Məhkəmə qərarları › İş №2(103)-3480/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3480/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3480/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, iddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 78/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı” X2 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "İddiaçı” X2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4826,69 ABŞ dolları əsas borc, 1234,64 ABŞ dolları faiz borcu və 589,51 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 15 oktyabr 20l 8-ci il tarixdən xx xxxxxx 2019cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 6720,14 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1755/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərardadına müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cuil tarixli 13691 №-li Rəyi ilə iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan məlumatları və tərəflər arasında bağlanmış Əlavələrə əsasən, Cavabdeh1 xx xxxxxxx 2018-ci il tarixə(müqavilə müddəti bitənə qədər) xx xxxxxx 2015-ci il tarixli 1-MZ-1-0-9-15 saylı kredit müqaviləsi üzrə Banka 4938,76ABŞ dolları məbləğində əsas borcu və 4238,11 ABŞ dolları məbləğində faiz borcu borcu, xx xxx 2019-cu il tarixinə isə 4938,76ABŞ dolları məbləğində əsas borcu və 3565,23 ABŞ dollarıməbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 150 (yüz əlli) manat müəyyən edilmişdir (iş.səh.83). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-78/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4826,69 ABŞ dolları məbləğində əsas borc, 1234,64 ABŞ dolları ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 6081,33 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) məbləğində borc "xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli qərarın; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 443.1, 442, 462.1, 465.2, 449.1, 449.3, 449.4, 470.1, 477.0.1, 739.1, 739.2; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, borcalan Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 3-MZ2-1-0-9-15 №-li Kredit müqaviləsi ilə götürdüyü öhdəliyi pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı X2 ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən, iddiaçının kredit müqavilələrinə görə yaranmış kredit borcu, ona hesablanmış faizlər və cəriməni vaxtından əvvəl tələb edilməsi hüququ yaranmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun məbləği daha yüksək göstərildiyindən kredit müqaviləsi üzrə əsas və kredit borcuna hesablanmış faizlər iddiaçının irəli sürülmüş tələb çərçivəsində götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "589,51 ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydadacəmi 20 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddianın cavabdehlərdən "müqavilə müddəti bitdikdən sonra 5 %-lə hesablanmış 69,3 ABŞ dolları faiz borcunun tutulması" tələbinə aid hissəsi isə əsassız olduğu üçün təmin edilməməlidir. məhkəmə bu hissədə iddia tələblərinə qiymət verib hesab edir ki, cavabdeh tərəfindən qaytarmalı olduğu pulların qanunsuz saxlamaları, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması sübuta yetirilməmişdir. Məhkəmə kredit müqaviləsi üzrə Cavabdeh1 zaminləri - cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələblərini araşdıraraq həmin hissədə iddianı qismən əsaslı olmasə qənaətinə gəlir. Belə ki,məhkəmə iclasında nüəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixli MZ2-1-0-9-15№-li "Bank hesab, kredit və zaminlik” müqaviləsi borclu Cavabdeh1 zaminləri kimi imzalansada, sonradan həmin müqavilənin şərtlərinin dəyişdirilməsi barədə xx xxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2015-ci il tarixli Əlavə sazişlər bağlanmışdır. xx xxxxxxx 2015-ci-il tarixli Əlavənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2xx xxxxxx 2015-ci il tarixli MZ2-1-0-9-15 №-li "Bank hesab, kredit və zaminlik” müqaviləsinə dəyişikliklərin edilməsinə kreditor "İddiaçı” X2 ASC ilə "borcalan” Cavabdeh1 arasında bağlanmış "Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə öhdəlik götürmüş olsa da, zaminCavabdeh3 həmin Kredit müqaviləsinə dəyişiklik edilməsi ilə əlaqədar bağlanmış xx xxxxxxx 2015-ciil tarixli Əlavə bağlanarkən hər hansı bir öhdəlik götürməmiş, həmin Əlavə ilə Kredit müqaviləsinə edilmiş dəyişikliyə öz razılığını bildirməmiş və bu dəyişikliklərlə bağlı onlarla hər hansı bir yazılı razılaşma imzalanmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-78/2020 №-li xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbi təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MM-in 449.1, 470.1; MPM 385.1.2, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Qətnamədən göründüyü kimi, məhkəmə cavabdehin müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış 69,30 ABŞ dolları məbləğində faiz borcunu müəyyən edərkən və eyni zamanda həmin hissədə iddia tələbini əsassız olduğunu qeyd edir. Müqavilə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmamasına baxmayaraq, həmçinin xx xxxxxx 2015-ci il tarixli 1-MZ2-1-0-9-15 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsində qeyd edilən şərtlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əksinə birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı zaminə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən, Suraxanı rayon məhkəməsi MM-in müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddiam rədd etməklə AR MM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxx” ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətlərini müdafiə edərək, əldə edilmiş kredit məbləğinə restrutukzasiya halının şamil olunmadığını bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MM-in 269 -270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 439-449, 467, 470-471, 550-554, 556, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Apellyasiya şikayətinin digər hissələrdə əsaslar müəyyən etməsədə, təmin edilməyən “5 faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda” hissədə tələbin təmin edilməməsinin əsassız olması qənaətinə gəlir. Belə ki, iddiaçı zərərin daha böyük olduğunu sübut edə bilmədiyi təqdirdə 5% bank uçot faizi ilə zərərin tələb edilməsində haqlıdır və bu qanunla müəyyən edilmiş imperativə dair əlavə sübutların təqdim edilməsinə zərurət yoxdur. Qətnamənin hissəvi dəyişdirilməsi cəmi tutulan məbləğə də təsir etdiyindən, habelə birinci instansiya məhkəməsində ekspertiza xərci tutulmadığından bu hissələrdə də qətnamədə düzəliş və əlavələr edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-78/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən -iddianın təmin edilməyən ”5 faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda” hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin, 5 faizlə hesablanmış 69,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda, ümumilikdə 6150,63 ABŞ dolları məbləğində borc (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına məzənnəsinə müvafiq manat ifadəsində) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması təmin edilsin. Ekspertiza xərci olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar