini itirməsi və sabit gəlir mənbəyinin olmaması kimi sosial və tibbi vəziyyəti də qiymətləndirilmədən, cərimə və əsas borcun məbləği real imkanlar və hüquqi balans baxımından proporsional şəkildə tənzimlənməmişdir. Məhkəmə sadələşdirilmiş icraat prosedurundan istifadə edərək cavabdehin izahat vermək və sübutlarını təqdim etmək hüququnu təmin etmədən qətnamə çıxarmış, nəticədə cavabdehin Konstitusiyanın 60-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Bu hallar məhkəmənin sübutlara obyektiv yanaşmadığını, yalnız birtərəfli iradələrə əsaslanaraq qərar verdiyini və nəticədə hüquqi əsaslandırması zəif, faktiki reallıqlarla uzlaşmayan qətnamə qəbul etdiyini göstərir. Məhkəmənin sübutları birgə və hərtərəfli qiymətləndirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Cavabdeh vəsatətlə müraciət edərək hazırki işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etsə də, məhkəmə kollegiyası hazırki işə şifahi məhkəmə iclasında baxılmasına zərurət görməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir.
21. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
22. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, qətnamə yalnız mübahisələndirilən hissədə, apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7041/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, müqavilədə göstərilən malı borcluya vermişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi əsas borca münasibətdə təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2412.25 manat əsas borc, xx.xx.2022-ci il tarixli, müqavilə üzrə 154.29 manat əsas borc, xx.xx.2023-cü il tarixli, müqavilə üzrə 139.15 manat əsas borc, alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir.
34. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasiətdə hesab edir ki, xx.xx.2023-cü il tarixli 08922450 nömrəli Müqaviləyə Əlavənin 4-cü bəndinə əsasən “Müştəri” ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özünün və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 08922450 nömrəli Müqaviləyə Əlavədən də görünür ki, cavabdeh həmin Əlavəni imzalamaqla sərbəst iradə ifadəsi bildirmiş və müqavilə şərtləri ilə razılaşmışdır. Belə olan halda cavabdeh tərəfindən geri qaytarılmış mebellərin qiymətləndirilməsi üzrə əlavə araşdırmaya zərurət istisna edilir. Bundan başqa, cavabdehin apellyasiya şikayətində bildirdiyi ailə və tibbi problemlərinin olması və yeganə gəlir mənbəyinin kəsilməsi halları onun maddi vəziyyətini ağırlaşdırsa da, bununla belə qeyd olunan hallar qanunvericiliyin tələblərindən irəli gələrək müqavilə üzrə öhdəliklərin icrasından azad etmir.
35. Kollegiya qeyd edir ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Bununla belə dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа iddiaçının mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 120 (yüz iyirmi) manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 7 (yeddi) manat, xx.xx.2023-cü il tarixli, 08922451 nömrəli müqaviləyə əsasən 6 (altı) manat məbləğində dəbbə pulunun tutulmasına dair gəldiyi nəticə məqsədəuyğun hesab olunur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində və vəsatətdə məhkəmə iclasında iştirakının təmin edilmədiyini və hazırki işə şifahi məhkəmə baxışında baxılmasını xahiş etsə də, hazırki işə məhkəmə iclasında baxılmasına hər hansı zərurət müəyyən edilməmişdir.
37. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7041/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.