Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3475/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-817/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı ASC Cavabdeh iddiaçı "Kredit Evi” ASC-nin xeyrinə 30 mart 2023-cü il tarixli, EH0185701-2023 saylı müqavilə üzrə ödənilməmiş 1923,05 manat əsas, 674,35 manat faiz, 133,11 manat cərimə olmaqla, cəmi 2730,51 manat, 05 aprel 2023-cü il tarixli, EH0186622- 2023 saylı müqavilə üzrə ödənilməmiş 3720,40 manat əsas, 2570,42 manat faiz, 658,81 manat cərimə olmaqla, ümumilikdə 6949,63 manat borcların və tələb üzrə 116,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "Kredit Evi” ASC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2023-cü il tarixli, EH0185701-2023, eləcə də 05 aprel 2023-cü il tarixli, EH0186622-2023 saylı kredit müqavilələrinə əsasən borcalana (cavabdehə) müvafiq olaraq 60 ay müddətində, illik 48 % hesablanmaqla 1970 manat və 3820 manat məbləğində kreditlər verilmişdir. Kredit müqavilələrinə əsasən borcalan (cavabdeh) aldığı kreditləri müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditlərə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq ödəməli olduğu borclarının ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcların ödənilməsi tələbləri ilə cavabdehə rəsmi müraciətlərin olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcların qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Belə ki, Cavabdeh iddiaçı "Kredit Evi” ASC-yə 30 mart 2023-cü il tarixli, EH0185701-2023 saylı müqavilə üzrə ödənilməmiş 1923,05 manat əsas, 674,35 manat faiz, 133,11 manat cərimə olmaqla, cəmi 2730,51 manat, 05 aprel 2023-cü il tarixli, EH0186622-2023 saylı müqavilə üzrə isə ödənilməmiş 3720,40 manat əsas, 2570,42 manat faiz, 658,81 manat cərimə olmaqla, ümumilikdə 6949,63 manat borcu mövcuddur.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023- cü il tarixli, EH0185701-2023 saylı çərçivə kredit və girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli əlavəyə, o cümlədən, təhvil-təslim aktına əsasən bank tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək, illik 48% dərəcəsi ilə, aylıq 130,30 manat ödəmək şərtilə 1.970 manat məbləğində kredit verilmişdir; - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023- cü il tarixli, EH0186622-2023 saylı çərçivə kredit və girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli əlavəyə, o cümlədən, təhvil-təslim aktına əsasən bank tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək, illik 48% dərəcəsi ilə, aylıq 252.40 manat ödəmək şərtilə 3.820 manat məbləğində kredit verilmişdir; - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehin EH0186622-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 3.720,40 manat əsas borc, 2.570,42 manat faiz borcu, 658,81 manat cərimə borcu olmaqla, cəmi 6.949,63 manat məbləğində borcu yaranmışdır; - İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehin EH0185701-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 1.923,05 manat əsas borc, 674,35 manat faiz borcu, 133,11 manat cərimə borcu olmaqla, cəmi 2.730,51 manat məbləğində borcu yaranmışdır; - xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli maliyyə arayışlarının surətindən görünür ki, EH0185701-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 1.923,05 manat əsas borc, 674,35 manat faiz borcu, 133,11 manat cərimə borcu olmaqla, cəmi 2.730,51 manat məbləğində, EH0186622-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 3.720.40 manat əsas borc, 2.570,42 manat faiz borcu, 658,81 manat cərimə borcu olmaqla, cəmi 6.949,63 manat məbləğində borcu yaranmışdır; - xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 116,80 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-817/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 467; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad edilməklə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1.923 manat əsas borc, 674,35 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2.647,40 manat və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3.720,40 manat əsas borc, 2.570,42 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6.390,82 manat, hər iki müqavilə üzrə cəmi 9.038,22 məbləğində pul vəsaiti və 116,80 manat dövlət rüsumuna görə pulun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan tələb edilməlidir. Belə ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Lakin, onu da qeyd etmək lazımdır ki, cərimə məbləği əsas borca münasibətdə tənasübsüz hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, müqavilələr üzrə cavabdehə hesablanmış cərimə məbləğləri azaldılmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1.923,05 manat əsas borc, 674,35 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2.647,40 manat və 3.720,40 manat əsas borc, 2.570,42 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6.390,82 manat, hər iki müqavilə üzrə cəmi 9.038,22 məbləğində pul vəsaiti və 116,80 manat dövlət rüsumuna görə pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-817/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 217.1, 217.3, 387.2.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə obyektiv araşdırma aparmadan, cavabdehin məhkəmə prosesində iştirakını təmin etmədən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.Belə ki, məhkəmə iddianı təmin edərkən yalnız tərəflər arasında imzalanmış kredit müqavilələri və iddiaçının təqdim etdiyi maliyyə arayışlarına istinad etmişdir. Kredit müqavilələri öhdəlikləri yaranmasını təsdiq edən sübut kimi qəbul edilsə də, maliyyə arayışı borcun məbləğini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Belə ki, maliyyə arayışında məbləğin hansı qaydada hesablanması, cavabdehin ödənişləri, ödənişlərin əsas borc və ya faiz borcundan silinməli olması göstərilməmişdir. Bundan əlavə, hər iki kredit müqaviləsi üzrə əsas borc məbləğlərinə hansı qaydada bu qədər faiz məbləğinin hesablanması da aydın deyildir. İş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli, tələb olunan borc məbləğinin, faizlərin hansı qaydada hesablanması, borc məbləğinin həqiqəti əks etdirib-etdirməməsi aydınlaşdırılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, apellyasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, EH0185701-2023 saylı çərçivə kredit və girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli əlavəyə, o cümlədən, təhviltəslim aktına əsasən bank tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək, illik 48% dərəcəsi ilə, aylıq 130,30 manat ödəmək şərtilə 1.970 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, EH0186622-2023 saylı çərçivə kredit və girov müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli əlavəyə, o cümlədən, təhviltəslim aktına əsasən bank tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək, illik 48% dərəcəsi ilə, aylıq 252.40 manat ödəmək şərtilə 3.820 manat məbləğində kredit verilmişdir və cavabdeh həmin şərtlərə razılaşmaqla müqaviləni imzalamışdır. Qeyd edilməlidir ki, cavabdehin özünün imzaladığı kredit müqaviləsi üzrə ödənişlərinin edilməsini müəyyən (şikayətinin əsasını təşkil) edən sübutedici hallar, bununla da ekspertizanın keçirilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini isə hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.
10. Beləliklə də, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
11. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-817/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.