Məhkəmə qərarları › İş №2(103)-3438/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3438/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3438/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsələrdən tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X13 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbinə dair iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2(094)-29/2024 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli BPM **********09 saylı “tam kart çərçivə müqaviləsi” bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən X4 şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Ödəniş cədvəlindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı Banka 10000 manat əsas borc, 5646,4 manat faiz borcu olmaqla, cəmi 15646,4 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür.

3. xx.xx.2023-cü il tarixli olan maliyyə arayışından görünür ki, X3 banka 9671,58 manat borcu vardır.

4. İddiaçı cavabdehlərə kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixində ölmüşdür.

6. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır və miras əmlak Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 14 ünvanında yerləşən 43 saylı mənzildən ibarətdir.

7. 06 oktyabr 2020-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, vəsiyyətnamə üzrə vərəsə Cavabdeh3dır və o miras əmlakdan ½ hissədə pay almalıdır.

8. 06 oktyabr 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, vərəsə Cavabdeh3dır və o miras əmlakdan 1/6 hissədə pay almalıdır.

9. 21 aprel 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, vərəsələr Cavabdeh1, Cavabdeh2, hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9671,58 manat məbləğində kredit borcunun və ödənilmiş 116,72 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 10000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir Borclu X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak Texniki İnventarlaşdırma və Mülkiyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə X4 verilmiş 30/02 qeydəalma nömrəsi ilə 96ÖZ nömrəli kitabın 14337-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 37.04 kv/m olan 3 otaqlı mənzilin ona aid olan payından ibarətdir. Maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş– 9671.58 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və X1 X12 vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1 və X5 borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 9671.58 manat olduğundan, Bank tərəfindən 116,72 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.

12. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2(094)- 29/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, X6 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyündən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun vərəsəsi olduğundan və X2 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 739.1, 739.2, 1151, 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbi pozulmuş, vərəsələrin miras əmlak üzərindəki payı düzgün nəzərə alınmamışdır. Cavabdeh1 və Cavabdeh2 mərhum borclu şəxsin qanun üzrə vərəsələridir. Digər cavadeh isə mərhumun vəsiyyətnamə üzrə əsas vərəsəsidir. Məhkəmə qətnaməsində və apellyasiya şikayətinə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından da göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 miras əmlak üzrə daha az məcburi paya malikdirlər. Bu səbəbdən də onların miras passivi olan borca öhdəlik payı da daha az olmalıdır. Lakin məhkəmə tərəfindən məcburi pay sahibi, qanun üzrə vərəsələrin əsas vərəsə ilə aralarında hər hansı fərq qoyulmadan müştərək borclu olması barədə formal qərar qəbul edilmişdir. Eyni zamanda məlum olduğu kimi, kommersiya bankları ilə müştərilər arasında bağlanmış kredit müqavilələri zamanı baş verə biləcək fors-major hallarla bağlı banklarla müştərilər arasında həyat sığortası müqavilələri bağlanmaqdadır. Borclu şəxsin vəfat etməsi halında bu sığorta müqaviləsi ilə sığorta hadisəsi hesab edildiyi təqdirdə sığorta məbləği ödənilməli, yerdə qalan hissə ilə bağlı vərəsələrə yönəlmə olmalıdır. Bununla bağlı məhkəmə prosesində də bankda sığorta müqaviləsinin olub-olmaması və olduğu halda məhkəməyə və biz vərəsələrə təqdim edilməsi bildirilsə də, iddiaçı tərəfindən bu suallar cavablandırılmamışdır. Məhkəmə tərəfindən də bu hallar araşdırılmamış, sığorta müqaviləsi iddiaçıdan tələb olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdeh2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

19. Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi.

20. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək izahatında göstərdi ki, borc vərəsələrdən müştərək qaydada tutulmalıdır, mirasda paylar bərabər deyildirsə, vərəsələr reqress qaydada həmin məbləğin ödənilməsini tələb edə bilər. Bundan başqa, X6 ilə kredit müqaviləsinin bağlandığı vaxt həyət sığortası ilə bağlı məcburi tələb nəzərdə tutulmadığından belə bir müqavilə mövcud deyildir.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

23. Azərbaycan Respublikası Konsitutusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarı: “ 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qətnamənin ləğvi tələb olunduğundan, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən borc məbləğinin müştərək qaydada tutulması hissədə düzgün nəticəyə gəlməmişdir.

27. İşin hallarından müəyyən edilir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM **********09 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən X4 şəxsi məqsədlər üçün illik 24% hesablanması şərti ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X6 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə borclunun banka ümumilikdə 9671,58 manat məbləğində borcu qalmışdır. Borclu X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilməsi üçün vərəsəlik işi açılmışdır.

28. İş materiallarında olan vəsiyyət və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, vəsiyyətnamə üzrə vərəsə Cavabdeh3 miras əmlakdan ½ hissədə vərəsəlik üzrə, 1/6 hissə isə qanun üzrə, Cavabdeh1, Cavabdeh2 isə hər biri 1/6 hissədə pay almışlar.

29. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müştərək qaydada tutulması düzgün olmamışdır.

30. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

31. Vərəsələrdən hər birinin payına mütənasib surətdə hesablama apardıqda isə məlum olur ki, 9671,58 manat borcun 4/6 hissəsi – 6447,72 manat Cavabdeh3, 1611,93 manat hissəsi Cavabdeh2, 1611,93 manat hissəsi isə Cavabdeh1 tutulmalıdır.

32. Odur ki, kollegiya hesab edir ki, şikayət dəlili bu hissədə əsaslıdır və qətnamə müvafiq qaydada dəyişdirilməlidir.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən borcun müştərək qaydada tutulması hissəsində gəldiyi nəticə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2(094)- 29/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, e-2(094)- 29/2024 nömrəli qətnaməsi borc məbləğinin müştərək qaydada tutulması hissədə dəyişdirilsin. 6447,72 manat Cavabdeh3, 1611,93 manat Cavabdeh2, 1611,93 manat Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar