Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3472/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(004)- 3848/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPOİddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 10 iyul 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2144,32 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 324,30 ABŞ dolları faiz, 776,14 ABŞ dolları faiz borcu, 994,55 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4239,31 ABŞ dolları borcun, 10 iyul 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2769,02 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 410,78 ABŞ dolları faiz, 1135,75 ABŞ dolları faiz, 1284,48 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 5600,03 ABŞ dolları borcun, 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın girov predmeti olan Cavabdeh məxsus “Mirsubishi Lancer” minik markalı, qara metal rəngli, buraxılış ili 2008-ci il olan, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldərək avtomaşının açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh LPOİddiaçı ASC-nin xeyrinə 10 iyul 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə 2144,32 (iki min yüz qırx dörd ABŞ dolları otuz iki sent) ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 324,30 (üç yüz iyirmi dörd ABŞ dolları otuz sent) ABŞ dolları faiz, 776,14 (yeddi yüz yetmiş altı ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 214 (iki yüz on dörd) ABŞ dolları cərimə borcu, ümumilikdə 3458,76 (üç min dörd yüz əlli səkkiz ABŞ dolları yetmiş altı sent) ABŞ dolları borc, 10 iyul 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsi üzrə 2769,02 (iki min yeddi yüz altmış doqquz ABŞ dolları iki sent) ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 410,78 (dörd yüz on ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları faiz, 1135,75 (min yüz otuz beş ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz, 277 (iki yüz yetmiş yeddi) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4592,55 (dörd min beş yüz doxsan iki ABŞ dolları əlli beş sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) kredit borcu, 24,60 (iyirmi dörd manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması, 10 iyul 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə cəmi 3458,76 (üç min dörd yüz əlli səkkiz ABŞ dolları yetmiş altı sent) ABŞ dolları borcun tutulması Cavabdeh tərəfindən 10 iyul 2015-ci il tarixli, 2034 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Mirsubishi Lancer” minik markalı, qara metal rəngli, buraxılış ili 2008-ci il olan, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı LPO İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Cavabdeh tərəfindən imza edilən 10.07.2015-ci il tarixli 2034 saylı və 10.07.2015-ci il tarixli 2035 saylı kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri və cərimələri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən məbləği təmin etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbimizdə cərimə borcu tam təmin olunmalı və iddia ərizəsində tələb olunan hər iki müqavilə üzrə cərimə məbləğləri cavabdehdən tutulmalıdır. Eləcə də həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəfindən ödənilmiş məbləğlər bank tərəfindən nəzərə alınmamış, onun ödəməli olduğu borc məbləği həddindən artıq şişirdilmişdir. Belə olan halda onun hüquqları pozulmuşdur. Ona görə də hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməlidir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətini müdaifə edərək təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçının apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni qismən, cavabdeh isə qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Kollegiya işin materiallarını, apelyasiya şikayətinin dəlillərini, tərəflərin həm birinci instansiya məhkəməsində, həm də apelyasiya məhkəməsində verdikləri izahatları əlaqəli təhlil edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, cavabdehin verdiyi apelyasiya şikayəti qismən təmin edilməklə, qətnamə kredit müqaviləsi üzrə tutulan məbləğ hissəsində dəyişdirilməlidir. Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xırdalan Filialı ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə illik 22 faiz ödənilmək şərti ilə 2800 ABŞ dolları və 10 iyul 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə illik 22 faiz ödənilmək şərti ilə 3580 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda kredit Cavabdeh verilən zaman 10 iyul 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinin təminatı olaraq ona məxsus “Mirsubishi Lancer” minik markalı, qara metal rəngli, buraxılış ili 2008-ci il olan, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomaşın eyni tarixli ipoteka müqaviləsi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yetirməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 445-ci maddələrinin tələblərinə istinad edərək hesab etmişdir ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən, iddia tələbi əsas və faiz borcu hissəsində təmin edilməli və cavabdehdən 10 iyul 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2144,32 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 324,30 ABŞ dolları faiz, 776,14 ABŞ dolları faiz borcu, 10 iyul 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsinə əsasən banka ödənilməmiş 2769,02 ABŞ dolları əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 410,78 ABŞ dolları, 1135,75 ABŞ dolları faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 və 467-ci maddələrinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh tərəfindən götürülmüş kredit məbləğlərinin miqdarını, hesablanmış dəbbə pullarının götürülmüş kreditlərə münasibətdə kifayət qədər yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulları azaldılaraq 10 iyul 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə 214 ABŞ dolları və 10 iyul 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsi üzrə 277 ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 296.1, 279-cu maddələrinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 39.1-ci maddələrinin tələblərinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyul 2015-ci il tarixli, 2034 saylı müqavilədən irəli gələn öhdəliklər kredit alan fiziki şəxs tərəfindən yerinə yetirilmədiyindən bank artıq həmin kreditin təminatı olan tələbin girova yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti qətnamənin icrası qaydasında müəyyən edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin kredit müqaviləsi üzrə əsas borc, cərimə borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı və həmin nəticəyə tətbiq etdiyi maddi hüquq normalarını qanuni hesab edir. Kollegiya bu nəticəyə gələrkən həmçinin iddiaçı və cavabdeh tərəfindən əsas borc və ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsini mübahisələndirməmələrini nəzərə alır. İddiaçının apelyasiya şikayətində cərimə borcunun əsassız azaldılması və cavabdehin isə cərimə borcunun artıq hesablanması barədə apelyasiya şikayətlərinin dəlillərini kollegiya əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya qeyd edilən maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini müəyyən edərkən tərəflərin əmlak və digər mənafelərini nəzərə almış və bu səbəbdən də apelyasiya şikayətləri həmin hissədə rədd edilməlidir. Cavabdeh apelyasiya şikayətində, apelyasiya icraatı zamanı verdiyi izahatlarında iddia tələbində tələb olunan faizlərin şişirdildiyini bildirmiş və apelyasiya icraatında kredit müqaviləsi üzrə ödənişlər barədə qəbzləri məhkəməyə təqdim etdiyindən, məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2021-ci il tarixli rəyi alınmışdır. Həmin ekspertiza rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Borcalan” Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan əsas və faiz borcu 10 iyul 2015-ci il tarixli, 2034 saylı kredit müqaviləsi üzrə 10 iyul 2017-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 2144,32 ABŞ dolları, faiz borcu üzrə 520,23 ABŞ dolları, 27.07.2020-ci il tarixə əsas borc üzrə 2144,32 ABŞ dolları, faiz borcu üzrə 700,67 ABŞ dolları, 10 iyul 2015-ci il tarixli, 2035 saylı kredit müqaviləsi üzrə 10 iyul 2017-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 2772,32 ABŞ dolları, faiz borcu üzrə 599,30 ABŞ dolları, 27.07.2020-ci il tarixə əsas borc üzrə 2772,32 ABŞ dolları, faiz borcu üzrə 1021,69 ABŞ dolları müəyyən olunur. Ekspertiza rəyindən müəyyən edilir ki, ekspert faiz məbləğini müəyyən edərkən kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə olan faizlər və kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən illik 5 (beş) faizi də hesablamışdır. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspert rəyini həmin Mcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirərək hesab edir ki, həmin rəyi şübhə altına alacaq hər hansı bir əsas olmadığından, mötəbər hesab olunan sübut kimi qəbul edilməlidir. Kollegiya cavabdehin verdiyi apelyasiya şikayətinin kredit müqaviləsi üzrə faizlərin artıq hesablanması barədə dəlili ilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti həmin hissədə təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə tutulan faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Kollegiya onu da qeyd edir ki, iddia tələbində 10.07.2015-ci il tarixli 2035 saylı kredit müqaviləsi üzrə əsas borc 2769,02 ABŞ dolları tələb edildiyi və tərəflər həmin məbləği mübahisələndirmədiyindən, həmin kredit müqaviləsi üzrə ekspert rəyində əsas borcun məbləği 2772,32 manat müəyyən edilsə də (yəni iddia tələbindən artıq), ekspert rəyindəki həmin məbləğin nəzərə alınması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə zidd olduğundan, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(004)-3848/2020 saylı qətnaməsi qismən, hər iki kredit müqaviləsindəki faiz məbləğinin tutulması hissəsində dəyişdirilməli və 10 iyul 2015-ci il tarixli 2034 saylı kredit müqaviləsi üzrə tutulacaq faizin məbləği 700,67 ABŞ dolları, 10 iyul 2015-ci il tarixli 2035 saylı kredit müqaviləsi üzrə tutulacaq faizin məbləği 1021,69 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə xərci olan ekspert rəyinin verilməsi üçün nəzərdə tutulmuş 145 (yüz qırx beş) manat tərəflərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(004)- 3848/2020 saylı qətnaməsi qismən, hər iki kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 10 iyul 2015-ci il tarixli 2034 saylı kredit müqaviləsi üzrə 700,67 (yeddi yüz, 67) ABŞ dolları (müqavilə müddətinin bitdiyi 10 iyul 2017-ci il tarixinə hesablanan faiz və müqavilə müddətindən sonra 10 iyul 2017-ci ildən 27.07.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə hesablanan faiz) məbləğində faiz borcu müəyyən edilməklə, həmin müqavilə üzrə ümumilikdə 3272,99 (üç min iki yüz yetmiş iki, 99) ABŞ dolları, 10 iyul 2015-ci il tarixli 2035 saylı kredit müqaviləsi üzrə 1021,69 (min iyirmi bir, 69) ABŞ dolları (müqavilə müddətinin bitdiyi 10 iyul 2017-ci il tarixinə hesablanan faiz və müqavilə müddətindən sonra 10 iyul 2017-ci ildən 27.07.2020-ci il tarixə kimi illik 5% dərəcəsi ilə hesablanan faiz) məbləğində faiz borcu müəyyən edilməklə, həmin müqavilə üzrə ümumilikdə 4344,71 (dörd min üç yüz qırx dörd, 71) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) kredit borcu tutulsun. Qətnamə tutulacaq məbləğin ipoteka predmetinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat ekspertiza xərci iddiaçı LPO İddiaçı ASC Cavabdeh müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3472/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3472/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver