Məhkəmə qərarları › İş №2(103)-347/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-347/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-347/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə hesablanmış əsas və faiz borcunun, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2703/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “BTB" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli RPF-00482-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 13.04.2021-ci il tarixinə ödənilməmiş 3821.31 manat əsas borc, 3.49 manat faiz borcu, ümumilikdə 3824.8 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 08.07.2019-cu il tarixli RPF-00482-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 4181 (dörd min yüz səksən bir) manat 07 (yeddi) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP- 01848-16/14A saylı 11 iyun 2014cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 08 iyul 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASCyə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00482-16/19A saylı 08.07.2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 13.04.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 3821.31 manat əsas borc, 3.49 manat faiz borcu vardır. Beləliklə cavabdehin 13.04.2021-ci il tarixinə ümumi borcu 3824.8 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2703/2021 saylı, 31 may 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli RPF-00482-16/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli RPF-00482-16/19A nömrəli kredit müqaviləsi üzrə 3821.31(üç min səkkiz yüz iyirmi bir manat otuz bir qəpik) manat əsas borc, 3.49 (üç manat qırx dqquz qəpik) manat faiz borcu, ümumilikdə 3824.8 (üç min səkkiz yüz iyirmi dörd manat səkkiz qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidməti haqqının Cavabdeh iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan çəkişmə prinsipinə zidd olaraq iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi borc məbləğini müəyyən edərkən hər hansı mötəbər sübuta istinad etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsaslanmışdır. Halbuki, birinci instansiya məhkəməsi borcun məbləğini dəqiq müəyyən etmək üçün mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin məhkəmə ekspertin səlahiyyətlərini özü həyata keçirərək məbləği müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırda kredit borcunu ödəmək üçün maddi imkanı yetərli deyil, eləcə də birinci instansiya məhkəməsi qətnaməsi ilə müəyyən edilmiş borcun məbləği işin faktiki hallarını əks etdirmir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, restrukturizasiya edilmiş kredit borcuna görə cavabdehlə hazırki kredit müqaviləsi bağlanmışdır. Kredit borcu tərəflərindən düzgün hesablanmışdır, hesab edir ki, apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyi ilə iddia tələbində olan faiz borc arasında olan cuzi fərq qətnamənin ləğvi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehdən tutulan borc məbləğlərinə aid hissədə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 08 iyul 2019-cu il tarixli RPF-00482-16/19A nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, borcverən 4181.07 (dörd min bir yüz səksən bir tam yüzdə yeddi) AZN məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Borcalanın mülkiyyətinə verir. Borcalan isə həmin kreditdən Borcalanla Bank arasında bağlanmış KİM) 1848- 16/14A saylı 11 iyun 2014 tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə ilə istifadə etməyi və onu 8 iyul 2024 il tarixinədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə görürmüşdür. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müvafiq arayışının məzmunundan görünür ki, Cavabdeh müvafiq kredit müqaviləsi üzrə 13 aprel 2021 2021ci il tarixinə hesablanmış və ödənilməmiş banka əsas borc məbləği 3821.31 (üç min səkkiz yüz iyirmi bir tam yüzdə otuz bir) manat, ümumi l'aiz borcu 3.49 (üç tam yüzdə qırx doqquz) manat, dəbbə borcu (sıfır) manat, cəmi borc 3824.8 (üç min səkkiz yüz iyirmi dörd tam yüzdə səksən) manat təşkil edir. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 18 yanvar 2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, cavabdeh şəxsdən kredit müqaviləsinə əsasən ödənilməmiş əsas və faiz borcunun ən qısa müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. Apellyasiya baxışı zamanı borc məbləğlərinin həqiqiliyinin yoxlanılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə ekspert qarşısında Bank "xxxx" ASCnin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 08.07.2019-cu il tarixli RPF-00482-16/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh 28 aprel 2021-ci il tarixə qədər, yəni iddia ərizənin məhkəməyə daxil olma müddətinə əsas və faiz borcu nə qədər təşkil etməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli rəyi ilə, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli RPF-00482-16/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh 28 aprel 2021-ci il tarixə (sualda soruşulan tarixə) banka olan əsas borc üzrə 3.821,88 manat, faiz borcu üzrə 3,08 manat olmaqla borcun məbləği ümumilikdə 3.824,96 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən, borcun məbləğinin düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, müvafiq borc məbləğləri apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyində öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində faiz borcu - 3.49 (üç manat qırx doqquz qəpik) manat tələb edilmiş, təqdim edilmiş ekspert rəyində isə Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08.07.2019-cu il tarixli RPF-00482-16/19A saylı kredit müqaviləsi üzrə Cavabdeh 28 aprel 2021-ci il tarixə faiz borcu 3,08 manat olması müəyyən edilmişdir. Yaranmış fərqə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin fərq cuzi olmaqla qətnamənin həmin hissədə ləğv və ya dəyişdirilməsi üçün əsas deyildir. Cavabdehin məhkəmə iclasэnda iюtirakэnэn təmin edilməməsi ilə baрlэ dəlilinə gəlincə kollegiya qeyd edir ki, iю materiallarэna cavabdehə məhkəmə iclaslarэ barədə bildirişlərin iю materiallarэnda olan və məhkəməyə məlum olan eləcə də apellyasiya şikayətində gцstərilən cavabdehin ьnvanэna gцndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Həmçinin cavabdehə SMS bildirişlər də gцndərilmişdir. Bu əsasdan kollegiya məhkəmə araюdэrmasэnэn tərəflərin çəkişmə prinsipinin pozulmasэ ilə aparэlmasэ ilə baрlэ cavabdehin mцvqeyini əsassэz hesab edir. MPM-nin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyinəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli eləcə də apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə isə iddianın qiyməti beş min manatdan az olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2703/2021 saylı, 31 may 2021ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SWİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab:AZ34CTRE ********************) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: İlham Kərimli Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar