Məhkəmə qərarları › İş №2(103)-3468/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3468/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3468/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 oğlunun, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1436/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh1 borc vermiş olduğu 20000 (iyirmi min) manat pulun ondan tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Cavabdeh1 verilməli olan Bakı şəhəri Cavabdeh2 depozit hesabında yerləşən 22500 manat pulun üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1436/2021 saylı qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə təmin edilmişdir. Qeyd edilən qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehi, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan baxılır. İddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər iddianı təmin etmə tədbiri barədə ərizəni təmin edərək, Mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək Cavabdeh1 verilməli olan Bakı şəhəri Cavabdeh2 depozit hesabında yerləşən 22500 manat pulun üzərinə həbs qoyulmasını qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İddianı təmin etmə tədbirinin tətbiq edilməsində məqsəd işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaqdan ibarətdir. Qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar