Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3442/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4327/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 770 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul, cəmi 800 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 770 manat məbləğində pulu aviabilet alınması üçün Cavabdeh2 və Cavabdeh1 ilə aralarında olan razılıq əsasında Cavabdeh3 məxsus “xxxx” ASC-dəki kart hesabına ödəniş etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onu aldatmış, aviabilet almamış, ödədiyi 770 manat pulu isə geri qaytarmamışlar. Buna dair onlara telefon və whatsappla danışıqları heç bir nəticə verməmiş, ona görə də məhkəməyə müraiət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4327/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apelyasiya şikayətlərinin məzmunu eynilik təşkil etməklə onunla əsaslandırılmışdır ki, onlar ilə iddiaçı arasında sözügedən məsələ ilə bağlı əvvəlcədən heç bir əsas yoxdur və həmin razılaşmanın mövcudluğunu sübut edən heç bir dəlil ortalığa qovula bilməz. İddiaçının ərizəsində bəhs etdiyi telefon danışıqları və “whatsapp” yazışmaları isə sübutetmə predmetinin əsası kimi qəbul edilə bilməz. Çünki həmin danışıq və yazışmalar əvvəlcədən xəbərdarlıq edilmədən əldə edilmiş və onun razılığı alınmamışdır. Qanunvericiliyin tələblərinə görə, hüquq qaydasının əleyhinə əldə edilmiş foto, video və səs yazıları sübut qismində qəbul edilə bilməz. Burdan da o nəticə hasil olur ki, iddiaçı şəxsə münasibətdə yanışmışdır və bu yanılma əsassız yanılmadır. Yəni iddiaçı səhvən elə düşünür ki, pul onlar tərəfindən ödənilməlidir. Hazırki situasiyada onun bank hesabına heç bir vəsait köçürülməmişdir və belə olan halda da, onlar işin məsuliyyətini öz üzərinə götürərmək niyyətindən uzaqdırlar. Ona görə də hesab edirlər ki, məhkəmə iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul etməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4327/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xxxx ASC-nin Buzovna filialındakı xx.xx.2020ci il tarixində, saat 14:57-də plastik kart hesabına ödənilmiş qəbzdən müəyyən olunur ki, Cavabdeh3 hesabına 770 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh3 hesabına “xxxx” ASC-nin Buzovna filialındakı xx.xx.2020-ci il tarixində, saat 14:57-də plastik kart hesabına 770 manat pul vəsaiti ödənilmişdir. Həm iddiaçı tərəf, həm də cavabdehlər həmin pulun aviabiletin alınması üçün köçürüldüyünü, lakin uçuşların Cavabdeh2 tərəfindən təşkil olunmadığını, onun tərəfindən digər vətəndaşlara məxsus pul vəsaitinin də mənimsənildiyini və bununla bağlı olaraq araşdırılma aparıldığını qeyd etmişlər. Cavabdehlər tərəfindən həmin pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Beləliklə, cavabdehlər iddiaçının hesabına əmlak əldə etmiş və bunun üçün heç bir qanuni əsas olmamışdır. Buna görə də, iddiaçı tərəfindən cavabdehlərin plastik kart hesabına ödənilmiş 770 manat pul ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzin surətindən və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müvafiq izahatlarından bu hal sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh3 birinci instansiya məhkəməsində icraat zamanı onun kart hesabına pulun köçürülməsi halını etiraf etmişdir. Şikayətlərin digər dəlilləri isə iş materialları və cavabdehlər Cavabdeh1 ərizəsi və Cavabdeh3 birinci instansiya məhkəməsində vermiş olduğu izahatla təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4327/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4327/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3442/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3442/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver