Məhkəmə qərarları › İş №2(103)-3462/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3462/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3462/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh borc verdiyi 80000 ABŞ dollarının, gecikdirdiyi vaxt üçün illik beş faiz olmaqla 4000 ABŞ dollarının, 30 manat dövlət rüsumunun, ödəmədiyi borc məbləğindən 80000 ABŞ dollarının bank uçot dərəcəsinə uyğun faizlərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 80000 ABŞ dolları, gecikdirdiyi vaxt üçün illik beş faiz olmaqla 4000 ABŞ dolları, cəmi 84000 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14460/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2019 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə kassasiya şikayəti daxil olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14460/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayətinin müddətin ötürülməsi və müddətin bərpası barədə ərizənin verilməməsi, kassasiya şikayəti vəkil tərəfindən imzalansa da vəkilin orderi əlavə edilməməsi səbəbindən geri qaytarılmışdır. Sonradan xx.xx.2020-ci il tarixdə Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14460/2019 xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi daxil olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14460/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 14460/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətinin verilmə müddətinin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinə təkrarən daxil olmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133,362-364-cü maddələrinin tələblərinə əməl edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və apelyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün mülki işin geri qaytarılmasının təmin olunması xahiş olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2019 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 14460/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6268/2019 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsinin tələbinə görə çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən təkrarən verilmiş apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdeh tətərindən verilmiş şikayət ümumiyyətlə əsaslandırılmamış və yalnız prosessual normalar sadalanmaqla kifayətlənmişdir. Göründüyü kimi şikayətinə qeyd edilənlər formal mülahizələr olduğundan əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsususi ilə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İş materiallarından göründüyü kimi, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini apelyasiya qaydasında mübahisələndirmiş olsa da və təkrarən verilmiş apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6268/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar