Məhkəmə qərarları › İş №2(103)-3457/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3457/2023

10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3457/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qızına qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(005)-1699/2023 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(005)- 1699/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, izah olunmuşdur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, AZEMİS Elektron Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi, cavabdehin qeydiyyat ünvanı məlum deyil. İddiaçı isə İmişli rayonu Sərxalı kəndində qeydiyyatdadır. Faktiki yaşayış ünvanı kimi ünvan 1. Belə olan halda isə hazırki mübahisənin iddia icraatı qaydasında baxıldığını, Azərbaycan Respublikası MPM-nin 35, 36, 149 və 152-ci maddələrinin müvafiq maddələrinin tələblərini nəzərə aldıqda, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı müəyyən olunur. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İddiaçı bu normaya istinad etsə də, məhkəmə haqlı olaraq göstərmişdir ki, qanunverici “yaşayış yeri” ifadəsi ilə “rəsmi qeydə alınma” ifadəsini bir-birindən fərqləndirir. Hazırki işdən məlum olur ki, cavabdehin son yaşayış yeri bəlli deyil, buna dair sübut əlavə edilməyib. Bundan əlavə cavabdehin son yaşayış yeri kimi qeyd edilən ünvan da, yəni H.Məmmədov 9 ünvanında Nərimanov RPİ-nin inzibati binası yerləşir. Təbii ki, həmin ünvan cavabdehin yaşadığı ünvan ola bilməz. Bu baxımdan qeyd edilir ki, həmin ünvanda cavabdeh əvvəllər pasport qeydiyyatında olub. Pasport qeydiyyatı isə yaşayış ünvanı ilə eyniləşdirilə bilməz. Bu səbəbdən də iddiaçı şikayət verərkən, cavabdehin Nərimanov rayonunun inzibati ərazisində məlum olan son yaşayış ünvanı barədə sübutları təqdim etməli idi. Əgər bu sübutu təqdim edə bilmirsə, özünün yaşayış ünvanı barədə sübutları təqdim etməklə, müvafiq məhkəməyə müraciət edə bilərdi. Göründüyü kimi cavabdeh əvvəllər Nərimanov RPİ-nin inzibati binasında pasport qeydiyyatında olmuş, hazırda isə onun qeydiyyat ünvanı, həmçinin sonuncu yaşayış yeri də məlum deyil. Buna görə də məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı özünün yaşayış ünvanı barədə sübutları təqdim etməklə, müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(005)- 1699/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar