Məhkəmə qərarları › İş №2(103)-3473/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3473/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3473/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məmməd qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-50/2019 nömrəli qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)-50/2019 nömrəli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “itmiş faydanın, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsini və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 50/2019 nömrəli qərardadı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizənin təmin edilməməsi qərara alınmışdır. Bundan sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə şikayətlə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-50/2019 nömrəli qərardadının ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsinin (hakim S.İ.Ədilova) xx xxxx 2019-cu il tarixli 2(005)-50/2019 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. Bundan sonra onunla Cavabdeh arasında razılıq əldə edilmişdir ki, tərəflərdən heç biri həmin qətnamədən apelyasiya şikayəti verməyəcək və aralarında olan fikir ayrılığını məhkəmədən kənar danışıqlar yolu ilə həll edəcəklər. Bu səbəblərdən də o apelyasiya şikayəti verməyib, Cavabdeh isə razılaşmanı birtərəfli qaydada pozaraq apelyasiya şikayəti vermişdir. O bu barədə xəbər tutduqda artıq apelyasiya şikayəti vermə müddətini ötürdüyündən apelyasiya şikayəti verə bilməyib. Beləliklə də Cavabdeh onu aldatmış və bu yalan və aldatma nəticəsində o müdafiə olunmaq hüququndan məhrum edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-50/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 50/19 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ki, Belə ki, sözügedən qətnamə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli müşayətedici məktuba imza edilərək şəxsən İddiaçı təqdim edilmişdir. (206-cı səhifə) Sözügedən qətnamədən isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə təqdim edilmiş, beləliklə prosessual baxımdan müddət ötürülmüşdür. Habelə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə müddətin buraxılmasının heç bir üzrlü səbəbi barədə dəlillər təqdim etməmişdir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-50/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar