Məhkəmə qərarları › İş №2(103)-3484/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3484/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3484/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-1890/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı 12000 ABŞ dolları və 5000 manat borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri olaraq cavabdeh X2 Azərbaycan Respublikasının ərazisindən çıxışına qadağa qoyulmasına və cavabdehin mülkiyyətində olan 2007-ci il buraxılışlı, WDB2110411B130929 ban nömrəli ** TF *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 200” markalı minik avtomobilinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edlməsini xahiş etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh X1rşı borc tələbinə dair 2(001)-2073/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh X4 şikayət vermişdir. Şikayət onunla əsaslandırılır ki, İddiaçı cavabdeh X1rşı borc tələbinə dair iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 12000 ABŞ dolları və 5000 manat borcun tutulmasını xahiş etmişdir. İddiaçının eyni zamanda qətnamənin gələcəkdə icrasının təmin olunması məqsədilə işə mahiyyəti üzrə baxılanadək cavabdeh Youseflooei Hamidin Azərbaycan Respublikası ərazisindən çıxışının qadağan edilməsi və onun mülkiyyətindəki 2007-ci il buraxılışlı WDB2110411B130929 ban nömrəli ** TF *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 200” markalı minik avtomobilinin üzərinə həbs qoyulması xahişi məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə qərardad qəbul edərkən MPM-nin 158-ci maddəsinə istinad etmiş, lakin maddədə nəzərdə tutulmayan ölkədən çıxmağın müvəqqəti məhdudlaşdırılması tədbirini həyata keçirmişdir. Halbuki iddianın təmin tədbiri qismində görülən tədbirlər siyahısında ölkədən çıxmağın müvəqqəti məhdudlaşdırılmasına dair hər hansı bir bənd qeyd edilməmişdir. Ona görə də Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilib, ərizənin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-3484/2021saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 2073/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının iddianın təmini tədbiri olaraq cavabdeh X2 Azərbaycan Respublikasının ərazisindən çıxışına qadağa qoyulmasına dair hissədə ləğv edilməsi, İddiaçı iddianın təmini tədbiri seçilməsinə dair ərizəsinin cavabdeh X2 Azərbaycan Respublikasının ərazisindən çıxışına qadağa qoyulmasına dair hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv edilməsini, cavabdeh X2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətin təmin olunmaması barədə qərardad şıxarılmasını, əks halda, şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-1890/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmə cavabdehin ölkədən çıxmaq hüququna qoyulan qadağanın iddianın təmini tədbiri növü olmadığı hesab etməklə, qanunun tətbiqində səhvə yol verib. Məhkəmə nəzərə almayıb ki, cavabdeh yabançı ölkənin vətəndaşıdır, borcu ödəmədən Azərbaycan Respublikası ərazisini tərk etdikdən sonra, onun geri qaytarılması və qətnamənin icrası mümkün olmayacaq. Məhkəmə öz qərardadı ilə yabançı ölkənin vətəndaşı olan cavabdehin Azərbaycan Respublikası vətəndaşı olan iddiaçıya borcunu ödəmədən Azərbaycan Respublikası ərazisini tərk etməsinə yardım etmiş olub. Məhkəmə iddianın təmin edilməsinin ləğvi barədə şikayətə baxarkən, iddiaçını məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırmayıb, iddiaçının iştirakını təmin etməyib, işə onun iştirakı olmadan gizli baxıb, iddiaçını öz arqumentlərini irəli sürmək, etirazlarını bildirmək hüququndan məhrum edib, çəkişmə prinsipini pozub. Həmçinin, nəzərə almayıb ki, cavabdehin əmlakı üzərinə həbs qoyulması və cavabdehi müəyyən hərəkətləri etməyə qadağan edilməsi qətnamənin icrasının təmin olunması tədbiridir. Bu tədbir qətnamənin icrasının mümkünsüz edilməsinə yönəlmiş hərəkətlərin qarşısını alır. İddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnamə və qərardadını ləğv edən yuxarı məhkəmə instansiyalarının məhkəmə aktı qüvvəyə mindiyi andan həmin təminetmə tədbiri də öz qüvvəsini itirmiş olur. Qətnamə qüvvədə saxlandığı halda isə icra sənədi tam icra olunanadək qüvvədə qalır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 1890/2021 saylı qərardadının ləğv edilməsini xahiş etdilər. İş üzrə cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını, onun nümayəndəsi və vəkilini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-1890/2021 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, şikayətin dəlili həmçinin ondan ibarətdir ki, iddiaçının iştirakı olmadan, iddianı təmin etmə tədbirinin ləğvi ilə bağlı məsələyə baxılmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İş materiallarından görünür ki, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış, onun iştirakı olmadan iddianı təmin etmənin ləğvi ilə bağlı məsələyə baxılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Kollegiya hesab edir ki, prosessual hüquq normasının tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-1890/2021 saylı qərardadı ləğv edilməli və yenidən baxılmaq üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxarkən məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, tərəflərin iştirakı ilə iddianı təmin etmə tədbirinin ləğvi ilə bağlı məsələyə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 1890/2021 saylı qərardadı ləğv edilsin, iş materialları Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2073/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar