Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3438/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlk iddia üzrə iddiaçı - birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh - birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1386/2020 saylı qətnaməsindən iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı - birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, Maraqlı şəxs1 və X2rşı “artıq hesablanmış məbləğin silinməsinə və faizin dayandırılmasına dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MM/69304/50/23 nömrəli kredit sazişinə əsasəngötürülmüş əsas kredit məbləğinə, hesablanmış faiz və cərimə məbləğinə dair artıq hesablanmış məbləğin silinməsinə və faizin hesablanmasının dayandırılmasına dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı, Maraqlı şəxs1 və Maraqlı şəxs2 iddiaçı Cavabdeh ASC-nin xeyrinə 7993.5 ABŞ dolları məbləğində əsas borcun, 8855.93 ABŞ dolları məbləğində faiz borcunun, 201.88 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 17051.31 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış MM/69304/50/23 nömrəli kredit sazişinə əsasən nəğd pul layihəsi müqaviləsinə əsasən 92 ay müddətinə, illik 23% olmaqla 13188 ABŞ (on üç min yüz səksən səkkiz) dolları məbləğində kredit götürmüşdür. Kreditin ödənişi ilə bağlı 2015-ci il tarixdə 2618 (iki min altı yüz on səkkiz) manat, 2016-cı ildə 3720 (üç min yeddi yüz iyirmi) manat, 2017-ci ildə 2700 (iki min yeddi yüz) manat və 2018-ci ildə 600 (altı yüz) manat. Ümumilikdə 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində pul cavabdehin hesabına ödəmişdir. 2018-ci ildə ödəniş edə bilmədiyi üçün iddiaçıya ödənişlə bağlı güzəştlər edilməsi üçün 05 aprel2018-ci il tarixdə cavabdehə məktubla müraciət edilmiş, lakin məktuba cavab verilməmişdir. Yuxarıda qeyd olunduğu kimi götürülən kredit 13188 ABŞ (on üç min yüz səksən səkkiz) dolları təşkil edir, həmin məbləği manata konvertasiya etsək 22419.60 (iyirmi iki min dörd yüz on doqquz) manat təşkil edir. Hazırki dövrə kimi ödənilən 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləği 22419.60 (iyirmi iki min dörd yüz on doqquz) manat məbləğdən çıxılsa yerdə 12781.60 (on iki min yeddi yüz səksən bir manat 60 qəpik) qalır. Lakin qeyd olunanlara baxmayaraq bank iddiaçıdan xx.xx.2020-ci il tarixə (yeddi min doqquz yüz doxsan üç dollar 50 sent) ABŞ əsas, 8692.42 (səkkiz min altı yüz doxsan iki dollar 42 sent) ABŞ faiz və 201.88 (iki yüz bir dollar 88 sent) ABŞ dolları dolları cərimə borcunu tələb edir. Sual yaranır - iddiaçının 2015-ci ildən 2018-ci il tarixə kimi ümumilikdə ödədiyi 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğ niyə bankın iddiaçıdan tələb etdiyi məbləğdən çıxılmayıb? Digər sual- 2018-ci ildən banka ödəniş edə bilmir, nəyə görə və hansı səbəbdən bank, 2 ildir ki, borcun tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmir? Axırıncı ödəniş iddiaçı tərəfindən 2018-ci ildə olmuşdur. Lakin cavabdeh yalnız xx.xx.2019-cu il tarixdə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi iləmüraciət etmişdir. Mülki iş Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin hakimi Günel Abbasovanın icraaatına daxil edilmişdir. Cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bunun da nəticəsində Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin iş № 2(001)-3080/2019 xx.xx.2019-cu il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmışdır. Cavabdeh məhkəməyə müraciət etməmişdən öncə iddiaçıya və zaminlərə bir neçə dəfə müxtəlif vaxtlarda və məbləğlərdə kreditin ödənilməməsi ilə bağlı məktubla müraciət etmişdir. İddiaçıya - Cavabdeh ASC-i tərəfindən göndərilən PK-İ № 3941 nömrəli bildirişdə kredit məbləğinin xx.xx.2018-ci il tarixinə 14077.41 (on dörd min yetmiş yeddi dollar 41 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zamin - Maraqlı şəxs2 Cavabdeh ASC tərəfindən göndərilən PK-İ № 657 xx.xx.2018-ci il tarixli bildirişdə kredit məbləğinin xx.xx.2018-ci il tarixinə 14096.59 (on dörd min doxsan altı dollar 59 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zamin - Maraqlı şəxs1 Cavabdeh ASC tərəfindən göndərilən PK-İ № 656 xx.xx.2018-ci il tarixli bildirişdə kredit məbləğinin xx.xx.2018-ci il tarixinə 14096.59 (on dörd min doxsan altı dollar 59 sent) ABŞ dolları olması qeyd edilmişdir. Zaminlər - Maraqlı şəxs1 və Maraqlı şəxs2 Cavabdeh ASC-i tərəfındən göndərilən PK İ № 930 nömrəli bildirişdə kredit məbləğinin xx.xx.2018-ci il tarixinə 14635.79 (on dörd min altı yüz otuz beş dollar 79 sent) ABŞ dolları olması qeyd edilmişdir. İddiaçıya - Cavabdeh ASC-i tərəfindən göndərilən PK-İ № 6820 ci il tarixli bildirişdə kredit məbləğinin xx.xx.2018-ci il tarixinə (on dörd min beş yüz doxsan üç dollar 5 sent) ABŞ dolları olması qeyd edilmişdir. İddiaçıya - Cavabdeh ASC-i tərəfindən göndərilən № MZF-996/18 ci il tarixli bildirişdə kredit məbləğinin xx.xx.2018-ci il tarixinə 14179.61 (on dörd min yüz yetmiş doqquz dollar 61 sent) ABŞ dolları olması qeyd edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsində 7993,50 (yeddi min doqquz yüz doxsan üç dollar 50 sent) ABŞ əsas, 8692.42 (səkkiz min altı yüz doxsan iki dollar 42 sent) ABŞ faiz və 201.88 (iki yüz bir dollar 88 sent) ABŞ dolları cərimə borcunu qeyd etmişdir. Kreditin ödənişi ilə bağlı iddiaçı tərəfindən 2015-ci il tarixdə 2618 (iki min altı yüz on səkkiz) manat, 2016-cı ildə 3720 (üç min yeddi yüz iyirmi) manat, 2017-ci ildə 2700 (iki min yeddi yüz) manat və 2018-ci ildə 600 (altı yüz) manat, ümumilikdə 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində pulu cavabdehin hesabına ödənilmişdir. Ümumilikdə cavabdehin hesabına ödənilən 9638 (doqquz min altı yüz otuz səkkiz) manat məbləğində vəsait barədə cavabdeh nə bildirişlərində nə də ki, məhkəməyə verdiyi iddia ərizəsində qeydlər aparmamışdır. Müxtəlif məbləğlər hesablandığı üçün məhkəmə mühasibatlıq ekspertizası təyin ediiməlidr. Əsas, faiz və cərimə məbləğləri yenidən hesablanmalıdır. Birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırlmışdır ki, cavabdeh İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 92 ay müddətinə, illik 23% olmaqla 13188 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda borclu “ödəniş cədvəli” nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1386/2020 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli müqavilə üzrə cavabdeh İddiaçı artıq hesablanmış 405,96 ABŞ dolları faiz borcu ilk iddia üzrə Cavabdeh ASC tərəfindən silinməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, birləşdirlmiş iş üzrə cavabdehlər İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 7993,5 ABŞ dolları əsas, 8449,97 ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə borcu (ödəniş günü manata olan məzənnə ilə) olmaqla, ümumilikdə, 16473,47 ABŞ (on altı min dörd yüz yetmiş üç ABŞ dolları, 47 sent) məbləğində pul və 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, birləşdirilmiş iş üzrə iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin Cavabdeh ASC-dən, İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 müştərək qaydada tutularaq, 100 (bir yüz) manat məbləğində pulun Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ 013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Cavabdeh ASC apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsinin 2(005)-1386/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin İddiaçı Cavabdeh ASCyə qarşı iddia tələbi və məhkəmə məsrəflərinin bölünməsi hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-yə qarşı iddiasının rədd edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov rayon Məhkəməsindən məktub daxil olaraq, ilkin iddia üzrə iddiaçı-birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanması məqsədi ilə hazırda Bakı Apellyasiya Məhkəməsində olan mülki işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kolegiyası iddiaçını və cavabdehin nümayəndəsi dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan məktubu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və ilk iddia üzrə iddiaçı-birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tərəfindən Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1386/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırki mülki iş apellyasiya baxışından çıxarılaraq, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-1386/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı-birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3438/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3438/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver