Məhkəmə qərarları › İş №2(103)-3467/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3467/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3467/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(006)- 2032/2022 saylı qərardadından verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı hesabladığı 13891,77 ABŞ dolları məbləğində kredit borcunun azaldılaraq, qismən 3271,49 ABŞ dolları məbləğində olması faktının təmin edilməsi, banka ödənişin ödəniş günündə manatın dollara olan məzənnəsi ilə hesblanması, yəni 6036,76 ABŞ dolları məbləğində gecikdirilmiş əsas borcun və 2449,68 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcunun silinməsi, həmçinin, 3361,45 ABŞ dolları məbləğində əsas borcun azaldılaraq 1352,15 ABŞ dolları olması, 13,47 ABŞ dolları məbləğində faiz borcunun artırılaraq 1126,06 ABŞ dolları olması, 2030,41 ABŞ dolları məbləğində cərimə borcunun isə azaldılaraq 793,28 ABŞ dolları olmaqla, iddiaçının cavabdehə cəmi 3271,49 ABŞ dolları məbləğində borcunun olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(006)-2032/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(006)-2032/2022 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.03.2022-ci il tarixli, 2(006)-2032/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır kı, cavabdeh iddiaçı ilə arasında olan kredit müqaviləsindən sui-istifadə edərək, əsassız olaraq iddiaçıdan əlavə borc məbləği, yəni gecikdirilmiş borc, gecikdirilmiş faiz borcu və əlavə cərimə borcu tələb edir. İddiaçı tərəfindən 06.07.2021-ci li tarixdə və 30.08.2021-ci il tarixdə cavabdehə hal-hazırkı iddia tələbində göstərilən məzmunda müraciət olunmuşdur. Cavabdeh isə öz növbəsində, qeyd olunan hər müraciətə cavab olaraq, iddiaçının tələblərinin əsassız olmasını və qeyd olunan əlavə borc məbləğinin, yəni gecikdirilmiş borc, gecikdirilmiş faiz borcu və əlavə cərimə borcunun olmasını iddiaçıya bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin halhazırkı tarixdə də ona hər gün əsassız gecikdirilmiş borc, gecikdirilmiş faiz borcu və əlavə cərimə borcunun hesablaması onun hüquqlarının pozulmasdır. Hansı ki, qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı tərəfindən edilən ödənişlərin hər dəfə əsassız gecikdirilmiş borc, gecikdirilmiş faiz borcu və əlavə cərimə borcuna silinməsi onun hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qaldırılmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, hazırkı iş üzrə tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır: Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(006)- 2032/2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2022-ci il tarixli, 2(006)-2032/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar