Məhkəmə qərarları › İş №2(103)-3474/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3474/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3474/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Şirinov Ziya Allahverdi oğlu, Hakimlər: X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-362-ci maddələrinə uyğun qaydada verildiyi üçün işə apelyasiya qaydasında baxılması mümkündür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardaddan şikayət vermə müddətini gözləmədən mülki işi apelyasiya instansiyasına göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin qərardaddan şikayət vermə müddətini gözləmək üçün mülki iş apelyasiya baxışından çıxarılmalı və rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apelyasiya şikayəti mümkün hesab edilsin. Mülki iş apelyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Ziya Şirinov Hakimlər: Fuad Talışinski Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar