Məhkəmə qərarları › İş №2(103)-343/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-343/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-343/2022 25.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3644/2016 saylı, 11 may 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “FİNCA Azerbayjan» X5-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 27 dekabr 2013-cü il tarixində bağlanmış **********3829 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 31% olmaqla 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borclular hər ay 395 manat məbləğində olmaqla, cəmi 9529 manat ödəniş etməli olduqları halda, bu günə qədər yalnız 5530 manat məbləğində ödəniş etmişdir. Həmçinin iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında həmin tarixdə zaminlik müqavilələri bağlanılmışdır. Zaminlik müqaviləsinin 2-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 5.1-ci bəndinə sasən kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan həcmdə yerinə yetirmədiyi təqdirdə, hər yubanma günü üçün əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) ödəməyə borcludur. Belə ki, cavabdehlərin bu günə əsas 3478,44 manat, faiz borcu üzrə 520,56 manat, cərimə üzrə 242,92 manat, cəmi 4241,92 manat mbələğində borcu yaranmışdır. Cavabdehlər çox saylı müraciətlərinə baxmayaraq borcu ödəməkdən imtina etmişdilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 3478,44 manat, faiz borcu üzrə 520,56 manat, cərimə üzrə 242,92 manat, cəmi 4241,92 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli, 2(006)- 3644/2016 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «FİNCA Azerbayjan» X5-Bank Kredit Təşkilatının xeyrinə **********3829 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 3478,44 manat əsas borc, 520,56 manat faiz borcu, 21 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 4050 (dörd min əlli manat) məbləğində pulun tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3644/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Qulubəylinin “icra ödənişinin alınması barədə” xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, borclu Cavabdeh1 283.50 manat məbləğində icra ödənişi alınsın, icra ödənişi məbləğinin 25%-i dövlət büdcəsinə, qalan hissəsi icra məmurlarının xüsusi fonduna köçürülsün. Qeyd etməyi zəruri hesab edirlər ki, Cavabdeh1 xx.xx.2015-ci ildən Quba rayonu Susay kəndində qeydiyyatda olduğundan 2016-cı ildə ona qarşı ünvan 1 ünvanı üzrə Nəsimi rayon məhkəməsinə müraciət olunması və qətnamə qəbul olunması barədə Cavabdeh1 xəbəri olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3644/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi Cavabdeh1 təqdim olunmamışdır. Hesab edir ki, mübahisə predmeti üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə maddi və prosessual qanunvericiliyin Konstitusiyada təsbit olunmuş İnsan hüquq və azadlıqlarının və Beynəlxalq Konvensiya müddəalarının norma və prinsiplərinin ziddinə əsaslanmaqla qəbul edilmişdir ki, onunla razılaşmayaraq apellyasiya şikayətini irəli sürür. Məhkəmə Cavabdeh1 məhkəmə iclasında iştirak etməməyinin səbəblərini araşdırmadan, iştirakını təmin etmədən məhkəmə qətnaməsi qəbul etmişdir. Bununla da məhkəmə sübutların araşdırılmasından və sübutların təqdim olunmasından iddiaçını məhrum edərək ədalət mühakiməsinin müqəddəs olan tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozaraq ədalətli məhkəmə araşdırılması hüquqlarının pozulmasına səbəb olmuşdur. İcra sənədindən aydın olur ki, cavabdeh tərəfindən "Finka Azərbaycan" Qeyri-Bank Kredit təşkilatı X1 ümumilikdə ödənilmiş pul məbləğinin çox hissəsi faiz və cərimələrin silinməsinə yönəlmişdir. Hesab edir ki, əsas borc və faiz məbləğinin müəyyənləşdirilməsi üçün (ayrı-ayrı vaxtlardan aparılmış ödənişlər nəzərə alınmaqla) məhkəmə tərəfindən məhkəmə-müsahibatlıq ekspertizası təyin edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş «Kredit Verən» qismində «FİNCA Azerbayjan» X6-Bank Kredit Təşkilatı ilə digər tərəfdən «Kredit alan» qismində Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2013-cü il tarixli, **********3829 saylı kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə, 31% faizlə, 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş üzrə «Kredit Verən» qismində «FİNCA Azerbayjan» X5-Bank Kredit Təşkilatı ilə digər tərəfdən «Zamin» qismində Cavabdeh3 arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2013-cü il tarixli, **********3829 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə Kredit alan olan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə «Kredit Verən» qismində «FİNCA Azerbayjan» X5-Bank Kredit Təşkilatı ilə digər tərəfdən «Zamin» qismində Cavabdeh2 arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2013-cü il tarixli, **********3829 saylı kredit müqaviləsinə əsasən həmin müqavilə üzrə Kredit alan olan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə «FİNCA Azerbayjan» X5-Bank Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3478,44 manat əsas, 520,56 manat faiz, 242,92 manat cərimə, cəmi 4241,92 manat borcu vardır. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 02 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 12 may 2022-ci il tarixli 9/734 saylı Ekspertiza Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş kredit tarixi, kredit müqaviləsi, və s.) 27 dekabr 2013-cü il tarixli, **********3829 saylı kredit müqaviləsi üzrə X3 banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; xx.xx.2015-ci il tarixə əsas borcu üzrə 3.442,28 manat, faiz borcu üzrə 849,25 manat müəyyən edilmişdir. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixədək 449,89 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2015-ci il tarixə göstərildiyindən 449,89 manat məbləğində ödəniş nəzərə alınmadı. Məhkəmə kollegiyası verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2). Göstərilən Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Göstərilən Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.(maddə 470.2). Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qeyd edilən Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.3). Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdə «FİNCA Azerbayjan» X5-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 24 ay müddətinə, illik 31% olmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələri bağlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməməsi ilə əlaqədar iddiaçıya ümumi ödənilməmiş 3478,44 manat əsas, 520,56 manat faiz və 242,92 manat cərimə, cəmi 4241,92 manat borcu yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, bank yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh1 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, həmçinin digər cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinə zamin durduğundan, iddia tələbi qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 3478,44 manat əsas və 520,56 manat cərimə borcu tutulmalıdır. Məhkəmə kolegiyası iddia tələbinin 242,92 manat cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, AR Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın geçikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə götürülmüş kredit üzrə borcun qismən ödənilməsini və hesablanmış cərimənin götürülmüş kreditə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin kreditorun əmlak mənafelərini və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulacaq cərimənin miqdarı 21 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada «FİNCA Azerbayjan» X5-Bank Kredit Təşkilatının xeyrinə **********3829 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 3478,44 manat əsas borc, 520,56 manat faiz borcu, 21 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 4050 (dörd min əlli manat) məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər mötəbər sübutlarla təsdiq olunmamaqla formal mülahizələrlə əsaslandırılmışdır. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli, 2(006)-3644/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar