Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3455/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3301/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 17.11.2016-cı il tarixdə administrator vəzifəsinə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi, o cümlədən X8 haqqında müqavilə bağlanmışdır. Daha sonra 18.01.2019-cu il tarixdə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 21.11.2017-ci il və 10.08.2018-ci il tarixlərində inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 12007 (on iki min yeddi) manat çatışmazlıq müəyyən edilmiş və yoxlamadan keçən dövrdə 902 (doqquz yüz iki) manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 11105 (on bir min yüz beş) manat qalıq borcu qalmışdır. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, lakin indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X8 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191, 194, 199, 202-ci maddələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələri ilə əsaslandıraraq, İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 11105 (on bir min yüz beş) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ümumilikdə 11135 (on bir min yüz otuz beş) manat məbləğin Cavabdeh Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3301/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 11105 (on bir min yüz beş) manat pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməmiş, iddianın rədd olunmasını xahiş etmişdir və araşdırma zamanı “stokda” problem olduğunu, onun cavabdeh tərəfindən araşdırırılmadığını, şahidlərin dindirilməsini, iş üzrə ekspertizanın keçirilməsini xahiş etmişdir. Qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Məhkəmə işə qərəzli yanaşaraq iddiaçının işin obyektiv hallarına və həqiqətə uyğun olmayan qondarma dəlillərini nəzərə alaraq qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının gətirdiyi izahatından da görünür ki, cavabdeh “stok” problemlərinin olduğunu bildirmişdir və məhkəmə iclasında bununla bağlı izahatında məhkəmə mühasibatlıq ekspetizası təyin edilməsini və stokda, yəni anbarda olan malların çeşidinin və sayının yoxlanılmasını, ümumiyyətdə iddiaçının istinad etdiyi çatışmamazlıqların reallıqda mövcud olub olmamasının yoxlanılmasını xahiş etmişdir. Eyni zamanda şahidlərin dindirilməsini xahiş etmişdir. Məhkəmə bu halları protokola daxil etməmiş və yalnız iddiaçının təqdim etdiyi sübutları əsas gətirib iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq Cavabdeh oğlunun fəaliyyət dövründə əskik gəlmiş malların siyahasına dair sənədi məhkəmə kollegiyasına təqdim etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3301/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyar 2016-cı il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti təyin olunmaqla 17.11.2016-ci il tarixindən müddətsiz olaraq administrator vəzifəsinə işə qəbul olunmuşdur və eyni zamanda həmin müqavilə ilə müqavilənin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıması barədə öhdəlik götürmüşlər. İş materiallarında olan 17.11.2016-cı il tarixli 021-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti təyin olunmaqla administrator vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyar 2016cı il tarixli X8 haqqında müqavilənin təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunmuş və ona müqavilədə göstərilənlər etibar olunmuşdur. Həmin müqavilədə maddi məsul şəxsin təqsiri (qəsdən və ya ehtiyatsızlığı) üzərindən işəgötürənə dəymiş ziyanın məbləğinin müəyyən edilməsinin qaydaları müəyyən edilmişdir. Cavabdeh X8 haqqında müqavilə ilə tanış olmuş və müqavilədə göstərilənlərlə bağlı üzərinə öhdəlik götürməsini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Vəzifə təlimatının təsdiq edilmiş surətindən görünür ki, administrator vəzifəsində çalışan şəxsin vəzifə funksiyaları həmin təlimatda göstərilmişdir. Həmin təlimatın 1.4-cü bəndində kassa əməliyyatlarına nəzarət etmək, kassaların təhviltəslim prosesində iştirak və əməliyyatların doğru aparılmasına nəzarət etmək; 1.13-cü bəndində qəbul edilən malların sayını və satışa yararlılığını yoxlamaq; 1.14-cü bəndində mağaza büdcəsi, sifariş, xərclər və qalıq hesabatlarını hazırlamaq; 3.2-ci bəndində isə sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşımaq nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, Cavabdeh 15 sentyabr 2018-ci il tarixli izahatında göstərmişdir ki, 10 avqust 2018-ci il tarixdə yoxlama keçirilmiş, Əhmədli-2 mağazasında araşdırma zamanı 9579.18 manat kəsir gəlmiş, araşdırmada kəsir gələn mallarla tanış olmuş, inventarizasiya şöbəsi ilə bağlı sualının qalmadığını, araşdırmanın nəticəsi ilə razı qaldığını, stokda problem olduğunu qeyd etmişdir. İş materiallarında olan 18.01.2019-cu il tarixli 030-K saylı əmrdən çıxarışdan görünür ki, Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin OBA X1 əmək müqaviləsinə 18.01.2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən Cavabdeh öz xahişi ilə xitam verilmişdir. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli İddiaçı MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, 21.11.2017-ci il və 10.08.2018-ci il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 12007 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 12007 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 902 manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 11105 (12007-902) manat borcu qalmışdır. İş materiallarında olan aktivlər üzrə inventarizasiya və təhvil-təslim nəticələrinə dair yekun aktlardan görünür ki, İddiaçı MMC-nin “Əhmədli 2” (113) mağazasında 21.11.2017-ci il və 10.08.2018-ci il tarixlərində keçirilmiş təftiş yoxlamasına əsasən hesabda 12007 manat çatışmazlıq müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 21.11.2017-ci il və 10.08.2018-ci il tarixli imtina aktlarından məlum olur ki, Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan məlum olur ki, cəmiyyət borcun 3 gün müddətində ödənilməsini cavabdehə təklif etmiş və ödəmədiyi təqdirdə müvafiq hüquqi tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsində müəyyən edilmiş əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları arasında işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ təsbit edilmişdir. Həmin Məcəllənin 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 104-cü maddəsinə görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X8 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: Həmin Məcəllənin 202-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki işdə olan sübutlarla və apelyasiya icraatı zamanı baxış keçirilmiş Cavabdeh fəaliyyəti dövrünə aid olan əskik gələn malların inventarizaiya siyahası ilə təsdiq edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 17.11.2016-cı il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmış, cavabdeh administrator vəzifəsinə işə qəbul olunmuş və “X8” haqqında müqavilə imzalanmışdır. Cavabdeh 18.01.2019-cu il tarixli 030-K saylı əmrlə işdən azad edilmişdir. 21.11.2017-ci il və 10.08.2018-ci il tarixlərində İddiaçı MMC-nin – “Əhmədli 2” (113) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, 21.11.2017-ci il və 10.08.2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən həmin məbləğin 12007 (on iki min yeddi) manat olması müəyyən edilmişdir. Maliyyə arayışı ilə təsdiq edilir ki, ümumi qalıq borc 12007 (on iki min yeddi) manatdan 902 (doqquz yüz iki) manat cəmiyyətin xəzinəsinə mədaxil edildiyindən, hal-hazırda cavabdehin ümumilikdə ödənilməmiş 11105 manat borcu qalmışdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, 11105 (on bir min yüz beş) manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində qeyd etdikləri formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İş materiallarından görünür ki, Cavabdeh 15 sentyabr 2018-ci il tarixli izahatında göstərmişdir ki, 10 avqust 2018-ci il tarixdə yoxlama keçirilmiş, Əhmədli-2 mağazasında araşdırma zamanı 9579.18 manat kəsir gəlmiş, araşdırmada kəsir gələn mallarla tanış olmuş, inventarizasiya şöbəsi ilə bağlı sualının qalmadığını, araşdırmanın nəticəsi ilə razı qaldığını, “stokda” problem olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3301/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3301/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3455/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3455/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver